Məhkəmə qərarları › İş №e-2-2(113)-979/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-979/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-979/2021 10.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2020-ci il tarili, AZTX/086 saylı icarə müqaviləsinə əsasən əsasən icarə üzrə borc və gecikdirilmiş günlər üzrə cərimələr də daxil olmaqla olmaqla ümumilikdə 11750,80 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun "Cavabdeh" MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” LTD MMC ilə "Cavabdeh" MMC arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi baglanmışdır. Həmin müqaviləyə əsasən "İcarəyə verən” - “xxxx” MMC müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi” – “Cavabdeh" MMC-yə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavalərdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçiyə istifadəsinə verilmiş icarə obyektlərinə görə, göndərilmiş sonuncu aylıq hesab-faktura tam ödənilməmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 28810,41 manat əsas məbləğ və 5185,87 manat ƏDV olmaqla icarə haqqı hesablanmışdır. İcarəçi tərəfindən icarəyə verənə 19000 manat əsas məbləğ və 3420 manat ƏDV məbləği ödəniş həyata keçmişdir. İcarəçi tərəfindən icarəyə verənə 9810,41 manat əsas məbləğ və 1765,87 manat ƏDV borcu mövcuddur. Tərəflər arasında bağlanmış AZTX/086 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 4.10-cu bəndində faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənmədiyi halda günlük 0.01 % gecikmə faizi hesablanacaq. “İcarəçi” icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə Pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. İddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli AZTX/086 saylı icarə müqaviləsinə əsasən “İcarəyə verən” (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə Cavabdeh MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə götərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 942360 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə icarəyə verilmiş nəqliyyat vasitəsinə görə borc 11342,36 manat və xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 328260 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə icarəyə verilmiş nəqliyyat vasitəsinə görə borc 6882,22 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 11866,43, xx.xx.2020-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 11342,36 manat və xx.xx.2020-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 6882,22 manat təşkl etmişdir. - Maliyə arayışına əsasən xx.xx.2020-ci il tarixində “xxxx” MMC ilə Cavabdeh MMC arasında imzalanan AZTX/086 nömrəli icarə müqaviləsi əsasında icarəyə verərnə məxsus texnikalar 2020-ci ilin mart ayından 2020-ci ilin iyul ayınadək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərdiyi, həmin aylar ərzində 28810,41 manat əsas məbləğ və 5185,87 manat ƏDV məbləğində icarə haqqı hesablandığı, icarəçi tərəfindən icarəyə verənə 19000 manat əss məbləğ və 3420 manat ƏDV məbləği ödəniş həyata keçdiyi, 9810,41 manat əsas məbləğ və 1765,87 manat ƏDV məbləği borcu mövcud olduğu, AZTX/086 nömrəli müqavilənin 4.10-cu bəndinə əsasən gecikən gün üzrə 0.01 faiz məbləğində 103,36 manat əsas məbləğ və 18,60 manat ƏDV cərimə məbləği hesablandığı qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 11576,28 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 11576,28 manat əsas borca 174,52 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 174,52 manat dəbbə pulunun miqdarı azaldılaraq 100 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,8 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 11576,28 manat məbləğində əsas borc və 100 manat cərimə olmaqla ümumilikdə 11676,28 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,8 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar