Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-981/2021 10.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Bağırov Seymur Ədalət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 92 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 052507 saylı abonent koduna hesablanmış 2196 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin seriya RX 1487301, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 92 ünvanında yerləşən qeyri yaşayış sahəsinə iddiaçı sahiblik əldə etmişdir. Ona məxsus 052507 nömrəli müqavilə kodu ilə fəaliyyət göstərən qeyri yaşayış sahəsinə xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh ASC-nin Nəsmi Su idarəsinin əməkdaşları tərəfindən baxış və yoxlama keçirərək 007202 nömrəli akt tərtib edilmiş, həmin akta görə qeyd olunan ünvanda baxış və yoxlama zamanı guyaki, sayğacdan əlavə olaraq d=15mm rezin boru vasitəsi ilə yaşıllıqların suvarılması aşkar edilmişdir. Bunun əsasında ona məxsus 052507 nömrəli müqavilə kodu əsasında fəaliyyət göstərən abunə hesabına 2196 manat cərimə hesablanmışdır. Lakin tərtib olunan 007202 nömrəli aktda Quliyev Sahib fiziki şəxs olaraq göstərilsə də həmin şəxsin qeyri yaşayış sahəsi ilə heç bir bağlılığı yoxdur və həmin şəxs ilə Cavabdeh ASC ilə müqavilə öhdəliyi belə mövcud deyildir. Əvəllər belə həmin şəxsin Cavabdeh ASC- ilə müqavilə öhdəliyi və ya bağlılığı olsa idi bu akt tərtib olunan zaman və ya hesablanmış cərimə barədə ziyanın ödənilməsi təklif olunan zaman müəyyən edilməli ona münasibətdə akt tərtib olunmalı idi. Azərbaycan Respublikası Konsitutisiya Məhkəməsinin Plenumnun qərarında subyektiv hüquqdan istifadəyə dair şərh verilərkən açıq aydın göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. İddiaçı hesab edir ki, bütün bunlar ona subyektiv hüquq verir ki, mülkiyyətində və istifadəsində olan 052507 nömrəli müqavilə kodu əsasında fəaliyyət göstərən qeyri yaşayış sahəsinə hesablanmış cərimə məbləğinin mübahisələndirilməsi hüququndan istifadə etsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Fiziki Şəxsin Vergi uçotu haqqında Şəhadətnamə ilə qeydiyyat nömrəsi VÖEN ********** olmaqla sahibkar kimi fəaliyyət göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Bağırov Seymur Ədalət oğlu iddianı qəbul etmədiyini bildirərək rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Cavabdeh ASC-nin su təchizatə sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair xx.xx.2007-ci il tarixli, 052507 saylı müqavilə 45918 saylı abonent kodu verilməklə fiziki şəxs Quliyev Sahib ilə bağlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin seriya RX 1487301, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə Tam paydan ibarət olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 92 ünvanında yerləşən qeyri yaşayış sahəsinə mülkiyyət hüququ İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. - Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli, 007202 saylı aktına əsasən ünvan 2 ünvanında yerləşən kafeyə baxış keçirilmiş və yoxlama zamanı sayğacdan əlavə olaraq yaşıllaşdırmanın su xəttindən d=15mm-lik rezin boru vasitəsilə sudan qeyri-qanuni istifadə olunması və buna görə də 2196 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından göründüyü kimi iddiaçı sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmiş olsa da, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları onun adına qeydiyyata alınsa da, Cavabdeh ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair xx.xx.2007-ci il tarixli, 052507 saylı müqavilə 45918 saylı abonent kodu verilməklə fiziki şəxs Quliyev Sahib ilə bağlanmış və xx.xx.2020-ci il tarixli akt həmin abonent kodu ilə adıkeçən fiziki şəxsin adına tərtib edilmişdir. Məhkəmə iddiaçı tərəfə prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini təklif etsə də, iddiaçı tərəf buna razı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1 və 54.2-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. . Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-981/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-981/2021
10.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver