Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9889/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 359686-CNS-40558/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 1857,45 manat məbləğində əsas borc, 81,96 manat məbləğində faiz borcu, ümumilikdə isə 1939,41 (bir min doqquz yüz otuz doqquz manat qırx bir qəpik) manat pul məbləğinin və 39.39 manat ödənilmiş dövlət rüsumuna dair xərcin Cavabdeh2 onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 359686- CNS-40558 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh2 illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 5080 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) kredit verilmişdir. Verilmiş kredit vəsaiti Cavabdeh2 adına açılmış cari hesabına, cari hesabdan isə onun adına açılmış kart hesabına köçürülmüşdür. Eyni zamanda, cavabdehin maliyyə çətinliyinin yaranması səbəbindən, kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımi qaydada icrasını təmin etmək məqsədilə, kredit restrukturizasiya edərək, cavabdehin xx.xx.2024-cü il tarixinə olan borcu illlik 15% faiz ödənilməsi şərti ilə 43 ay müddətinə kapitallaşdırılaraq 2.573,13 manat müəyyən edilmişdir. Lakin borclu şəxs Cavabdeh2 üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh2 Banka 1857,45 manat məbləğində əsas borc, 81,96 manat məbləğində faiz borcu, ümumilikdə isə 1939,41 manat məbləğində borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 359686- CNS-40558 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan Kreditdən yalnız Dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarlarla hesablaşmaların aparılması) təyinatı üzrə istifadə etməlidir. 3.1-ci bəndə əsasən kreditin məbləği 50800 manat təşkil edir. 3.3-cü bəndə əsasən Kredit alan Krediti tam məbləğdə 18 Noyabr 2024-cü il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. 3.4.1-ci bəndə əsasən kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 23 % olmaqla bu Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. 5.5ci bəndə əsasən faizlərin hesablanması zamanı bir ay 30 (otuz) təqvim günü, bir il isə 360 (üç yüz altmiş) günü sayına əsaslanaraq həyata keçirilir. xx.xx.2022-ci il tarixli, 359686-CNS-40558 saylı müqavilə üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 5080 manat olan illik faiz dərəcəsi 23% olmaqla verilmiş kreditə görə Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər hər ayın 18, 19-i və ya 20-si 266,12 manat, sonuncu ay 268,36 manat ödəməlidir. 09 aprel 2024-cü il tarixli “xx.xx.2022-ci il tarixli, 359686- CNS-40558 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşmanın 1-ci bəndinə əsasən borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımi qaydada icrasını təmin etmək məqsədilə tərəflər krediti restrukturizasiya edərək borcalanın xx.xx.2024-cü il tarixinə olan kredit müqaviləsindən irəli gələn öhdəlikləri kapitallaşdırılaraq 2573,13 manat müəyyən edir. 3.3-cü bəndə əsasən kreditin müddəti: kredit alan krediti tam məbləğdə 09 noyabr 2027-ci il tarixində və ya kredit müqaviləsində nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. 3.4.1-ci bəndə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 15% olmaqla və kredit müqaviləsinin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. 3.5-ci bəndə əsasən kreditin qaytarılması və faizlərin ödənilməsi qaydası: hər ay ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1). 3-cü bəndə əsasən hazırkı Əlavə razılaşmanın imzalanması ilə tərəflər qəbul və təsdiq edirlər ki, kredit müqaviləsinin tərkib hissəsi hesab olunan və onun 3.5-ci bəndinə əks olunan Əlavə 1 (ödəniş cədvəli) qüvvədən düşərək kreditin qaytarılması və faizlərin ödənilməsi hər ay bu Əlavə Razılaşmanın tərkib hissəsi hesab olunan Əlavə 1 (yeni ödəniş cədvəli) əsasında kredit müqaviləsinin müvafiq müddəaları nəzərə alınmaqla həyata keçiriləcəkdir. 5-ci bəndə əsasən kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır. xx.xx.2022-ci il tarixli, 359686-CNS-40558 saylı müqavilə üzrə tərtib edilmiş yeni ödəniş planından görünür ki, ümumi məbləği 2.573.13 manat olan illik faiz dərəcəsi 15% olmaqla verilmiş kreditə görə Cavabdeh2 xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixinə qədər hər ayın 09, 10-u və ya 11-i 77,74 manat, sonuncu ay 77,56 manat ödəməlidir. Hesabdan çıxarış məlumatlarından görünür ki, 09 aprel 2024-cü il tarixli əlavə razılaşma üzrə Cavabdeh2 2573,13 manat kredit köçürülmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-cü il tarixinə Cavabdeh2 banka 1857,45 manat əsas, 81,96 manat faiz olmaqla, cəmi 1939,41 manat borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh2 pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 1939,41 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 39,39 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli, 359686-CNS-40558 saylı kredit müqaviləsinə əsasən 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 5080 manat məbləğində kredit vermiş, daha sonra 09 aprel 2024-cü il tarixli “xx.xx.2022-ci il tarixli, 359686- CNS-40558 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşma ilə kredit restrukturizasiya edilərək, cavabdehin xx.xx.2024-cü il tarixinə olan borcu illlik 15% faiz ödənilməsi şərti ilə 43 ay müddətinə kapitallaşdırılaraq 2573,13 manat müəyyən edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə, iddiaçının cavabdehdən kredit müqaviləsinə və mülki qanunvericiliyə əsasən borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin normalarını və müqavilə şərtlərini, cavabdehin öhdəliyini icra etmədiyini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq hesab edirəm ki, 09 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehdən 1857,45 manat məbləğində əsas bоrc, 81,96 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan ödənilmiş 39,39 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh2 09 aprel 2024-cü il tarixli, 359686-CNS-40558/1 saylı kredit müqaviləsinə əsasən 1857,45 manat məbləğində əsas bоrc, 81,96 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə 1939 (bir min doqquz yüz otuz doqquz) manat 41 (qırx bir) qəpik borc və 39 (otuz doqquz) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-9889/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9889/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver