Məhkəmə qərarları › İş №e-2-2(113)-979/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-979/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-979/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı “X3” MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı “X3” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binanın “A” blokunun 2-ci mərtəbəsində, ümumilikdə sahəsi 236.81 kv.m. təşkil edən ofis sahəsinin (19, 22 və 24 №li ofislər, 5.05 kv.m.-lik qeydiyyat zonası və liftin yanında 19.80 kv.m.-lik otaq) icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20 iyun 2022-ci il tarixli, 22/253 №-li müqavilə üzrə xx.xx.2022-ci il tarixinə yığılmış əsas borc üzrə 24,127.97 AZN (iyirmi dörd min bir yüz iyirmi yeddi Azərbaycan manatı, doxsan yeddi qəpik) məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 210.00 AZN (iki yüz on Azərbaycan manatı, 00 qəpik) məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 24,337.97 AZN (iyirmi dörd min üç yüz otuz yeddi Azərbaycan manatı, doxsan yeddi qəpik) məbləğinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binanın “A” blokunun 2cimərtəbəsində, ümumilikdə sahəsi 236.81 kv.m. təşkiledən ofis sahəsinin (19, 22 və 24 №-li ofislər, 5.05 kv.m.-lik qeydiyyat zonası və liftin yanında 19.80 kv.m.-lik otaq) (bundan sonra “İcarəyə Verilən Əmlak(lar)”) icarəyə verilməsi haqqında 20 iyun 2022-ci il tarixli, 22/253 №-li müqavilə (bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq başlama tarixi kimi adlandırılmış 19 may 2022-ci il tarixindən etibarən icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəyə verilən əmlak(lar) üçün ƏDV xaric 4,025.77 AZN (dörd min iyirmi beş Azərbaycan manatı, yetmiş yeddi qəpik) aylıq icarə haqqı, ƏDV xaric 473.62 AZN (dörd yüz yetmiş üç Azərbaycanmanatı, altmış iki qəpik) aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 236.81 AZN (iki yüz otuz altı Azərbaycan manatı, səksən bir qəpik) mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 4,736.20 AZN (dörd min yeddi yüz otuz altı Azərbaycan manatı, iyirmi qəpik) aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh icarəyə verilən əmlak(lar)da icarə müddəti, o cümlədən artırılmış icarə müddəti ərzində istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.5-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə cavabdehə aid edilən xərclər icarə müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə müqaviləsinin 3.8-ci bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cariayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 2 (iki) iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesabfaktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, İddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Bu səbəbdən icarə müqaviləsinin 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 30 sentyabr 2022-ci il tarixində (bundan sonra “xitam tarixi”) iddiaçının tələbi ilə xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İcarə müqaviləsinin müvafiq olaraq 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinə əsasən iki ardıcıl müddət üçün müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin və ya onların xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin 2 (iki) mislinə çatan məbləğin ödənilməsinin gecikdirilməsi İddiaçıya xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Beləliklə, icarəyə verilən əmlak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində xitam tarixinə ümumilikdə ƏDV daxil 24,127.97 AZN (iyirmi dörd min bir yüz iyirmi yeddi Azərbaycan manatı, doxsan yeddi qəpik) əsas borc məbləği yığılmışdır. İcarə müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi barədə 29 sentyabr 2022-ci il tarixli, FMG-01/22/325 №-li xitam və pretenziya bildirişində də qeyd edildiyi kimi icarə müqaviləsinə xitam verilməsi qanunvericiliyə və icarə müqaviləsinin müvafiq şərtlərinə əsasən cavabdehi xitam tarixinədək icarə müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Sözügedən xitam və pretenziya bildirişində müvafiq borc məbləğinin ödənişinin bildirişin verildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində Cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb edəcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 4 (dörd) aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Əlavə olaraq qeyd olunur ki, bütün icarə müddəti üçün (xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığını əhatə edən, 4 ay 13 gün təşkil edən) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə cəmi 2 (iki) dəfə cüzi hissələrdə olmaqla, ümumilikdə ƏDV daxil 660.00 (altı yüz altmış Azərbaycan manatı, 00 qəpik) məbləğində ödəniş icra edilmişdir. İddiaçı yuxarıda istinad edilən icarə müqaviləsinin 7.2-ci bəndində təsbit olunmuş dəbbə pulu tətbiq etmək hüququndan istifadə etməklə əsas borc məbləğindən əlavə 31 oktyabr 2022-ci il tarixinə kimi 1,294.61 AZN məbləğində dəbbə pulu hesablasa da, güzəşt olaraq göstərilmiş məbləği cavabdehdən tələb etmir və yalnız əsas borc məbləğinin təmin edilməsi tələbi ilə çıxış edir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izhahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC “mülkiyyətçi” "xxxx" MMC “idarə edən” olmaqla imzalanmış 27 dekabr 2017-ci il tarixli REL-27/12/17-850 saylı daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. 27 dekabr 2017-ci il tarixli REL-27/12/17-850 saylı daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə 31 yanvar 2019-cu il tarixli əlavə 1-ə əsasən ünvan 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin 20 il müddətinə icarə və idarəetməyə verilməsi "xxxx" MMC və "xxxx" MMC arasında razılaşdırılmışdır. İddiaçı MMC “icarəyə verən” Cavabdeh MMC “icarəçi” olmaqla imzalanmış 22/253 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən binada (bundan sonra “Bina”) aşağıdakı qeyri-yaşayış sahəsini (bundan sonra “icarəyə verilən əmlak(lar)”) icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür (yerləşmə planı bu müqaviləyə dair müvafiq əlavədə əks olunmuşdur): 3.1.1. bəndə əsasən bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 17.00 (on yeddi Azərbaycan manatı, 00 qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 4,025.77 AZN (dörd min iyirmi beş Azərbaycan manatı, yetmiş yeddi qəpik) məbləğində aylıq icarə haqqı (bundan sonra “icarə haqqı”) tərəflər arasında razılaşdırılmışdır. 3.2 bəndə əsasən icarəçi icarəyə verilən əmlak(lar)da icarə müddəti, o cümlədən, artırılmış icarə müddəti ərzində istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. 5.2.1. bəndə əsasən hazırkı müqaviləyə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək, icarəçinin öhdəliyidir. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 20 iyun 2022 tarixli, 22/53 nömrəli, müqavilə üzrə qalıq borc haqqında cədvəldə 2022-ci ilin may, iyun, iyul, avqust sentyabr ayları üzrə icarə haqqı və 2022-ci ilin may-oktyabr ayları üzrə elektrik enerjisindən istifadə ilə bağlı ümumilikdə 24.127,97 manat ödənilməmiş borc hesablanmışdır. EBCC seriyalı, 743835 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 55 manat, EBCC seriyalı 854654 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 19.109,82 manat, EBCD seriyalı 223308 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 5588,72 manat, EBCE seriyalı 303676 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 25,19 manat, EBCH seriyalı 243478 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 9,24 manat, İddiaçı MMC tərəfindən kommunal xidmətlər və aylıq icarə haqqı ilə bağlı Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 Saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq edilmiş hüquqların qabaqcadan qeydiyyati barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan məlum olur ki, ünvan 3 ünvanında yerləşən qeyri- yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş 19 may 2022 tarixli 02/19-2 nömrəli təhvil-təslim aktından məlum olur ki, ünvan 3 ünvanında olan qeyri-yaşayış sahəsi İamzerv Academy” MMC-yə təhvil verilmişdir. Təhvil-təslim aktında 82517342, 8256818, 82526659 saylı sayğacların göstəricilərinə uyğun olaraq elektrik ödənişlərinin olacağı qeyd edilmişdir. İddiaçı MMC tərəfindən göndərilmiş 29 avqust 2022-ci il tarixli hesab-fakturada cəmi 55 manat, 21 sentyabr 2022 tarixli hesab-fakturada cəmi 25,19 manat, 14 oktyabr 2022 tarixli hesab fakturada 9,24 manat kommunal ödənişlərlə bağlı Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında 15,95 manat, xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında 16,61 manat, xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında 22,44 manat, xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında 25,19 manat, xx.xx.2022-xx.xx.2022 tarixləri aralığında 9,24 manat elektrik enerjisi sərfiyyatı ilə bağlı hesablanmışdır. xx.xx.2022 nömrəli #006XOH********** saylı ödəniş tapşırğına əsasən 210 manat Bakı “8” saylı Mediasiya Təşkilatının bank hesabına İddiaçı MMC tərəfindən köçürülmüşdür. İddiaçı MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2022 tarixində 410 manat Cavabdeh MMC tərəfindən hesaba mədaxil olmuşdur. 01 avqust 2022 tarixli hesab fakturaya əsasən 10.100,82 manat, 29 avqust 2022 tarixli hesab fakturaya əsasən 55 manat, 01 sentyabr 2022 tarixli hesab fakturaya əsasən 5.588,72 manat, 21 sentyabr 2022 tarixli hesab fakturaya əsasən 25,19 manat, 14 oktyabr 2022 tarixli hesab fakturaya əsasən 9,24 manat elektrik xəcrləri, kommunal xidmətlər, icarə haqqları ilə bağlı Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş müxtəlif tarixlərdə tərtib edilmiş ödəniş tapşırıqlarından məlum olur ki, elektrik enerjisi ilə bağlı "xxxx" ASC-yə ödənişlər olmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 29 sentyabr 2022 tarixli FMG-01/22/325 saylı xitam və pretenziya bildirişindən məlum olur ki, 20 iyun 2022-ci il tarixli 22/253 nömrəli müqaviləyə xitam verilmiş, 24.127,97 manat məbləğində borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC və "xxxx" MMC arasında sonuncunun daşınmaz əmlakının idarə edilməsi ilə bağlı müqavilə imzalanmış, həmin müqavilənin əsasında İddiaçı MMC və Cavabdeh MMC arasında daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilə imzalanmış, ünvan 3 ünvanında olan qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Cavabdeh MMC tərəflər arasında imzalanmış icarə müqaviləsi üzrə icarə haqqı və eləcə də istifadə edilən elektrik enerjisindən istifadə ilə bağlı ödənişlərin edilməsi öhdəliyini götürsə də bu öhdəliyini pozmuşdur. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixinə yığılmış 24.127,97 manat borcun ödənilməsini tələb etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə iddiaçı üzərinə düşən ödəlikləri lazımınca icra etsə də cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmış, beləliklə də iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd edilən 24.127,97 manat məbləğində borc icarə haqqları və elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borcdur. İcarə haqqlarına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə aylıq icarə haqqı tərəflər arasında razılaşdırılmış, daha sonra isə həmin borc məbləğləri ilə bağlı qarşı tərəfə elektron qaimə və hesab fakturalar göndərilmişdir. Bundan başqa, cavabdeh tərəfindən may ayı üzrə icarə haqqının bir qisminin ödənilməsi öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin icarə haqqı borcunun yaranması öz təsdiqini tapır. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi iddiaçı iddia tələbində elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borcun ödənilməsini də tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissədə əsaslı olması ilə bağlı məhkəməyə "xxxx" ASC tərəfindən elektrik enerjisi borcu ilə bağlı İddiaçı MMC-yə göndərilmiş elektron qaimələri və həmin elektron qaimələr əsasında İddiaçı MMC tərəfindən ödənişləri təqdim etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasına imzalanmış təhvil-təslim aktında elektrik enerjisi ilə bağlı ödəmələrin 82517342, 82526818, 82526659 saylı sayağclar üzrə ödəmələrin aparılması qeyd edilsə də məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən göndərilmiş elektron qaimələrdə həmin sayğaclar qeyd edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, cavabdeh olan Cavabdeh MMC ilə "xxxx" ASC arasında hər-hansı müqavilə münasibətləri olmadığından, eyni zamanda qeyri- yaşayış binasının ümumilikdə idarəetməsi İddiaçı MMC-yə aid edildiyindən elektrik enerjisi ilə bağlı borcların ödənişlə bağlı münasibətlər İddiaçı MMC və "xxxx" ASC arasında aparılmışdır. Digər tərəfdən tərəflər arasında imzalanmış müqavilədə elektrik enerjisi ilə bağlı borcların “icarəçi” yəni Cavabdeh MMC tərəfindən ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Bu baxımdan iddiaçı elektrik enerjisindən istifadə nəticəsində yaranmış borc məbləği ilə bağlı cavabdehə elektron qaimələr göndərmişdir. Qeyd edilənlərə məcmu halda qiymət vərərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 20 iyun 2022-ci il tarixli, 22/253 №-li müqavilə üzrə xx.xx.2022-ci il tarixinə yığılmış əsas borc üzrə 24,127.97 manat cavabdehdən tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 20 iyun 2022-ci il tarixli, 22/253 №-li müqavilə üzrə xx.xx.2022ci il tarixinə əsas borc üzrə 24.127,97 manat, 210 manat mediasiya xərci “X3” MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar