Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-995/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı” MMC-nin nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli T.A-xx/xx-2018 saylı və xx.xx.2019-cu il tarixli ASO 19004/2 saylı nəqliyyat vasitələrinin icarə müqaviləsi üzrə yaranmış və ödənilmiş ümumilikdə 264644,83 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan İddiaçı MMC ilə (icarəyə verən) Azərbaycan Respublikası hüquqi şəxsi olan Cavabdeh MMC (icarəçi) arasında xx xxxxxx 2018-ci il tarixli, T.A-11\12-2018 saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsi (bundan sonra müqavilə adlanacaq) bağlanmışdır. Bu müqaviləyə əsasən İcarəyə verən müqavilə üzrə razılaşdırılmış nəqliyyat vasitələrini xx xxxxxx 2020-ci il tarixədək İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını İcarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, İcarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, İcarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəmimişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyə verən mühərrik gücü 18-20 m3 olan, aylıq icarə haqqı (30gün\24saat) - 38500 manat (ƏDV xaric) olmaqla 7 ədəd FORD Özüboşaldan, mühərrik gücü 3.5 m3 olan, aylıq icarə haqqı (30gün\12saat) - 5500 manat (ƏDV xaric) olmaqla 1 ədəd CAT 950 Loader, aylıq icarə haqqı (30gün\12saat) - 3000 manat olmaqla (ƏDV xaric) 1 ədəd FORD Sumaşını, aylıq icarə haqqı (28gün\12saat) - 3000 manat (ƏDV xaric) olmaqla 1 ədəd FORD Yanacaq maşını, aylıq icarə haqqı (28gün\12saat) - 4000 manat (ƏDV xaric) olmaqla 1 ədəd MANİTAUTELEHENDLER və 2 ton, bomun uzunluğu 25m olan, aylıq icarə haqqı (28gün\12saat) - 5000 manat (ƏDV xaric) olmaqla 1 ədəd X1 icarəyə verir, İcarəçi isə bu Müqavilədə tərəflər arasında razılaşdırılan yuxarıda qeyd edilən icarə haqqını ödəyir. Hazırki müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyindən İcarə obyektləri dekabr 2019-cu il tarixdə İcarəçidən geri götürülmüşdür. Bundan başqa İddiaçı MMC ilə (icarəyə verən) Cavabdeh MMC (icarəçi) arasında xx xxxxxx 2019-cu il tarixli, ASOR 19004\2 saylı Tikinti Texnikaları və Nəqliyyat vasitəsinin icarə müqaviləsi (bundan sonra müqaviləadlanacaq) bağlanmışdır. Bu müqaviləyə əsasən İcarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 6 (altı) ay müddətinə İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını İcarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, İcarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, İcarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəmimişdir. Müqavilənin 1-ci bəndinə əsasən İcarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1.2-ci bəndində öz əksini tapmış Texnikaları, yəni 1. HUBEİ CHENGLİ (su çəni 16 ton) 1 ədəd, AZ 99LU028 dövlət qeydiyyat nişanlı, aylıq icarə haqqı ƏDV xaric 3000 manat; 2. CAT428F2 (ekskovator-yükləyici) 1 ədəd, AZ 10AB123 dövlət qeydiyyat nişanlı, aylıq icarə haqqı ƏDV xaric 3500 manat; 3. VOLVO EW205B (təkərliekskovator) 1 ədəd, AZ 10AB122 dövlət qeydiyyat nişanlı, aylıq icarə haqqı ƏDV xaric 5500 manat; 4. HUBEİ CHENGLİ (yanacaq çəni) 1 ədəd, AZ 10KK973 dövlət qeydiyyat nişanlı, aylıq icarə haqqı ƏDV xaric 4500 manat olmaqla icarəyə verir, İcarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə izahatında Cavabdeh MMC ilə xx xxxxxx 2020-ci il tarixində barışıq sazişi imzalandığını və sazişin hüquqi nəticələrinin ona aydın olunduğunu bildirmişdir. Həmçinin barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edərək bu haqda ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil izahatında İddiaçı MMC ilə xx xxxxxx 2020-ci il tarixində barışıq sazişi bağladığını, hüquqi nəticələrin ona izah olunduğunu bildirmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Tərəflər məhkəməyə təqdim etdikləri ərizələrində, aşağıdakı şərtlərlə barışıq sazişi imzalamaq istədiklərini bildirərək, həmin sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər: a)İddiaçı tərəflər arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli, T.A-11U2-2018 saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsi üzrə yaranmış ümumilikdə 243 332,21 manat məbləğində borcun ödənilməsinin həyata keçirilməsi üçün, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-995/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin bank hesabına qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə ərizə ilə müraciət edir; b) Cavabdeh bank hesabına qoyulmuş həbs götürüldükdən dərhal sonra xx xxxxxx 2018-ci il tarixli, T.A-11\12-2018 saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsi üzrə yaranmış ümumilikdə 243332,21 manat məbləğində borcdan 50000 manat ödənilməsini həyata keçirir. c) Yerdə qalan borc məbləği, yəni 193332,21 manat borcun qalmasını qəbul edir və bu borcun iddiaçıya: xx xxxxxxxx 2020-ci il tarixdə 38666,44 manat, xx xxxxxxx 2020-ci il tarixdə 38666,44 manat, xx xxxxxx 2020-ci il tarixdə 38666,44 manat, xx xxxxxx 2020-ci il tarixdə 38666,44 manat və xx xxxxxx 2021-ci il tarixdə 38666,44 manat olmaqla göstərilən hissələrə bölünməklə ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflərməhkəməişinibarışıqsazişibağlamaqlaqurtarabilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2020-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə tələbinə dair iş üzrə xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq olunsun: a) İddiaçı tərəflər arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli, T.A-11U2-2018 saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsi üzrə yaranmış ümumilikdə 243 332,21 manat məbləğində borcun ödənilməsinin həyata keçirilməsi üçün, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-995/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin bank hesabına qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə ərizə ilə müraciət edir; b) Cavabdeh bank hesabına qoyulmuş həbs götürüldükdən dərhal sonra xx xxxxxx 2018-ci il tarixli, T.A-11\12-2018 saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsi üzrə yaranmış ümumilikdə 243332,21 manat məbləğində borcdan 50000 manat ödənilməsini həyata keçirir. c) Yerdə qalan borc məbləği, yəni 193332,21 manat borcun qalmasını qəbul edir və bu borcun iddiaçıya: xx xxxxxxxx 2020-ci il tarixdə 38666,44 manat, xx xxxxxxx 2020-ci il tarixdə 38666,44 manat, xx xxxxxx 2020-ci il tarixdə 38666,44 manat, xx xxxxxx 2020-ci il tarixdə 38666,44 manat və xx xxxxxx 2021-ci il tarixdə 38666,44 manat olmaqla göstərilən hissələrə bölünməklə ödənilməsini öhdəsinə götürür. e-2-2(113)-995/2020 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-995/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-995/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver