Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-999/2021 05.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası xxxxnin xxxxnə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdeh Azərbaycan Respublikası xxxxnin xxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxxnin nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 15171,54 (iki min yeddi yüz yetmiş yeddi manat on doqquz qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayış və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 09/0049 olan xxxxnin -nin X1 etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 15171,54 (on beş min yüz yetmiş bir manat əlli dörd qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh xxxxnə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 15171,54 manat borcu bu günə qədər ödəməyərək, "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay xxxxnin -nin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, borc məbləğinin bir hissəsi ödənildiyindən cavabdehdən 5580 (beş min beş yüz səksən) manat borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, "xxxx" ASCnin məhkəməyə təqdim etdiyi iddia ərizəsində borc üzrə tələbin 15171, 54 (on beş min yüz yetmiş bir manat əlli dörd qəpik) manat məbləğində olduğu göstərilmişdir. "xxxx" ASC məhkəməni dolaşdırmaq məqsədilə qeyd edilən borc məbləğini təsdiq etmək üçün elektrik enerjisinin istehlakına görə uzun dövrü əhatə edən müxtəlif ödənişlərin siyahılarını məhkəməyə təqdim etmişdir. Həmin siyahılardan və ödənişlərdən 15171,54 manat borcun necə yarandığını, eləcə də yaranma dövrünü, istehlak edilmiş elektrik enerjisinin həcmini, borcun hansı sayğac və müvafiq qaydada təqdim edilmiş hesab-fakturalar (invoyslar) üzrə yarandığını izləmək və müəyyən etmək mümkün olmur. Bundan başqa, məhkəmə araşdırması aparılan zaman "xxxx" ASC qeyd olunan borc məbləğinin bir hissəsinin SOCAR-ın "xxxx" İdarəsi tərəfindən ödənildiyini əsas gətirərək məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim etmiş və borc tələbini 5580,87 (beş min beş yüz səksən manat səksən yeddi qəpik) manatadək azaltmışdır. İddianın dəyişdirilməsinə dair ərizə verərkən "xxxx" ASC borcun azaldılmış hissəsi üçün (15 171.54-5580,87=9590,67 manat ehtimal etmək olar) ödəniş faktını təsdiq edən heç bir maliyyə sənədini (borc tələbi üzrə ödənilmiş dəqiq məbləğ, ödəniş tarixi və ödəniş təyinatı göstərilmiş bank köçürməsini, ödəniş tapşırığını və s.), eləcə də SOCAR-ın "xxxx" İdarəsi tərəfindən borc məbləğinin etiraf edilməsinə dair hər iki tərəfin imzaladığı üzləşmə aktını məhkəməyə təqdim etməmişdir. Çünki belə bir borc mövcud deyildir. Qeyd olunan sənədləri məhkəməyə təqdim edə bilməyən "xxxx" ASC, Cəmiyyətin hüquq idarəsinin rəisi tərəfindən imzalanmış və “maliyyə arayışı” adlandırılmış 18 mart 2021-ci il tarixli, 17-251/21 nömrəli məktubu məhkəməyə təqdim etmişdir. Qeyd olunan “maliyyə arayışı”nda (arayışın mətninə əlavə edilmiş cədvələ əsasən) qeyd olunan rəqəmlərin heç bir əsası yoxdur. Belə ki, rəqəmlər üzrə aparılmış riyazi hesablamalardan müəyyən olunur ki, elektrik enerjisinin istehlakına görə, "xxxx" İdarəsinin irəli sürülmüş tələb üzrə "xxxx" ASC qarşısındakı borcu 2004-cü ilin yanvar ayından 19.03.2021-ci tarixinədək 5580,87 (beş min beş yüz səksən manat səksən yeddi qəpik) manat (həmçinin həmin arayış deyilən sənəddə də göstərilməyib) təşkil edir. Beləliklə, "xxxx" ASC mövqeyinə görə ilkin iddia tələbi üzrə 15171, 54 manat borc məbləğinin “ödənilmiş hissəsi”nin (dəqiq hansı məbləğin ödənildiyini təsdiq edən maliyyə sənədləri Məhkəməyə təqdim edilmədən) naməlum olan digər zaman kəsiyində yarandığını və "xxxx" İdarəsi tərəfindən birtərəfli qaydada “etiraf” edilərək ödənildiyini, nəticədə iddia tələbinin həcmi azalaraq 5580 manat müəyyən edildiyini iddia etdiyini təsəvvür etmək olar. Bu da əsaslandırılmayan iddiadır. Göründüyü kimi, "xxxx" ASC “borcun” ödənilmiş hissəsinin dəqiq məbləğini, ödənildiyi tarixi və digər ödəniş detallarını təqdim edə bilməmişdir. Qeyd etmək istəyirlər ki, həqiqətən "xxxx" İdarəsi tərəfindən 18 yanvar 2021-ci il tarixli, 148 nömrəli ödəniş tapşırığına əsasən İdarənin elektrik enerjisinin istehlakına görə 31.12.2020-ci il tarixinə "xxxx" ASC-nin Sabunçu rayonu üzrə cari istehlak edilmiş elektrik enerjisinə görə yaranmış 9456,86 (doqquz min dörd yüz əlli altı manat səksən altı qəpik) manat (ƏDV ilə birlikdə 11159,10 manat) pul vəsaiti ödənilmişdir. Qeyd olunan ödəniş "xxxx" ASC-nin Enerji satış Departamentinin direktoru Elçin Dadaşov və Maliyyət İdarəsinin rəisi Namiq Orucovun imzaladığı 05.01.2021-ci il tarixli ********* nömrəli Hesab ödəniş vərəqinə (əlavə olunur) əsasən həyata keçirilmişdir. Həmin ödəniş vərəqində 9456,86 manat vəsaitin 03.12.2020-ci il tarixdən 05.01.2021-ci il tarixədək istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün nəzərdə tutulduğu əks olumuşdur. Göründüyü kimi, həmin pul vəsaitinin "xxxx" ASC-nin "xxxx" İdarəsindən tələb etdiyi borc məbləği ilə heç bir əlaqəsi yoxdur və "xxxx" ASC-nin “cavabdeh tərəfindən borcun bir hissəsinin ödənilməsi və bununla da borcun etiraf edilməsi” kimi mülahizələri əsassızdır. Məlumdur ki, elektrik enerjisinin istehlakına görə ödənişlər elektrik sayğacının göstəriciləri əsasında müəyyən olunan faktiki sərf olunmuş enerjinin həcminə uyğun olaraq elektrik enerjisinin təchizatçısı tərəfindən müvafiq qaydada istehlakçıya təqdim edilən hesabfaktura əsasında növbəti dövrün sonunda ardıcıl şəkildə həyata keçirilir. Məhkəmə işində olan sənədlərdən göründüyü kimi, "xxxx" ASC tərəfindən borc məbləğinin strukturu, yaranma tarixi, istehlakçının dəqiq adı, enerji təchizatçısı tərəfindən təqdim edilən faktiki sərf edilmiş elektrik enerjisinin həcmini və dəyərini özündə əks etdirən hesab-fakturanın nömrəsi və tərtib edilmə tarixi, elektrik sayğacının nömrəsi, quraşdırıldığı yer və təhkim edilmiş istehlakçının adı və bütövlüklə elektrik enerjisinin istehlakına görə ödənişlərin hərəkəti (cash flow) üzrə borcun yarandığı dövr, həmçinin borcu bilavasitə təsdiq edə biləcək (borc məbləğinin üzləşməsi aktları və s.) digər halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, "xxxx" İdarəsinin nizamnaməsinə görə əsas məqsədi SOCAR-a məxsus olan təbii qaz həcmlərinin səmərəli idarə olunması, eləcə də onun xarici bazarlarda satışını təmin etmək üçün nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə müvafiq əməliyyatların aparılmasından ibarətdir. Bu fəaliyyətlə əlaqədar, "xxxx" İdarəsinin strukturuna daxil olan X3 Sahələri Azərbaycan Respublikasının müxtəlif regionlarında fəaliyyət göstərir və istehsalatın fasiləsizliyini təmin etmək üçün elektrik enerjisi istehlak edirlər. Təəssüflə qeyd etmək istəyirlər ki, "xxxx" ASC "xxxx" İdarəsinin hüquqi ünvanına yaranmış mübahisə ilə bağlı pretenziya göndərmədiyindən, qeyd olunan məsələlərin kommersiya mübahisələri üçün məhkəməyə qədər (pretenziya) nizama salınması və mübahisənin məhkəməyə qədər həll edilməsi imkanından istifadə etmək mümkün olmamışdır. Bundan başqa, "xxxx" ASC tərəfindən iddia ərizəsinin dəyişdirilməsi ilə bağlı ərizə ilə birlikdə məhkəməyə təqdim edilmiş 18 mart 2021-ci il tarixli, 17-251/21 nömrəli “maliyyə arayışı”ndan 5580,00 manat (və ondan əvvəl 15171,54 manat borcun) borc məbləğinin dəqiq olaraq hansı dövr üçün yarandığını müəyyən etmək mümkün olmamaqla yanaşı, həmin arayışda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin nümayəndələri 17 may 2017-ci ildə baxış keçirilən zaman güc transformatoru (sayğac) axan yükü düzgün hesablamamış, bu səbəbdən də artıq itirilmiş elektrik enerjisinin bərpa olunması məqsədilə NDQ 002604 nömrəli akt tərtib edilmiş və həmin akta görə 4596,64 manat borc hesablanmışdır. Onu da qeyd etmək istəyirlər ki, baxış zamanı "xxxx" İdarəsinin iştirakı təmin edilməmişdir. Bundan başqa, baxış zamanı hesablanmış məbləği təsdiq edən heç bir sənəd maliyyə arayışı ilə birlikdə məhkəməyə təqdim edilməmişdir. Həmçinin o da qeyd olunmalıdır ki, güc transformatoruna (sayğaca) baxışın keçirildiyi vaxtdan məhkəməyə müraciət olunduğu vaxtadək texniki olaraq qaz kompressor stansiyasının elektrik təchizatı zamanı yaranmış transformator itkiləri kimi faktorlar nəzərə alınmamışdır. Həmçinin "xxxx" ASC-nin Hüquq idarəsinin rəisi tərəfindən imzalanmış “maliyyə arayışı” xüsusi texniki və maliyyə bilikləri tələb olunan mütəxəssislər tərəfindən imzalanmamışdır. Belə olan halda hesab edirlər ki, "xxxx" ASC-nin əsassız mülahizələri ilə tərtib edilmiş həmin “maliyyə arayışı” mötəbər sənəd kimi qəbul edilməməlidir. O da qeyd olunmalıldır ki, "xxxx" ASC iddia etdiyi 5580 manat borcla bağlı hər iki tərəfin imzaladığı üzləşmə aktını məhkəməyə təqdim etməmişdir. Çünki belə bir akt mövcud deyildir. Həmçinin "xxxx" İdarəsinin təsisçisi olan Azərbaycan Respublikasının xxxxnin “Azəriqaz” İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 15 yanvar 2013-cü il tarixli, 05 nömrəli əmrinə əsasən, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Hacıqabul, Ağdaş, Siyəzən, Ağdam, Astara, Qazax, Abşeron X3 sahələri (Sahələr) mövcud təşkilati hüquqi formaları saxlanılmaqla onlara aid olan əmlakla birlikdə (əsas vəsaitlərlə) "xxxx" İdarəsinin tabeliyinə verilmişdir. tərəfindən "xxxx" ASC-yə 21.01.2014cü il tarixli, 9B-44/1105 nömrəli məktubla müraciət edilərək, MQKS-in "xxxx" İdarəsinin tabeliyinə verildiyi əsas gətirilmiş və buna görə də “Azəriqaz” İstehsalat Birliyi dövründə bağlanmış elektrik enerjisi təchizatı müqavilələrinin yenidən bağlanması xahiş edilmişdir. Həmçinin bildirirlər ki, SOCAR-ın 15 yanvar 2013-cü il tarixli, 05 nömrəli əmrinə görə, 01.03.2013-cü il tarixinədək yaranmış borca görə "xxxx" İdarəsi heç bir məsuliyyət daşımır. Eyni zamanda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, "xxxx" ASC-nin "xxxx" İdarəsinə qarşı qaldırdığı borcun ödənilməsinə dair iddia tələbi həmçinin müəyyən olunmuş iddia müddətinin buraxıldığı səbəbi ilə rədd edilməlidir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin SOCAR-ın "xxxx" İdarəsinə qarşı “borcla əlaqədar pul tələbi” ilə bağlı keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi "xxxx" ASC tərəfindən təsdiq edilmiş “güc transformatorunda (sayğac) axan yükün düzgün hesablanmaması barədə” 17 may 2017-ci il tarixli NQD 002604 nömrəli akt əsasında tərtib edilmiş həmin ASC-nin Akt komissiyasının sədri və üzvləri tərəfindən imzalanmış 15(17).05.2021-ci il tarixli “Texniki sahə üzrə” İcra vərəqəsini təqdim edərək bildirmişdir ki, SOCAR-ın "xxxx" İdarəsinin "xxxx" ASC qarşısında yaranmış 5580 manat borc məbləği elektrik enerjisinin istehlakına (sərfiyyatına) görə deyil, obyektə məxsus 630 kva-lıq güc transformatorunda elektrik enerjisi itkisi (texniki sərfiyyatı) səbəbindən yaranmışdır. Qeyd olunanlar ilə bağlı bildirirlər ki, "xxxx" ASC-nin Akt komissiyasının icra vərəqəsində göstərilən 630 kVA-lıq güc transformatoru ilə bağlı oxşar hallar tez-tez baş verir. Analoji hadisə 2021-ci ilin may ayında baş vermişdir. Belə ki, "xxxx" ASCnin Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən qaz kompressor stansiyasında (KS) (abunə kodu: 09/0049, №73267892, (**********70000 uçot nöqtəsi) “X1 Qaydaları”nın pozulması faktının aşkar olunması ilə bağlı 25.05.2021-ci il tarixində 009563 nömrəli akt tərtib edilərək, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 108876 kvts (9798,84 manat) məbləğində ödəniş sənədi hazırlanmışdır. SOCAR-ın "xxxx" İdarəsi həmin aktla əlaqədar 07 iyun 2021-ci il tarixli, SOCAR **********30241617X00012 nömrəli məktubla "xxxx" ASCyə müraciət edərək, İdarənin strukturuna daxil olan Abşeron X3 Sahəsi (MQKS) tərəfindən istismar edilən qaz kompressor stansiyasının (KS) elektrik təchizatı (abonent kodu 09/0049, sayğac №********) "xxxx" ASC-nin şəbəkəsindən deyil, SOCAR-ın təsis payı olan “ Əməliyyat Şirkəti”nin (X2/BOC) elektrik şəbəkəsindən həmin Şirkətə məxsus 6 kv-luq hava xəttindən budaqlanma yolu ilə 6/0,4 kVl uq 630 kVA gücündə kompleks transformator məntəqəsi (KTM) vasitəsi ilə təmin olunduğunu, lakin ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən 25 may 2021-ci il tarixində tərtib edilmiş 009563 saylı aktda nəzərə alınmadığı qeyd olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, göstərilən 009563 saylı akta əsasən tərtib edilmiş hesab ödəniş vərəqəsində 17.05.2017-ci il tarixindən bu günə qədər transformator itkiləri nəzərə alınmadığı üçün "xxxx" İdarəsinin 15647,38 (on beş min altı yüz qırx yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borcun olması ilə bağlı yeni ********* saylı hesab ödəniş vərəqəsi təqdim edilmişdir. Tərəflər arasında imzalanmış “Elektrik enerjisinin alqısatqısının birtipli müqavilə”lərin 10-cu bəndinə (“X1 Qaydaları”nın 1 saylı Əlavəsi) uyğun olaraq, abonentin transformatoru enerji təchizatı müəssisəsinin (bu halda "xxxx" ASC) elektrik veriliş xəttinə bilavasitə qoşulduqda transformatora görə itkilərin hesablanmasına yol verilir. "xxxx" ASC tərəfindən SOCAR-ın "xxxx" İdarəsinin qeyd olunan məktubu ilə bağlı müvafiq araşdırma aparılaraq, -in istismarında olan qaz kompressor stansiyasının (KS) elektrik təchizatı SOCAR-ın təsis payı olan Əməliyyat Şirkətinə məxsus 6 kv-luq HXdən budaqlanma yolu ilə 6/0.4 kV-luq 630 kva gücündə KTM vasitəsilə təmin olunduğunu nəzərə almış və 108876 kvts (9798,84 manat) elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.10-cu bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerji təchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kvts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Göründüyü kimi, "xxxx" ASC qaz kompressor stansiyasının (KS) elektrik təchizatı ilə bağlı məhkəməyə müraciət etdikdən əvvəl və sonra SOCAR-ın "xxxx" İdarəsinə qarşı qeyd olunan texnoloji sərfiyyata görə hər dəfə əsassız olaraq borcun olduğunu irəli sürür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddiaya etiraz edib, etiraz ərizəsində və etiraza əlavədə göstərilənləri təsdiq edərək, əsassız olduğundan, həmçinin iddia müddəti biraxıldığından iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" ASC ilə istehlakçı Azərbaycan Respublikası xxxxnin xxxx Abşeron X3 Sahəsi arasında enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında eletrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını elektrik enejisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC tərəfindən tərtib olunmuş 15 may 2017-ci il tarixli, 002604 nömrəli aktda qeyd olunmuşdur ki, Sabunçu rayonu, qəsəbəsi ərazisində yerləşən 09/0049 kodlu Azərbaycan Respublikası xxxxnin xxxxnə məxsus obyektdə 630 kva-lıq güc transformatorunun itki hesabı qarşılıqlı hesabatda nəzərə alınmamışdır. Qarşılıqlı hesabatda güc transformatorunun itki hesabının nəzərə alınması qeyd olunmuşdur. - "xxxx" ASC-nin akt komissiyası tərəfindən tərtib edilmiş 15-17.05.2021-ci il tarixli İcra vərəqində qeyd olunmuşdur ki, 15 may 2017-ci il tarixli, 002604 nömrəli akta əsasən Sabunçu rayonu, qəsəbəsi ərazisində yerləşən 09/0049 kodlu Azərbaycan Respublikası xxxxnin xxxxnə məxsus obyektdə 630 kva-lıq güc transformatorunun itki hesabı – köhnə tarif (0,06): 2124 kvts x 200 əmsal x 3 % = 12744 kvts; köhnət tarif (0,07): (5978 kvts – 2124 kvts) x 200 əmsal x 3 % = 23124 kvts; yeni tarif (0,09): (10071,2 kvts – 5978 kvts) x 200 əmsal x 3 % = 24559 kvts – dır. - "xxxx" ASC tərəfindən tərtib olunmuş 01-251/21 nömrəli, 18.03.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, 09/0049 kodu altında fəaliyyət göstərən Azərbaycan Respublikası xxxxnin xxxxnin -nin X1 etməsi nəticəsində 2017-ci ildən hazırki günədək 5580 manat məbləğində borcu yaranmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 17 may 2017-ci il tarixdə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, güc transformatoru (sayğac) axan yükü düzgün hesablanmamışdır. Bu səbəbdən də artıq itirilmiş elektrik enerjisinin bərpa olunması məqsədilə NDQ 002604 nömrəli akt tərtib edilmişdir. Həmin akta görə 4593,63 manat məbləğində borc hesablanmışdır. (köhnə tarif (0,06): 2124 kvts x 200 əmsal x 3 % = 12744 kvts (764,64 manat); köhnət tarif (0,07): (5978 kvts – 2124 kvts) x 200 əmsal x 3 % = 23124 kvts (1618,68 manat); yeni tarif (0,09): (10071,2 kvts – 5978 kvts) x 200 əmsal x 3 % = 24559 kvts (2210,31 manat)) - İddiaçı 1-171/20 nömrəli, 07.09.2020-ci il tarixli pretenziya məktubu ilə Azərbaycan Respublikası xxxxnin xxxxnə müraciət edərək, istehlak olunmuş X1yə görə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - SOCAR-ın “Qaz ixrac" idarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanan məktubda qeyd olunur ki, məlumat üçün bildiririk ki, SOCAR-ın "Qaz İxrac” İdarəsinin Abşeron X3 Sahəsinin (MQKS) istismarında olan qaz kompressor stansiyasının (KS) elektrik təchizatı (abonent kodu 09/0049, sayğac №********) " Əməliyyat Şirkəti”nə məxsus 6 kV-luq HXdən budaqlanma yolu ilə 6/0,4 kV-luq 630 kVA gücündə KTM vasitəsi ilə təmin olunur. Nəzərinizə çatdırırıq ki, "X1 qaydaları”nın 1 nömrəli əlavəsinə uyğun olaraq "Azərişıq” ASC-ilə bağlanmış "Elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” əsasında mütəmadi olaraq "Azərışıq” ASC-nin nümayəndələri tərəfindən təqdim edilmiş hesab ödəniş vərəqi əsasında hər ay KS tərəfindən sərf olunmuş elektrik enerjisinin dəyəri vaxtında tərəfimizdən ödənilir. Buna baxmayaraq, 25 may 2021-ci il tarixində "Azərişıq” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 009563 saylı akta əsasən 17.05.2017-ci il tarixindən bu günə qədər tərtib edilmiş hesab ödəniş vərəqində transformator itkilərinin nəzərə alınmadığı irad tutularaq buna müqabil 15647,38 (On beş min altı yüz qırx yeddi manat otuz səkkiz qəpik) manat həcmində 733882577saylı hesab ödəniş vərəqi təqdim edilmişdir. "Elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsi” nin 10-cu bəndinə uyğun olaraq bildirmək istəyirik ki, abonentin transformatoru enerjitəchizatı müəssisəsinin ("Azərişıq” ASC-nin) elektrik veriliş xəttinə bilavasitə qoşulduqda transformatora görə itkilər hesablana bilər. Ancaq KS-ın elektrik təchizatı "Azərişıq” ASC-nin şəbəkəsindən deyil, SOCAR-ın strukturuna daxil olan " Əməliyyat Şirkəti”nin elektrik şəbəkəsindən təmin olunur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Qərarı ilə təsdiq olunmuş "X1 Qaydaları"nın 8.2-ci bəndinə və eyni zamanda "Elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin 10-cu bəndinə əsaslanaraq tərtib edilmiş aktın və hesab ödəniş vərəqinin ləğv olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. - "xxxx" ASC tərəfindən xxxxnə ünvanlanan 07.07.2021-ci il tarixli məktubda deyilir ki, SOCAR-ın “Qaz ixrac" idarəsinin Abşeron X3 Sahəsinin (MQKS) istismarında olan qaz kompressor stansiyasının (KS) elektrik təchizatı zamanı yaranmış transformator itikisinə dair müraciətinizə “Azərişıq" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, 09/0049 (**********70000 uçot nöqtəsi) nömrəli kod üzrə qeyri-yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 25.05.2021-ci il tarixində Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən «X1 Qaydaları»nın pozulması faktı aşkar olunmuş, NDQ 009563 nömrəli akt tərtib edilərək, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 108876 kVt.s (9798,84 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Sizin müraciətinizə əsasən abunə haqqında bildiriş vərəqinin təhlilini, SOCAR-ın “Qaz İxrac" idarəsinin Abşeron X3 Sahəsinin (MQKS) istismarında olan qaz kompressor stansiyasının (KS) elektrik təchizatı SOCAR-ın strukturuna daxil olan “ Əməliyyat Şirkəti”nə məxsus 6 kV-luq HXdən budaqlanma yolu ilə 6/0,4 kV-luq 630 kVA gücündə KTM vasitəsilə təmin olunduğunu nəzərə alaraq hesabata yenidən baxılmış, 108876 kVt.s (9798,84 manat) elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir. Xahiş edirik nəzərə alasınız. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında eletrik enerjisinin alqı-satqısı barədə müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi elektrik enerjisi ilə təmin etsə də, cavabdeh istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdehdən tutulması tələb edilən 5580 manat borcun 4593,63 manat hissəsi 17.05.2017-ci il tarixə qədər olan, itkilərə görə hesablanmış borc, qalan hissəsi isə X1yə görə yaranmış borcdur. İddia tələbi cavabdehdən 5580 manat borcun tutulmasından ibarətdir. Qeyd olunmalıdlr ki, tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır. Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır. Bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə _ kVts (hesablaşma dövrü üçün) müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə _kVts (hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır); 12-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün sonunadək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. "X1 Qaydaları"nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən maddi hüquq normalarının tələbləri nəzərə alınaraq, məhkəmənin qənaətinə əsasən iddia qismən - 986,37 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslı olduğundan (X1yə görə yaranmış) həmin hissədə təmin olunmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə 15 may 2017-ci il tarixli akt əsasında əvvəlki dövrlərə aid itkilərə görə hesablanmış borcun cavabdehdən tutulmasını əsaslı saymır. Belə ki, iddiaçının cavabdehə ünvanladığı məktubundan da müəyyən olunur ki, SOCAR-ın “Qaz İxrac" idarəsinin Abşeron X3 Sahəsinin (MQKS) istismarında olan qaz kompressor stansiyasının (KS) elektrik təchizatı SOCAR-ın strukturuna daxil olan “ Əməliyyat Şirkəti”nə məxsus 6 kV-luq HX-dən budaqlanma yolu ilə 6/0,4 kV-luq 630 kVA gücündə KTM vasitəsilə təmin olunur. Belə olduqda isə iddiaçı həmin itkilərə görə ödənişləri cavabdehdən tələb etməkdə haqlı deyil. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi, Azərbaycan Respublikası xxxxnin xxxxnin nümayəndəsi hazırki işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Beləliklə, iddiaçı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini (18.01.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir) 4593,63 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə münasibətdə buraxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası xxxxnin xxxxndən X1yə görə yaranmış 986,37 (5580 - 4593,63 = 986,37) manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi 4593,63 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində (17.05.2017-ci il tarixə olan qalıq borc) rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 5 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası xxxxnin xxxxndən elektrik enerjisi üzrə yaranmış 986,37 manat (doqquz yüz səksən altı manat otuz yeddi qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat olmaqla, cəmi 991,37 manat (doqquz yüz doxsan bir manat otuz yeddi qəpik) məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-999/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-999/2021
05.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver