Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-988/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçı İddiaçı X1i təmsilçisi, eyni zamanda iddiaçı Nümayəndə1, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçılar İddiaçı X3, Nümayəndə1 cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin hesabına ödədiyi və iddiaçıya qaytarmalı olduğu 270.000 manat məbləğində pul vəsaiti və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 270.030 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının qanuni təmsilçisi iddia ərizəsinə əlavə verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2715 saylı 13 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş lizinq müqaviləsi üzrə 2.000.000 manat məbləğində borcundan banka ödədiyi 516.638,10 manat məbləğində pul vəsaitinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.06.2021-ci il tarixdə iş üzrə qanuni təmsilçisi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırkı iş üzrə Nümayəndə1 iddiaçı qismində işə cəlb edilməsini, həmçinin onun “xxxx” ASC-yə 01.06.2021-ci il tarixədək ödədiyi 593.838 manat məbləğində pul vəsaitinin onun “xxxx” ASC-yə olan (əvvəlki adı “xxxx” ASC) 1.625.000 manat məbləğində borcundan silinməsi, habelə İddiaçı X5 tərəfindən ödənilmiş 8.000 manat məbləğində pul vəsaitinin İddiaçı X3 “xxxx” ASC-yə olan 162.870 manat məbləğində borcundan silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” X1i təmsilçisi, eyni zamanda iddiaçı Nümayəndə1 iddia ərizəsinə və iddianın dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(021)-2715/2015 saylı qətnaməsinin qəbul edilməsindən 6 il keçməsinə baxmayaraq iddiaçıların qətnaməni tam şəkildə icra etmədiklərini, eləcə də qətnamə üzrə iddiaçı tərəfindən edilmiş bütün ödənişlərin cavabdeh tərəfindən nəzərə alındığını bildirmiş və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar X8, Nümayəndə1 və İddiaçı X3 cavabdeh “xxxx” İKB ASC-yə qarşı daxili lizinq alqı-satqı müqavilələrinin, həmin müqavilələr əsasında verilmiş dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair ilkin iddiası üzrə və iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər X9, Nümayəndə1 və İddiaçı X2rşı müqavilələr üzrə ödənilmiş pul vəsaitlərinin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə Bərdə rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(021)2715/2015 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, iddiaçı X10 ilə xxxx ASC arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 27/11/2014/4 saylı, Nümayəndə1 ilə xxxx ASC arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 27/11/2014/3 saylı və 27 noyabr 2014-cü il tarixli 27/11/2014/5 saylı, İddiaçı X5 ilə xxxx ASC arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 27/11/2014/2 saylı daxili maliyyə lizinq obyektinin alqı-satqı müqavilələri və Nümayəndə1 ilə xxxx ASC arasında bağlanmış 01 dekabr 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xxxx ASC-nin adına verilmiş 2 dekabr 2014-cü il tarixli RX ******* saylı çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanda 0,06 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının X9 qaytarılması; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xxxx ASC-nin adına verilmiş 1 dekabr 2014-cü il tarixli RX0547043 saylı və RX ******* saylı çıxarışların ləğv edilməsi; Bərdə şəhər Şəhriyar küçəsi döngə 11-də yerləşən 0,05 hektar torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli 2 nömrəli fərdi yaşayış evi və Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,06075 ha tprpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının Nümayəndə1 qaytarılması; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xxxx ASC-nin adına verilmiş 17 dekabr 2014-cü il tarixli RX 054742 saylı çıxarışın ləğv edilməsi; Bərdə şəhəri, H.Əliyev prospekti 0,66 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 girişli 528,40 kv.m. ümumi 126,40 kv.m. əsas, 402 kv.m. köməkçi sahədən ibarət 125 nömrəli qeyri-yaşayış binasının İddiaçı X2ytarlması qət edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, “xxxx” İKB ASC tərəfindən müqavilə üzrə X8 hesabına köçürülmüş 270.000 manat məbləğində pulun X7 alınaraq “xxxx” İKB ASC-yə verilməsi, “xxxx” İKB ASC tərəfindən müqavilə üzrə Nümayəndə1 hesabına ödənilmiş 1.625,000 manat məbləğində pulun Nümayəndə1 alınaraq “xxxx” İKB ASC-yə verilməsi; “xxxx” İKB ASC tərəfindən müqavilə üzrə İddiaçı Kommersiya İstehsalat Firmasına ödənilmiş 162.870 manat məbləğində pulun İddiaçı KİF-dən alınaraq “xxxx” İKB ASC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-2715/2015 saylı, 30 dekabr 2019-cu il tarixli qərardadına əsasən Bərdə rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(021)- 2715/2015 saylı qətnaməsinə izah verilmiş, İddiaçı X5 tərəfindən “xxxx” İKB ASC-yə Nümayəndə1 tərəfindən “xxxx” İKB ASC-nin hesabına 14.09.2015-ci ildə 20.000 manat, 15 sentyabr 2015-ci ildə 3.000 manat, 16 sentyabr 2015-ci ildə 7.000 manat, 08 iyul 2015ci ildə 30.000 manat, 24 avqust 2015-ci ildə 30.000 manat, 01 aprel 2015-ci ildə 30.000 manat, 01 may 2015-ci ildə 30.000 manat, 01 iyun 2015-ci ildə 30.000 manat, 07 yanvar 2015-ci ildə 30.000 manat, 02 fevral 2015-ci ildə 30.000 manat, 02 mart 2015-ci ildə 30.000 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir. “xxxx” ASC-nin məhkəmənin sorğusuna cavab məktubundan müəyyən edilir ki, Bərdə rayon Məhkəməsinin 2(021)-2715/2015 saylı 13 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Nümayəndə1 tərəfindən 288.137,50 manat məbləğində, İddiaçı KİF tərəfindən isə 8.000 manat məbləğində ödəniş edilmişdir. Bərdə rayon icra və probasiya şöbəsinin 30.03.2021-ci il tarixli arayışı ilə təsdiq edilir ki, Bərdə rayon Məhkəməsinin 2(021)-2715/2015 saylı 13 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən 20.11.2015-ci il tarixdən sonra Nümayəndə1 tərəfindən “Nikoil” İKB-nin hesabına cəmi 551.638 manat (20.11.2015-ci il tarixədək 270.000 manat və 20.11.2015-ci il tarixdən bu günə kimi isə 281.638 manat) məbləğində ödəniş edilməsi barədə qəbzlər şöbəyə təqdim edilmişdir. Hazırda iddiaçılar Nümayəndə1 və İddiaçı X5 Bərdə rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsini icra etmək məqsədilə Cavabdeh ASC-yə etdikləri ödənişlərin, eləcə də qətnamə qəbul edilməmişdən əvvəl lizinq müqavilələri üzrə cavabdehə etdikləri (Bərdə rayon Məhkəməsinin 2(021)-2715/2015 saylı, 30 dekabr 2019-cu il tarixli qərardadı ilə qətnaməyə verilmiş izahda qeyd olunmuş) ödənişlərin qətnamə üzrə cavabdehə olan borclarından silinmədiyini əsas göstərərək iddiaçı Nümayəndə1 tərəfindən ödənilmiş cəmi 593.838 manat məbləğinin Nümayəndə1 “xxxx” ASC-yə olan 1.625.000 manat məbləğində borcundan silinməsi, habelə İddiaçı X5 tərəfindən ödənilmiş 8.000 manat məbləğinin İddiaçı X3 “xxxx” ASC-yə olan 162.870 manat məbləğində borcundan silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının ödənişlərin edilməsi ilə bağlı azaldılmasını tələb etdikləri pul öhdəlikləri Bərdə rayon Məhkəməsinin 2(021)2715/2015 saylı, 13 oktyabr 2015-ci il tarixli qətnaməsi əsasında yaranmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş, onun əsasında icra vərəqəsi verilərək icra edilməsi üçün Bərdə rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda sözügedən icra sənədinin icrası Bərdə rayon İcra şöbəsinin icra məmuru tərəfindən həyata keçirilir. “İcra haqqında” AR Qanununun: 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçılar Nümayəndə1 və İddiaçı X5 məhkəmə qətnaməsinin icrası ilə, yəni icra məmurlarının səlahiyyətlərinə aid edilən məsələ ilə bağlı ayrıca icraatda iddia qaldırmışlar. Halbuki icra sənədi üzrə icraatda borclu olan iddiaçılar icra sənədi üzrə etdikləri ödənişlər barədə icra məmuruna məlumat vermək, bununla bağlı materialları təqdim etmək, bəzi ödənişlərin icra məmuru tərəfindən nəzərə alınmadığı təqdirdə bununla bağlı icra məmuruna vəsatətlər vermək hüququna malikdirlər. Tələb tam icra edildikdən sonra icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmədiyi təqdirdə isə borclular icra məmurunun qərarı, hərəkət və ya hərəkətsizliyi ilə bağlı mübahisə qaldıra bilərlər. “İcra haqqında” AR Qanununun: 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. 29.1-ci maddəsinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı X3, Nümayəndə1 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-988/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-988/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver