Məhkəmə qərarları › İş №e-2-2(113)-973/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-973/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-973/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “icarə haqqının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqı və dəymiş ziyanın ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdeh “Reo X21” MMC-nin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “icarə haqqı və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 22 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə verilən günə mövcud olan bütün tibbi avadanlıqlarla birgə iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehlər Cavabdeh2 MMC-nin və direktoru Cavabdeh1 üzərinə qoyulması, icarəyə verilmiş qeyri yaşayış sahəsinin faktiki 1500 kv.m. tikili ərazisindən istifadəyə görə hər aylıq 1500 manat icarə haqqı üzrə bu günə hesablanmış 67500 manat borcun və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 13500 manat borcun ümumilikdə isə 81000 manat məbləğin Cavabdeh2 MMC və direktoru Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, qeyri-yaşayış sahəsinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların istifadəsinə görə aylıq 2.000 manat icarə haqqı olmaqla ümumilikdə bu günə hesablanmış 90000 manat borcun Cavabdeh2 MMC və direktoru Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, icarəyə verilən gün mövcud olmuş və mənimsənilmiş bütün tibbi avadanlıqları dərhal yenisi ilə əvəz edərək alıb yerinə qoymaq və ya hər avadanlığın mövcud bazar dəyərini dərhal Cavabdeh2 MMC-nin və direktoru Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh2 MMC-nin bütün vergi və digər dövlət ödənişləri və həmçinində qeyri yaşayış sahəsinin kommunal və digər borclarının dərhal tam ödənilməsi barədə öhdəliyi Cavabdeh2 MMC-nin və direktoru Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 22 ünvanda yerləşən ümumi 705 kv.m. qeyri-yaşayış sahəsi olan daşınmaz əmlak RX ******* saylı xx.xx.2015-ci il qeydiyyat tarixli AR ƏMDK DƏDRX tərəfindən verilmiş Çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı (İcarəyə verən) ilə Cavabdeh2 MMC-nin direktoru S. Babayev (icarəçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə Müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin yalnız 510 kv.m. hissəsi hər ay 750 manat icarə haqqı ödənilməsi şərti ilə cavabdehlərə icarəyə verilib. Lakin icarəyə verilən gündən bu günə kimi icarəçi – cavabdeh heçbir icarə haqqı ödəməmişdir. Hər dəfəsində isə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 müxtəlif bəhanələrlə ödənişdən yayınaraq guyaki vergi borclarının ödənilməsinə xərclərin çıxdığını bəhanə etmişdir. (icarə haqqının iddiaçıya ödənilməsini təsdiq edən heçbir sübut yoxdur). Bundan başqa Cavabdeh2 MMC və direktoru Cavabdeh1 qeyd olunan müvafiq icarə müqaviləsi üzrə razılaşdırılmış 510 kv.m. sahədən 1000 kv.m.-dən çox ərazini zəbt edərək qanunsuz və əsassız iddiaçı ilə razılaşdırmadan özbaşına istifadə etmişdir. Bundan da başqa qeyd olunduğu kimi Cavabdeh2 MMC-nin hüquqi ünvanı məhz elə daşınmaz əmlakın yerləşdiyi ünvandır - ünvan 1axtında iddiaçı R.Məmmədov özü təsis etmiş və elə bu qeyri yaşayış obyektinə də tibbi mərkəz üçün lazım olan bütün avadanlıqları tam xərclərini ödəməklə alıb yerləşdirmişdir. Bundan da başqa buna sübut olaraq həmin qeyriyaşayış sahəsini ipoteka ilə yüklü etməklə AcsessBank ASC-dən çəkilən böyük məbləğdə kredit vəsaitinin məhz bu avadanlıqların alınması üçün götürülməsidir. Həmin Kredit Müqaviləsi üzrə zamin həmdə Cavabdeh2 MMC-dir. Beləliklə də Cavabdeh2 MMC və onun direktoru Cavabdeh1 qanunuz və əsassız onun adına rəsmiləşdirilmiş hüquqi şəxsə yiyələnərək və həqiqətdə onun olmayan hüquqi şəxsin payını mənimsəyərək iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 22 ünvanda yerləşən daşınmaz əmlakın 705 kv.m. sahəsindən əlavə olaraq faktiki 1000 kv.m. tikili sahəyə yaxın ərazisi mövcuddur (əlavə olaraq 4 və 5-ci mərtəbələri). Hər bir mərtəbənin təxminən 170 kv.m. tikili sahəsi var və bundanda başqa 5.7 sot həyətyanı sahənin içində əlavə olaraq ümumi ərazisi 650 kv.m. tikili sahəsi olan qeyriyaşayış tikililər də mövcuddur. Lakin bütün bunlara baxmayaraq cavabdeh həmin ərazini də zəbt edərək xx.xx.2018-ci il tarixdən bu günə kimi qanunsuz və əsassız olaraq istifadə edir. Bundan da başqa qeyd olunduğu kimi həmin tibb mərkəzinə iddiaçı tərəfindən alınıb qoyulmuş avadanlıqlar iddiaçıya məxsus olduğu üçün onların istifadəsinə dair heçbir müqavilə və ya sənəd olmayıb. Lakin buna baxmayaraq Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 həmin obyektdə olan bütün tibbi avadanlıqlardan iddiaçı ilə razılaşdırmadan qanunsuz və əsassız olaraq istifadə etmişdir. İddiaçı cavabdehlərə müvafiq qaydada pretenziya məktubunu göndərmişdir və həmçinində mediasiya təşkilatına da müraciət etmişdir. Lakin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdeh tərəfindən heçbir addım atılmamışdır. Lakin Cavabdeh2 MMC və MMC-nin direktoru Cavabdeh1 öz öhdəliklərinə əməl etmədən və iddiaçının hüquqlarını pozmaqla öz vəzifələrini yerinə yetirmədiyinə görə yuxarıda qeyd olunan İcarə Müqaviləsinə xitam verilməlidir və iddiaçıya vurduğu ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Cavabdeh2 MMC və MMC-nin direktoru Cavabdeh1 yol verdiyi pozuntular: İddiaçıya məxsus olan tibbi avadanlıqları mənimsəməklə külli miqdarda maddi ziyan vurub (mənimsəmə, köhnəltmə və s.). İcarəyə verilən qeyri-yaşayış sahəsinin 705 kv.m. sahəsindən əlavə olan faktiki ərazisindən də istifadə etməklə və ümumilikdə 1500 kv.m. tikili sahəsinə yaxın ərazini qanunsuz və əsassız istifadə edib. “İcarəçi” ona icarəyə verilmiş qeyri-yaşayış sahəsindən savayı “İcarəyə verən”in icazəsi və razılığı olmadan içərisində olan tibbi avadanlıqlardan da qanunsuz və əsassız istifadə etmiş və həmin tibbi avadanlıqların itməsinə, sıradan çıxmasına və köhnəlməsinə səbəbkar olmuşdur. İcarə Müqaviləsi ilə müəyyən edilmiş icarə haqqını ümumiyyətlə ödəməyib (müxtəlif bahənələrlə yayınıb). İcarəyə verilmiş Tibb Mərkəzinin fəaliyyəti üzrə vergi və digər dövlət ödənişlərindən yayınmaqla qeyri-yaşayış sahəsinin hesabına çoxlu sayda və müxtəlif borclar yığmaqla “İcarəyə verənə” maddi ziyanlar vurub Tibb Mərkəzində qanunsuz və icazəsi olmayan əməliyyatlar aparmaqla iddiaçını aldatmışdır. İddiaçıya əldən çıxmış fayda üzrə digər maddi və mənəvi ziyan vurmuşdur. Beləliklə də bu günə artıq iddiaçıya məlum olan bir çox bu kimi hallar və eləcə də digər anti-sanitar şəraitdə aparılan fəaliyyətdən ciddi narahat olan iddiaçı öz məsuliyyətini dərk edərək və pozulmuş hüquqlarının bərpası və həmçinində öz maraqları naminə, xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsində Cavabdeh2 MMC-nin fəaliyyətinə bundan sonrada şərait yarada bilməz. Bütün bunları nəzərə alaraq və AR qanunvericiliyin tələblərini rəhbər tutaraq Cavabdeh2 MMC-nin qanunsuz və həyat üçün təhlükəli olan və heçbir norma və standartlara cavab verməyən anti-sanitar şəraitdə aparılan fəaliyyətinin qarşısını almaq naminə iddia tələbi mütləq təmin edilməlidir. AR MM-nin Məcəllənin 683.1-ci maddəsinə görə kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Həmçinin bu şərt İcarə Müqaviləsinin 7-ci bəndində də nəzərdə tutulsa da lakin Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tibb mərkəzinin otaqlarını müxtəlif şəxslərə qeyri-rəsmi şəkildə icarəyə vermişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 22 ünvanda yerləşən qeyri-yaşayış sahəsində mövcud olan bütün tibbi avadanlıqların iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehlər üzərinə qoyulması, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin faktiki 1500 kv.m. tikili ərazisindən istifadəyə görə hər aylıq 1500 manat icarə haqqı üzrə bu günə hesablanmış 67500 manat borcun və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 13500 manat borcun (AR MM maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.) ümumilikdə isə 81000 manat məbləğin Cavabdeh2 MMC və direktoru Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, qeyri-yaşayış sahəsinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların istifadəsinə görə aylıq 2000 manat icarə haqqı olmaqla ümumilikdə bu günə hesablanmış 90000 manat borcun Cavabdeh2 MMC və direktoru Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsinin təmin edilməsi, icarəyə verilən günü mövcud olmuş və mənimsənilmiş bütün tibbi avadanlıqların dərhal yenisi ilə əvəz edilərək alınıb yerinə qoyulması və ya hər avadanlığın mövcud bazar dəyərinin dərhal Cavabdeh2 MMC-nin və direktoru Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh2 MMC-nin bütün vergi və digər dövlət ödənişləri və həmçinində qeyri-yaşayış sahəsinin kommunal və digər borclarının dərhal tam ödənilməsi barədə öhdəliyin Cavabdeh2 MMC-nin və direktoru Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı gedişində - 09 fevral 2023-cü il tarixdə Cavabdeh1 İddiaçı ilə yeni müqavilə bağlayaraq, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-314 № qeydə alınan icarə müqaviləsini ləğv etmiş və icarə obyektini iddiaçıya təhvil vermişdir. Bu səbəbdən iddia tələbində qeyd olunan icarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı mübahisə öz həllini tapmışdır.

5. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə təqdim etdiyi etirazı onunla əsaslandırmışdır ki, iddia tamamilə əsassızdır, iddiaçı ərizəsində iddiasını təsdiq edəcək heç bir sübut göstərməmiş, nə də iddia ərizəsinə hər hansı sübut, sənəd əlavə etməmişdir. İddia ərizəsi başdan-ayağa əsası olmayan, biri digərinə zidd sözlərdən və cümlələrdən ibarət olmaqla ərizənin sonunda mülki qanunvericilikdən məsələyə dəxli olmayan bir neçə norma sadalanmaqla kifayətlənilmişdir. İddiaçı ərizəsində ünvan 2 ünvanda yerləşən, onun tərəfindən cavabdehə icarəyə verilmiş 510 kv.m. qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsində nəzərdə tutulmuş aylıq 750 manat pulun indiyədək ona ödənilmədiyini göstərməsinə baxmayaraq bu xüsusatı təsdiq edə biləcək sübut təqdim edə bilməmişdir. İcarə müqaviləsində iki aylıq icarə haqqı ardıcıl olaraq ödənilmədiyi halda iddiaçının icarə müqaviləsinin ləğvi barədə iddia qaldırmaq hüququ təsbit edildiyi halda 2018-ci ildən keçən 5 il ərzində icarə haqqı ödənilmirdisə belə vəziyyətdə icarə müqaviləsinin ləğvi məsələsinin nə səbəbə qaldırmaması şübhəlidir, faktiki vəziyyət onu göstərir ki, icarə haqları vaxtlı-vaxtında ödənilmişdir, bu nəticəsidir ki, həmin səbəbdən də indiyədək bununla bağlı tərəflər arasında mübahisə yaranmamışdır. İddiada göstərilmişdir ki, cavabdeh 510 kv.m. qeyri-yaşayış sahəsindən əlavə guya 1000 kv.m. çox ərazini zəbt edərək özbaşına istifadə etmişdir. İddianın bu hissəsi də tam əsassızdır, sadəcə boş sözlərdən ibarətdir, sual olunur, iddiaçı bu xüsusatı necə müəyyənləşdirmişdir? Nə vaxt bununla bağlı yoxlama aparmışdır, hansı sənədləşmə tərtib edilmişdir? İddianın bu hissəsi cavabdehə qarşı böhtandır, faktiki olaraq belə bir hadisə olmamış, heç bir araşdırma aparılmamış, məhkəməyə bu xüsusatı təsdiq edəcək heç bir sübut, sənəd, akt, izahat təqdim edilməmişdir. İddiaçı tibbi avadanlıqların onun tərəfindən alındığını, ona məxsus olduğunu ərizəsində göstərdiyi halda bu xüsusatı da təsdiq edəcək heç bir sübut təqdim etməmişdir, faktiki olaraq isə tibbi avadanlıqlar cavabdeh tərəfindən alınmaqla onun adınadır, ona məxsusdur. İddiaçı göstərmişdir ki, cavabdeh ona məxsus tibbi avadanlıqları mənimsəmişdir. Sual olunur mənimsəmə faktı baş vermişdirsə nə vaxt, hansı mallar mənimsənilmişdir, bu məsələ necə rəsmiləşdirilmişdir, nə üçün mənimsəmə faktı barəsində aidiyyəti üzrə hüquqmühafizə orqanlarına vaxtında rəsmi müraciət edilməmişdir? Əslində isə cavabdeh iddiaçıya məxsus heç bir əmlakı mənimsəməmişdir. İddiaçı heç bir sübutu, sənədi olmadığı halda tibbi avadanlıqları guya özü aldığını, guya cavabdehin adına rəsmiləşdirdiyini göstərməklə öz iddiasının tamamilə məntiqsiz, əsası olmayan, uydurma olduğunu bir daha təsdiq etmiş olmuşdur. İddiaçı rəsmi müqavilə ilə aylıq 750 manat icarə haqqı olmaqla 510 kv.m qeyri-yaşayış sahəsini icarəyə verdiyini, bunu iddia ərizəsində də bir daha özü qeyd etdiyi halda 510 kv.m. sahəyə, yəni iddia predmetinə dəxli və aidiyyəti olmayan guya 4 və 5-ci mərtəbələri, zirzəmi və 5,7 sot həyətyanı sahənin içərisində olan 650 kv.m. tikili ərzidən - cəmi 1500 kv.m. sahədən cavabdehin qanunsuz istifadə etməsini göstərərək hər ay 1500 manat icarə haqqı hesablayaraq 67500 manat borc tələb edir. Bu xüsusata dair də iddiaçı məhkəməyə heç bir sübut, sənəd təqdim edə bilməmişdir. Halbuki, iş materiallarından göründüyü kimi 1500 kv. metr qeyri-yaşayış sahəsi, 4 və 5-ci mərtəbələr, 5,7 sot həyətyanı sahənin içərisində olan 650 kv.m. tikili sahə özbaşına tikilidir, bir hissəsi isə ümumiyyətlə yararsızdır, bu fakt məhkəmə icraçısı tərəfindən də baxış zamanı aşkar edilmişdir, eyni zamanda həmin tikililərin inşası üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti qurumların tikintiyə icazə barədə qərar və ya sərəncamları, yaxud tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yoxdur, iddiaçı ərizəsinə də təbii ki, həmin sahələrin qanuniliyi barədə hər hansı bir sənəd əlavə edə bilməmişdir, ümumiyyətlə belə sənədlər faktiki olmadığından iddiaçının ərizəsinə əlavə olunması mümkün deyildir. 4 və 5-ci mərtəbələr, 5.7 sot həyətyanı sahənin içərisində olan 650 kv.tikili sahə özbaşına tikili, qanunsuz olduğundan iddiçı İddiaçı həmin obyektlərə dair iddia verməyə subyektiv hüququ da yoxdur. AR Mülki Məcəlləsinin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. İddaçı əsassız olaraq 67.500 manat guya icarə borcu yaranmasını uydurmaqla kifayətlənmiş, hətta daha irəli gedərək bu borca görə tamamilə əsassız 13.500 manat da gecikdirilmiş borca görə faiz hesablamışdır. Bu xüsusata dair də iddiaçı məhkəməyə heç bir sübut, sənəd təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsinin əvvəlində icarə haqqının 750 manat olmasını, ərizənin ortasında icarə haqqının 1500 manat təşkil etməsini, iddia ərizəsinin nəticə hissəsində isə icarə haqqının aylıq 2000 olduğunu qeyd edərək əsassız olaraq cavabdehdən 90.000 manat icarə haqqı tələb etmişdir. Lakin bu xüsusatı təsdiq edəcək heç bir sübutu, sənədi, müqaviləni və s. məhkəməyə təqdim edə bilməmiş, ziddiyyətli iddiası, fikirləri ilə də bir daha iddiasının yalan, uydurma olmasını özü bilavasitə təsdiq etmiş olmuşdur. Sonda göstərilənlərə əsasən tamamilə əsassız, uydurma olduğundan, heç bir sübuta, sənədə əsaslanmadığından İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə təqdim etdiyi əlavə etirazı onunla əsaslandırmışdır ki, iddiaya qarşı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etirazı müdafiə edərək bir daha bildirir ki, İddiaçı iddiası tamamilə əsassızdır, iddiaçının ərizəsində bütövlükdə iddianı, o cümlədən 67500 manat guya icarə borcu yaranması ilə bağlı tələbi təsdiq edəcək heç bir sübut göstərilməmiş, nə də iddia ərizəsinə hər hansı sübut, sənəd əlavə olunmamışdır. İddiaçının ərizəsində göstərdiyi və ləğvini tələb etdiyi xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğvi məsələsi artıq öz həllini tapmışdır, yəni icarə müqaviləsi notarial qaydada iddiaçı ilə cavabdehin arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə əsasında ləğv edilmişdir. İcarə müqaviləsi üzrə guya borcun olması tələbinə gəldikdə isə, icarə müqaviləsinin 4-cü bəndinə əsasən hər icarə ayının 15-dən gec olmayaraq icarə haqları mütləq şəkildə ödənilməli olduğundan cavabdeh müqavilə şərtinə əməl edərək icarə haqlarını bir qayda olaraq ödəmiş, iddiaçıya heç bir icarə haqqı borcu qalmamışdır və bu məsələ aşağıdakı sübutlarla bir daha təsdiqini tapır. Əvvələn, icarə haqqı borcu olmuş olsa idi iddiaçı onu dərhal tələb edərdi, ödənilmədiyi təqdirdə isə qanuni tədbirlərini görmüş olardı, daha məhkəməyə müraciət üçün 5 il gözləməzdi. 5 il müddətində iddiaçının hər hansı bir tələb irəli sürməməsi cavabdeh tərəfindən icarə haqqı borcu ilə bağlı heç bir problemin yaradılmadığını təsdiq edir. Digər tərəfdən, iddiaçı ilə aralarında vaxtilə formalaşmış işgüzar, etibarlı tərəfdaşlıq münasibətləri zəmnində və şəraitində, işlərinin uğurla davam etdiyi vaxtlarda hər dəfə icarə haqqı ödənilərkən ondan bu barədə hər hansı yazılı sənədsübut almağa özü mane olmuş, bunu artıq hərəkət hesab edib belə bir sənəd verilməsinə lüzum görməmişdir. Keçən müddət ərzində yalnız iddiaçının özünün olmadığı hallarda bir neçə dəfə aylar üzrə toplanılmış icarə haqları cəm şəklində onun etibar etdiyi şəxsə - X4 yazılı “ödəniş qəbzi” tərtib edilməklə təhvil verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli “ödəniş qəbzi”nə əsasən 4000 manat icarə haqqı pulu iddiaçının etibarnamə əsasında çıxış edən nümayəndəsi X4 təhvil verilmişdir. Eyni qaydada xx.xx.2022-ci il tarixli “ödəniş qəbzi”nə əsasən 4000 manat icarə haqqı pulu iddiaçının etibarnamə əsasında çıxış edən nümayəndəsi X4 təhvil verilmişdir. Yenə də eyni qaydada xx.xx.2022-ci il tarixli “ödəniş qəbzi”nə əsasən 4000 manat icarə haqqı pulu iddiaçının etibarnamə əsasında çıxış edən nümayəndəsi X4 tərəflərindən təhvil verilmişdir. Bunlarla yanaşı, iddiaçıya icarə haqlarının mütəmadi ödənildiyi və bununla bağlı heç bir icarə borcunun qalmadığı belə bir rəsmi sənəd fakt-sübutla da təsdiq edilir ki, aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 10-cu bəndinə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş icarə haqlarına görə dövlətə müvafiq vergi növü vaxtlı vaxtında və tam ödənilmişdir, yəni 750 manat icarə haqqının 14 faizi vergi kimi, qalan məbləğ isə icarə haqqı kimi iddiaçıya ödənilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsi” tərəfindən sorğuya verilmiş xx.xx.2023-cü il tarixli “ödənilmiş vergilər barədə” arayışından görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2019-cu ul tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə 1069,60 manat vəsait ödənilmişdir. Tibbi avadanlıqlar barədə iddiaçı heç bir müqavilə, sənəd təqdim etmədən, hər hansı sənədə istinad etmədən, tibbi avadanlığın miqdarını, məbləğini, adını göstərmədən iddia edir ki, müəssisəyə məxsus tibbi avadanlıqları guya “AccessBank”dan kredit pul götürərək cavabdehin adına almışdır. Halbuki həmin krediti iddiaçı faktiki olaraq kənd təsərrüfatında qoyunçuluğun inkişafı üçün almış, kredit məqsədli kredit olmuşdur, təyinatına müvafiq də iddiaçı tərəfindən istifadə edilmişdir. Bütün tibbi avadanlıqlar cavabdehin vəsaiti hesabına şəxsən özü tərəfindən axtarılıb tapılaraq satın alınmışdır. Əgər iddiaçı kənd təsərrüfatında qoyunçuluğun inkişafı üçün almış olduğu məqsədli dövlət krediti hesabına tibbi avadanlıqları aldığını iddia edirsə onda gərək o cinayət məsuliyyəti daşıdığını dərk etməlidir. Tibbi avadanlıqların alınması ilə bağlı iddiaçı yalan və uydurmalarının ifşa olunacağından çəkinərək sözügedən kredit müqaviləsini ərizəsinə əlavə edə bilməmiş, sadəcə olaraq ümumi sözlərlə məhkəməni aldatmağa, yanlış yola salmağa çalışmışdır. Məhkəmə lazım bilərsə bu faktı dəqiqləşdirmək üçün banka sorğu verərək kredit müqaviləsini alıb işə əlavə edə bilər. Müəssisənin tibbi avadanlıqlarının cavabdeh tərəfindən alınması barədə ticarət təşkilatları ilə, fiziki şəxslərlə aparılmış danışıqlara, razılaşmalara, malların alınması və pulların cavabdeh tərəfindən ödənilməsinə dair yazışmalar, aktlar və razılaşma sənədləri məhkəməyə təqdim edilir. Eyni zamanda Bakı şəhər sakini X7 əvvəllər Cavabdeh2 MMCnin cavabdeh ilə bərabər payda şəriki olmaqla müəssisəyə tibbi avadanlıqların məhz cavabdeh tərəfindən öz vəsaiti hesabına alınması proseslərinin şəxsən şahidi olmuşdur. Cavabdeh2 MMC Cavabdeh1 tərəfindən təsis edilmiş və xx.xx.2013-cü il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində **********1 VÖEN nömrəsi ilə qeydə alınmış, AR İqtisadiyyat Nazirliyi tərəfindən Cavabdeh2 MMC-yə “özəl tibbi fəaliyyət”ə dair lisenziya verilmişdir. İddiaçı cavabdehdən müxtəlif bəhanələrlə və uydurmalarla əsassız olaraq guya ona vurulmuş zərərlərlə bağlı pullar tələb etdiyi halda məhkəməyə təqdim etdiyi xx.xx.2023- cü il tarixli barışıq sazişində ona pul ödəməyi öhdəsinə götürmüşdür. Necə ola bilər ki, cavabdeh həm iddiaçıya zərər vurur və ona qarşı iddia qaldırıb buna görə pul tələb edir, eyni zamanda da barışır, saziş bağlayır və sazişdə cavabdehə 8000 manat pul ödəməyi öhdəsinə götürür. Bu fakt da bir daha iddianın yalan və əsassız olduğunu sübut edir. İddiaçının ona məxsus daşınmaz əmlaklardan, xüsusilə 5,7 sot həyətyanı sahədə mövcud olan 650 kv.m. qeyri yaşayış sahəsindən qanunsuz istifadə etdiyini göstərmiş və məhkəmədən həmin qeyri-yaşayış sahəsi üzərinə nəzarət qoyularaq cavabdehin oraya buraxılmamağıyla bağlı müvəqqəti təminat tədbiri barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizə təmin olunaraq qərardad icraya yönəldilmişdir.Qərardadın icrası ilə bağlı obyektə gəlmiş Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aqil Cəbiyev və onun iş yoldaşları 650 kv.m. qeyri-yaşayış sahəsinə baxış keçirmiş, protokol tərtib edib foto-video çəkilişi aparmışlar. Bu zaman icra məmurları həmin tikilinin istifadəyə tamamilə yararsız, təmirsiz, dağınıq, dəhşətli dərəcədə zibilli olmasını görərək təəcüblərini gizlədə bilmirdilər ki, axı bu cür yararsız, yarımçıq, dağınıq tikiliyə qadağa niyə qoyulmalıdır. Göstərilən 650 kv.m. qeyri yaşayış sahəsini iddiaçı yalnız hazırkı məhkəmənin gedişində təmir etməyə başlamışdır.

7. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin faktiki 1500 kv.m. tikili ərazisindən istifadəyə görə hər aylıq 4000 manat icarə haqqı üzrə bu günə (50 ay üçün) hesablanmış 200000 manat borcun, gecikdirilmiş borc məbləğinə görə hesablanmış 40000 manat borcun və icarə obyektinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların və digər əşyaların istifadəsinə görə aylıq 2000 manat icarə haqqı olmaqla ümumilikdə bu günə (50 ay üçün) hesablanmış 100.000 manat borc məbləği və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 20000 manat borc məbləği iddiaçıya ödənilməmişdir. Beləliklə də ümumilikdə iddia tələbi üzrə bu günə qalıq 348000 manat məbləğində borcun, tərəflərindən ödənilmiş 561 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 348561 manat məbləğində borcun Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli sazişə əsasən icarə müqaviləsi könüllü olaraq ləğv edilmişdir. Beləliklə icarə müqaviləsinin ləğvinə dair iddiaçının tələbi cavabdeh tərəfindən təmin edilib. Mübahisə predmeti olan icarə obyekti iddiaçıya təhvil verilmişdir. Bu hissədə də iddiaçının tələbi cavabdeh tərəfindən təmin edilib. Cavabdeh2 MMC-nin təsisçilərinin qərarı ilə Cavabdeh1 cəmiyyətin direktor vəzifəsindən azad edilərək onun yerinə X2 təyin edilmişdir. Beləliklə də iddia tələbi əvvəlki kimi həm Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı yönəlibdir. Lakin cavabdeh tərəfindən iddiaçının nümayəndəsi Elgiz Vəliyev tərəfindən imzalanmış ödəniş qəbzləri təqdim edilmişdir. Həmin ödəniş qəbzlərindən görünür ki hər biri müvafiq olaraq 2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün və hər ay üçün ayrılıqda 4000 manat olmaqla icra edilib. Beləliklə də cavabdeh tərəf özüdə bununla etiraf edib ki, icarə müqaviləsində göstərilmiş 750 manat icarə haqqı sadəcə formal xarakter daşımış və əslində isə tərəflər icarə haqqı kimi elə məhz 4000 manat məbləğini qəbul ediblər. Belə olan halda isə iddia tələblərindən olan xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olan müddət üçün hesablanmış icarə haqqı (50 ay üçün) 200000 manat məbləğində borc, gecikdirilmiş borc məbləğinə görə hesablanmış 40000 manat borcun və icarə obyektinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların və digər əşyaların istifadəsinə görə aylıq 2000 manat icarə haqqı olmaqla ümumilikdə bu günə (50 ay üçün) hesablanmış 100000 manat borc məbləği və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 20000 manat borc məbləği iddiaçıya ödənilməmişdir. Beləliklədə ümumilikdə iddia tələbi üzrə bu günə hesablanmış 360000 manat məbləğində borc olmuşdur. Cavabdeh tərəfindən nümayəndə Elgiz Vəliyevə ödənilmiş 12000 (2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün) manat məbləğində ödənişi nəzərə alındıqda bu günə qalıq borc 348000 manat məbləğini təşkil edir.

9. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin faktiki tikili ərazisindən istifadəyə görə hər aylıq 4000 manat icarə haqqı üzrə bu günə (50 ay üçün) hesablanmış 200000 manat borcun və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 40000 manat borc məbləğinin, icarə obyektinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların və digər əşyaların (xx.xx.2023-cü il tarixli X14 qeyd olunan) istifadəsinə görə icarə haqqı kimi aylıq 2000 manat olmaqla ümumilikdə bu günə (50 ay üçün) hesablanmış 100000 manat borc məbləği və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 20000 manat borc məbləğinin, icarə obyektinin 170 kv.m. tikili sahəsi hissəsinə vurulmuş maddi zərər və ziyana görə hesablanmış yalnız 76650 manat hissəsi, bu məbləğə daxildir: 21650 manat usta xidmətlərinin xərci (Döşəmənin sökülməsi və yenidən təmiri 12m*170kv.m.=2040m, tavanın sökülməsi vo yenidən təmiri 15m*170kv.m.=2550m, divarların təmiri 12m*680kv.m.=8160m, qapı vo pəncərələrin quraşdırılması 6 ədəd giriş qapısı*100m=600m və 12 ədəd müxtəlif ölçüdə pencereler*150m=1800m, bütün boyama işləri ümumilikdə 4000 manat məbləğinə razılaşdırılıb, tullantıların daşınması və təmizlik işlərinə görə 2500 m) və 170kv.m. tikili sahənin tam yenidən təmiri üçün tələb olunan tikinti materiallarının cəmi dəyəri 55000 manat (tikinti bazarında materialların qiymətinin tez-tez dəyişməsini nəzərə alaraq bu məbləğ təqribi hesablanaraq göstərilib), ümumilikdə iddia tələbi üzrə bu günə qalıq 424650 manat məbləğində borcun (240 000+120 000+76 650=436 650 və 435650- 12000=424 650 və 424650+561=425211), tərəflərindən ödənilmiş 561 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 425211 manat məbləğində borcun cavabdeh “REO X21 MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh “REO X21” MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2023-cü il tarixli X19 (məhkəməyə təqdim edilib) əsasən mübahisə predmeti olan və icarə obyektində (ünvan 3 ünvanda) yerləşən bütün tibbi avadanlıqlar və digər əşyalar iddiaçıya geri təhvil verilmişdir. Cavabdeh "REO X21" MMC tərəfindən iddiaçının icarə obyektində olan bütün tibbi avadanlıqların və digər əşyaların geri təhvil verilməsi tələbi təmin edilsə də, həmin xx.xx.2023-cü il tarixli X14 qeyd olunan bütün tibbi avadanlıqların və digər əşyaların 50 ay üçün istifadəsinə görə cəmi 100000 manat (hər aylıq 2000 manat ödəniş) borc tələbinin iddiaçıya ödənilməsi hissəsində hələdə cavabdehler tərəfindən təmin edilməmişdir. Tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli sazişə əsasən icarə müqaviləsi könüllü olaraq ləğv edilmişdir. Beləliklə icarə müqaviləsinin ləğvinə dair iddiaçının tələbi cavabdeh tərəfindən təmin edilib. Mübahisə predmeti olan icarə obyekti iddiaçıya təhvil verilmişdir. Bu hissədə də iddiaçının tələbi cavabdehlər tərəfindən təmin edilib. Cavabdeh “REO X21” MMC-nin təsisçilərinin qərarı ilə Cavabdeh1 cəmiyyətin direktor vəzifəsindən azad edilərək onun yerinə X2 təyin edilmişdir. Bundan sonra isə X2 da cəmiyyətin direktor vəzifəsindən azad edilərək onun yerinə Sadıqov Zülfüqar təyin edilmişdir. Beləliklə də iddianın aşağıda qeyd olunan qalan hissəsi üzrə (təmin edilməmiş hissəsi) tələbi əvvəlki kimi həm "REO X21" MMC-ye və Cavabdeh1 qarşı yönəlibdir. Belə ki, Cavabdeh1 əvvəlki kimi cavabdeh "REO X21” MMC-nin təsisçilərindən biridir. Bundan başqa da icarə obyektinin cavabdehlər tərəfindən iddiaçıya təhvil verməsindən sonra həmin inzibati binaya və onun tikili sahəsinə ciddi zərər və maddi ziyanların vurulması aşkar edilmişdir. Belə ki, həmin inzibati binanın zirzəmi, yeməkxana və aşağıdakı otaqların divarları, döşəmələri, orada olan bütün əşyalar və 2 otağın tavanları yararsız hala salınmışdır Baxımsızlıqdan və yağan yağışlar nəticəsində həmin 2 otaqın tavanından içəri axan sular birinci mərtəbədə olan 170 kv.m. tikili sahəsi hissəsinə və orada olan əşyalara da ciddi zərər vurmuşdur. Beləliklə də cavabdehlər icarə münasibətlərindən irəli gələn və icarə obyektinin salamatlılığını və vicdanla qayğısına qalmaq öhdəliyini pozmaqla iddiaçıya maddi ziyan və zərərlər vurmuşdular. Həmin tikili sahəsinə və əşyalara vurulmuş zərər və maddi ziyanlar sübut edən foto-şəkilləri məhkəməyə təqdim edilmişdir. Bu günə cavabdehlər tərəfindən iddiaç ya vurulmuş ümumi zərərin və ziyanın hələki yalnız 76650 manat hissəsini hesablamaq mümkün olmuşdur. Bu məbləğə daxildir: 21650 manat usta xidmətlərinin xərci (Döşəmənin sökü məs və yenidən təmiri 12m*170kv.m.=2040m, tavanın sökülməsi və yenidən təmiri 15m*170kv.m.=2550m, divarların təmiri 12m*680kv.m.=8160m, qapı və pəncərəiənn quraşdırılması 6 ədəd giriş qapısı *100m=600m və 12 ədəd müxtəlif ölçüdə pəncərələr*150m=1800m, bütün boyama işləri ümumilikdə 4000 manat məbləğinə razılaşdırılıb, tullantıların daşınması və təmizlik işlərinə görə 2500 m) və 170kv.m. tikili sahənin tam yenidən təmiri üçün tələb olunan tikinti materiallarının cəmi dəyəri 55000 manat (tikinti bazarında materialların qiymətinin tez-tez dəyişməsini nəzərə alaraq bu məbləğ təqrib hesablanaraq göstərilib). Bundan da başqa cavabdeh tərəfindən iddiaçının nümayəndəsi Elgiz Vəliyev tərəfindən imzalanmış ödəniş qəbzləri təqdim edilmişdir. Həmin ödəniş qəbzlərindən görünür ki hər biri müvafiq olaraq 2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün və hər ay üçün ayrılıqda 4000 manat olmaqla icra edilib. Beləliklə də cavabdeh tərəf özüdə bununla etiraf edib ki, icarə müqaviləsində göstərilmiş 750 manat icarə haqqı o boyda nəhəng klinika üçün ( + içindəki bütün tibbi avadanlıqlar və digər əşyalar da daxil olmaqla) sadəcə formal xarakter daşıyıb və əslində isə tərəflər icarə haqqı kimi elə məhz 4000 manat məbləğini qəbul ediblər. Çünki təsadüfi deyil ki, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş 2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün ödəniş qəbzlərində müvafiq aylar üzrə ödənişlər məhz hər ayın 15-i tarixinə və 4000 manat olaraq məhz müvafiq ay üçün icarə haqqı ödənişi kimi nəzərdə tutulub. Belə ki, həmin ödəniş qəbzlərində digər hər hansı bir qeyd yoxdur və həmçinin də cavabdehlər tərəfindən bundan başqa hər hansı icarə haqqının ödənilməsini sübut edən təsdiqedici dəlili də yoxdur. Belə olan halda isə iddia tələblərindən olan xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olan müddət üçün hesablanmış icarə haqqı (4000 m*50 ay = 200 000 m) 200000 manat məbləğində borc, gecikdirilmiş borc məbləğinə görə hesablanmış (200000*5% = 10000 m və 4 il*10000m = 40000 m) 40000 manat borcun (AR MM maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.) və icarə obyektinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların və digər əşyaların istifadəsinə görə aylıq 2000 manat icarə haqqı olmaqla ümumilikdə bu günə (2000m*50 ay = 100000m) hesablanmış 100000 manat borc məbləği və gecikdirilmiş borc məbləğinə görə hesablanmış (100000*5%=5000m*4 il=20000m) 20000 manat borc məbləği iddiaçıya ödənilməmişdir (AR MM maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azerbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.). Həmçinin cavabdehler tərəfindən icarə obyektində (cavabdeh 'REO X21" MMC-nin fəaliyyət gösterdiyi yer kimi qeyd edilib Aktda) artıq zəbt edilmiş ərazinin boşaldılmasını sübut və təsdiq edən xx.xx.2023-cü il tarixli Binəqədi rayon icra məmurları tərəfindən tərtib edilmiş Akt məhkəməyə təqdim edilməklə bildirlir ki, müvafiq akt icarə obyektində cavabdeh tərəfindən zəbt edilmiş ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə iddiaçının MTT ərizəsinin təmin edilməsinin icrası ilə əlaqədardır (e16-(113)-29/2023-006 saylı xx.xx.2023-cü il tarixli icra sənədi).Həmin icra sənədində aydın qeyd edilir ki, ünvan 4 ünvanda yerləşən, RX ******* saylı xx.xx.2015-ci il qeydiyyat tarixli daşınmaz əmlakın icarə müqaviləsi ilə nəzərdə tutulmayan hissəsinə (4 və 5-cı mərtəbələri, zirzəmi və 5.7 sot həyətyanı sahənin içində olan ümumi ərazisi 650 kv.m. tikili sahə) cavabdeh “REO X21” MMC (bütün aidiyyəti şəxslər, işçilər və səlahiyyət nümayəndələr) və cavabdeh “REO X21” MMC-nin direktoru Cavabdeh1 giriş-çıxışının və istifadəsi qadağan edilmişdir və müvafiq Akt da tərtib edilməklə icra sənədi icra edilmişdir. Binəqədi rayon icra məmurlarının müvafiq icraata başlamaq haqqında qərarıda həmçinin məhkəmənin diqqətinə təqdim edilir. Müvafiq icra sənədinin icrası barədə qeyd olunan sənədlər və həmçinində Akt sübut olaraq təsdiq edir ki, həqiqətəndə icarə obyektində cavabdeh "xxxx" MMC-nin fəaliyyəti olub, həqiqətəndə cavabdehlər tərəfindən artıq zəbt edilmiş ərazi olub və boşaldılıb. Hətta "xxxx" MMC-nin müvafiq vergi xidmətinin reyestrindən təqdim edilmiş Çıxarışdan da aydın görmək olur ki, hüquqi ünvan məhz ünvan 5eməkdir ki, cəmiyyət öz qeydiyyat tarixindən həmin ünvanda fəaliyyətə başlayıb. Beləliklə də ümumilikdə iddia tələbi üzrə bu günə hesablanmış 436650 manat məbləğində borc olmuşdur. Cavabdeh tərəfindən nümayəndə Elgiz Vəliyevə ödənilmiş 12000 (2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün) manat məbləğində ödənişi nəzərə alınanda bu günə qalıq borc 424650 manat məbləği təşkil edir.

11. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə 17 may 2023-cü il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsinə dair təqdim etdiyi etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməyərək artıq bununla neçənci dəfədir ki, ilkin iddiasını “dəqiqləşdirir”. Lakin bu əslində dəqiqləşdirmə deyil, faktiki olaraq həqiqətə uyğun olmayan, əsassız iddianın həqiqi, əsaslı iddia formasına salmaqla məhkəməyə təqdim etmək cəhdindən başqa bir şey deyildir. Məsələ tamamilə aydındır, məhkəməni aldadaraq əsassız iddia tələbini təmin etdirmək, varlanmaq. Məhkəmədə sədrlik edən iş üzrə obyektiv nəyicəyə gəlinməsi üçün təkrar təkrar iddiaçıya və onun nümayəndələrinə irad tutara/q iddianı əsaslandırdıqları sübutları təqdim etməyi israrla tələb edib bunun üçün dəfələrlə vaxt verməsinə baxmayaraq, iddiaçı tərəf ən müxtəlif bəhanələrlə süründürməçiliyə yol verərək məhkəməyə mötəbər sübutlar əvəzinə işə aid olmayan sənədlər təqdim etməklə, iddianın “dəqiqləşdirilməsi barədə əsassız ərizələr” tərtib edib məhkəməyə təqdim etməklə, müxtəlif bəhanələrlə işi uzatmağa çalışmışlar və indi də bu hərəkətlərini davam etdirməkdədir. Diqqət yetirilərsə açıq-aydın görünür ki, iddiaçı tərəf məhkəməyə daha çox, dəxli oldu-olmadı sənədlər təqdim edir, ərizələrini, vəsatətlərini məzmunsuz, işə dəxli olmayan söz və cümlələrlə dolduraraq bəlkə bu yolla işin öz xeyirlərinə həll ediləcəyinə ümid edir. xx.xx.2023-cü il tarixli “iddianın dəqiqləşdirilməsi” barədə ərizədə iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli “təhvil-təslim” aktının Məzmunu ilə tanışlıqdan dərhal aydın görünür ki, bu “AKT” təhvil-təslimdən daha çox “bəyənnaməyə”, “barışıq sazişinə” oxşadılmışdır, “tərəflər birgə bəyan edirlər”, “tərəflər təsdiq edirlər” - kimi təmtəraqlı sözlərlə bəzədilən bu akt reallıqda əslində əvvəllər baş verməmiş xüsusatları baş vermiş kimi qələmə verməklə tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Aktın 1-ci vərəqində ən yuxarı hissədə aktın adı belə yazılmışdır: “İddiaçı məxsus tibbi avadanlıqların və digər əşyaların “REO X21” tərəfinndən İddiaçı geri təhvil verilməsi barədə” AKT. Elə bu cümlədən aktın qərəzli, məqsədli, saxta tərtib edildiyi dərhal görünür. Əgər həmin avadanlıq və əşyalar İddiaçı məxsusdursa onda niyə geri təhvil vermə aktı tərtib edilir, axı aktda göstərilir ki, həmin əmlaklar onsuz da onundur. Belə çıxır ki, İddiaçı akt tərtib edib özü əmlakını özünə qaytarır. Əgər bu əmlaklar İddiaçı mülkiyyətindən çıxmışdısa o bu əmlakları hansı səbədən, nə vaxt, kimə, nə məqsədlə təhvil vermişdi? Belə bir rəsmi sənəd-sübut yoxdur. Daha sonra, akta göstərilmişdir ki, “Tərəflər təsdiq edirlər ki, İddiaçı həmin avadanlıq və əşyaları MMC-nin direktoru Asiman Abbasəliyevdən təhvil alır və Asiman Abbasəliyev təsdiq edir ki, bu əmlaklar İddiaçı məxsusdur. Bu aktın imzalanmasına səbəb və əsas tərəflər arasında imzalanmış və notariusda təsdiqlənmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsini (xx.xx.2018-ci il tarixli) ləğvinə dair müqavilədir.” Sual olunur, 2023-cü ildə MMC-yə direktor təyin edilərək cəmi 51 gün işləyib cavabdeh tərəfindən işdən azad olunan Asiman Abbasəliyevin əlində həmin əmlakların satın alınma sənədlərinin onda olmadığı, həmin əmlaklar onun maddi-məsuliyyətinə verilmədiyi, o direktor təyin edilərkən bu əmlakların ona təhvili barədə təhvil-təslim aktı tərtib edilmədiyi halda ixtiyarı çatmadığı, başqasına (MMC-nin təsisçisi, Cavabdeh1) məxsus əmlakları hansı hüquq və hansı əsasla İddiaçı təhvil verir? 2023-cü ildə cəmi 51 gün direktor işləmiş, əvvəllər bu MMC ilə heç bir əlaqəsi olmayan bir şəxs ondan 5-10 ilə əvvəl MMC-nin alınmış əmlakının sahibinin kimliyi barədə sənəd tərtib edib imzalaya və məhkəmədə şahidlik edə bilərmi? Əlbəttə edə bilməz və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı bu nöqteyi nəzərdən də əsassız sənəddir. Digər tərəfdən əgər təhvil-təslim aktı həqiqətən icarə müqaviləsinin ləğvi ilə bağlı tərtib edilmişdirsə niyə müqavilənin ləğvi tarixində (xx.xx.2023-cü il) də əmlak təhvili barədə məsələ qaldırılmamışdır, akt yazılmamışdır, niyə təhvil-təslim aktı 2 ay yarımdan sonra, xx.xx.2023-cü il tarixə tərtib ediərək xx.xx.2023-cü il tarixdə işin baxılması yekunlaşanda məhkəməyə təqdim edilmişdir? Nəzəri cəhətdən hesab edilsə təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə tərtib edilmişdi, onda bəs niyə iddiaçı həmin aktı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclası zamanı məhkəməyə təqdim edməmişdir? Bu faktlar xx.xx.2023-cü il tarixli əsassız Aktın sonradan arxa tarixə saxta tərtib edildiyini sübut edir. Eyni zamanda, “REO X21”nin hüquqi şəxslərin dövlət qeydiyyatından keçmiş və qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş qüvvədə olan Nizamnaməsində də MMC-nin direktorunun müəssisəyə məxsus əmlakları, tibbi avadanlıqları, əşyaları kiməsə təhvil vermək, satmaq, bağışlamaq, ümumiyyətlə müəssisənin əmlakı üzərində sərəncam vermək hüququ nəzərdə tutulmamışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında göstərilmişdir ki, “tərəflər bəyan edirlər ki, tibbi avadanlıqlar və əşyalar İddiaçı məxsus imiş, həmin əmlak xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi imzalanan vaxt istifadə edilməsi üçün Cavabdeh1 verilmişdir və təhvil-təslim yeri Bakı şəhəridir”. Dərhal sual yaranır:tibbi avadanlıqlar və əşyalar Cavabdeh1 hansı sənədlə, təhvil-təslim aktı ilə təhvil verilmişdir, hər halda iddiaçı tərəf məhkəməyə belə bir sənəd-sübut təqdim edə bilməmişdir və belə bir sənəd də tərtib oluna bilməzdi, ona görə ki, bütün tibbi avadanlıqlar və əşyalar Cavabdeh1 məxsus olduğundan heç bir həhvil-təslimdən söhbət gedə bilməzdi. Maraqlı burasındadır ki, Asiman Abbasəliyev xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanarkən həmin prosesdə iştirak etmədiyi və ondan sonrakı illərdə isə heç vaxt “REO X21”nin fəaliyyəti ilə bağlı olmadığı halda xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında imza edib təsdiq etmişdir ki, guya tibbi avadanlıqlar və əşyalar icarə müqaviləsi bağlanan məqamda İddiaçı tərəfindən Cavabdeh1 təhvil-təslim edilmişdir. Bu fakt da xx.xx.2023-cü il tarixli aktın əsassızlığını bir daha təsdiq edir. Hörmətli məhkəmə, xx.xx.2023-cü il tarixli təhviltəslim aktının 4-cü bəndi də onun nə dərəcədə uydurma olmasını göstərir. Həmin bənddə deyilir ki, “REO X21”nə məxsus bütün tibbi avadanlıq və əşyalara görə məsuliyyət həmişə Cavabdeh1 üzərində olmuşdur və indi də onun üzərindədir, bu əmlaka dəyən maddi ziyan və zərərə görə Cavabdeh1 İddiaçı qarşısında cavabdehlik daşıyır”. Yenə bir daha qeyd edilir ki, İddiaçı tibbi avadanlıq və əşyalara heç bir aidiyyəti yoxdur və olmamışdır, bu səbəbdən onun tərəfindən Cavabdeh1 üzərinə hər hansı maddi məsuliyyət qoyulması barədə akt tərtib ertməsi və özü də aktı Səxavət Babyevin iştirakı və imzası olmadan tərtib etməsi sadəcə olaraq absurddur. Necə ola bilər ki, şəxsin xəbəri və məlumatı olmadan onun üzərinə hər hansı əmlaka görə cavabdehlik barədə akt yazılsın? Belə bir sənəd hüquqi sənəd, sübut hesab edilə bilərmi? Əlbəttə yox, edilə bilinməz. Faktiki olaraq isə İddiaçıla Cavabdeh1 arasında heç vaxt maddi məsuliyyət barəsində müqavilə bağlanılmamışdır. Onlar arasında yalnız qeyri-yaşayış sahəsinin icarəsi barədə müqavilə bağlanılmışdır ki, həmin müqavilənin predmeti qeyri-yaşayış sahəsidir, müqavilədə tibbi avadanlıqların və əşyaların icarəyə, istifadəyə verilməsi barədə heç bir qeyd-şərt yoxdur. Digər tərəfdən, Cavabdeh1 İddiaçı işçisi olmamışdır ( Cavabdeh1 icarə müqaviləsinin tərəfi olmuşdur) ki, onun üzərinə maddi məsuıliyyət qoyulsun və AR Əmək Məcəlləsinin işə götürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti məsələlərini tənzimləyən 30-cü fəslinin müddəaları Cavabdeh1 münasibətdə tətbiq olunsun. Hörmətli məhkəmə, Tibbi avadanlıqların və əşyaların tələbi ilə bağlı iddiaçının iddia ərizəsində göstərmiş olduğu, istinad etdiyi növbəti əsassız tələblərdən biri də həmin malların onun tərəfindən guya kredit götürülərək alınmasıdır. İddia ərizəsinə belə bir sənəd əlavə etmədiyindən və sonralar da məhkəmədə, baxmayaraq ki, məhkəmə tərəfindən və iddiaçıdan təqdim etməsi israrla tələb və xahiş olundu, lakin belə bir sənədi iddiaçı təqdim edə bilmədi və bu məsələnin üzərindən sükutla keçdi, bir daha “kredit” məsələsinə qayıtmadı. Lakin, bu fakt da İddiaçı iddiasının əsassız və yalan olmasını təsdiq edən sübutlardan biridir və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bu barədə məhkəməyə əvvəllər təqdim etdilən iddaya qarşı etirazda qeyd edilmişdir və bir daha təkrar olaraq bildirilir ki, İddiaçı iddia ərizəsində heç bir müqavilə, sənəd təqdim etmədən, hər hansı sənədə istinad etmədən, tibbi avadanlığın miqdarını, məbləğini, adını göstərmədən iddia etmişdir ki, müəssisəyə məxsus tibbi avadanlıqları guya “AccessBank”dan kredit pul götürərək cavabdehin adına almışdır. Halbuki uzun müddət birgə fəaliyyətdən həmin krediti iddiaçı faktiki olaraq kənd təsərrüfatında qoyunçuluğun inkişafı üçün almış, kredit məqsədli kredit olmuşdur, təyinatına müvafiq də iddiaçı tərəfindən istifadə edilmişdir. Bir daha qeyd olunur ki, bütün tibbi avadanlıqlar və əşyalar cavabdehin vəsaiti hesabına şəxsən özü tərəfindən axtarılıb tapılaraq satın alınmışdır. Yox əgər iddiaçı kənd təsərrüfatında qoyunçuluğun inkişafı üçün almış olduğu məqsədli dövlət krediti hesabına tibbi avadanlıqları aldığını iddia edirsə onda gərək o cinayət məsuliyyəti daşıdığını dərk etməlidir. Tibbi avadanlıqların alınması ilə bağlı iddiaçı yalan və uydurmalarının ifşa olunacağından çəkinərək sözügedən kredit müqaviləsini ərizəsinə əlavə edə bilməmiş, sadəcə olaraq ümumi sözlərlə məhkəməni aldatmağa, yanlış yola salmağa çalışmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, mübahisə predmeti olan tibbi avadanlıqların və əşyaların tələbini İddiaçı hələ ilkin iddiasında irəli sürmüşdür, iddianın bu hissəsində etiraz bildirərək göstərmişdi və indi bir daha bildirir ki, qeyd olunan tibbi avadanlıq və əşyaların sahibi cavabdeh, MMC-nin təsisçisi, mülkiyyətçisi, sahibi Cavabdeh1dir, bu faktları təsdiq edən bütün mülkiyyət sənədlərini məhkəməyə təqdim edilmişdir. İddiaçı isə əlində iddia etdiyi tibbi avadanlıqların və əşyaların ona məxsusluğunu təsdiq edəcək heç bir sübutu, sənədi yoxdur, o “REO X21”nə münasibətdə heç bir hüquqa malik olmayan şəxsdir, onun tibbi avadanlıqlar və əşyalar barədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır və yoxdur, İddiaçı yalnız sahibi olduğu qeyri-yaşayış sahəsini MMC-yə icarəyə vermiş tərəfdir. Qeyd olunanlardan belə nəticə çıxır ki, İddiaçı iddia ərizəsində tələb etdiyi tibbi avadanlıqların və əşyaların ona guya məxsus olmasını təsdiq edəcək sübut-sənədi olmadığından, belə bir sənədi yuxarıda qeyd edildiyi kimi məhkəmənin dəfələrlə vaxt verməsinə baxmayaraq məhkəməyə təqdim edə bilmədiyini görüb sonradan, işin baxılmasının yekunlaşması ərəfəsində tez-tələsik xx.xx.2023-cü il tarixli tamamilə əsassız təhvil-təslim aktını tərtib etdib məhkəməyə sübit kimi təqdim etmişdir ki, bəlkə bu yolla iddiasını təmin etdirə bildi. xx.xx.2023-cü il tarixli “iddianın dəqiqləşdirilməsi” barədə ərizəsində iddiaçı tərəf cavabdehin icarə müqaviləsində nəzərdə tutulan qeyri-yaşayış sahəsindən əlavə sahədən istifadə etməsinə dair sübut kimi məhkəmənin müvəqqəti təminat tədbiri barədə qəraddadının icrası olaraq məhkəmə icraçısı tərəfindən tərtib edilmiş icra sənədlərinə, icra üzrə icraata başlamaq barədə qərara, icraçı tərəfindən tərtib edilmiş akta istinad etmişdir. Lakin həmin qərar və aktdan göründüyü kimi orada “REO X21”in işçilərinə icarə müqaviləsində nəzərdə tutulan qeyri-yaşayış sahəsindən əlavə sahələrə giriş-çıxış qadağan edilmişdir, məhkəmə icraçısının tərtib etdiyi heç bir sənəddə “REO X21”in icarə müqaviləsində nəzərdə tutulan qeyri-yaşayış sahəsindən əlavə sahələri zəbt etməsi, istifadə etməsi barədə heç bir qeydşərt yoxdur və ola da bilməzdi, çünki “REO X21” fəaliyyəti dövründə yalnız icarə müqaviləsində nəzərdə tutulmuş qeyri-yaşayış sahələrindən istifadə etmiş və müqavilədə nəzərdə tutulmuş icarə haqlarını ödəmişdir. Daha sonra İddiaçı göstərmişdir ki, guya obyektin icarə haqqı ayda 750 manat yox, 4000 manat təşkil etmişdir. Əvvəlki vəsatət və iddiaya qarşı etirazlarda göstərilən kimi bir daha bildirilir ki, icarə haqqı müqavilə ilə 750 manat müəyyənləşdirilmiş, həmin icarə haqqı bütünlükdə iddiaçıya tam ödənilmiş, icarə haqqı borcu qalmamışdır. Eyni zamanda müqavilə ilə müəyyənləşdirilmiş 750 manata uyğun da vergi ödənilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən hər icarə ayının 15dən gec olmayaraq icarə haqları mütləq şəkildə ödənilməli olduğundan müqavilə şərtinə əməl edərək icarə haqlarını bir qayda olaraq ödəmiş, iddiaçıya heç bir icarə haqqı borcu qalmamışdır və bu məsələ aşağıdakı sübutlarla bir daha təsdiqini tapır. Əvvələn, icarə haqqı borcu olmuş olsa idi iddiaçı onu dərhal tələb edərdi, ödənilmədiyi təqdirdə isə qanuni tədbirlərini görmüş olardı, daha məhkəməyə müraciət üçün 5 il gözləməzdi. 5 il müddətində iddiaçının hər hansı bir tələb irəli sürməməsi icarə haqqı borcu ilə bağlı heç bir problemin yaradılmadığını təsdiq edir. Digər tərəfdən, iddiaçı ilə vaxtilə formalaşmış işgüzar, etibarlı tərəfdaşlıq münasibətləri zəmnində və şəraitində, işləriin uğurla davam etdiyi vaxtlarda hər dəfə icarə haqqı ödənilərkən ondan bu barədə hər hansı yazılı sənədsübut almağa özü mane olmuş, bunu artıq hərəkət hesab edib belə bir sənəd verilməsinə lüzum görməmişdir. Keçən müddət ərzində yalnız iddiaçının özünün olmadığı hallarda bir neçə dəfə aylar üzrə toplanılmış icarə haqları cəm şəklində onun etibar etdiyi şəxsə - X4 yazılı “ödəniş qəbzi” tərtib edilməklə təhvil verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli “ödəniş qəbzi”nə əsasən 4000 (dörd min) manat icarə haqqı pulu iddiaçının etibarnamə əsasında çıxış edən nümayəndəsi X4 təhvil verilmişdir. Eyni qaydada xx.xx.2022-ci il tarixli “ödəniş qəbzi”nə əsasən 4000 (dörd min) manat icarə haqqı pulu iddiaçının etibarnamə əsasında çıxış edən nümayəndəsi X4 təhvil verilmişdir. Yenə də eyni qaydada xx.xx.2022-ci il tarixli “ödəniş qəbzi”nə əsasən 4000 (dörd min) manat icarə haqqı pulu iddiaçının etibarnamə əsasında çıxış edən nümayəndəsi X4 verilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, 2014-2018-ci illərdə də iddiçı ilə Cavabdeh2 MMC arasında icarə müqaviləsi mövcud olmuş və həmin müddət ərzində icarə pulları Cavabdeh1 tərəfindən vaxtlı-vaxtında və tam məbləğlərdə ödənilmiş, tərəflər arasında icarə pullarının ödənilməsi ilə əlaqədar olaraq heç bir narazılıq, mübahisə olmamışdır. Məhz bu qarşılıqlı etimad və etibarlılığın nəticəsidir ki, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh1lə bu dəfə daha uzun müddətə, yəni 10 illiyinə icarə müqaviləsi bağlanılmışdır. Bunlarla yanaşı, iddiaçıya icarə haqlarının mütəmadi ödənildiyi və bununla bağlı heç bir icarə borcunun qalmadığı belə bir rəsmi sənəd fakt-sübutla da təsdiq edilir ki, bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 10-cu bəndinə əsasən iddiaçıya ödənilmiş icarə haqlarına görə dövlətə müvafiq vergi növü vaxtlı-vaxtında və tam ödənilmişdir, yəni 750 manat icarə haqqının 14 faizi vergi kimi, qalan məbləğ isə icarə haqqı kimi iddiaçıya ödənilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dğvlət Vergi Xidmətinin “Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsi” tərəfindən sorğuya verilmiş xx.xx.2023-cü il tarixli “ödənilmiş vergilər barədə” arayışından görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə 1069,60 manat vəsait ödənilmişdir. Əgər icarə haqqı 4000 manat idisə onda nə üçün icarə müqaviləsi 750 manata bağlanılmışdır, nə üçün 4000 manat icarə haqqına müvafiq vergi ödənilməsi təmin edilməmişdir? Əgər icarə haqqı aylıq 4000 manat olmuşdursa iddiaçı bu barədə məhkəməyə sübutlar- 4000 manat icarə haqqını əks etdirən müqaviləni və həmin məbləğdən vergi ödənilməsi barədə məhkəməyə sənəd təqdim etməlidir, lakin iddaçı məhkəməyə belə sübutlar təqdim edə bilməmişdir. xx.xx.2023- cü il tarixli “iddianın dəqiqləşdirilməsi” barədə ərizəsində iddiaçı tərəf tibbi avadanlıqlardan cavabdehin 50 ay qanunsuz istafədəsinə görə hər ay 2000 manat hesabı ilə 100.000 manat tələbini qoymuşdur. Bu tələb də tamamilə əsassız və uydurmadır. Müəssisənin bütün tibbi avadanlıqları və əşyaları Cavabdeh1 məxsus olduğundan ondan kiminsə icarə haqqı tələb etməyə hüquqi əsası yoxdur. Əgər İddiaçı bu əmlakların ona məxsus olması və həmin əmlakların Cavabdeh1 aylıq icarə haqqı 2000 manat olmaqla 50 aylıq icarəyə verilməsi barədə müqaviləsi vardırsa niyə məhkəməyə təqdim etməmişdir? Çünki belə bir sənədlər iddiaçıda yoxdur və ola da bilməzdi. Daha sonra, xx.xx.2023-cü il tarixli “iddianın dəqiqləşdirilməsi” barədə ərizəsində iddiaçı 2 otağa dəymiş zərərə görə 76650 manat zərərin ödənilməsini tələb edir. Həmin tələb də tamamilə əsassızdır. Belə ki, icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə notarial qaydada ləğv edilmiş və icarə obyekti tamamilə yararlı halda iddiaçıya təhvil verilmişdir, iddiaçının bununla bağlı heç bir tələbi, narazılığı olmamışdır.İndi aradan 3 aydan çox müddət keçdikdən sonra, məhkəmə prosesinin axırında heç bir mötəbər sübut-sənəd təqdim edilmədən zərər tələb olunması qərəzli və əsassız tələbdir.

12. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin artırılması barədə bir daha da ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən icarəyə verilmiş qeyri-yaşayış sahəsinin faktiki tikili ərazisindən istifadəyə görə hər aylıq 4000 manat icarə haqqı üzrə bu günə (50 ay üçün) hesablanmış 200000 manat borcun və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 40000 manat borc məbləğinin, icarə obyektinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların və digər əşyaların (xx.xx.2023-cü il tarixli X14 qeyd olunan) istifadəsinə görə icarə haqqı kimi aylıq 2000 manat olmaqla ümumilikdə bu günə (50 ay üçün) hesablanmış 100000 manat borc məbləği və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 20000 manat borc məbləğinin, icarə obyektinin 170 kv.m. tikili sahəsi hissəsinə vurulmuş maddi zərər və ziyana görə hesablanmış yalnız 76650 manat hissəsi, bu məbləğə daxildir: 21650 manat usta xidmətlərinin xərci (Döşəmənin sökülməsi və yenidən təmiri 12m*170kv.m.=2040m, tavanın sökülməsi və yenidən təmiri 15m*170kv.m.=2550m, divarların təmiri 12m*680kv.m.=8160m, qapı və pəncərələrin quraşdırılması 6 ədəd giriş qapısı*100m=600m və 12 ədəd müxtəlif ölçüdə pəncərələr*150m=1800m, bütün boyama işləri ümumilikdə 4000 manat məbləğinə razılaşdırılıb, tullantıların daşınması və təmizlik işlərinə görə 2500 m) və 170 kv.m. tikili sahənin tam yenidən təmiri üçün tələb olunan tikinti materiallarının cəmi dəyəri 55000 manat (tikinti bazarında materialların qiymətinin tez-tez dəyişməsini nəzərə alaraq bu məbləğ təqribi hesablanaraq göstərilib), tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə və "xxxx" MMC-nin ********* saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçının Cavabdeh1 verdiyi 3021 manat məbləğində vəsaitin cavabdehdən tutulub iddiaçıya geri qaytarılması, ümumilikdə iddia tələbi üzrə bu günə qalıq 427671 manat məbləğində borcun (240 000+120 000+76 650+3 021=439 671 və 439 671-12000=427 671), tərəflərindən ödənilmiş 721 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 428392 manat məbləğində borcun (427671+721=428 392) cavabdeh “REO X21” MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən tərəflər arasında xx.xx.2023-cü il tarixli Barışıq Sazişi imzalanmışdır. X11 şərtlərinə uyğun olaraq cavabdeh Səxavət B. ilk öncə 3000 manat məbləği qəbul edib və daha sonra isə 5000 manat məbləğini də aldıqdan sonra "xxxx" MMC-nin payının özünə məxsus 50% pay hissəsini İddiaçı Məmməd oğlunun yaxın qohumunun adına rəsmiləşdirməliydi. Qeyd olunan Barışıq Sazişi notarial qaydada imzalansa da və cabadeh S. X6 şərtlərinə görə razılaşdırılmış ilkin 3000 manat məbləğini alsa da lakin sonradan müxtəlif bəhanələr gətirərək həmin Barışıq Sazişini məhkəmədə təsdiq etməkdən boyun qaçırmışdır. Lakin iş materiallarına əlavə edilən "xxxx" MMC-nin ********* saylı xx.xx.2023cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçının Cavabdeh1 verdiyi 3021 (üç min iyirmi bir) manat məbləğində vəsait iddiaçıya bügünə kimi geri qaytarılmamışdır (21 manat əlavə olaraq xidmət haqqı kimi ödənilib). Beləliklə də ümumilikdə iddia tələbi üzrə bu günə hesablanmış 427 671 manat məbləğində borc qalmışdır.

14. “Reo X21” MMC-nin təsisçisi xx.xx.2023-cü il tarixdə nümayəndəsi və vəkilinin xx.xx.2023-cü il tarixli etirazı ilə ilə eyni məzmunlu etiraz təqdim etmişdir.

15. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə təqdim etdiyi etirazı onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin sözügedən vəsatəti ilə tanışlıq göstərdi ki, bu vəsatət də əvvəlki vəsatətləri kimi əslində məhkəmənin yanlış qərar qəbul etməsinə yönəldilmiş, mücərrəd, formal bir yazıdan başqa bir şey deyildir. Ona görə də həmin vəsatət əsassız olduğundan rədd edilməlidir. Belə ki, vəsatətdə göstərilmişdir ki, Cavabdeh1 mübahisə predmeti olan tibbi avadanlıqlara dair subyektiv hüququ yoxdur. 6 aydır davam edən məhkəmə prosesində dəfələrlə yazılı şəkildə məhkəməyə təqdim edilmiş ifadələrdə göstərilmişdir ki, (məhkəmə tərəfindən də dəfələrlə iddiaçıdan tələb və xahiş edilmişdir) İddiaçı tibbi avadanlıqların ona məxsus olmasını bildirib onların tələbi barədə iddia qaldırmışdırsa onda gərək o həmin avadanlıqların sahibi, mülkiyyətçisi olması, onu nə vaxt, necə, haradan əldə etməsi, onu nə vaxt, hansı qaydada, hansı şərtlərlə cavabdehə verməsinə dair yazılı, rəsmi sənədlər təqdim etməlidir. İddiaçı isə indiyədək belə bir sənədi məhkəməyə təqdim edə bilməmişdir, təqdim edə də bilməz, çünki həmin avadanlıqlar Cavabdeh1 tərəfindən satın alınmış, müəssisənin balansına verilmişdir. Bu barədə rəsmi sənədlər məhkəməyə təqdim edilmişdir. Bu nöqtryi-nəzərdən tibbi avadanlıqların tələbi ilə əlaqədar İddiaçı iddia qaldırmağa subyektiv hüququ yoxdur, çünki ona məxsus olmayan əmlakı, avadanlığı tələb edə bilməz. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır… subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş üzrə məhkəmə baxışının prinsipləri məsələlərini tənzimləyən İddiaçının nümayəndəsi vəsatətində hər vasitə ilə çalışmışdır ki, tibbi avadanlıqların cavabdehə icarəyə verildiyini “sübuta” yetirsin və bu məqsədlə AR MM-nin 701.1-ci maddəsini “əsas” kimi gətirərək göstərir ki, “həmin maddəyə görə icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir.Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Yaniki “icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır” ifadəsində qeyd edildiyi kimi AR MM-nin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymadıqları üçün müvafiq iddiaçı icarə obyekti ilə birlikdə bütün tibbi avadanlıqları və digər əşyaları da olduğu şəkildə cavabdehin istifadəsinə icarəyə vermişdir.” Ləvazimat sözünün həm lüğəti, həm də qanunvericilikddə təsbit edilmiş mənası, izahı göstərir ki, iddiaçının AR Mülki Məcəlləsinin 701-ci maddəsinə istinad etməsi tamamilə əsassızdır. Belə ki, tibbi avadanlıqların icarəyə verilmədiyini artıq dəfələrlə göstərmişdir. “Azərbaycan dilinin izahlı lüğətində “ləvazimat” sözü belə izah olunur: “ləvazim” söz. cəmi] Bir iş üçün lazım olan şeylərin məcmusu. Dərs ləvazimatı. Səhnə ləvazimatı. Ov ləvazimatı. (– [Əmiraslan bəy:] Dəstələr toplayınız, ləvazimat cəm ediniz. S.S.Axundov. Böyükxanım qabaqca hamam ləvazimatını Qulam Hüseyn ilə hamama göndərmişdi. M.S.Ordubadi. Ləmənin küncləri böyük düşbərəxor və bu kimi ev ləvazimatı ilə bəzənərdi. H.Sarabski). Göründüyü kimi nə lüğəti anlamda, nə də qanunvericiliyin tələbi baxımından tibbi avadanlıqlar hər hansı qeyri-yaşayış sahəsinin ləvazimatı hesab edilə bilməz. Tibbi avadanlıqlar yalnız tibb müəssisəsinin ləvazimatı hesab oluna bilər. Daha sonra iddiaçının nümayəndəsi vəsatətində yenə də təkrar olaraq göstərmişdir ki, tibbi avadanlıqlar guya qeyri-yaşayış sahəsi ilə birlikdə cavabdehə icarəyə verilmişdir, lakin bu barədə heç bir sənəd təqdim edə bilmir, halbuki qeyri-yaşayış sahəsini icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli icarə müqaviləsində yalnız qeyri-yaşayış sahəsini icarəyə verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçının nümayəndəsi vəsatətində heç bir sübut, dəlil, səlahiyyətli orqanların qərarını, hər hansı məhkəmə hökmünü göstərmədən iddia etmişdir ki, Cavabdeh1 tibbi avadanlıqların onun tərəfindən satın alınması, əldə edilməsi barədə sənədlər guya saxtadır. Heç bir əsas, sübut olmadan tibbi avadanlıqların Cavabdeh1 tərəfindən əldə olunmasını saxta hesab etmək barədə tamamilə əsassız fikir irəli sürülməsi, özü də məhkəmə baxışının yekunlaşması ərəfəsində , sadəcə olaraq baş qatmaq, vaxt aparmaq, süründürməçilikdir. Vəsatətdə göstərilmiş – icarə haqqının guya 4000 manat olması, tibbi avadanlıqların icarə haqının 2000 manat olması, 170 kv.m sahəyə guya 76650 manat zərə vurulması, cavabdehə guya 3021 manat pul verilməsi, icra məmurunun tərtib etdiyi sənədlərin sübut kimi nəzərə alınması – ilə bağlı məsələlərə əvvəlki etirazlarda münasibət bildirilərək qeyd edilmişdir və bir daha bildirilir ki, vəsatətin bu hissəsi iddiaçının əvvəlki “dəqiqləşdirmə barədə ərizə”sinin təkrarıdır.

16. Digər Cavabdeh2 MMC-nin direktoru X3 xx.xx.2023-cü il tarixindən məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddianı və iddiaya əlavələri və dəqiqləşdirmələrin hamısını rədd edir. Ona görə ki, əmlaklar Cavabdeh2 MMC-nin təsisçilərinə məxsusdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təhvil-təslim aktının heç bir hüquqi əsası yoxdur. Bütün avadanlıqların hamısı Cavabdeh2 MMC-yə məxsusdur. Bütün avadanlıqların hamısının sənədləri də bunu təsdiq edir. Nizamnamədə və əsasnamədə bu öz əksini tapıb ki, direktorun bu hərəkətləri etmək səlahiyyətləri yoxdur. Müstəsna qərarları ancaq təsisçilər verə bilər. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddialara əlavələri, xx.xx.2023-cü il tarixli iddiaya dəqiqləşmələri və xx.xx.2023-cü il tarixli aktı etibarsız hesab edib rədd edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə uyğun olaraq çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 2018-ci il tarixli icarə müqaviləsi üzrə 2018-ci ildə icarə haqqının ödənilməsinə dair yeganə sübut olaraq cavabdehin təqdim etdiyi ödəniş qəbzlərdir ki, həmin qəbzləri iddiaçı da sübut kimi qəbul edir. Həmin ödəniş qəbzlərindən görünür ki, hər biri müvafiq olaraq 2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün və hər ay üçün ayrılıqda 4000 manat olmaqla icra edilib. Yəni bu onun sübutudur ki, icarə haqqının məbləği 750 manat olmamışdır, qarşı tərəf verdiyi izahatında da bildirdi ki, bu məbləğ vergi orqanı tərəfindən müəyyən edilən minimum həddi olmuşdur. Yəni icarə müqaviləsində göstərilmiş 750 manat icarə haqqı sadəcə formal xarakter daşımış və əslində isə tərəflər icarə haqqı kimi elə məhz 4000 manat məbləğini qəbul ediblər.

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxış edərək iddia ərizəsinin tamamilə əsassız olduğu üçün rədd olunmasını xahiş etdi.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə təqdim etdiyi yazılı etirazlara uyğun çıxış edərək iddia tələbinin rədd olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı iddianı verəndə göstərmişdir ki, avadanlıqları “AcsessBank”dan kredit götürərək almışdır, bu isə məhkəmədə təsdiq olunmadı. İddiaçı icarə haqqının 4000 manat olmasını bildirsə də məhkəmədə icarə müqaviləsi üzrə icarə haqqının 750 manat olması müəyyən olundu. İcarə haqqının 4000 manat olmasına dair heç bir sübut təqdim olunmadı. İddiaçı həmçinin avadanlıqların 2000 manata icarəyə verilməsi barədə də heç bir sübut təqdim edə bilməmişdir. İddia verildikdən 4 ay sonra iddiaçı güya ki, icarə obyektinə ziyanın dəyməsi ilə bağlı akt tərtib edərək 76650 manat ziyanın dəyməsi ilə bağlı tələb irəli sürmüşdür, lakin buna dair də heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Qaytarılmasını tələb etdikləri 3021 manat məbləği isə Cavabdeh1lə aralarında yaranmış Füzuli rayonunda yerləşən mübahisəli torpaqla bağlı verilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri sübuta yetirə bilmədiyi üçün, iddia rədd edilməlidir. İcarə haqqı tam şəkildə ödənilmişdir.

20. xx.xx.2023-cü il tarixində Cavabdeh2 MMC-nin direktoru X3 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 MMCnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

22. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh2 MMC dövlət qeydiyyatına alındığı zaman qanuni təmsilçisi Cavabdeh1 olmuşdur.

24. “Reo X21” MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarı ilə mərkəzin direktoru Cavabdeh1 direktor vəzifəsindən azad edilmiş və X2 direktor vəzifəsinə təyin edilmişdir.

25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən Cavabdeh2 MMC-nin əvvəlki qanuni təmsilçisi Cavabdeh1, hazırki qanuni təmsilçisi X2 göstərilmişdir.

26. “Reo X21” MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarı ilə X2 direktor vəzifəsindən azad edilərək, X3 direktor vəzifəsinə təyin edilmişdir.

27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən Cavabdeh2 MMC-nin əvvəlki qanuni təmsilçisi X5, hazırki qanuni təmsilçisi X3 göstərilmişdir.

28. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 705 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır.

29. İddiaçı ilə Cavabdeh2 MMC arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən:

30. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 705 kv.m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə məxsus hissəsində aşağıda göstərilən hissəni icarəyə verir; İcarəyə verən İddiaçı (tam hissədən 510 kv.m.) icarəçi Cavabdeh2 MMC-yə.

31. Müqavilənin 2-ci bəndinə əsasən icarəyə verilən əmlak Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə İddiaçı verilmiş **********07-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 705 kv.m. icarəyə verənə məxsusdur;

32. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2028-ci il tarixədək müəyyən edilir və onu bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.

33. Müqavilənin 4-cü bəndinə əsasən icarə haqqı hər icarə ayının 15-dən gec olmayaraq icarə verənə ödənməlidir.

34. Müqavilənin 5-ci bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh2 MMC icarəyə verən İddiaçı aylıq 750 manat icarə haqqı ödəyir.

35. Müqavilənin 7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz.

36. Müqavilənin 8-ci bəndinə əsasən müqaviləni ləğv edilməsi tərəflərin bi ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

37. Müqavilənin 9-cu bəndinə əsasən İcarəçi İcarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işlərini apara bilməz.

38. Müqavilənin 10-cu bəndinə əsasən tərəflərin razılığına əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir.

39. Müqavilənin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir.

40. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-ci il tarixdə bağlanmış “Müqavilənin ləğvinə dair müqavilə”dən görünür ki, tərəflər arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişlər.

41. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən X8 etibarnamə əsasında 15 iyul 2002-ci il tarixdə 4000 manat icarə ödənişini, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 15 avqust 2022-ci il tarixdə 4000 manat icarə ödənişini və xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən isə 15 sentyabr 2022-ci il tarixdə 4000 manat icarə ödənişini İddiaçı adından qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir.

42. Tibbi avadanlıqların balansa qəbulu barədə “Reo X21” MMC-nin təsisçisinin qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə 22 ünvanında yeləşən “Reo X21” MMC-nin 2013-2020-ci illər ərzində təsisçisi Cavabdeh1 hesabına müxtəlif adda və müxtəlif markalı avadanlıqlaralındığı və həmin tibbi avadanlıqların qorunması nəzarətdə saxlanılması uçotunun tənzimlənməsi zərurəti ilə əlaqədar olaraq MMC həmin tiibi avadanlıqların balansa qəbul edilməsini və balansa olan tibbi avadanlıqların qorunmasın mühafizə edilməsi və saxlanılması üzrə tədbirlərin görünməsini qərara alınmışdır.

43. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli (müvəqqəti təminat tədbiri barədə) icra vərəqəsinə əsasən ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gəlindiyi və qeyd olunan qeyri-yaşayış sahəsinin (müqavilədən kənar) 4 və 5-ci mərtəbələri, zirzəmi və 5.7 ha torpaq sahəsinin içindəki 650 kv.m tikili sahəyə Cavabdeh2 MMC-nin bütün işçilərinin və səlahiyyətli nümayəndələrinin qiriş-çıxışı və istifadəsi qadağan edilmişdir, oradakı şəxslər həmin sahədən çıxarılmışdır.

44. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus olan tibbi avadanlıqların və digər əşyaların Cavabdeh2 MMC tərəfindən İddiaçı geri təhvil verilməsinə dair xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən təhvil verən (Cavabdeh2 MMC-nin direktoru X2) təsdiq edir ki, bu aktda qeyd olunan bütün tibbi avadanlıqlar və digər əşyalar təhvil alana (İddiaçı) məxsusdur və təhvil alan bütün tibbi avadanlıqlar və digər əşyaların yeganə sahibi və mülkiyyətçisidir. Bu aktın imzalanmasına səbəb və əsas tərəflər arasında imzalanmış və notaial təsdiqli xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin ləğvinə dair müqavilədir. Həm təhvil verən həm də təhvil alan birgə bəyan edirlər ki, bu aktda qeyd olunan tibbi avadanlıqlar və digər əşyalar tərəflər arasında imzalanmış və notaril təsdiq edilmiş xx.xx.2028-ci il tarixli icarə müqaviləsinə əsasən müqavilənin imzalandığı gündən etibarən (xx.xx.2018-ci il) Cavabdeh2 MMC-yə istifadə edilmək üçün verilmiş və təhviltəslim edilmə yeri ünvan 9-dir. Aktda qeyd olunan tibbi avadanlıqlar və digər əşyalara görə bütün məsuliyyət Cavabdeh2 MMC-nin və onun əvvəlki direktoru Cavabdeh1 üzərində olduğu və ya zərərə görə cvabdehlik Cavabdeh2 MMC və Cavabdeh1 üzərində olduğu qeyd olunmuş və 187 adda müxtəlif avadanlıqların adları göstərilmişdir.

45. "xxxx" MMC-nin ********* saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 3021 manat məbləğində ödəniş edilmişdir.

46. xx.xx.2017-ci il tarixli akta əsasən ümumi dəyəri 43000 manat olan kondisioner, havalandırma və montaj işlərinə 10000 manat verildiyi, xx.xx.2017-ci il tarixdə isə 5000 manat verildiyi, qalıq borcun 28000 manat təşkil etdiyi bildirilmiş və akt Cavabdeh1, Eminov Q. və Ələkbərov R. tərəfindən imzalanmışdır.

47. İşdə olan xx.xx.2018-ci il tarixli qaiməyə əsasən X9 Limited Şirkəti tərəfindən “Reo X21” MMC-yə 6030 ABŞ dolları dəyərində olan palatalar, reanimasiya, əməliyyatxana üçün hastabaşı panelləri, suvaq üstü divar modulu 02 prizi ilə birlikdə, suvaqüstü AİR prizi, Oksigen santralı 2x5 tüplük təhvil verilmişdir.

48. İşdə olan xx.xx.2018-ci il tarixli 021001 nömrəli invoisdan görünür ki, Medaz Medikal Limited tərəfindən X13 26200 manat dəyərində Anesthesia System with 1 vaporized, defibrillator with ECG monitor, Surgery Light, Operatinon Table, Autoclave 75L avadanlıqlar satılmışdır və köçürmə haqqında xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, “Reo X21” MMC tərəfindən tibbi avadanlıqların alınması üçün 26200 ABŞ dolları məbləğində vəsait köçürülməsi həyata keçirilmişdir.

49. İşdə olan xx.xx.2018-ci il tarixli fakturaya əsasən “Reo X21” MMC tərəfindən “Medaz”şirkətinə traynik 8lik(40 ədəd), mufta 4-6 (5 ədəd), mufta 6-8 (5 ədəd), mufta 12-8 (20 ədəd), şlanq 8lik (15 ədəd), xamut dəmir (10 ədəd), şlanq 14-lük (15 ədəd) və xortuma (13 ədəd) görə 245 manat dəyərində ödəniş edilmişdir.

50. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən elektrokoaqulyator, infuzomat, perfuzor, xəstəbaşı monitor, aspirator+altlıq, əməliiyat masası, LED lampa, avtoklav, anesteziya və defibrilliator cihazları Cavabdeh1 tərəfindən Medaz şirkətindən təhvil alınmışdır.

51. Avera Servis MMC ilə X16 MMC arasında bağlanmış 02 mart 2019-cu il tarixli 20140917/PBZ210 saylı alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən 16000 manat dəyərindən olan Generator Universa UND 90KWA Cavabdeh2 MMC-yə satılmışdır. Və xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cü il tarixli qəbzlərə əsasən Cavabdeh2 MMC tərəfindən ödənişlər edilmişdir.

52. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli fakturadan göründüyü kimi “Reo X21” MMC tərəfindən Medaz Medical Limited şirkətinə tibbi qaz otağının qurulması üçün 1980 manat mələğində vəsait verilmişdir.

53. 26.10.2018-ci il tarixli 050104 saylı fakturaya əsasən X10 İth. İhr.San. ve Tic.LTD ŞTİ tərəfindən Cavabdeh2 MMC-yə 12300 ABŞ dolları məbləğində Defibrillator/Monitor və Anesthesia machine təhvil verilmişdir.

54. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, SS20220329 və SS20220330 saylı təhvil-təslim aktlarına əsasən “Reo X21” MMC tərəfindən Philips HD11xE AN**********99 və AN**********0 seriyalı cihazları və monitoru təmir üçün "xxxx" MMC-yə təhvil vermişdir.

55. İşdə olan xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə görə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 705 kv.m. hissəsini “X22” Mərkəzi MMC-yə aylıq 750 manata icarə haqqı ödəmək şərti ilə icarəyə verildiyi, lakin icarəçi bütün öhdəliklərinə əməl etmədən və icarəyə verənin hüquqlarını pozmaqla öz vəzifələrini yerinə yetirmədiyinə görə icarə müqaviləsinə xitam verilməli olduğu qeyd olunmuşdur. Buna görə də icarəyə verən xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə verilən günə mövcud olan bütün tibbi avadanlıqlarla birgə ona təhvil verilməsini, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin faktiki 1500 kv.m. tikili ərazisindən istifadəyə görə hər aylıq 1500 manat icarə haqqı üzrə bu günə hesablanmış 67500 manat borcun və gecikdirilmiş borc məbləğinə görə hesablanmış 13500 manat borcun, ümumilikdə 81000 manat məbləğin dərhal icarəyə verənə ödənilməsinin təmin edilməsi, qeyri-yaşayış sahəsinin içində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların istifadəsinə görə aylıq 2000 manat icarə haqqı olmaqla ümumilikdə bu günə hesablanmış 90000 manat borcun dərhal icarəyə verənə ödənilməsinin təmin edilməsi, icarəyə verilən günü mövcud olmuş və mənimsənilmiş bütün tibbi avadanlıqları dərhal yenisi ilə əvəz edərək alıb yerinə qoymaq və ya hər avadanlığın mövcud bazar dəyərini dərhal icarəyə verənə ödənilməsi, bütün vergi və digər dövlət ödənişləri və həmçinində qeyri-yaşayış sahəsinin kommunal və digər borclarını dərhal tam ödənilməsinin təmin edilməsi tələb olunmuşdur.

56. xx.xx.2023-cü il tarixli ******* və ******* saylı qaimə fakturaya əsasən İddiaçı tərəfindən X15 Mərkəzindən 10.093 manat dəyərindən tikinti materialları alınmışdır.

57. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********854100 saylı məktubunda “Reo X21” MMC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan dövr ərzində ödəmə mənbəyindən tutulan vergi üzrə dövlət büdcəsinə 1069,60 manat vəsait ödənildiyi qeyd olunmuşdur.

58. Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********043300 saylı məktubunda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən fiziki şəxs İddiaçı tərəfindən “Reo X21” MMC-yə elektron qaimə faktura təqdim edilmədiyinin müəyyən edildiyi, həmçinin şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fiziki şəxs İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi məbləği müəyyən edilməmiş, eyni zamanda xx.xx.2014cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə “Reo X21” MMC tərəfindən təqdim edilən ÖMV bəyannaməsinə əsasən fiziki şəxs İddiaçı 35891 manat ödəniş məbləği və 5024,74 manat vergi məbləği hesablamışdır.

59. 02.05.2014-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ilə “Reo X21” MMC arasında ünvan 7 ünvanında yerləşən 170 kv.m qeyri-yaşayış sahəsi 200 manat aylıq icarə haqqı nəzərdə tutulmaqla bir il müddətinə icarəyə verilmişdir.

60. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

62. Beləliklə, iddiaçının iddia tələbi son dəqiqləşməyə əsasən beş hissədən ibarət olmuşdur: 1) qeyri-yaşayış sahəsinin icarəsinə görə icarə haqqı - 200.000 manat, 2) tibbi avadanlıqların icarəsinə görə icarə haqqı - 100.000 manat, 3) pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə AR Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında faiz borcunun (40.000 manat və 20.000 manat), 4) icarə obyektinin (müqavilədən kənar olan) 170 kv.m ərazisinə dəymiş maddi zərərə görə - 76.650 manat və 5) iddiaçının Cavabdeh1 verdiyi 3021 manat məbləğin geri qaytarılması.

63. Məhkəmə hesab edir ki, iddiaçının birinci tələbi – “qeyri-yaşayış sahəsinin icarəsinə görə icarə haqqı” qismən - 25113 manat həddində təmin edilməlidir.

64. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı (icarəyə verən) ilə cavabdeh “Reo X21” MMC (icarəçi) arasında ünvan 2 yerləşən və **********07-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 705 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli, “3M-314” saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə obyekti qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin cəmi 510 kv.m. hissəsi aylıq 750 manat icarə haqqı olmaqla xx.xx.2018-ci il tarixdən etibarən cavabdeh “Reo X21” MMC-nin istifadəsində və sahibliyində olmuşdur. Daha sonra İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-ci il tarixdə 25 dekabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair müqavilə bağlanmış və tərəflər həmin icarə müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişlər.

65. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

67. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

68. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

69. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

70. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır;

71. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

72. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

73. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

74. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

75. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

76. İlk öncə qeyd olunmalıdır ki, iddiaçı Cavabdeh2 MMC-yə məhz 1500 kv.m ərazisi olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsini sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı adına hüquqi qeydiyyata alınmış ünvan 6 ünvanında yerləşən üç mərtəbəli qeyri-yaşayış sahəsinin ölçüsü 705 kv.m. müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icra müqaviləsində isə MMC-yə icarəyə verilən qeyriyaşayış sahəsinin ölçüsü 510 kv.m olmuşdur. Bundan əlavə, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ölçüsü iddiaçının qeyd etdiyi kimi 1500 kv.m. olmasını hətta zənn etsək belə, yenə də 510 kv.metrdən (müqavilədə nəzərdə tutulandan) əlavə sahənin də icarəyə götürülməsinə dair tərəflər arasında razılaşmanın olmasını və ya iddiaçının qeyd etdiyi kimi cavabdehin müqavilədən kənar ərazini iddiaçının razılığı olmadan zəbt edərək istifadə etməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda cavabdeh tərəfindən əlavə ərazinin zəbt edilməsini yalnız Məhkəmənin müvəqqəti təminat tədbiri qismində qəbul etdiyi qərardadadın icrası zamanı icra məmuru tərəfindən tərtib edilmiş akta və foto şəkillərə istinad etmişdir. Lakin, həmin aktda bildirilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gəlinmiş, icra vərəqəsinin mahiyyəti izah olunmuş və qeyd olunan qeyri-yaşayış sahəsinin (müqavilədən kənar) 4 və 5-ci mərtəbələri, zirzəmi və 5.7 ha torpaq sahəsinin içindəki 650 kv.m tikili sahəyə Cavabdeh2 MMC-nin bütün işçilərinin və səlahiyyətli nümayəndələrinin qiriş-çıxışı və istifadəsi qadağan edilmişdir, oradakı şəxslər həmin sahədən çıxarılmışdır. İcra məmurunun aktında və məhkəməyə təqdim olunan fotoşəkillərdə hər hansı hal müəyyən edilməmiş, müqavilədən kənar ərazinin zəbt olunması və icarə obyekti kimi istifadə olunmasından söhbət getməmişdir. Əksinə, foto şəkillərdə müqavilədən kənar ərazinin yararsız/təmirsiz vəziyyətdə olması, həmin ərazidə heç bir tibbi avadanlığın olmaması müəyyən olunur. Bundan da əlavə, iddiaçı iddia edir ki, müqavilədən kənar sahə məhz icarə müqavisinin bağlandığı ilk gündən xx.xx.2018-ci il tarixindən qanunsuz- iddiaçının iradəsinə zidd olaraq zəbt olunmuşdur və həmin tarixdən də həmin əraziyə görə də, öz mülahisəsinə uyğun olaraq müəyyən etdiyi məbləğdə, icarə haqqının ödənilməsini tələb edir. Lakin, buna dair də heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Yəni, məhkəmə belə qənayətə gəlir ki, iddiaçının beş il müddətində heç bir tədbirin görməməsi (rəsmi qaydada cavabdehə, hüquq mühafizə orqanlarına, məhkəməyə zəbt olunmuş ərazinin boşaldılması və ya cavabdehə həmin əraziyə dair də icarə müqaviləsinin bağlanması barədə müraciət etməməsi) müqavilədən kənar əmlakın cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə olunması faktının mövcudluğu istisna olunur. Məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin 1500 kv.m. olması ilə bağlı son olaraq qeyd edir ki, iddiaçı həmin sahənin iddia etdiyi ölçülərə sahib olmasına dair hər hansı hüquqmüəyyənedici sənədi də məhkəməyə təqdim edə bilməmiş (Çıxarışa əsasən qeyri-yaşayış sahəsinin ölçüsü 705 kv.m müəyyən olunmuşdur) və belə sənədin olmadığını xx.xx.2023-cü il tarixli iclasda verdiyi izahatında da bildirmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı işin hallarına, tərəflərin izahatlarına və istinad etdiyi dəlillərə hüquqi qiymət verərək iddiaçı tərəfindən cavabdehin icarəsinə verilən qeyri-yaşayış sahəsinin ölçüsü hüquqi və faktiki olaraq 510 kv.m olması müəyyən olunduğu üçün, icarə haqqı da 1500 kv.m görə deyil, cəmi 510 kv.m icarəyə verilmiş qeyri-yaşayış sahəsinə görə tələb edilə bilər.

77. Digər tərəfdən iddiaçı iddia edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə haqqı 750 manat müəyyən edilsə də, faktiki olaraq icarə haqqı daha çox olmuşdur. Belə ki, iddia ərizəsi məhkəməyə verilərkən (xx.xx.2023) iddiaçı icarə haqqını aylıq 750 manatla deyil, 1500 manat olmaqla tələb etmişdir. Daha sonra, məhkəmə gedişatı zamanı (iddianın verildiyi gündən düz dörd ay sonra) iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində təkrar dəqiqləşmə ərizəsini verərək cavabdehdən ödənilməyən icarə haqqının faktiki olaraq aylıq 4000 manat olmaqla tutulmasını tələb etmişdir. Bu tələbinin əsası kimi iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş üç ödəniş qəbzlərinə istinad etmişdir. Cavabdeh tərəf isə iddiaçının bu arqumentinə əks olaraq bildirmişdir ki, tərəflər arasında işgüzar münasibətlər mövcud olduğundan, həmçinin işləri uğurla davam etdiyindən, icarə haqqı ödənilən zaman aralarında olan etibara dayanaraq ödənişlər yazılı sənəd-sübut olmadan, nağd şəklində həyata keçirilmişdir. İddiaçının özü Bakıda olmadığı müdətlərdə isə etibarnamə əsasında çıxış edən nümayəndəsi X4 xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qəbzlərə əsasən aylıq deyil, aylar üzrə yığılmış icarə haqqını təhvil vermişdir. Buna dair vergi ödənişlərini də həyata keçirmişdir. Həmçinin onu da qeyd etmişdir ki, iddiaçıya bütün aylar üzrə icarə haqqını ödəmişdir, heç bir borcu mövcüd deyil. Əks halda iddiaçı 5 il müddətində icarə müqaviləsinə xitam verilməsini tələb edərdi və ya məhkəməyə müraciət edərdi.

78. Məhkəmə, araşdırma zamanı iddiaçının nümayəndəsindən, nəyə görə iddia ərizəsi verilərkən icarə haqqı borcunun aylıq 4000 manatla deyil, 1500 manatla tələb etdiyini və iddianın verildiyi gündən düz dörd ay sonra iddia tələbinin artırılması barədə ərizə verərək icarə haqqının aylıq 4000 manat olmaqla tələb edildiyini soruşduqda, iddiaçının nümayəndəsi bildirdi ki, aylıq icarə haqqının 4000 manat olmasına dair sübutları olmadığı üçün 1500 manatla tələb ediblər, cavabdeh üç ödəniş qəbzini təqdim etdiyi üçün artıq tələbi artırmaq fikrinə gəliblər. Məhkəmə iddiaçının bu arqumenti ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının iddia verilərkən, yəni xx.xx.2023-cü il tarixində heç icarə haqqının tələb etdiyi aylıq 1500 manat olmasına dair sübutları da yox idi (həmin məbləğin hansı formada qarşı tərəflə razılaşdırılması, hansı qaydada hesablanması, hansı kriteryalar nəzərə alınmasına dair dəlillər təqdim edilməmiş, sadəcə formal tələb olaraq irəli sürülmüşdür). Həmçinin iddiaçı məhkəməyə müraciət edərkən aylıq icarə haqqının ilkin olaraq əlavə zəbt edilmiş sahə nəzərə alınmaqla 1500 manatdan hesablanmaqla cavabdehdən tutulmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən 4000 manat ödəniş edilməsinə dair qəbzlər təqdim edildikdən sonra icarə haqqı məbləğini dəyişdirmişdir. Nəticə etibarı ilə iddiaçının nə 1500 manat, nə də 4000 manat aylıq icarə haqqına dair sübutları olmadığı üçün, əgər həqiqətən də faktiki olaraq icarə haqqı aylıq olaraq 4000 manatla müəyyən edilmişdirsə (ödənilirdisə), iddiaçı elə ilkin iddianı verərkən icarə haqqı borcunu aylıq məhz 4000 manat olmaqla tələb edərdi. Digər tərəfdən, cavabdehin məhkəməyə təqdim etdiyi üç ödəniş qəbzindən görsənir ki, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində hər dəfə 4000 manat olmaqla cavabdeh tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsinə pul verilmişdir, lakin həmin qəbzlərlə müəyyən olunmur ki, həmin ödənişlər məhz dəqiq olaraq hansısa bir ayın ödənişidir. Beləliklə də, iddiaçının tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə faktiki olaraq icarə haqqının aylıq 4000 manat, hətta 1500 manat olmasına dair heç bir əsaslı sübutu olmadığı üçün, icarə borcunun aylıq 4000 manatla tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz.

79. Digər tərəfdən məhkəmə cavabdeh MMC-nin və Cavabdeh1 də (MMC-nin əvvəlki direktoru) icarə haqqının tam ödənilməsi və icarə borcunun olmaması arqumenti ilə razılaşmır. Çünki cəmi 12000 manat icarə haqqının ödənilməsinə dair sübutları məhkəməyə təqdim edə bilmişdir və iddiaçı tərəf də həmin qəbzlərin sübut qismində nəzərə alınmasını xahiş etmişdir.

80. Beləliklə, məhkəmə belə qənayətə gəlir ki, aylıq icarə haqqının 4000 manat məbləğində deyil, icarə müqaviləsində razılaşdırılmış 750 manat əsas götürülərək hesablanmaqla, hər iki cavabdehdən deyil, icarə müqaviləsini icarəçi qismində bağlanmış Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

81. Belə ki, iş üzrə ikinci cavabdeh olan Cavabdeh1 xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanarkən müqaviləni Cavabdeh2 MMC-nin direktoru olaraq imzalanmışdır. İcarə münasibətləri İddiaçı ilə Cavabdeh2 MMC arasında yaranmışdır. Hazırda isə Cavabdeh1 MMC-nin sadəcə təsisçisi olaraq qalır.

82. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

83. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə verilmiş 510 kv.m. icarə sahəsinə görə icarə haqqı 750 manat nəzərdə tutulmuşdur.

84. Məhkəmə icarə haqqının iddiaçının tələb etdiyi kimi 50 ay müddətinə deyil, 49 ay 15 gün, yəni müqavilənin bağlandığı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər hesablayaraq (49 ay x 750 manat=36750 manat; 750 manat:31 gün=24,19; 24,19x15 gün=363 manat, 36750+363=37113 manat) müəyyən edir ki, qeyd olunan icarə müqaviləsi üzrə ödənilməli olan cəmi icarə haqqı 37113 manat təşkil edir. Məhkəmə həmin məbləğdən edilmiş 12000 manat ödənişi çıxaraq, 25113 manat məbləğində icarə haqqı borcunun Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddiaçının birinci tələbinin qismən təmin edilməli qənayətinə gəlir.

85. İddiaçının ikinci tələbi icarə obeyktinin içərisində mövcud olmuş müxtəlif növdə tibbi avadanlıqların və digər əşyaların istifadəsinə görə aylıq icarə haqqının 200 manat olmaqla 50 ay üçün hesablanmış 100.000 manat borc məbləğinin tutulmasından ibarətdir.

86. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının nümayəndələri tərəfindən tibbi avadanlıqların icarəsinə dair şifahi müqavilənin olmasını qeyd etsələr də, məhkəmə araşdırılması zamanı tərəflər arasında tibbi avadanlıqların icarəsinə/istifadəsinə dair hər hansı müqavilənin mövcüd olması öz təsdiqini tapmamışdır. İddiaçı bu tələbini sübut etmək üçün yalnız xx.xx.2023-cü il tarixdə cavabdeh MMC-nin müvəqqəti direktoru olmuş Abbasəliyev Asiman adlı şəxs tərəfindən imzalanmış təhvil-təslim aktına və digər sübut kimi isə avadanlıqların alınmasına dair kredit götürməsi faktına istinad edilmişdir.

87. Cavabdeh tərəf qəti şəkildə iddia tələbini bu hissədə də rədd edərək bildirdi ki, icarə obyektində olan bütün tibbi avadanlıqlar Cavabdeh2 MMC və təsisçisi və vaxtı ilə direktoru olmuş Cavabdeh1 tərəfindən alınmışdır, həmin avadanlıqlar MMC-nin balansındadır və avadanlıqların cavabdeh tərəfindən alınmasına dair məhkəməyə müəyyən alqı-satqı müqavilələrini, qaimələri, təhvil-təslim aktlarını, gömrük bəyannamələri təqdim etmişdir. Əksinə, iddiaçının mülkiyyətində olmayan, iddiaçı tərəfindən heç bir avadanlığın alınmasına dair bir sənəd belə məhkəməyə təqdim olunmadığı avadanlıqların cavabdehin icarəsinə verilməsi qeyri-mümkündür. Cavabdeh2 MMC-nin tibbi avadanlıqları olmadığı təqdirdə MMC-yə lisenziya belə verilməzdi və MMC tibb sahəsində fəaliyyət belə göstərə bilməzdir. MMC-ni tibbi avadanlıqlarla təchiz etdikdən sonra MMC lisensiyasını almışdır. Həmçinin iddiaçı qeyd edir ki, guya tibbi avadanlıqların alınması üçün vaxtı ilə kredit götürmüşdür, lakin bildirir ki, iddiaçı tərəfindən götürülən kredit avadanlıqların alınması üçün deyil, kənd təsərrüfatı təyinatlı olmuşdur. Məhz tibbi avadanlıqların alınması ilə bağlı kredit müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

88. xx.xx.2023-cü il tarixli Təhv-təslim aktı ilə bağlı cavabdeh tərəfin təkzibi isə ondan ibarət olmuşdur ki, həmin akt bəyənməyə, barışıq sazişinə oxşadıldığı, həmçinin aktı imzalayan Abdullayev Asiman adlı şəxsin MMC-də cəmi 51 gün müddətində direktor işləyib, əmlakların satınalınma sənədlərin onda olmadığı, direktor təyin edilən zaman tibbi avadanlıqların ona verilməsinə dair təhvil-təslim aktının tərtib edilmədiyini, həmin avadanlıqların 5-10 il əvvəl alındığını və 51 gün direktor olan, hansı avadanlıqların kimə məxsusluğundan məlumatlı olmayan şəxsin həmin aktı imza etməsi qanunsuz olmuşdur və iddiaçı tərəf ilə sövdələşərək bu cür aktı imzalamasına görə MMC-nin ümumi yığıncağı tərəfindən həmin Asiman Abdullayev direktor vəzifəsindən azad olunmuşdur. Bununla belə, təhvil-təslim aktının icarə müqaviləsinin ləğvi ilə bağlı tərtib edildiyi halda nə üçün müqavilənin ləğvindən 2 ay keçdikdən sonra tərtib edildiyi və işin baxılmağa yekunlaşdığı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edildiyi sualı doğurduğunu qeyd etmişdir.

89. Məhkəmə yuxarda qeyd olunanlar əsasında hüquqi qiymətləndirmə apararaq qeyd edir ki, iddiaçının bu tələbi faktlara, sübutlara əsaslanmayan sadəcə formal mülahizələrdən ibarət olmaqla, əsassızdır.

90. İlk olaraq iddiaçı məhkəmə hazırlıq iclaslarında tibbi avadanlıqların cavabdehin istifadəsinə verilməsinə dair icarə müqaviləsinin olduğunu və məhkəmədən təqdim edilməsi üçün vaxt verilməsini, digər iclaslarda həmin müqavilənin şifahi bağlandığını bildirmişdir. Digər ziddiyətli məqam da ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli (sonradan cavabdeh tərəfindən təsdiq olunmasına etiraz edilmiş və qanuna zidd olduğu üçün məhkəmə tərəfindən təsdiq olunmasından imtina olunmuş) barışıq sazişinin 2.3-cü bəndində MMC-nin balansında olan və MMC-yə məxsus olan bütün tibbi avadanlıqlar iddiaçının adına rəsmiləşdirilməsinin təmin edilməli olduğu razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış X11 qeyd olunan bəndindən belə qənaətə gəlinir ki, həmin avadanlıqlar iddiaçıya məxsus olmamış, onun adına rəsmiləşdirilməsi cavabdeh tərəfin üzərinə öhdəlik kimi qoyulması nəzərdə tutulmuşdur. Əgər həmin avadanlıqlar iddiaçının bildirdiyi kimi ona məxsus olduğu fərz edilmiş olsaydı, o zaman ona məxsus olan avadanlıqların nə üçün onun adına rəsmiləşdirilməsi öhdəlik kimi cavabdehlərə aid edilmiş və buna dair barışıq sazişində bəhs edilən bənd əlavə edilməsi sual doğurur. Həmçinin barışıq sazişinin 2.3-cü bəndində avadanlıqların MMC-nin balansında olması və ona məxsus olması qeyd olunmuş, iddiaçı da həmin bənddə qeyd edilənlərə hər hansı etirazını bildirmədən öz imzası ilə təsdiq etmişdir. Bundan başqa iddiaçı tərəfin istinad etdiyi xx.xx.2023-cü il tarixli aktda qeyd olunan avadanlıqların iddia edilən xx.xx.2018-ci il tarixdən (icarə haqqı tələb olunan) iddiaçı tərəfindən cavabdehə hansı əsasla verilməsi və buna dair hansı təhvil-təslim aktının olması məhkəməyə təqdim edilməmiş və məhkəmə iclası zamanı da sübuta yetirilməmişdir.

91. Məhkəmə MMC-nin 51 gün ərzində direktoru olmuş Abdullayev Asiman adlı şəxsin şirkətə rəhbərlik etdiyi qısa dövr ərzində xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd edilən avadanlıqların kimə məxsus olması və həmin avadanlıqların hansı əsasla iddiaçıya aid olmasını bilməsi ağlabatan, inandırıcı hesab etmir.

92. Digər tərəfdən AR MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin, iddiaçı tibbi avadanlıqların ona hər-hansı əsasla məxsus olmasına və həmin avadanlıqların cavabdehin icarəsinə/istifadəsinə verilməsinə dair formal izahatdan başqa hər-hansı tutarlı sübut məhkəməyə təqdim etməmişdir.

93. Beləliklə, iddiaçının tibbi avadanlıqlara görə 100.000 manat icarə haqqının ödənilməsi barədə tələbi qanunsuz və əsassız olduğu üçün həmin hissədə və məntiqi davam olaraq tibbi avadanlıqlara görə icarə haqqının ödənilməsinin gecikdirilməsinə görə AR Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında - 20.000 manat faiz borcunun ödənilməsi tələbi də rədd edilməlidir.

94. İddiaçının üçüncü tələbi - qeyri-yaşayış sahəsinin icarəsinə görə ödənilməli olan icarə haqqının gecikdirilməsinə görə AR Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında 40.000 manat faiz borcunun tutulmasıdır. İddiaçı faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı 50 ay üzrə gecikdirilmə olduğunu bildirmiş, halbuki işdə olan qəbzlərdən də göründüyü kimi cavabdeh tərəfindən 12000 manat məbləğində icarə haqqı ödənişi həyata keçirilmişdir və iddiaçı həmin ödənişin olmasını təsdiq etmişdir. Lakin, həmin ödənişlər nəzərə alınmaqla, yoxsa alınmamaqla gecikdirilmə məbləğinin hansı qaydada və hansı vaxtlar üzrə hesablanmasına dair iddiaçı tərəfindən hər hansı əsaslandırma və sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyil və bu hissədə iddia tələbi təmin olunmamalıdır.

95. İddiaçının dördüncü tələbi - icarə obyektinin 170 kv.m. tikili hissəsinə vurulmuş maddi zərər və ziyana görə 76650 manat məbləğində və həmin sahənin təmiri üçün alınmış 55000 manat tikinti materiallarına ödənilmiş vəsaitin cavabdehlərdən tutulmasından ibarətdir.

96. İddiaçının nümayəndələri məhkəmədə izahat verərək bildirmişdilər ki, zərər dəyən qeyri-yaşayış sahəsinin 170 kv.m tikili ərazisi müqavilədən kənar və cavabeh tərəfindən qanunsuz zəbt olunaraq istifadə olunan əraziyə aiddir. Və bu tələbi əsaslandırmaq üçün məhkəməyə yalnız foto şəkillər və iddiaçı tərəfindən “X15 mərkəzindən” tikinti materiallarının alınmasına dair xx.xx.2023-cü il tarixli qaimə faktura təqdim edilmişdir.

97. Cavabdeh tərəf isə həmin tələbə etiraz kimi bildirmişdir ki, birincisi müqavilədən kənar ərazi cavabdeh tərəfindən ümumiyyətlə istifadə olunmamışdır, ikincisi, müqavilə xx.xx.2023-cü il tarixdə ləğv edildikdən sonra obyekt yararlı halda iddiaçıya təhvil verilmişdir. Müqavilənin ləğvindən 3 ay müddət keçdikdən sonra heç bir mötəbər sübut təqdim edilmədən zərər tələb etməsi qanunsuz və əsassızdır.

98. Məhkəmə ilk öncə qeyd edir ki, yuxarıda qeyd olunan iddiaçının birinci tələbinin (müqavilədə nəzərdə tutulmayan, zəbt olunmuş əraziyə görə icarə haqqının ödənilməsi) əsaslandırmasına əsasən cavabdehin müqavilədən kənar ərazinin zəbt olunaraq beş il müddətində istifadə olunması öz təstiqini tapmadığı və təmin olunmadığı üçün məntiqi davam olaraq da müqavilədən kənar əraziyə dəymiş ziyanın ödənilməsi tələbi də təmin oluna bilməz.

99. Hər bir halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan foto şəkillər (nümayəndəsinin verdiyi izahata əsasən) müqavilədə nəzərdə tutulmayan ərazinin müqaviləyə xitam verildikdən sonrakı və təmirdən sonrakı vəziyyətini əks etdirən şəkillərdir. Müqavilə bağlanarkən və iddiaçının iddia etdiyi kimi xx.xx.2018-ci il tarixindən zəbt olunaraq istifadə olunan ərazinin əvvəlki (zəbt olunma anından, iddia edilən zərərdən əvvəlki) vəziyyətini əks etdirən subutlar isə məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, foto şəkillərə ilkin baxış keçirilən zaman müqavilədən kənar 170 kv.m ərazisinin ümumiyyətlə uzun müddət istifadə olunmaması (heç bir avadanlığın orada olmaması və s.), zərər kimi göstərilən qüsurların sadəcə yağışın yağması ilə əlaqədar nəmişliyin, tikilinin fasadının, hasarın çat verməsi və s.təəssuratı yaradır. Yəni zərərin məhz cavabdeh tərəfindən və məhz qəsdən vurulması hallarını iddiaçı sübuta yetirə bilməmişdir. Digər tərəfdən, müqavilənin 9-cü bəndi ilə İcarəçinin İcarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işlərinin apara bilməməsi müəyyən olunmuşdur.

100. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 682-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.

101. Beləliklə, tələbinin bu hissədə təmin edilməsi üçün də hüquqi əsaslar mövcud deyildir.

102. İddiaçının beşinci tələbi - tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən iddiaçı tərəfindən cavabdeh MMC-nin təsisçisi (əvvəlki direktoru) olan digər Cavabdeh1 ödənilmiş 3021 manat məbləğində pulun ondan tutulmasından ibarətdir. İddiaçı həmin tələbin əsası kimi barışıq sazişinə əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ********* saylı qəbzinə istinad etmiş və buna dair qəbzi də iş materiallarına əlavə etmişdir. Cavabdeh tərəf isə pulun aldığını etiraf etmiş, lakin həmin pulu Füzuli rayonunda olan torpaq sahəsinə görə aldığını, bu işə aidiyyəti olmadığını bildirmişdir.

103. İş materialları ilə müəyyən olunur ki, hazırki iddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə və məhz bu işlə əlaqədar olaraq tərəflər arasında bağlanmış və məhkəməyə təsdiq olunması üçün təqdim olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən iddiaçı tərəfindən ödənilən 3021 manat pul vəsaitinin hazırki iddia tələbi çərçivəsində Cavabdeh1 tutularaq iddiaçıya geri qaytarılması mümkündür. Cavabdeh1 məhkəmə iclasında barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasına etiraz etdiyi və məhkəmə tərəfindən X11 şərtlərinin əlavə olaraq qanuna zidd olduğu səbəbi ilə təsdiq olunmadığı üçün, 3021 manatın cavabdehə verilməsinin müqavilə əsası da aradan qalxmış olur.

104. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi qüvvəsi olmayan müqavilə üzrə 3021 manat ödəniş edilmiş və həmin müqavilə üzrə hər hansı hüquqi nəticələr yaranmadan Cavabdeh1 həmin məbləği qəbul etmiş və onun geri qaytarılmasını təmin etməmişdir. Buna görə məhkəmə iddiaçının bu tələbini əsassız varlanmanın şərtləri əsasında hüquqi əsaslandırma aparılaraq, Cavabdeh1 münasibətdə qanuni və əsaslı hesab edir.

105. Azərbaycan Respublikası Mülki Məcəllənin:

106. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

107. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

108. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

109. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

111. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

112. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

113. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

114. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

115. Beləliklə, yuxarıda qeyd olunan əsaslandırmalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh “Reo X21” MMC-dən xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 25113 manat məbləğində icarə haqqı və Cavabdeh1 "xxxx" MMC-nin ********* saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən ödənilmiş 3021 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə əsassız olduğu üçün rədd olunmalıdır.

116. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

117. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

118. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (25113 manat və 3021 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 174,4 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

119. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “Reo X21” MMC-dən xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 25113 (iyirmi beş min yüz on üç) manat məbləğində icarə haqqı tutularaq İddiaçı ödənilsin; Cavabdeh1 "xxxx" MMC-nin ********* saylı xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən ödənilmiş 3021 (üç min iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 174,4 (yüz yetmiş dörd manat 40 qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər “Reo X21” MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar