Məhkəmə qərarları › İş №e-2-2(113)-993/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-993/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-993/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun хеyrinə, 021R********** saylı krеdit razılaşması üzrə 37178,15 manat məbləğində krеdit bоrcu, 3697,18 manat məbləğində faiz bоrcu və 2217,75 manat məbləğində cərimə borcu olmaqla, 43093,08 manat məbləğində borcun, 021R********** saylı krеdit razılaşması üzrə 15177,64 manat məbləğində krеdit bоrcu, 242,12 manat məbləğində faiz bоrcu və 734,77 manat məbləğində cərimə borcu olmaqla 16154,53 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə cəmi 59247,61 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 267,74 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, mənzil 26, korpus 2 – yeni qaydalarla ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 89.3 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 59247 (əlli doqquz min iki yüz qırx yeddi) manat 61 altmış bir qəpik) məbləğində borcun, 267.74 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək cavabdehlə mübahisənin məhkəmədən kənar həll edildiyini bildirmiş, iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılaraq işin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə razılığa gəldiyini və iddianın geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçının vəsatəti təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı QSC-nin nümayəndəsinin vəsatəti təmin edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və pul” tələbinə dair iddia ərizəsi baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar