Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9741/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (əvvəlki adı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə) qarşı borc tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-dən 154387,31 manat məbləğində pulun, 20 000 manat məbləğində dəbbə pulunun və ödənilmiş 465 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər, lakin tərəflər məhkəməyə elektron qaydada ərizələr ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini təmin edərək, barışıq sazişinin təsdiqlənməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı MMC və Cavabdeh QSC arasında xx.xx.2026-cı il tarixdə aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Müqavilənin Predmeti Barışıq sazişinin predmeti "xxxx" MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı "pul tələbi"nə dair iddiası üzrə tələb edilən 154 387.31 manat məbləğində borcun, 20 000 manat məbləğində cərimə borcunun və ödənilmiş 465 manat dövlət rüsumunun barışıq yolu ilə həll edilməsindən ibarətdir. Bunun üçün tərəflər aşağıdakı şərtlərlə bu barışıq sazişini bağlayırlar.
1. "xxxx" MMC ve "xxxx" QSC Bakı Kommersiya Məhkəməsində başlanmış e-2-2(113)- 9741/2025 saylı mülki iş üzrə tələb edilən borcun ödənilməsində razılığa gəlirlər. Borclu "xxxx" QSC iddia üzrə tələb olunan məbləğdən 118 000 manat məbləğində müqavilə üzrə qalıq borcun, 12 000 manat cərimə borcunun, 465 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ƏDV daxil 130 465 manat məbləğində pulun 6 ay müddətində hər ayın sonuncu iş günü 21 745 manat manat olmagla "xxxx" MМС-yə ödənilməsini təmin edir.
2. "xxxx" MMC cavabdeh "xxxx" QSC-ə qarşı "pul tələbi"nə dair iddiası üzrə başlanmış e- 2-2(113)-9741/2025 saylı mülki iş üzrə iddia tələbindən imtina edir.
3. Cavabdeh "xxxx" QSC Barışıq sazişinin 1-ci bəndində nəzərdə tutulan 130 465 manat pulu 6 ay müddətində hər ayın sonuncu iş günü 21 745 manat olmaqla ödəməyi öhdəsinə götürür.
4. Bu Barışıq sazişi imzalandıqdan sonra, tərəflər bir-birlərinə qarşı heç bir iddia, şikayət və ya tələb irəli sürməyəcəklərini öhdələrinə götürürlər.
5. Tərəflər bu barışıq sazişi üzrə üzərlərinə götürdükləri öhdəlikləri tam və vaxtında yerinə yetirməyə dair öhdəlik götürürlər və barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl edilməsinə görə bir-birinin qarşısında məsuliyyət daşıyırlar.
6. Barışıq Sazişi məhkəmənin qərardadı ilə təsdiqlənir və gələcəkdə sazişin şərtləri yerinə yetirilməyəcəyi təqdirdə tərəflərdən birinin ərizəsi ilə icraya yönəldiləcəkdir.
7. Cavabdehin Barışıq sazişi üzrə müəyyən edilmiş ödənişi 2 dəfə gecikdirməsi və 1 dəfə icra etməməsi tərəfindən Barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmə qərardadının məcburi icraya yönəldilməsini tələb etməsi üçün əsasdır.
8. Bu Barışıq sazişinin şərtlərinin AR MPM-nin 191 və 261-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələri bizə izah edildikdən və tam olaraq aydın olduqdan sonra könüllü olaraq imzalandı. Biz bu nəticələrin yaranması ilə razıyıq.
9. Həmin müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. Barışıq sazişi İddiaçı MMC-nin direktoru Nümayəndə1 və Cavabdeh QSC-nin direktoru Nümayəndə2 imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (əvvəlki adı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə) qarşı “borc” tələbinə dair iş üzrə tərəflər arasında xx.xx.2026-cı il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. "xxxx" MMC ve "xxxx" QSC Bakı Kommersiya Məhkəməsində başlanmış e-2- 2(113)-9741/2025 saylı mülki iş üzrə tələb edilən borcun ödənilməsində razılığa gəlirlər. Borclu "xxxx" QSC iddia üzrə tələb olunan məbləğdən 118 000 manat məbləğində müqavilə üzrə qalıq borcun, 12 000 manat cərimə borcunun, 465 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ƏDV daxil 130 465 manat məbləğində pulun 6 ay müddətində hər ayın sonuncu iş günü 21 745 manat manat olmagla "xxxx" MМС-yə ödənilməsini təmin edir.
2. "xxxx" MMC cavabdeh "xxxx" QSC-ə qarşı "pul tələbi"nə dair iddiası üzrə başlanmış e-2-2(113)-9741/2025 saylı mülki iş üzrə iddia tələbindən imtina edir.
3. Cavabdeh "xxxx" QSC Barışıq sazişinin 1-ci bəndində nəzərdə tutulan 130 465 manat pulu 6 ay müddətində hər ayın sonuncu iş günü 21 745 manat olmaqla ödəməyi öhdəsinə götürür.
4. Bu Barışıq sazişi imzalandıqdan sonra, tərəflər bir-birlərinə qarşı heç bir iddia, şikayət və ya tələb irəli sürməyəcəklərini öhdələrinə götürürlər.
5. Tərəflər bu barışıq sazişi üzrə üzərlərinə götürdükləri öhdəlikləri tam və vaxtında yerinə yetirməyə dair öhdəlik götürürlər və barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl edilməsinə görə bir-birinin qarşısında məsuliyyət daşıyırlar.
6. Barışıq Sazişi məhkəmənin qərardadı ilə təsdiqlənir və gələcəkdə sazişin şərtləri yerinə yetirilməyəcəyi təqdirdə tərəflərdən birinin ərizəsi ilə icraya yönəldiləcəkdir.
7. Cavabdehin Barışıq sazişi üzrə müəyyən edilmiş ödənişi 2 dəfə gecikdirməsi və 1 dəfə icra etməməsi tərəfindən Barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmə qərardadının məcburi icraya yönəldilməsini tələb etməsi üçün əsasdır. İddiaçı MMC-nin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (əvvəlki adı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə) qarşı borc tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov