Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-977/2025 18.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, mənəvi zərər, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “İddiaçı” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “İddiaçı” MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 46875 manat müqavilə üzrə borc və 230,62 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə arasında 28 iyun 2024-cü il tarixli X1 müqaviləsi imzalamışdır. Lakin müqavilənin üstündən neçə vaxt keçməsinə baxmayaraq cavabdeh öz öhdəsinə götürdüyü öhdəliklərini düzgün və lazimi şəkildə yerinə yetirməkdən imtina etmişdir. 28 iyun 2024-cü il tarixli X1 müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilmədiyinə görə cavabdehin iddiaçıya 46875 manat borcu yaranmışdır.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 36000 manat müqavilə üzrə borc, 10100 manat zərərin, 5000 manat mənəvi zərərin və 230,62 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 36000 manat müqavilə üzrə borc, avtomobilə dəymiş ziyana görə 10275 manat, həmçinin məhkəməyə ödənilmiş 230,62 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verib, cavabdehdən 36000 manat müqavilə üzrə məbləğin, avtomobilə dəymiş ziyana görə 10100 manat, mənəvi ziyan olaraq 5000 manat, həmçinin məhkəməyə ödənilmiş 230,62 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsinə əsasən nəqliyyat vasitələri tam yararlı vəziyyətdə müvafiq aktlar əsasında cavabdehin istifadəsinə verilmiş, həmin nəqliyyat vasitələri daha sonra müqavilə ləğv edilmədən əsassız olaraq iddiaçıya geri qaytarılmışdır. Müqavilənin ləğvi barədə tərəflərin hər hansı şifahi və ya yazılı razılaşması olmamış, müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya yazılı təklif daxil olmamışdır. Müqavilənin 2.1.9-cu bəndinin tələblərinə əsasən hazırda cavabdehdən 12 nəqliyyat vasitəsinin hər biri üzrə 3000 manat olmaqla ümumilikdə 36000 manat kompensasiya tələb edilir. Belə ki, icarə müqaviləsi tərəflər arasında uzun müddətə bağlanmış, 36 ay başa çatmadan nəqliyyat vasitələri geri qaytarılmış, bununla da iddiaçı zərər çəkmiş, gözləntiləri boşa çıxmışdır. Bundan əlavə, geri qaytarılan nəqliyyat vasitələrinin birində qüsurlar aşkar edilmişdir, həmin nəqliyyat vasitəsi hazırda iddiaçıdadır, təmir olunmamışdır. İddiaçının uğradığı zərər artmaqda davam edir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddia ərizəsinin rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, nəqliyyat vasitələri cavabdehə təhvil verilən zaman onların işlək vəziyyətdə olması barədə aktlara imza edilsə də, maşınlar təhvil alındıqdan təxminən 1 ay sonra 2 maşının mühərrik sistemi tam sıradan çıxmış, tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən maşınlardan birinin təmir edilməsi iddiaçının, digərinin təmir edilməsi isə cavabdehin öhdəliyi kimi müəyyən edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra edib maşını təmir etsə də, iddiaçı **-FJ- *** saylı nəqliyyat vasitəsini təmir etməkdən imtina etmiş, bu səbəbdən cavabdeh müqavilənin ləğv edilməsini şifahi olaraq iddiaçıya təklif etmiş, iddiaçının tələbi ilə maşınlar geri qaytarılmışdır. Tərəflərin razılığı ilə müqavilə ləğv edildiyi üçün onlardan 36000 manat pul tələb edilə bilməz. Bundan əlavə, maşında yaranan qüsur ondan 1 ay ərzində istifadə edilməsi nəticəsində yaranmamış, nöqsan daha əvvəldən mövcud olmuşdur, bu səbəbdən zərərin onlardan tələb edilməsi barədə iddia tələbi də təmin edilə bilməz.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 17/09 nömrəli X1 müqaviləsinə görə icarəyəverən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1 saylı əlavəsində qeyd olunan nəqliyyyat vasitələrini icarəçiyə icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini bu müqavilənin tələbərinə uyğn olaraq yüklərin daşınması üçün öz istifadəsinə qəbul edir və aylıq icarə haqqını ödəyir.
10. Müqavilənin 3.1-ci bəndinə görə hazırkı müqavilənin 1 saylı əlavəsində qeyd edilən nəqliyyat vasitələrinin birinə münasibətdə icarə haqqı aylıq 400 manat təşkil edir. Nəqliyyat vasitələrinin sayına münasibətdə icarə haqqının ümumi məbləği bu rəqəmlər əsas götürülməklə hesablanacaqdır.
11. Müqavilənin 3.2-ci bəndinə görə icarəçi 1 aylıq icarə haqqı məbləğini avans qaydasında köçürmə yolu ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixdə icarəyə verənin bank hesabına köçürəcəkdir. Növbəti ayların icarə haqqı məbləği sonradan ödəniş qaydasında hər ayın sonuncu 10 günlüyündə ödəniləcəkdir.
12. Müqavilənin 2.1.9-cu bəndinə görə nəqliyyat vasitələrini ən az 36 ay müddətində icarəyə götürmək, icarəyə götürülmüş nəqliyyat vasitəsi icarəyə verəndən asılı olan səbəblər istisna olmaqla 36 aydan tez icarəyə verənə geri verilərsə hər bir nəqliyyat vasitəsi üçün 3000 AZN kompensasiya məbləğini icarəyə verənə ödəmək icarəçinin öhdəliyidir.
13. xx.xx.2024-cü il tarixli icarəyə verilən nəqliyyat vasitələrinin təhvil-təslim aktına görə Mercedes-Benz Axor 1222L X3 Lift markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 1224 X3 Lift markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı, Mercedes- Benz Atego 1224 X3 Lift markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz-Atego 1322 X4 Lift markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 816L X6 markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X6 markalı, **-HX- *** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 816L X7 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X7 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 816L X7 markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X7 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X7 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz 816L X3 Lift markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 17/09 nömrəli X1 müqaviləsinə əsasən icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmişdir.
14. 29.06.2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil təslim aktlarından görünür ki, Mercedes-Benz Axor 1222L X3 Lift markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, Mercedes- Benz Atego 1224 X3 Lift markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 1224 X3 Lift markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz-Atego 1322 X4 Lift markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 816L X6 markalı, **- HE-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X6 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 816L X7 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X7 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 816L X7 markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Mercedes- Benz Atego 818L X7 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X7 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz 816L X3 Lift markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
15. xx.xx.2024-cü il tarixli, 02/24 nömrəli icarəyə verilən nəqliyyat vasitələrinin təhviltəslim aktlarından görünür ki, xx.xx.2024-cü il tarixli, 17/09 nömrəli X1 müqaviləsi üzrə icarəçinin istifadəsinə verilmiş Mercedes-Benz Atego 816L X7 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 1224 X3 Lift markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 1224 X3 Lift markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X7 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 816L X7 markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X7 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X6 markalı, **-HX- *** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 816L X6 markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz Atego 818L X7 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz 816L X3 Lift markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı, Mercedes- Benz Axor 1222L X3 Lift markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, dövlət qeydiyyat nişanlı, Mercedes-Benz-Atego 1322 X4 Lift markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz-Atego 818 X3 Lift markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri icarəyə verənə qaytarılmışdır.
16. İş materiallarında olan qüsur aktından görünür ki, Mercedes-Benz-Atego 1322 X4 Lift markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıq aşkar olunmuşdur.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 9/891 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “İddiaçı” MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “X5 1322” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10100,00 manat müəyyən edilir. O cümlədən, dəyişməli hissələrin qiyməti 9500,00 manat, təmir-bərpa işlərinin qiyməti 600,00 manat təşkil edir.
18. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, iddia ərizəsi 3 hissədən ibarətdir: 1. 36000 manat kompensasiyanın ödənilməsi; 2. 10100 manat avtomobilə dəymiş zərərin tutulması; 3. 5000 manat mənəvi zərərin tutulması.
20. Məhkəmə hesab edir ki, iddia birinci hissədə qismən əsaslıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
23. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
24. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
25. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır
26. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 17/09 nömrəli subicarə müqaviləsi əsasında icarəyəverən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1 saylı əlavəsində qeyd olunan nəqliyyyat vasitələrini cavabdehin sahiblik və istifadəsinə verilmiş, cavabdeh tərəfindən nəqliyyat vasitələri xx.xx.2024-cü il tarixdə icarəyəverənə geri qaytarılmışdır.
28. İddiaçı icarə müqaviləsinin ləğvi ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmadığı, icarəçi tərəfindən nəqliyyat vasitələri 36 ay müddətdən tez əsassız olaraq geri qaytarıldığı üçün müqavilənin 2.1.9-cu bəndinə əsasən ona 36000 manat təzminatın ödənilməsini tələb edir.
29. Cavabdeh iddiaya qarşı etirazında tərəflər arasında icarə müqaviləsinin ləğvi ilə bağlı şifahi razılıq əldə edilməsi səbəbindən nəqliyyat vasitələrinin geri qaytarıldığını bildirir.
30. Cavabdeh bununla bağlı sübut qismində Vəkil2lə iddiaçının nümayəndəsi K.Rəhimli arasında olan vatsap danışıqlarını təqdim etmişdir. Həmin danışıqlardan müəyyən edilir ki, iddiaçının nümayəndəsi K.Rəhimli maşınların saz vəziyyətdə geri qaytarılacağı təqdirdə müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı vəsaitin tələb edilməyəcəyini bildirmişdir. Həmin danışıqlarda hazırkı vəziyyətdə icarə verənin nümayəndəsi olduğu ehtimal olunan şəxs tərəfindən iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsinə razılıq verilməsi ifadə edilməmişdir.
31. Məhkəmə qeyd edir ki, müqavilənin 2.1.9-cu bəndində icarəçi tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilərkən ödənilməsi nəzərdə tutulmuş pul müqavilənin əsaslandırılmamış ləğvinə görə ödənişdir və mahiyyət etibarilə dəbbə puludur, tərəflər arasında bağlanmış müqavilənin 2.1.9-cu bəndində nəzərdə tutulmuş müqavilənin ləğv edilməsinə görə ödəniş yalnız müqavilənin icarəçi tərəfindən ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar olmadığı halda, yəni icarəçi tərəfindən müqavilə əsaslandırılmamış şəkildə ləğv edildiyi halda icarəçidən tutula bilər.
32. Məhkəmə araşdırması zamanı hazırkı icarə müqaviləsinin tərəflərin razılığı ilə ləğv edilməsi, eləcə də xəbərdarlıq müddəti gözlənilmədən icarəçi tərəfindən ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu öz təsdiqini tapmamışdır.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinin cavabdeh tərəfindən əsaslandırılmamış birtərəfli ləğvinə görə müqavilədə nəzərdə tutulmuş ödənişi tələb etmək hüququna malikdir.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
36. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
37. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Belə olan halda məhkəmə həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan vəsait tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir.
39. Məhkəmə iddia ərizəsini ikinci hissədə əsaslı hesab edir.
40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
41. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Mercedes-Benz- Atego 1322 X4 Lift markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini məhkəməyə təqdim olunmuş qüsur aktında qeyd olunan nasazlıqlar olmadan xx.xx.2024cü il tarixli müqavilə əsasında cavabdehin sahiblik və istifadəsinə vermiş, nəqliyyat vasitəsi cavabdehin istifadəsində olarkən nəqliyyat vasitəsində nasazlıqlar yaranmışdır.
43. Həmin qüsurların nəqliyyat vasitəsində daha əvvəldən mövcud olmasını bildirən cavabdeh tərəf bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
44. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir.
45. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 9/891 nömrəli rəyə əsasən də dəymiş zərərin məbləği 10100 manat olması müəyyən edilmişdir.
46. Məhkəmə iddianı üçüncü, 5000 manat mənəvi zərərin ödənilməsi hissəsində də isə əsassız hesab edir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər".
49. Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də Məhkəmə hesab edir ki, iddia tələbi mənəzi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.
50. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3000 manat dəbbə pulu, 10100 manat maddi zərər tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 129,30 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 101,32 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
53. İş üzrə keçirilmiş ekspertizanın xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3000 manat dəbbə pulu, 10100 manat maddi zərər, 129,30 manat dövlət rüsumu, ümumilikdə 13229,30 (on üç min iki yüz iyirmi doqquz manat otuz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “İddiaçı” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 101,32 (bir yüz bir manat otuz iki qəpik) manat dövlət rüsumu iddiaçı “İddiaçı” MMC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova