Məhkəmə qərarları › İş №e-2-2(113)-992/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-992/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-992/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh1nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Qanuni nümayəndə və Cavabdeh1nə (Cavabdeh1 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********26052021 saylı, 26 may 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı, 11 avqust 2022-ci il tarixli əlavəsi üzrə 22 oktyabr 2024-cü il tarixə 27026,19 manat (iyirmi yeddi min iyirmi altı manat on doqquz qəpik) əsas borc, 1525,82 manat (min beş yüz iyirmi beş manat səksən iki qəpik) faiz borcu və 451,21 manat (dörd yüz əlli bir manat iyirmi bir qəpik) cərimə olmaqla, cəmi 29003,22 manat (iyirmi doqquz min üç manat iyirmi iki qəpik) borc və ödənilmiş 177,01 manat (yüz yetmiş yeddi manat bir qəpik) dövlət rüsumunun Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcun mübahisəsiz olduğunu təsdiq edən borclu Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış **********26052021 saylı, 26 may 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı, 11 avqust 2022-ci il tarixli əlavəyə əsasən Cavabdeh1 MMC-yə 24 (iyirmi dörd) ay müddətinə illik 13% olmaqla, 120000 (yüz iyirmi min) manat kredit verilmişdir. Əlavə olaraq, İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 11 avqust 2022-ci il tarixli, 4697/118 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış **********26052021 saylı, 26 may 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı, 11 avqust 2022-ci il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Qanuni nümayəndə borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh1 MMC hər ay ödəniş etməli olduğu halda, o, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda Cavabdeh1 MMC və Qanuni nümayəndə kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və 01 saylı, 11 avqust 2022-ci il tarixli əlavə üzrə 22 oktyabr 2024-cü il tarixə "xxxx" ASC-yə borcu cəmi 29003,22 (iyirmi doqquz min üç manat iyirmi iki qəpik) manat təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 472.1, 739, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 11 avqust 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəyə əsasən Cavabdeh1 MMC-yə illik 13 (on üç) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması məqsədilə 120000 (yüz iyirmi min) manat məbləğində kredit verilmişdir.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 15/00801 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 11 avqust 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 27026,19 manat əsas, 1525,82 manat faiz və 451,21 manat cərimə olmaqla, cəmi 29003,22 manat borcu vardır.

9. İddiaçı tərəfindən iş materiallarına xx.xx.2022-ci il tarixli, 01 saylı əlavə olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və hesabdan çıxarış əlavə edilmişdir.

10. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış 11 avqust 2022-ci il tarixli 4697/118 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 11 avqust 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavə üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. İddiaçı ASC tərəfindən Qanuni nümayəndə və Cavabdeh1 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 15/00761 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qısa müddət ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/425 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********26052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəsinin qeyd olunan şərtləri üzrə Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcu 28405,27 manat, faiz borcu 3960,18 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 28405,27 manat, faiz borcu 4052,49 manat, xx.xx.2024-cü il tarixə 28405,27 manat, faiz borcu 4196,1 manat təşkil edir. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixi, **********26052021 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün qeyd edilən tarixlərə Cavabdeh1 MMC-yə cərimə borcu hesablanmadı. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 11 avqust 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı müqaviləyə əlavəyə əsasən Cavabdeh1 MMC-yə illik 13 (on üç) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 120000 (yüz iyirmi min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 11 avqust 2022-ci il tarixli, 4697/118 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 11 avqust 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı müqavilə üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

16. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada xx.xx.2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 11 avqust 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı müqavilə üzrə 27026,19 manat əsas və 1525,82 manat faiz borcunun iddiaçının xeyrinə tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Qanuni nümayəndə və Cavabdeh1ndən birgə qaydada 27026,19 manat (iyirmi yeddi min iyirmi altı manat on doqquz qəpik) əsas borc, 1525,82 manat (min beş yüz iyirmi beş manat səksən iki qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, iddia tələbində əksini tapan əsas və faiz borcunun məbləği ekspertin müəyyən etdiyi əsas və faiz borcunun məbləğindən daha azdır. Ona görə də əsas borc və faiz borcunun tutulması ilə bağlı tələbə münasibətdə MPM-in 218.3-cü maddəsinin tələbləri əsas götürülmüşdür.

18. İddia tələbinin digər hissəsini cavabdehlərdən birgə qaydada 451,21 manat cərimə borcunun tutulması təşkil edir.

19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Qanuni nümayəndə, X1 və Cavabdeh1ndən birgə qaydada 451,21 manat (dörd yüz əlli bir manat iyirmi bir qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

21. Eləcə də, iddiaçı 177,01 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177,01 manat (yüz yetmiş yeddi manat bir qəpik) məbləğində pul cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

23. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada **********26052021 saylı, xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı, 11 avqust 2022-ci il tarixli əlavəsi üzrə 27026,19 manat (iyirmi yeddi min iyirmi altı manat on doqquz qəpik) əsas borc, 1525,82 manat (min beş yüz iyirmi beş manat səksən iki qəpik) faiz borcu, 451,21 manat (dörd yüz əlli bir manat iyirmi bir qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177,01 manat (yüz yetmiş yeddi manat bir qəpik) olmaqla, ümumilikdə 29180,23 manat (iyirmi doqquz min yüz səksən manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar