Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-991/2025 27.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, mənəvi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı “qeyriyaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı1 xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2.500.000 manat pulun cavabdehlərdən tutulması, icarə müqaviləsinin qüvvədə olması səbəbindən iddiaçının sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. Fərdi sahibkar kimi, ölkəsinə gətirdiyi iqtisadi gəlirdən səvai o, pankration döy üzrə dünya çempionu olaraq Azərbaycan himinin xarici ölkələrdə səsləndirən, yüksək mənəvi keyfiyyətlərə məxsus olan şəxsdir. Uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı 2017-ci ildə cavabdehlərdən biri olan öz qohumu Cavabdeh1 faktiki olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 1000 kv.metrə yaxın olan, boş, istsimara yararsız qeyri-yaşayış sahəsinə sərmayə buraxılması təklifi almışdlr. Bunun müqabilində Cavabdeh1 və indiki iş üzrə digər cavabdeh obyektin sənəd üzrə sahibi eyni zamanda Cavabdeh1 dayısı olan Cavabdeh2 iddiaçıya sözügedən obyekti uzun müddətli (ən azı 10 il olmaq şərti ilə) və sərfəli qiymətlə icarəyə verməyi söz vermişdirlər. Cavabdehlər ilə iddiaçı aralarında olan razılaşma zamanı cavabdehlər iddiaçıya şəriki kimi yanaşdıqlarını bildirmişlər və tərəflər arasında bağlanan müqavilənin formal olduğunu qeyd etmişdirlər. Tərəflər şifahi (centlemen) razılaşmanı əldə etdikdən sonra 2017-ci ilin yanvar ayında aralarında heç bir rəsmi müqavilə olmadan, Cavabdeh1 səmimiyyətinə inanaraq iddiaçı çıxarış üzrə 627,8 kv/m-lik, faktiki olaraq isə 1.000 kv/m-dən çox olan obyektdə öz şəxsi vəsaiti hesabına əsaslı təmir-tikinti, yaxşılaşdırma, bərpa işləri aparmış, obyektin dizayn və daxili interyerini yeniləmiş, obyekt üçün müxtəlif ölkələrdən gətizdirdiyi dekor və avadanlıqları quraşdırmış obyektin qaz boruları, su və kanalizasiya xətlərini yeniləmiş, obyektdəki böyük zibil tullantılarını öz vəsaiti hesabına təmizləmişdir. Tərəflər arasında müqavilədən kənar şifahi razılaşma olması səbəbindən İddiaçı1 1 il 2 ay çəkən təmir müddəti ərzində şəxsi vəsaiti hesabına icarə obyektinə təxminən 2.500.000 (iki milyon beş yüz min) AZN-dən çox məbləğdə investisiya qoymuşdur. Beləliklə 1 il 2 ay çəkən təmir işlərindən sonra tərəflər arasında 29 mart 2018-ci il tarixində icarə müqaviləsi bağlanmışdır. İddiaçı tərəflərə icarə müqaviləsini sözləşdikləri kimi, 10 illik müddətində bağlanılmasını təklif etsə də cavabdehlər yenidən müqavilənin formal olduğuna istinad edərək müqaviləni 1 il müddətində uzadılma şərti ilə bağlamışdırlar. xx.xx.2023-cü il tarixdə cavabdehlər icarə haqqının artırılmasını əsas gətirərək icarə müqaviəsinin yenidən bağlanılmasını tələb etmişdirlər. İddiaçı icarə haqqının artırılmasına etiraz etməyərək icarə müqaviləsini yenidən imzalamış və cavabdehlərin sözlərinə inanaraq bundan sonra da ən azı 5 il bu şərltlər ilə işləyəcəyinə güman etmişdir. Lakin hazırdda cavabdehlər öz vədlərinə əməl etməyərək, heç bir səbəb olmdan icarəçini icarə obyektindən çıxartmaq və onun obyektin əsaslı bərpası üçün xərclədiyi 2.500.000 (iki milyon beş yüz min) AZN-dən çox sərmayəni faktiki olaraq mənimsəmək istəyirlər. Belə ki, cavabdehlər telefon vasitəsi ilə iddiaçıya zəng edərək iddiaçıdan əsassız olaraq icarə obyektininin boşaldılmasını tələb edir əks təqdirdə isə obyektin fəaliyəət göstərilməsinə maneələr yaradacaqlarını bildirirlər. Hesab edirik ki, cavabdehlərin etdikləri hərəkətlərin yeganə məqsədi öz vədlərinə əməl etməyərək iddiaçının hesabına əsassız varlanmaqdır. Əsasız varlanmağın müddəti isə tərəflər arasında bağlanılmış icarə müqaviləisnin bitmə müddətinə təsadüf edir, belə ki buna qədər tərəflər iddiaçıya icarə müqaviləsinin uzadılmayacağını bildirməmişdirlər. Cavabdehlərin razılaşdığı müddətdən əvvəl müqaviləyə xitam vermək niyyətləri iddiaçınınmüqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunmasına səbəb olur. Belə olan halda isə iddiaçının da obyektin yaxşılaşdırılmasına sərf etdiyi 2 500 000 manat məbləğində pulun cavabdehlərdən tələb edilməsi təmami ilə əsasəlıdır.
3. Cavabdeh2 iddia ərizəsi ilə bağlı yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 bu iş üzrə olan İddiaçı1 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edibdir. İddiaya əsasən cavabdeh – İddiaçı1 və bütün digər şəxslərin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (obyektdən, “Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə, 18 000 manat, ödənilmiş bütün dövlət rüsumlarına görə - 356,61 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” Müqavilələrə görə ödənilmiş – 660 manat, cəmi 19016,61 manat (ödədiyim bütün dövlət rüsumları daxil) cavabdeh İddiaçı1 tutularaq mənə ödənilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdim. İlk növbədə qeyd etmək istəyirəm ki, İddiaçı1 hazırki iddiası əsassız və qanunsuzdu. Orada göstərilən xüsusatlarla hesablaşmıram. Aramızda həqiqətən icarə münasibətləri olmuş, lakin həmin münasibətlərin qüvvədə olduğu dövrdə iddiaçı dəfələrlə və kobud surətdə üzərinə düşən öhdəliklər kobud surətdə pozulmuşdur. Belə ki, icarə müqaviləsinin əsasını icarə haqqı təşkil edir və onun ödənilməsi öhdəliyi iddiaçının üzərinə düşmüşdür. Lakin bütün bunlara baxmayaraq iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliklər lazımi qaydada və həcmdə yerinə yetirilməmişdir. Digər tərəfdən qeyd etmək istəyirəm ki, iddiaçı bildirir ki, guya tərəflər arasında (“centelmen” sazişi) icarə münasibətlərinin uzunmüddətli olacağına dair şifahi razılıq olmuşdur. Lakin bu yalandır və bu haqda nə yazılı, nə də ki, şifahi razılıq tərəflər arasında şərtləşdirilməmişdir. Tərəflər arasında bağlanılmış icarə müqaviləsində də bu haqda heç bir müddəa yoxdur. Bundan başqa qeyd etmək istəyirəm ki, qeyri-yaşayış sahəsi iddiaçıya icarəyə verilənə qədər fəaliyyətsiz qalmamışdır. Həmin sahə daima başqa icarəçilərə verilmişdir. Lakin 2016- 2017-ci ildə İddiaçı1 sahəni icarəyə götürmək istədiyini bildirmişdir. Bunun üçün orada bəzi təmir işlərinin aparılmasını istəmiş və bunun müqabilində 18 ay müddətində icarə haqqının ödənilməsindən azad olunduğunu təklif etmişdir. Cavabdeh2 da bu təkliflə razılaşmışdır. Nəticədə, ilk icarə haqqı yalnız 18 aydan sonra ödənilməyə başlanılmışdır. İcarə Müqaviləsinin 8-ci bəndinə əsasən Tərəflərin razılaşmasına əsasən müqaviləyə tərəflərdən təşəbbüsü ilə xitam verildikdə icarə obyektində istifadə olunan daşına bilən mebel avadanlıqları”İcarəçi” tərəfindən onun arzusu ilə götürülə bilər, digər avadanlıqlar və yaxşılaşdırılmalar “İcarəyə verən”in mülkiyyətində saxlanır. Hazırda həmin icarə müqaviləsi ləğv olunubdur. Çünki, müqavilə uzadılmamış və müqavilənin uzadılması ilə bağlı əmlak sahibi Cavabdeh2 müqavilənin uzadılmasına dair razılıq verməmişdir. Əksinə buna baxmayaraq Cavabdeh2 iddiaçıya müqaviləyə əsasən yazılı xəbərdarlıq poçt xidməti vasitəsilə göndərsə də, iddiaçı onları qəbul etməkdən qərəzli olaraq planlı şəkildə boyun qaçırmışdır. Beləliklə, iddiaçı süni şəkildə müqavilənin uzadılmasına nail olmaq istəmiş. Nəhayət bu imkanı əldə edə bilmədiyinə görə, iddiaçı ilk növbədə MTT haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbləri də tamamilə əsassızdı və heç nəyə əsaslanmır. Sadəcə qanunsuz şəkildə cavabdehə məxsus olan əmlaka sahiblik etmək və oradan maksimal olaraq qazanc götürmək məqsədi daşıyır. Hamıya bəllidir ki, icarə münasibətləri müvəqqəti xarakter daşıyır və onlar yalnız müqavilə ilə tənzimlənir. Tərəflər arasında isə iddiaçının iddiada göstərdiyi bir hal belə orada əks olunmur. Müqavilə azadlığı hüququ anlayışı var və heç kəs (qanunda nəzərdə tutulan hallardan başqa) müqavilə bağlamağa məcbur edilə bilməz. Lakin bütün bunlara baxmayaraq iddiaçı prosessual hüquqlardan sui-istifadə edərək qanunsuz olaraq əmlakın geri qaytarılması əvəzinə ondan qanunsuz istifadəyə yol verir və ondan hələ bəhər (gəlir) götürür. Hesab edirik ki, bu iddia əsassızdı və o təmin olunmamalıdır. AR Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
5. İddiaçı1 oğlu xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verib, ünvan 1 ünvanında yerləşən (Haven kimi tanınan restoran) qeyri-yaşayış obyektinin əsaslı bərpası ilə bağlı tərəfindən çəkilmiş 2.500.000 manat məbləğində xərc, həmçinin ödənilmiş 2040 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, 19 oktyabr 2023-cü il tarixli icarə müqaviləsinin xx.xx.2025-ci il tarixinə qədər uzadılmış hesab edilməsi və həmin müqavilənin qüvvədə olduğu müddət ərzində İddiaçı1 icarəyə verilən ünvan 1 ünvanında yerləşən icarə obyektində (HAVEN kimi tanınan restoran) İddiaçı1 qarşı Cavabdeh2 və digər şəxslər tərəfindən obyektdən və obyektdəki əşyalardan istifadə ilə bağlı yaradılacaq məhdudiyyətlərin qadağan olunması haqqında qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh2 həmin ərizə ilə bağlı yazılı etiraz təqdim edərək, iddia tələbinin həcminin artırılması barədə ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbləri də tamamilə əsassızdır və heç nəyə əsaslanmır. Sadəcə qanunsuz şəkildə cavabdehə məxsus olan əmlaka sahiblik etmək və oradan maksimal olaraq qazanc götürmək məqsədi daşıyır. Hamıya bəllidir ki, icarə münasibətləri müvəqqəti xarakter daşıyır və onlar yalnız müqavilə ilə tənzimlənir. Tərəflər arasında isə iddiaçının iddiada göstərdiyi bir hal belə orada əks olunmur. Müqavilə azadlığı hüququ anlayışı var və heç kəs (qanunda nəzərdə tutulan hallardan başqa) müqavilə bağlamağa məcbur edilə bilməz. Lakin bütün bunlara baxmayaraq iddiaçı prosessual hüquqlardan sui-istifadə edərək qanunsuz olaraq əmlakın geri qaytarılması əvəzinə ondan qanunsuz istifadəyə yol verir və ondan hələ bəhər (gəlir) götürür. Hesab edir ki, bu iddia əsassızdır və təmin olunmamalıdır.
8. İddiaçı1 oğlu xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən (Haven kimi tanınan restoran) qeyri-yaşayış obyektinin əsaslı bərpası ilə bağlı tərəfindən çəkilmiş 2.500.000 manat məbləğində xərc, həmçinin ödənilmiş 2040 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, İddiaçı1 19 oktyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilən ünvan 1 ünvanında yerləşən icarə obyekti üzərində (HAVEN kimi tanınan restoran) icarə müqaviləsinin qüvvədə olması səbəbindan sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı Cavabdeh2 xx.xx.2025-ci il tarixdə cavabdeh İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (“Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyriyaşayış sahəsi boşaldılaraq ona təhvil verilməsi, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə 18000 manat, ödənilmiş bütün dövlət rüsumlarına görə - 356,61 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” Müqavilələrə əsasən ödənilmiş – 660 manat, cəmi 19016,61 manat pulun cavabdeh İddiaçı1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1572/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
11. İddiaçı Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh İddiaçı1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m olan qeyri-yaşayış sahəsindən (“Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə 108000 manat (6 ay * 18000 manat = 108000), əvvəlki dövr üzrə ödənilməmiş 68000 manat icarə haqqı, 14000 mənəvi ziyana görə, ödənilmiş bütün dövlət rüsumlarına görə-689,61 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” müqavilələrə görə ödənilmiş–660 manat, cəmi 190000,61 manat pulun (ödənilmiş bütün dövlət rüsumları daxil) cavabdeh İddiaçı1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1572/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair e-2-2(113)-1572/2025 saylı iş, onunla əlaqəli olan İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması və sairə” tələbinə dair e-2-2(113)-991/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilmiş və birləşdirilmiş işə e-2-2(113)-991/2025 nömrəsi verilmişdir.
13. İddiaçı Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdeh İddiaçı1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (“Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməsi, sahənin qanunsuz vaxtında təhvil verilmədiyinə görə istifadədən və sərəncamvermə hüququnun faktiki olaraq məhdudlaşdırıldığına görə 4 ay*18000=72000 manat (həmin düstur tətbiq olunmaqla bu məbləğ qətnamə icra olunana qədər hesablanması nəzərə alınmaqla) əvvəlki dövr üzrə ödənilməmiş 67800 manat icarə haqqı, 14000 mənəvi ziyana görə, ödənilmiş bütün dövlət rüsumlarına görə-689,61 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” Müqavilələrə ödənilmiş-660 manat, cəmi 155149,61 manat (ödənilmiş bütün dövlət rüsumları daxil) cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı Cavabdeh2 xx.xx.2025-ci il tarixə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh – İddiaçı1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (“Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməsi, sahənin qanunsuz vaxtında təhvil verilmədiyinə görə istifadədən və sərəncamvermə hüququnun faktiki olaraq məhdudlaşdırıldığına görə (hər ay üçün 18000 manat olmaqla) 10 ay*18000=180000 manat (həmin düstur tətbiq olunmaqla bu məbləğ qətnamə icra olunana qədər hesablanması nəzərə alınmaqla) əvvəlki dövr üzrə ödənilməmiş 67800 manat icarə haqqı, 14000 mənəvi ziyana görə, ödənilmiş bütün dövlət rüsumlarına görə (hazırki əlavə ödənilmiş 394 manat dövlət rüsumu nəzərə almaqla) - 1084 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” Müqavilələrə ödənilmiş – 660 manat, cəmi 263 544 manat (iki yzü altımış üç min beş yüz qırx dörd) cavabdeh İddiaçı1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
15. İddiaçı Cavabdeh2 xx.xx.2025-ci il tarixə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdeh – İddiaçı1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (“Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməsi, sahənin qanunsuz vaxtında təhvil verilmədiyinə görə istifadədən və sərəncamvermə hüququnun faktiki olaraq məhdudlaşdırıldığına görə (hər ay üçün 18000 manat olmaqla) 10 ay*18000=180000 manat, əvvəlki dövr üzrə ödənilməmiş 67800 manat icarə haqqı, 14000 mənəvi ziyana görə, ödənilmiş bütün dövlət rüsumlarına görə (hazırki əlavə ödənilmiş 394 manat dövlət rüsumu nəzərə almaqla) - 1084 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” Müqavilələrə ödənilmiş – 660 manat, cəmi 263 544 manat (iki yüz altmış üç min beş yüz qırx dörd) cavabdeh İddiaçı1 tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
17. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
18. Əvvəlki məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İzahatında daha sonra göstərdi ki, icarə haqlarının bir qismi həmişə nağdsız qaydada, bir qismi isə nağd qaydada ödənilmişdir. Hazırda qarşılıqlı iddiaçının tələb etdiyi icarə haqqını o, tam şəkildə nağd qaydada ödəmişdir, sahədən istifadəsinə qadağa qoyulana qədər onun hər hansı borcu qalmamışdır. İcarə müqaviləsinin ləğvi ilə bağlı hər hansı xəbərdarlıq almamış, tərəflər arasında ümumiyyətlə icarə haqqının ödənilməməsi ilə bağlı məhkəməyə iddia verilənə qədər hər hansı mübahisə olmamış, səbəbi isə icarə haqqının həmişə vaxtında və tam şəkildə ödənməsi olmuşdur.
19. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İzahatında həmçinin bildirdi ki, əvvəlki icarə müqaviləsi üzrə hər hansı tələbləri yoxdur. Hazırda ikinci müqavilə üzrə qalıq icarə haqqının ödənilməsini tələb edirlər. Bundan əlavə, sahə ilk iddiaçıya təmirli vəziyyətdə verilmiş, ilk iddiaçının iddia etdiyi kimi orada hər hansı əsaslı təmir işi aparılmamış, təmir işlərinin aparılmasına qarşılıqlı iddiaçı hər hansı razılıq verməmiş, ümumiyyətlə icarə müqavilələri üzrə hər hansı nağd ödəniş olmamışdır.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
21. Məhkəmə iclasının Cavabdeh1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
22. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa görə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********).
24. Cavabdeh2 (icarəyə verən) ilə İddiaçı1 (icarəçi) arasında bağlanmış xx.xx.2018ci il tarixli icarə müqaviləsinə görə icarəyə verən ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 806,8 kv.m. olan qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir.
25. Müqavilənin 8-ci bəndinə əsasən icarəyə verənin razılığı olmadan icarəçi sahədə təmir-tikinti işləri apara bilməz.
26. Cavabdeh2 (icarəyə verən) ilə İddiaçı1 (icarəçi) arasında bağlanmış xx.xx.2023cü il tarixli icarə müqaviləsinə görə icarəyə verən ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir.
27. Müqavilənin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilir. İcarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti bağlanmış müddətə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmış hesab edilir. İcarə münasibətləri xx.xx.2023-cü il tarixdən qüvvəyə minir.
28. Müqavilənin 5-ci bəndinə görə icarəyə götürən icarəçiyə sentyabr-aprel ayları üçün aylıq 18000 (on səkkiz min) manat, may, iyun-avqust ayları üçün isə 15000 (on beş min) manat məbləğində icarə haqqı ödəyir. İcarə haqqı hər növbəti ayın 5-nə kimi ödəniləcəkdir. Bu müqavilədə nəzərdə tutulmuş icarə haqqı ardıcıl 20 (iyirmi) gün ödənilmədikdə icarə müqaviləsinə icarəyə verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəkdir.
29. İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixli, OD2 nömrəli ödəniş tapşırığına görə 100 manat (2024 sentyabr), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 1000 manat (2024 sentyabr), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 1800 manat (2023 noyabr-dekabr), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 2600 manat (2024 yanvar), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 3000 manat (2023 noyabr-dekabr), xx.xx.2024-cü il tarixli, OD3 nömrəli ödəniş tapşırığına görə 3000 manat (2024 yanvar), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 3100 manat (2024 yanvar), xx.xx.2024-cü il tarixli, OD2 nömrəli ödəniş tapşırığına görə 3200 manat (2024 yanvar), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 4000 manat (2023 dekabr), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 5600 manat (2023 dekabr), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 6100 manat (2024 yanvar), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 6400 manat (2024 yanvar), xx.xx.2024-cü il tarixli, OD3 nömrəli ödəniş tapşırığına görə 6600 manat (2024 avqust), xx.xx.2024-cü il tarixli, OD2 nömrəli ödəniş tapşırığına görə 10000 manat (2024 avqsut), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 11600 manat (2023 noyabr), xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına görə 14500 manat (2024 avqust-sentyabr), xx.xx.2024-cü il tarixli, OD2 nömrəli ödəniş tapşırığına görə 10700 manat (2024 oktyabr) ödəniş edilmişdir.
30. Məhkəmə iclasında şahid Axund-zadə Bəxtiyar İsmayıl oğlu ifadəsində bildirdi ki, İddiaçı1 tanıyır, 2017-ci ildə İddiaçı1 obyektində metal konstruksiya ilə bağlı işləri, dizayn işlərini görmüş, həmin vaxt da “X12” şirkətinin direktoru olmuşdur. Obyektdə dəmir təchizatı ilə bağlı pilləkənin montajı, dəmir konstruksiya işləri görmüşdür. Bu işləri 2017-ci ildə görmüşdür. 2018-ci ildə isə landşaft işləri, müxtəlif kompozisiya işləri görmüşdür. Əmlak 28 May ərazisində yerləşir. Ora ilk dəfə gedəndə beton işləri artıq bitmişdi. 2017-ci ildə təxmini 2 ay pilləkən işlərini görmüşdür. İşin görülməsi üçün 100 000 manat civarında xərc çəkilmişdir. Ödənişin 60 faizi material üçün, 40 faizi işçilik xərci üçün nəzərdə tutulmuşdur. Onun Ələkbər ilə müqaviləsi olub. Ödənişləri nağd şəkildə almışdır. Obyekt ikimərtəbəli idi. Əvvəl orada pilləkan yox idi. Pilləkan əvvəlcədən olmamış, sonradan onun tərəfindən düzəltdirilmişdir, əvvəl ayrı-ayrı mərtəbələr olmuş, sonradan birləşdirilmişdir. 100 000 manat konstruksiya işlərinə xərclənmişdir, 4000-5000 manat landşaft işlərinə xərclənmişdir. 2018-ci ildə yenidən obyektə gəldikdə artıq təmir işləri yekunlaşmışdır. 2018-ci ildə həyətdə landşaft işləri görmüşdür. Onunla obyektlə bağlı şəxsən Ələkbər danışıb. Təmirlə bağlı materialı Dərnəgül bazarından özü almışdır. Orada işləyən işçilər onun işçiləri olub. Orada işləri görəndə Ələkbər bəydən başqasını tanımamışdır. Obyektdə həmçinin dəmir bərkitmə işləri də görmüşdür.
31. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, hazırda işsizdir, əvvəl Galaxy Turizm agentliyində işləmişdir. Ələkbəri idmanla məşğul olduğu üçün tanımışdır, mübahisəli əmlak onun evilə qonşudur. İlk dəfə 2017-ci ildə Ələkbərovu orada görmüşdür. O anadan olduğu gündən həmin evdən yaşayır. Obyekt əvvəllər dəyirman olub, daha sonra italdizayn mebel obyekti olub, daha sonra bir müddət obyekt boş olub. Obyekt Haven restoranı kimi fəaliyyət göstərənə qədər boş olub. Ələkbər 2017-ci ildə oradanı icarəyə götürüb. Həmin vaxta qədər obyekt təmirsiz şəkildə uzunmüddət boş olub. Obyektin boş olduğunu həmin obyektin pəncərəsi şəffaf şüşə olduğundan görə bilmişdir. Əvvəllər obyekt birmərtəbəli idi. Sonra uzunmüddət təmir işləri aparıldı. Təmiri icarəçinin həyata keçirdiyini ehtimal edir. İcarəçinin təmir etdirməsini sonradan bilmişdir. Təmir işləri təxminən 1 il vaxt apardı. 2017-ci ildən sonra obyektin içərisində olmuş, o zaman orada kabinetlərin, arakəsmələrin, ikinci mərtəbənin tikildiyini görmüşdür. Obyekt hündür idi, arakəsmə ilə ikimərtəbəli oldu. Təmir işlərini Həbibovun aparmasını sonradan bilmişdir. Obyekt təxminən 2018-2019-cu ilin əvvəlindən etibarən restoran kimi fəaliyyət göstərdi. Təmir aparılan zaman restoranın içinə daxil olmamış, təmirdən sonra obyektə daxil olmuşdur. Mebel obyekti kimi fəaliyyət göstərən zaman yalnız estetik təmir olunmuşdur. Sonradan Həbibov əsaslı təmir etdirmişdir. Qapılar, pəncərələr dəyişdirilmişdir. Əvvəllər obyektdə qaz xətti olmamışdır. Bu barədə məlumatı isə orada işləyən işçilərdən əldə etmişdir. Obyektdə yanğın olmasını xatırlamır. Obyektin sahibinin Mahmud adlı yaşlı bir şəxs olduğunu bilir, həmin şəxsi təmir vaxtı görməmişdir.
32. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, xadimə kimi 2022-ci ildən etibarən 3 ildir ki, Haven restoranında işləyir. Əvvəl başqa yerlərdə işləyib. İddiaçı1 həmin obyekt üçün çox əziyyət çəkmişdir. Restorandan 2024-cü ilin dekabr ayının 18-də çıxmışdır. Bu barədə qabaqcadan xəbərdarlıq olunmamışdır, həmin gün işə gəldikdə obyektin bağlı olduğunu görmüşdür. Obyektin sahibinin adını xatırlamır. Həmin adamı cəmi bir-iki dəfə görmüşdür. Digər işçidən onun kim olduğunu soruşduqda o, icarə haqqı götürmək üçün gəldiyini bildirmişdir. Əmək müqaviləsi İddiaçı1la bağlanmışdır. Həbibovun mülkiyyətçiyə pul verməsinin şahidi olmamışdır. Sadəcə o, adamların gəlib-gətdiyini görəndə soruşmuş, bunun cavabında mülkiyyətçi olduğunu öyrənmişdir. Restorana işçi axtarılması barədə məlumatı facebook sosial platformasından öyrənmişdir.
33. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, fəhlə və usta kimi işləyib, qaynaqçı kimi ixtisaslaşmışdır. 2017-ci ildə təmir işləri aparıldığını görüb, yaxınlaşıb iş istədiyini bildirmişdir. Rəhbərlik edənin Ələkbər müəllim olduğunu bildirmişlər. Obyektin kanalizasiya sistemini gecə ilə digər işçilər ilə birlikdə qazmışdır. Obyektin kanalizasiya sistemi bərbad vəziyyətdə olmuş, obyektin qaz xətti isə ümumiyyətlə olmamışdır. İstilik sistemləri əvvəl olmayıb. Bərbad vəziyyətdə olub. Obyekt ümumi mənfi birinci mərtəbə daxil olmaqla üçmərtəbəli idi. Təmirdən əvvəl obyekti Kapital Bank icarəyə götürmüşdü, daha sonra isə obyekt boş idi. Kapital Bank obyekti götürəndə 2 mərtəbə idi. Təmir işləri davam etdi, sıfırdan ayrı-ayrı kabinetlər tikildi. Arakəsmə əvvəl bir-iki ədəd idi. Tavanı da yenidən təmir etmişlər. Obyektdə xeyli işlər görmüşdür. Divarlarda da bəzək üçün təmir aparılmışdır. Giriş qapısı yox idi, onu da sonradan düzəltmişlər. Əvvəl orada qapı sınıq vəziyyətdə idi, tüfeyli həyat tərzi yaşayan adamlar orada yatırdı. Obyektin mülkiyyətçisinin kim olduğunu bilib, bu məlumatı ona obyektin mühafizəçisi Telman müəllim demişdir. Mülkiyyətçi təmir aparılan zaman gəlib baxırdı. Təmirlə bağlı pulu Ələkbər müəllim verirdi. Mülkiyyətçi sadəcə baxıb gedirdi. Mal-materialın pulunu Ələkbər müəllim verirdi. Obyektin sahibinin kiməsə pul verib-verməməsini bilmir. İddiaçı1 ona on-on beş min manat civarında ödəniş edib. 1 il 4 ay təmir işləri görüldü. O, sahəyə gələndə təmir işləri təzə başlamışdı.
34. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, fərdi şəkildə memarlıq-dizayn işində çalışır, memar kimi 2018-ci ildən fəaliyyət göstərir. Xəqani küçəsində yerləşən obyekt o getdiyi zaman təmirsiz, bərbad vəziyyətdə olmuşdur. Obyektə onu ortaq tanış olan Nicat adlı şəxs çağırmışdır. O, 2016-cı ilin sonu – 2017-ci ilin əvvəllərində ilk dəfə həmin obyektə getmiş, bir neçə dəfə orada olmuşdur. İlk dəfə obyektə baxış keçirmək üçün getmiş, təmir ilə bağlı dizayn verəcəyini bildirmişdir. Ümumi baxış zamanı döşəmədə əsmə olduğunu, zirzəmiyə giriş üçün hər hansı yerin olmadığını müşahidə etmiş və zirzəmiyə giriş üçün yerin nəzərdə tutulmalı olduğunu demişdir. Bundan başqa, kanalizasiya xəttinin çəkilməsinin vacibliyini, yüngül estetik təmirin kifayət etməyəcəyini bildirmişdir. Onun obyektə daxil olduğu vaxtda ümumilikdə 2 mərtəbə olmuşdur. Obyektdə taxta dirəklər var idi və o, həmin dirəklərin dəmir-betonla əvəz olunmalı olduğunu qeyd etmişdir. Həmçinin, alçipan tavanların da sökülməsini, lazımsız gips kartondan hazırlanmış arakəsmələrin aradan qaldırılmasını məsləhət görmüşdür. Qeyd etmişdir ki, yalnız söküntü işlərinin özü kifayət qədər xərc tələb edirdi. Obyektə gündüz getdiyindən işıqlar yandırılmamış, buna görə də elektrik xətlərinin olub-olmamasını müəyyən edə bilməmişdir. Buna baxmayaraq, obyektin qaz, su və işıq xətlərinin yenidən çəkilməli olduğunu bildirmişdir. Ələkbəri əvvəldən tanımamışdır. O, çertyoj çəkməmiş, yalnız baxış keçirib məsləhətlərini vermişdir. Daha sonra söküntü işləri başladıqda ikinci dəfə təsadüfən həmin obyektdə olmuşdur. Söküntü işlərinin Həbibov tərəfindən başlandığını ehtimal etmişdir. Həbibovun məhkəməyə təqdim etdiyi şəkillərin ona məxsus Nikon D 90 markalı fotoaparatla çəkildiyini, lakin aparatın hazırda işləmədiyini bildirmişdir. Qeyd etmişdir ki, layihəni öz üzərinə götürəcəyi halda obyektin əvvəlki vəziyyətini sənədləşdirmək üçün fotoşəkillər çəkmişdi. Razılıq əldə olunacağı təqdirdə çertyoj çəkəcəyini, lakin vaxt məhdudiyyətinə görə bunun baş tutmadığını söyləmişdir. Onun dediyinə görə, yaddaş tutumu böyük olan sərt diskində bütün arxivlər saxlanılır. İfadəsinin davamında bildirdi ki, internetdə obyektlə bağlı mübahisə olduğunu görüb şəkilləri bu yaxınlarda Həbibova təqdim etmişdir. Belə ki, ictimai mediadan obyektlə bağlı mübahisədən xəbər tutmuş, təsadüfən öz arxivini araşdırarkən həmin şəkilləri tapmışdır. Daha sonra Həbibova kömək məqsədilə şəkilləri verməyi qərara almış və onunla danışmışdır. Həbibov da şəkilləri ondan istəmişdir. Həmin şəkillərin məhz həmin obyektə aid olduğunu dəqiq bilir, bunu yaddaşında saxlamışdır.
35. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, o, Haven restoranında administrator kimi çalışmışdır. 2022-ci ildən işə başlamış, 2023-cü ilin fevral ayında təhsili ilə bağlı olaraq işdən çıxmış, əmək müqaviləsinə xitam verilmişdir. Həmin ilin noyabr ayında isə yenidən işə qayıtmış və restoran bağlanana qədər orada işləməyə davam etmişdir. O, restoranın bağlanacağını 1–2 gün əvvəl obyektə gələn məktub vasitəsilə öyrənmişdir. Məktubu gətirən şəxs formada olmuş, ona məktuba qol çəkməli olduğunu bildirmiş, lakin o, imza çəkməkdən imtina etmişdir. Daha sonra bu barədə Ələkbər müəllimə zəng edib məlumat verdiyini, sonradan isə onları oradan çıxarmaq istədiklərini öyrəndiyini ifadə etmişdir. İzahatda göstərmişdir ki, biznesin sahibi Ələkbər, icarə obyektinin sahibi isə Mahmud müəllim olmuşdur. Mahmud müəllimi yalnız bir dəfə - icarə haqqı ilə bağlı gələrkən görmüşdür. İcarə haqqını kassir Mahmud müəllimə təqdim edirdi. Onun gəlişi barədə isə ya Mahmud müəllim, ya da Ələkbər müəllim məlumat verirdi. O, konkret olaraq icarə haqqının məbləğini bilmədiyini, lakin pulun zərfin içərisində Mahmud müəllimə verildiyini demişdir. Ələkbər müəllim əvvəlcədən Mahmud müəllimin pul almağa gələcəyini xəbər verirdi. Bəzən pulu özü Yasamal rayonu ərazisində yerləşən Mahmud müəllimin ofisinə aparmışdır. 2023-cü ildə müxtəlif aylar olmaqla iki dəfə ödəniş aparmış, hər dəfə 4000–6000 manat arası məbləğ çatdırmışdır. O, aparacağı dəqiq məbləği bilməyib. Pulu ofisdə çalışan qadınlara vermiş, Mahmud müəllim isə sonradan onunla danışaraq pulun qəbul edildiyini təsdiq etmişdir. Bəzən Mahmud müəllimin qohumu Murad adlı şəxs də pulu alırdı. Tərəflər arasında mübahisənin şahidi olmamışdır. Yalnız keçən il müqavilə bağlanaraq icarə haqqının qaldırıldığını bilmişdir. Daha sonrakı münaqişələr barədə isə məlumatı olmadığını deyib. Obyekt Ələkbər bəydən əvvəl bərbad vəziyyətdə olmuşdur. Əvvəllər orada un dəyirmanı, daha sonra isə mebel salonu fəaliyyət göstərmişdir. Hətta bir dəfə orada yanğın da baş vermişdir. Obyekti indiki vəziyyətə isə Ələkbər bəy gətirmişdir. Heç vaxt icarə haqqının gecikdirilməsi ilə bağlı mübahisə olmamış, Cavabdeh1 isə ümumiyyətlə tanımır.
36. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, o, obyektdə ilk dəfə 2020-ci ildə barmen kimi çalışmış, daha sonra menecer və kassir vəzifələrində işləmişdir. Onun sözlərinə görə, 2020-ci ildən Ələkbər bəyi tanıyır. Əvvəllər Şam restoranında işlədiyini, oradan isə Ələkbər müəllimə yönləndirildiyini qeyd etmişdir. O, 2020–2023-cü illərdə barmen, sonradan isə menecer və kassir kimi fəaliyyət göstərmişdir. İcarəyə götürülmüş əmlakın Mahmud bəyə məxsus olduğunu, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz olduğunu bildirmişdir. Mülkiyyətçi kimi Cavabdeh2 adını göstərmiş, onu 4–5 dəfə obyektə gələndə gördüyünü, sonuncu dəfə isə 2024-cü ildə obyektə gəlmiş olduğunu bildirmişdir. Restoranın 2023-cü ilin dekabr ayının 17–18-də bağlandığını, təsadüfən işə gələndə obyektin bağlandığını gördüyünü söyləmişdir. İcarə haqqının artırılması məsələsi olmuş, Həbibov bu məsələyə razılıq vermişdir. İcarə haqqı vaxtı-vaxtında ödənilirdi. Cavabdeh2 isə əsasən obyektə baxmaq məqsədilə gəlirdi. O, mühasibatlıq işləri ilə məşğul olmadığını və icarəçi ilə mülkiyyətçi arasında mübahisə şahidi olmadığını qeyd etmişdir. İcarə haqqını Mahmud bəyə şəxsən verdiyi hallar olub. Bu, 1–2 dəfə baş vermiş və hər dəfə 18.000 manat olmaqla əlbəəl pul ödəmişdir. Növbəli iş qrafikinə uyğun olaraq iki dəfə Mahmud bəyə pul verdiyini, lakin sonrakı ayların ödənişləri barədə məlumatının olmadığını demişdir. O, onlara qabaqcadan restoranın bağlanması barədə məlumat verilmədiyini, yalnız əvvəlcədən tərəflər arasında razılıq əldə olunaraq icarə haqqının artırılmasının nəzərdə tutulduğunu göstərmişdir. Mahmud bəyin sürücüsü yaxınlaşaraq özünü təqdim edir və pul almaq üçün gəldiyini bildirirdi. O, bunun hansı pul olması barədə məlumata malik olmamışdır. Həmçinin, bəzən Mahmud bəyin kürəkəni Murad bəyin də gəldiyini demişdir. Cavabdeh2 özü heç vaxt pul aparmamış və göndərməmişdir. Mahmud bəyin əlində əsası olurdu, buna görə də obyektə gələndə yuxarı mərtəbəyə qalxa bilmirdi və aşağıdakı bir otaqda əyləşirdi.
37. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 627,4 m2 sahəsi olan qeyri-yaşayış obyektindən (“Haven” adı ilə tanınan restoran) istifadə olunması, orada hər hansı fəaliyyət göstərməsi İddiaçı1 və digər şəxslərə 17 yanvar 2025-ci il tarixinədək qadağan olunmuşdur.
38. Həmin qərardad xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixli icraata başlanılma haqqında qərardan görünür ki, icra məmuru tərəfindən həmin tarixdə icraata başlanılmışdır.
39. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyyə minənədək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektindən (“Haven” adı ilə tanınan restoran) istifadə olunması, orada hər hansı bir fəaliyyət göstərməsi cavabdeh İddiaçı1 və digər şəxslərə qadağan edilmişdir.
40. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia qismən təmin olunmalıdır.
41. Belə ki, ilk iddia iki hissədən ibarətdir: 1. İcarə sahəsinin təmir edilməsinə çəkilmiş 2.500.000 manat xərcin cavabdehlərdən tutulması; 2. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarə obyektinə sahiblik və istifadə hüququnun bərpa edilməsi, sahədən istifadə ilə bağlı yaradılacaq maneələrin qadağan edilməsi.
42. Qarşılıqlı iddia dörd hissədən ibarətdir: 1. 67800 manat icarə haqqı borcunun tutulması; 2. 180000 manat kompensasiyanın ödənilməsi; 3. İcarəçinin icarə obyektindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi; 4. 14000 manat mənəvi zərərin ödənilməsi.
43. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.
44. Hazırkı kommersiya mübahisəsinin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur:
45. İcarə obyektinin qarşılıqlı iddiaçının xüsusi mülkiyyətində olması və qarşılıqlı iddiçı ilə ilk iddiaçı arasında həmin sahə ilə bağlı xx.xx.2018-ci il tarixli və xx.xx.2023-cü il tarixli icarə müqavilələrinin bağlanması;
46. İcarə obyektindən iddiaçının xx.xx.2024-cü il tarixdən istifadəsinə qadağa qoyulması.
47. Məhkəmə qarşılıqlı iddia ərizəsini 67800 manat icarə haqqı borcunun tutulması hissəsində əsaslı hesab edir.
48. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışlara əsasən icarəçi tərəfindən icarəyə verənə xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ümumilikdə 166400 manat vəsait ödənilmişdir.
49. Belə ki, materiallarda olan xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin tərəflər arasında razılaşdırılmış 5-ci bəndi rəhbər tutulmaqla icarəçi tərəfindən icarəyə verənə tələb edilən dövr üzrə (xx.xx.2023-cü il xx.xx.2024-cü il) ümumilikdə 243139 manat icarə haqqı ödənilməli olduğu halda, 166400 manat ödənilmiş, qalıq 76739 manat ödənilməmişdir.
50. Qarşılıqlı iddiaçı həmin dövr üzrə isə hazırda 67800 manat icarə haqqının ödənilməsini tələb edir, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
51. İlk iddiaçı məhkəməyə verdiyi izahatında tələb edilən 67800 manat icarə haqqının nağd qaydada ödənildiyini bildirmiş, bunu təsdiq edən ödəniş sənədlərinin, hər hansı yazılı sübutunun olmadığını göstərmişdir.
52. Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahatlarında tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə ümumiyyətlə nağd ödənişin olmadığını bildirmişdir.
53. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.
54. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.
55. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni 67800 manat icarə haqqının ödənildiyini ilk iddiaçı sübut etməlidir.
57. İlk iddiaçı bunu təsdiq edən hər hansı yazılı sübut təqdim edə bilmir.
58. Əvəzində ilk iddiaçı məhkəməyə şahid ifadələri təqdim etmişdir.
59. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur.
60. İlk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid X2 icarə haqqı ilə bağlı bir neçə dəfə Cavabdeh2 obyektə gəldiyini gördüyünü, şahid X7 icarə haqqının məbləğini bilmədiyini, lakin pulun zərfin içərisində icarəyə verənə verildiyini, bəzən pulu şəxsən Yasamal rayonu ərazisində yerləşən Cavabdeh2 ofisinə apardığını, aparılmış pulun zərfin içərisində olduğunu, bu səbəbdən pulun məbləğlərini bilmədiyini, şahid X3 isə icarə haqqını bir iki dəfə olmaqla icarəyə verənə şəxsən verdiyini, hər dəfə 18.000 manat olmaqla əlbəəl pul ödədiyini, lakin sonrakı ayların ödənişləri barədə məlumatının olmadığını göstərmişlər.
61. İlk iddiaçının təqdim etdiyi həmin şahidlər icarə haqlarının hansı qaydada, kimə və nə vaxt, hansı həcmdə ödənilməsi barədə konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.
62. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (ilk iddiaçı ilə əmək müqaviləsi əsasında çalışmış işçilər olmaqla) maraqlı olan şəxslərdir.
63. Beləliklə də, ilk iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr 67800 manat icarə haqqının ödənilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
64. İlk iddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.
65. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
66. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
67. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
68. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
69. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
70. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
71. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də qarşılıqlı iddia üzrə cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə qarşılıqlı iddiaçıya 67800 manat icarə haqqı borcunun yarandığını, belə olan halda isə qarşılıqlı iddiaçının həmin borcun ödənilməsini qarşılıqlı iddia üzrə cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia 67800 manat icarə haqqının tələb edilməsi hissəsində təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehdən 67800 manat məbləğində pul tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
72. Məhkəmə qarşılıqlı iddia ərizəsini ikinci, 180000 manat kompensasiyanın ödənilməsi hissəsində isə əsassız hesab edir.
73. Belə ki, qarşılıqlı iddiaçı iddia ərizəsində icarə sahəsinin qanunsuz vaxtında təhvil verilmədiyinə görə istifadə və sərəncamvermə hüququnun faktiki olaraq məhdudlaşdırıldığına görə hər ay üçün 18000 manat olmaqla 10 ay üçün ümumilikdə 180000 manat zərərin ödənilməsini tələb edir.
74. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək qeyri-yaşayış obyektindən istifadə olunması, orada hər hansı fəaliyyət göstərməsi ilk iddiaçıya və digər şəxslərə 17 yanvar 2025-ci il tarixinədək qadağan olunmuş, həmin qərardad xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli icraata başlanılma haqqında qərar qəbul edilərək icra edilmişdir.
75. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyyə minənədək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektindən (“Haven” adı ilə tanınan restoran) istifadə olunması, orada hər hansı bir fəaliyyət göstərməsi cavabdeh İddiaçı1 və digər şəxslərə qadağan edilmişdir. Həmin müvəqqəti təminat tədbiri hazırda qüvvədədir.
76. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
77. Məhkəmə müvəqqəti təminat tədbiri barədə adıçəkilən qərardadların qüvvədə olduğu müddətdə ilk iddiaçının icarəyə verilmiş sahədən istifadə etmək imkanından ümumiyyətlə məhrum olduğunu, habelə həmin sahədən istifadə edilməsinin qarşılıqlı iddiaçının özünün ərizəsi əsasında qadağan edildiyini nəzərə alaraq qarşılıqlı iddiaçının tələbini 180000 manat kompensasiyanın cavabdehdən tutulması hissəsində əsassız hesab edir.
78. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin edilə bilməz.
79. Məhkəmə qarşılıqlı iddia ərizəsini icarəçinin icarə obyektindən çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab edir.
80. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xəbərdarlıq məktublarından görünür ki, qarşılıqlı iddiaçı xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə ilk iddiaçıya müqavilənin 5-ci bəndinin tələblərinin dəfələrlə pozulduğunu göstərib sahənin bir aylıq xəbərdarlıq müddəti keçdikdən sonra boşaldılmasını tələb etmiş, müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsini bəyan etmişdir.
81. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 5-ci bəndinə görə ... İcarə haqqı hər növbəti ayın 5-nə kimi ödəniləcəkdir. Bu müqavilədə nəzərdə tutulmuş icarə haqqı ardıcıl 20 (iyirmi) gün ödənilmədikdə icarə müqaviləsinə icarəyə verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəkdir.
82. Qarşılıqlı iddia üzrə cavabdeh həmin xəbərdarlıqların ona göndərilmədini bildirsə də, qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş 061044 və 00393 saylı poçt qəbzlərindən görünür ki, xəbərdarlıqlar “məktubu qəbul etməkdən imtina etdilər” qeydi ilə geri qaytarılmışdır.
83. İlk iddiaçının özünün şahid kimi məhkəməyə təqdim etdiyi “Haven” adlı restoranda administrator kimi çalışmış X7 ifadəsində bildirmişdir ki, o, restoranın bağlanacağını 1–2 gün əvvəl obyektə gələn məktub vasitəsilə öyrənmiş, məktubu gətirən şəxs formada olmuş, ona məktuba qol çəkməli olduğunu bildirmiş, lakin o, imza çəkməkdən imtina etmiş, daha sonra bu barədə Ələkbər müəllimə dərhal zəng edib məlumat vermiş, sonradan isə onları oradan çıxarmaq istədiklərini öyrənmişdir.
84. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi icarəçi tərəfindən icarəyə verənə 67800 manat icarə haqqı ödənilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur.
85. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
86. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
87. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
88. İcarəyə verən icarəçiyə ünvanladığı bildirişlərdə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bəyan etmiş, müqavilənin 5-ci bəndində icarəyə verənin müqavilənin birtərəfli qaydada ləğv edilməsi hüququnu təsbit edilmişdir.
89. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edildiyindən və icarə sahəsi icarəyə verənə geri təhvil verilmədiyindən qarşılıqlı iddiaçı hazırda ilk iddiaçının icarə sahəsindən çıxarılmasını və əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır.
90. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
91. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh icarə sahəsindən çıxarılmalı və əmlak boşaldılaraq qarşılıqlı iddiaçıya təhvil verilməlidir.
92. Məhkəmə qarşılıqlı iddianı 14000 manat mənəvi zərərin tələb edilməsi hissəsində də əsassız hesab edir.
93. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
94. Belə ki, 14000 manat mənəvi ziyanın tutulması hissəsində qarşılıqlı iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, habelə iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, mənəvi zərər barədə qarşılıqlı iddia tələbi də təmin edilməməlidir.
95. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə əsassız hesab edir.
96. Belə ki, işin hallarından görünür ki, ilk iddiaçının tələbləri icarəyə götürdüyü qeyriyaşayış sahəsinin mülkiyyətçisi və icarəyə verən Cavabdeh2la yanaşı, həmin sahənin mülkiyyətçisi, habelə müqavilənin tərəfi olmayan şəxs – Cavabdeh1 da qarşı yönəlmişdir.
97. Cavabdeh1 qarşı yönəlmiş tələblərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə həmin şəxs arasında hər hansı öhdəlik münasibəti olmadığından Cavabdeh1 icarəçinin çəkdiyini iddia etdiyi təmir xərclərinin və digər xərclərin əvəzini ödəmək, habelə hər hansı digər öhdəlik daşımır.
98. Bu baxımdan məhkəmə ilk növbədə vurğulayır ki, adı çəkilən cavabdehin qeyd edilən hissədə iddiaçının iddia tələbinə cavab verməli olan subyekt kimi qəbul edilməsi mümkün deyildir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
99. Məhkəmə həmçinin qeyd edir ki, həmin cavabdehin iddiaya cavab verməli subyekt olduğu fərz edilsə belə, yenə də iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün olmayacaqdı. Belə ki, iddiaçı icarə obyektini əsaslı təmir etdirildiyini, bunlara görə 2.500.000 manat vəsait xərclədiyini iddia edərək qeyd edilən iddia tələbini irəli sürmüş, bununla belə iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.
100. Onun vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələrinə gəldikdə isə, şahidlər vermiş olduqları izahatlarında təmirə görə konkret hansı məbləğdə pul xərcləndiyi göstərə bilməmiş, yuvarlaq məbləğlər bildirməklə kifayətlənmişlər. Bundan başqa, bəzi şahidlərin birdirdikləri bilavasitə gördüklərinə deyil, eşitdiklərinə əsaslanır. Bu mənada qeyd edilən şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz.
101. İddiaçı tərəfindən bununla bağlı təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyləri də hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz.
102. Belə ki, həmin qiymətləndirmə hesabatlarında təmir–bərpa işlərinin dəyərinin hansı qaydada hesablanması, həmin təmir və yaxşılaşdırma işlərinin məhz iddiaçı tərəfindən görülməsi qənaətinə əsas olan hallar və sairə göstərilməmişdir.
103. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
104. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
105. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
106. Bundan əlavə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
107. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.
108. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin müqavilədə başqa hal nəzərdə tutulmayıbsa çəkdiyi bütün xərclərin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulsa da hazırkı halda isə birinci icarə müqaviləsinin 8-ci bəndi, habelə ikinci icarə müqaviləsinin 9-cu bəndində icarəyə götürülmüş sahədə icarəyə verənin razılığı olmadan təmir-tikinti işlərinin aparıla bilməməsi əvvəlcədən razılaşdırıldığından məhkəmə hesab edir ki, təmirə çəkilmiş xərcin Cavabdeh2 tutulmasına dair tələb əsassızdır.
109. Obyektdə yerləşdirilmiş avadanlıqlar və ayrıla bilən yaxşılaşdırmaları icarəçinin icarə münasibətlərinə xitam verildikdən sonra götürmək hüququ olduğundan dəyərinin icarəyəverəndən tələb edilməsinin isə qanuni əsası yoxdur.
110. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia tələbi pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
111. Məhkəmə ilk iddia ərizəsini ikinci, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarə obyektinə sahiblik və istifadə hüququnun bərpa edilməsi, sahədən istifadə ilə bağlı yaradılacaq maneələrin qadağan edilməsi hissəsində də əsassız hesab edir.
112. Belə ki, məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin icarəyə verən (cavabdeh) tərəfindən həmin müqavilənin 5-ci bəndinin tələblərinə əsasən birtərəfli qaydada ləğv edildiyi, hazırda həmin müqavilənin qüvvədə olmadığı, bu səbəbdən ilk iddiaçının icarə sahəsinə dair hər hansı əmlak hüququnun olmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, ilk iddia həmin hissədə təmin edilə bilməz.
113. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (“Haven” adı ilə tanınan restoran) çıxarılmalı və qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməli, cavabdeh İddiaçı1 67800 manat icarə haqqı tutularaq iddiaçı Cavabdeh2 ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
114. Bundan başqa qarşılıqlı iddia ərizəsində 660 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən həmin xərc qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
115. Belə ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ümumilikdə 660 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
117. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
118. Məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyindən ilk iddiaçı tərəfindən ödənilmiş 2040 manat dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən ödənilmiş 293,40 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, qalan ödənilmiş 790,60 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
119. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-2-2(113)-991/2025 saylı qərardadı ilə hazırkı iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikintitexniki ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qeyd olunan qərardadda qoyulmuş suallarla bağlı müvafiq rəy verilməmiş, hər hansı ekspertiza tədqiqatı aparılmamışdır.
120. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tələb edilən 100 manat xərc tərəflərdən tutula bilməz.
V. Nəticə:
121. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 2040 (iki min qırx) manat dövlət rüsumu ilk İddiaçı1 özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 627.4 kv.m. olan qeyri-yaşayış sahəsindən (“Haven” adı ilə tanınan restoran) çıxarılsın və qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilsin. Cavabdeh İddiaçı1 67800 manat icarə haqqı, 293,40 manat dövlət rüsumu, 660 manat hüquqi yardıma görə xərc, ümumilikdə 68753,40 (altmış səkkiz min yeddi yüz əlli üç manat qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 790,60 (yeddi yüz doxsan manat altmış qəpik) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh2 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova