Məhkəmə qərarları › İş №e-2-2(113)-978/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-978/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-978/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “faiz borcunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı - "MONETRİ BOKT” MMC və Cavabdeh arasında bağlanmış 20 fevral 2019-cu il tarixli 772 nömrəli Kredit Müqaviləsiüzrə 24072,85 (iyirmi dörd min yetmiş iki manat səksən beş qəpik) AZN məbləğdə qalıq faiz borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 163 (bir yüz altmış üç) AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh tutularaq iddiaçı – "xxxx" MMC-yə ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaqi)lə cavabdeh - Cavabdeh arasında 20 fevral 2019-cu il tarixli 772 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasənCavabdehna qeyri yaşayış obyektinin tikintisi üçün 25% (iyirmi beş faiz) dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 80000 (səksən min manat) AZN məbləğində kredit verilmişdir. 20 fevral 2019-cu il tarixli 772 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı - "xxxx" MMC (ipoteka saxlayan) ilə cavabdeh – Cavabdeh (ipoteka qoyan) arasında 20 fevral 2019-cu il tarixli 772/1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsəsən, xüsusi mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan ünvan 1 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi – 152.1 kv.metr olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi – **********01-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınıb. 20 fevral 2019-cu il tarixli 772 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilələrin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 50 (əlli) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqavilələrin 5.1-ci maddəsinə əsasən, bu müqavilələrdə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Bildirmək istəyirik ki, cavabdeh - Cavabdeh uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməsini gecikdirmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyinə görə, Bakı şəhəri 25 saylı notariat ofisinin 8İ-1765 saylı 17 sentyabr 2020-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmeti olan ƏMDK yanında DƏDRX-nin Bakı şəhər 1 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh verilmiş **********01-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi – 152.1 kv.metr olan fərdi yaşayış evinə (öhdəlik yaradan müqaviləyə əsasən 109753.58 AZN borc üzrə) tutma yönəldilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 275 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi – 152.1 kv.metr olan fərdi yaşayış evi 140000 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən keçirilən hərracda xx.xx.2021-ci il tarixli 86/02 nömrəli hərracın yekunları barədə protokoluna əsasən ipoteka ilə yüklü edilmiş olan əmlak 89250 manata ("xxxx" MMC-yə) "xxxx" MMC-yə satılmış və nəticədə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(003)-2163/2022nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı evdən çıxarılma və istifadə hüququna xitam verilməsi tələbi barəsində iddia ərizəsinə baxılaraq təmin edilmişdir. Beləliklə,sözügedən ipoteka ilə yüklü edilmiş olan əmlakın satışından əldə edilən 89.250 (səksən doqquz min iki yüz əlli) AZN məbləğdə pul vəsaiti cavabdeh - QəniyevEhtiram Xanlar oğlunun iddiaçı - "xxxx"MMC-yə olan borcundan çıxılıb. Cavabdehin iddiaçıya 24072,85 manat faiz borcu qalıb. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra qeydi verilən zaman borc məbləğləri müəyyən edilmişdir və əmlaka yönəldilmişdir. Əmlak 89250 manata ("xxxx" MMC-yə) "xxxx" MMC-yə satılmış və həmin məbləğ cavabdehin borcundan çıxılmış. İcra qeydi üzrə icra icraatına xitam verilməyib. İcra qeydində göstərilən borc məbləğinin qalıq hissəsini tələb edirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, borc müqabilində iddiaçı əmlakını götürüb və borcdan daha baha məbləğdə artıq başqa şəxsə satıb mənzili. İcra qeydini mübahisələndirməyib. Məhkəmə hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Həmin Qanunun 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 45.6-cı maddəsinə əsasən Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununa əsasən: 4.1.4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə, ipoteka saxlayanın tələbi tam həcmdə təmin edilir. 26.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüququdur. 26.3-cü maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda notariusa təqdim etmək üçün ipoteka qoyana əsas öhdəliyin həcmi barədə arayış verir. 37.1-ci maddəsinə əsasən İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 38.1-ci maddəsinə əsasən Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2-ci maddəsinə əsasən İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşdə olan xx.xx.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydinə əsasən Bakı şəhəri 25 saylı notariat ofisinin Xüsusi notariusu X3 təklif edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1025, BAKİ ŞƏHƏRİ XƏTAİ RAYONU, NOBEL PR., ev 25 ünvanında yerləşən "PSG FİNANS" BANK OLMAYAN KREDİT TƏŞKİLATİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN /VÖEN:**********/ tələbi ilə ipoteka qoyan- BAKİ, MƏRDƏKAN QƏS. DƏMİRYOLÇULAR,DÖN.4 8 ünvanında qeydiyyatda olan Cavabdeh (AZE9764353, xx.xx.2011 - BAKİ şəhəri XƏZƏR RPİ QvŞV şöbəsi; FİN: xxxxxxx; d/t: xx.xx.1976) məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 772 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 78486.26 AZN əsas borc, 26075.71 AZN faiz borcu , 5191.61 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 109753.58 AZN təşkil edir.) Həmin icra qeydi xx.xx.2020 tarixdə aparılmışdır. Həmin İcra Qeydi mübahisələndirilməmiş və icraya yönəldilmişdir. İcra icraatı çərçivəsində ipoteka əmlakı hərraca çıxarılmış, hərrac baş tutladığı üçün “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə iddiaçıya təklif edilmiş və iddiaçı 89250 manat dəyərində əmlakı qəbul etmişdir. Bugün isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra qeydində müəyyən edilmiş məbləğdən ödənilməmiş qalmış 24072,85 manatın cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, bir mübahisə üzrə artıq icra vərəqəsi (icra qeydi) verilmiş və həmin icra qeydində cavabdehin əsas, faiz və cərimə borcu məbləğləri müəyyən edilmişdir. İcra vərəqəsi icraya yönəldilmiş və həmin icra vərəqəsinin (faiz borcu tələbi daxil olmaqla) tam icra edilməsi icra icraatı qaydasında həyata keçirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən faiz borcunun tutulması, icra işindən ayrıca yeni iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Bu cür iddiaya baxıldığı və gələcəkdə iddia təmin edildiyi halda bir məsələ üzrə iki icra vərəqəsinin mövcüdluğuna gətirib çıxara bilər, bu isə yolverilməzdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “faiz borcunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilə. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar