Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-973/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı əmlak, pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:əmlak,pul tələbi) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə,, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək İddiaçı ilə cavabdeh"xxxx"(indiki adı Cavabdeh MMC) arasında 25 oktyabr 2021-ci il tarixli, № 415 saylı icarə müqaviləsi əsasında ona təqdim olunmuş 3.85 metr ölçüdə 11251 ədəd dəmir dirəyin, həmin dirəklərin olmadığı halda dəyəri olan 281275 manat pulun və 4.5 metr ölçüdə 9575 ədəd dəmir dirəyin, həmin dirəklərin olmadığı halda dəyəri olan 287250 manat pulun Cavabdehndən alınıb İddiaçınə verilməsi;hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 859 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə C“ROCUS CONSTRUCTİO”N(indiki adı Cavabdeh MMC) Məhdud Məsuliyyətli Cəmiyyətiarasında 25 oktyabr 2021-ci il tarixli, № 415 saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Qeyd edirik ki,"xxxx" MMC sonradan adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. Bundan başqa, tərəflər arasında həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı, xx.xx.2021-ci il tarixli 2 saylı və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavələr ilə qiymətlərin razılaşdırma protokolu da imzalanmışdır. Həmin əlavələrdə icarəçiyə təhvil verilmiş icarə obyektlərinin (avadanlıqlarının) adları, ölçü vahidi və 1 m -nin icarə qiymətləri müəyyən edilmişdir. Bundan sonra, biz icarəçiyə müqavilə üzrə müəyyən edilmiş 51379 ədəd miqdarında avadanlıqları müxtəlif vaxtlarda təhvil-təslim aktları əsasında vermişik. Həmin avadanlıqlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsindəki “Sea Breeze” yaşayış və istirahət tikinti kompleksinin tərkibində yerləşən cavabdehin (“Nardaran”, “X7 3”, “X7 4”, “Nardaran Landao”, “X8”, “X4” adlı bir neçə) tikinti (sahələrində) layihələrində istifadə üçün təhvil verilmişdir. Hazırda cavabdeh ilə icarə münasibətlərimiz sona çatsa da o ona təqdim etdiyimiz 3,85 metr ölçülü dəmir dirəklərdən 11251 ədədini və 4,5 metr ölçülü dəmir dirəklərdən 9575 ədədini geri qaytarmır. İcarəçiyə təqdim etdiyimiz, lakin onun tərəfindən bizə qaytarılmayan avadanlıqlara aşağıdakılar aiddir: - 1 ədədinin dəyəri 25 manat,cəmi dəyəri 281275 manat olan 3.85m ölçüdə 11251 ədəd dəmir dirək; - 1 ədədinin dəyəri 30 manat,cəmi dəyəri 287250 manat olan 4.5m ölçüdə 9575 ədəd dəmir dirək. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (“Avadanlıqlar”) tikinti, təmirbərpa işləri məqsədilə icarəçinin sahibliyinə və istifadəsinə verir, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən avadanlıq bu müqavilə imzalandığı, icarəyə götürən tərəfin öz hesabına nəql olunur və avadanlıqların təhvil-təslim aktlarında (aktlarında) və ya digər, ona bərabər olan, sənədlərdə təhvil verilir. Müqavilənin 5.3.3-cü bəndinə əsasən icarəçinin icarəyə götürdüyü malları işlək vəziyyətdə icarəyəverəndən təhvil alıb sonra işlək vəziyyətdə icarəyəverənə geri qaytarmaq öhdəliyi vardır. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəf öz etirazını iadə aktları və saziş əsasında qurur,iadə aktlarını qəbul etmirlər.
4. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 izahatında iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Tərəflər arasındakı iadə aktları, 2023-cü il tarixli saziş, ödəniş tapşırıqları və s. kimi sübutlar təsdiq edir ki, 2024-cü ilin iyun ayında tərəflər arasındakı bütün münasibətlər bitmişdir. Qalıq heç bir borc olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC (“icarəyəverən”) cavabdeh "xxxx" MMC (hazırki Cavabdeh MMC) (“icarəçi”) arasında xx.xx.2021-ci il tarixli 415 saylı X2 imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə İcarəçinin sahibliyinə və istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı bu Müqaviləyə Əlavədə göstərilir. Hər bir Avadanl üzrə icarə haqqı Avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan sənədlər] göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır. - 3.1-ci bəndinə əsasən Hazırki Müqavilə 1 il müddətinə bağlanır. Müqavilə müddətinin başa çatmasına ən azı 10 (on) təqvim günü qalanadək hazırkı müqaviləni ləğv etmək niyyəti barədə qarşı Tərəf yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilə tərəflər arasında 1 (bir) il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərdə də tətbiq edilir. - 4.1-ci bəndinə əsasən avadanlıq bu müqavilə imzalandığı, icarəyə götürən tərəfin öz hesabına nəql olunur və avadanlıqların təhvil-təslim aktlarında (aktlarında) və ya digər, ona bərabər olan, sənədlərdə təhvil verilir. - 5.3.2-ci bəndinə əsasən icarə haqqını Müqavilə ilə müəyyən edilən məbləğdə və şərtlərdə ödəmək icarəçinin vəzifəsidir. - 5.3.3-cü bəndinə əsasən icarəçinin icarəyə götürdüyü malları işlək vəziyyətdə icarəyəverəndən təhvil alıb sonra işlək vəziyyətdə icarəyəverənə geri qaytarmaq öhdəliyi vardır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2021-ci il il tarixli 415 nömrəli Müqaviləyə 1 saylı Əlavə olan xx.xx.2021-ci il tarixli X1 əsasən icarə predmetinin çeşidi və qiymətləri razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2021-ci il il tarixli 415 nömrəli Müqaviləyə 2 saylı Əlavə olan xx.xx.2021-ci il tarixli X1 əsasən icarə predmetinin çeşidi və qiymətləri razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2021-ci il il tarixli 415 nömrəli Müqaviləyə 3 saylı Əlavə olan xx.xx.2022-ci il tarixli X1 əsasən icarə predmetinin çeşidi və qiymətləri razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli 25/10 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki bir vahidinin dəyəri 1.28 manat olmaqla ümumi məbləği 1280 manat olan 1000 ədəd dəmir dirək iddiamı tərəfindən cavabdehə təhvil verilmişdir.
12. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 0121 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki cavabdehin iddiaçıya ƏDV daxil 20761.20 manatborcu var.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı MMC Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, ad dəyişikliyi ilə bağlı 2022-11-28 ci il tarixinədək "Crocus Construction” MMC-nin "xxxx" MMC-yə xx.xx.2021-ci il 415 nömrəli İcarə Müqaviləsinə əsasən olan ümumi borcu və təhvil verdiyimiz avadanlıqlar xx.xx.2022-ci il tarxindən bütün öhdəlikləri(ümumi borcu,təhvil verilən avadanlıqların qaytarılmasını) ”One Construction” MMC daşıyacaq.Ərizə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli 415 saylı X2nə dair xx.xx.2023-cü il tarixli Saziş imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən tərəflər, xx.xx.2021-ci il tarixli, 415 saylı "X2”nə xitam verdiklərini qəbul edirlər; - 1.2-ci bəndinə əsasən tərəflər, xx.xx.2021-ci il tarixli, 415 saylı “X2” üzrə İcarəçinin İcarəyə verənə 267 746 (iki yüz altmış yeddi min yeddi yüz qırx altı) manat (ƏDV və bütün vergilər daxil) borcu olduğunu qəbul edirlər; - 1.3-cü bəndinə əsasən tərəflər, 1.2-ci bənddə qeyd edilən borcun əvəzində İcarəçi tərəfindən İcarəyə verənə 3 (üç) gün ərzində hissə-hissə olmaqla, əsas müqavilə üzrə təhvil-təslim aktında qeyd olunan 8000 (səkkiz min) ədəd dirəklərin verilməsini qəbul edirlər; - 2-ci bəndinə əsasən bu Sazişin 1.3-cü bəndində qeyd edilən dirəklər, Tərəflərin qanuni nümayəndələrinin (direktorun) ya da direktorun etibarnamə əsasında səlahiyyət verdiyi şəxslər arasında təhvil-təslim aktı imzalanması əsasında təhvil verilir. - 3-cü bəndinə əsasən bu sazişin 1.2-ci bəndində qeyd edilən borcla 1.3-cü bənddə qeyd edilən dirəklər əvəzləşdirilir. Dirəklər tam təhvil verilməklə, İcarəçinin İcarəyə verən qarşısında müqavilənin 1 2-ci bəndində qeyd edilən qalıq borcu tam olaraq, ödənilir. - 4-cü bəndinə əsasən təhvil-təslim bu saziş imzalandıqdan dərhal sonra başlayır və müqavilənin 1.3-cü bəndində göstərilən müddət ərzində davam edir. - 5-ci bəndinə əsasən bu Saziş üzrə öhdəliklərin icrası tam olaraq başa çatdıqdan sonra, yəni 8000 (səkkiz min) ədəd dirəyin təhvil-təslimi icra edildikdə, İcarəçinin İcarəyə verən qarşısında borcu tam ödənilmiş hesab edildiyindən, Tərəflərin birbirinə qarşı bu barədə hər hansı tələbi və ya iddiası və ya bir-biri qarşısında ödənməmiş borcuna dair hər hansı bir vəzifələri yoxdur və gələcəkdə də olmayacaqdır. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli aktla 1000 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021-ci il tarixli aktla 200 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021-ci il tarixli aktla 600 ədəd, xx.xx.2021ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 600 ədəd, xx.xx.2021-ci il tarixli aktla 1000 ədəd, xx.xx.2021-ci il tarixli aktla 600 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 600 ədəd, xx.xx.2021-ci il tarixli aktla 1250 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021ci il tarixli aktla 483 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 1500 ədəd, xx.xx.2022-ci il tarixli aktla 450 ədəd, xx.xx.2022-ci il tarixli aktla 750 ədəd, xx.xx.2022-ci il tarixli aktla 250 ədəd, xx.xx.2022-ci il tarixli aktla 300 ədəd, xx.xx.2022-ci il tarixli aktla 600 ədəd, xx.xx.2022ci il tarixli aktla 500 ədəd. Bundan başqa, cavabdehə təhvil verilmiş 4,5 ölçülü dəmir dirəklər ona işdə olan və aşağıda qeyd olunan tarixli aktlarla müvafiq saylarda verilmişdir: xx.xx.2021-ci il tarixli aktla 1000 ədəd, xx.xx.2021-ci il tarixli aktla 1200 ədəd. xx.xx.2021-ci il tarixli aktla 900 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 500 ədəd, xx.xx.2021ci il tarixli aktla 500 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 800 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2021-ci il tarixli aktla 400 ədəd, xx.xx.2022-ci il tarixli aktla 400 ədəd, xx.xx.2022-ci il tarixli aktla 450 ədəd, xx.xx.2022ci il tarixli aktla 390 ədəd, xx.xx.2022-ci il tarixli aktla 171 ədəd dəmir dirək iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
16. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə 5948.88 manat borcu var. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq eilmişdir.
17. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 12.886 ədəd dəmir dirək təhvil verilmişdir.
18. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 539 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5041.42 manat pul köçürülmüşdür.
19. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV subuçot hesabından İddiaçı MMC-nin hesabına xx.xx.2021-ci il tarixli 415 saylı müqaviləyə əsasən MT2402 00419607 saylı, MT 2405 10258913 saylı elektron qaimələr üzrə 907.46 manat pul köçürülmüşdür.
20. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli iadə aktlarından görünür ki cavabdeh tərəfindən iddiaçıya 12286 manat dəmir dirək iddiaçıya iadə edilmişdir.
V. Tətbiq edilən hüquq:
21. AR Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)
24. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
25. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
27. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
28. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC cavabdeh "xxxx" MMC (hazırki Cavabdeh MMC) (“icarəçi”) arasında xx.xx.2021-ci il tarixli 415 saylı X2 bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə cavabdeh "xxxx" MMC-yə (hazırki Cavabdeh MMC) icarəyə vermişdir. Müqaviləyə uyğun olaraq tərəflər arasında təhviltəslim aktları imzalanmış və malların sonuncu təhvil-təslimi xx.xx.2022-ci il tarixdə olmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki ərazidə çeşidi bildirilməməklə 12886 ədəd dəmir dirək var.Həmin tarixdən sonra İddiaçı MMC-yə Cavabdeh MMC tərəfindən 13 066 ədəd dirək qaytarıldığı barədə iadə aktları mövcuddur.
29. Hazırda iddiaçı 25 oktyabr 2021-ci il tarixli, № 415 saylı icarə müqaviləsi əsasında ona təqdim olunmuş 3.85 metr ölçüdə 11251 ədəd dəmir dirəyin, həmin dirəklərin olmadığı halda dəyəri olan 281275 manat pulun və 4.5 metr ölçüdə 9575 ədəd dəmir dirəyin, həmin dirəklərin olmadığı halda dəyəri olan 287250 manat pulun Cavabdehndən alınıb İddiaçınə verilməsini tələb edir.
30. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə 5948.88 manat borcu var və həmin borcun ödənilməsi iş materialarında olan ödəniş tapşırıqlarında öz təsdiqini tapır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla müəyyən olunmuşdur ki, tərəflər arasında başqa müqavilə mövcud olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında25 oktyabr 2021-ci il tarixli, № 415 saylı icarə müqaviləsindən başqa müqavilə olmadığı təqdirdə, (iddiaçı tərəfindən tərəflər arasında başqa müqavilənin olması barədə heç bir sübut məhkəməyə təqdim ediməmişdir) xx.xx.2024-cü il tarixli üzləşmə aktı və həmin akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğlər tərəflər arasında heç borcun qalmadığnı təsdiq edir. Həmçinin xx.xx.2022-ci il tarixli akta əsasən ərazidə çeşidi bildirilməməklə 12886 ədəd dəmir dirəyin mövcud olduğu, və həmin tarixdən sonra cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş təhvil təslim aktları dəmir dirəklərinin qaytarıldığını sübut edir.
31. Beləliklə məhkəmə göstərilən normaları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
32. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçılar tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 859 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova