Məhkəmə qərarları › İş №e-2-2(115)-1/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1/2025 01.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi, Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada ******* ABŞ dolları əsas kredit borcunun, 58714,46 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 69271,75 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə: 2078986,21 ABŞ dollarının, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3534276,56 manat məbləğində kredit borcunun, 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2558,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə ******* manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 aprel 2019-cu ildə “X2 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 20449/2019 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borc alan Cavabdeh1 MMC-yə digər öhdəliklərinin bağlanılması ilə bağlı ******* ABŞ dolları məbləğində pul ayrılmışdır və о, 32 ay müddətində kreditin əsas məbləği və оna illik 1% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bоrcalanın 22 aprel 2019cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 22 aprel 2019-cu il tariхində bank ilə borc alan Cavabdeh1 MMC və ipoteka qoyan Cavabdeh2 MMC arasında və borc alan Cavabdeh1 MMC və ipoteka qoyan Cavabdeh3 arasında ipoteka müqavilləri (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqavilələrinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksi və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8- ci mərtəbədə yerləşən 4 otaqlı mənzil "xxxx" QSC-nin хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. İpoteka hüququ dövlət qeydiyyatına alınmış, yüklülük barədə müvafiq çıхarış əldə edilmişdir. Bununla yanaşı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh4 və Cavabdeh3 ilə bank arasında 22 aprel 2019-cu il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh1 MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi iddiaçıya оlan bоrclarını ödəməmişlər. İddiaçı “X2 Azərbaycan” QSC iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022-ci il tarixdə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada ******* ABŞ dolları əsas kredit borcunun, 61424,19 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 77400,92 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə 2089825,10 ABŞ dollarının, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3552702,67 manat məbləğində kredit borcunun, 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2558,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə 1187500,00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2 Azərbaycan” QSC iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022-ci il tarixdə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada ******* ABŞ dolları əsas kredit borcunun, 62128,71 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 79514,50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə 2092643,21 ABŞ dolları, Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ilə 3557493,46 manat məbləğində kredit borcunun, 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqının, 400 manat mediasiya haqqının və 2558,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan Gəncə şəhəri Nizami rayonu Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh3 məxsus olan əmlaka görə isə 1187500,00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil və 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksi “X2 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli e-2-2(115)-1/2025 saylı qərardadı ilə iddia tələbinin hərracda mənzil və 8 ədəd qeyri-yaşayış binalarından ibarət olan əmlak kompleksi “X2 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi hissəsinə xitam verilmiş, iddiaçıya əmlaklar satıldıqdan sonra cavabdehlər ipoteka predmeti olan əmlaklardan çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması ilə bağlı icra qurumuna müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “X2 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, hazırda mövcud olan qanunvericiliyə əsasən Ədliyyə Nazirliyinin qiymətləndirmə aparması ilə bağlı hər hansı səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Qiymətləndirmə Palatasını təsis etmişdir. İddiaçının təqdim etdiyi rəylər Qiymətləndirmə Palatasının müəyyən etdiyi rəylərdir. Gəncə- Şəmkir yolunun sağ tərəfində Cavabdeh2 MMC-nin obyektlərinin dəyəri ******* manat deyil. Bu cəhətdən məhkəmə qərar qəbul edən zaman sübutlara ədalətli qiymət verməlidir. Mövcud qanunvericiliyə əsasən qiymətləndirmə səlahiyyəti olan qiymətləndiricilərin qiymətləndirməsi əsasında olmalıdır. İddiaçının təqdim etdiyi qiymətləndirməni verən orqanlar Qiymətləndirmə Palatasının saytındakı siyahıda adları olan qiymətləndiricilərdir. Ədliyyə Nazirliyinin qiymətləndiricilərinin təqdim etdiyi qiymətlər əsassız qiymətlərdir. Həmin əmlakların deyilən qiymətə satılması mümkün deyil. Cavabdeh tərəf belə nəticəyə gətirməyə çalışır ki, sonda iddiaçı cavabdehə pul verməli olsun. Əgər vicdanlıdırsa cavabdeh özü həmin əmlakı satardı və banka olan borcu ödəyərdi. İddiaçıya əmlak lazım deyil, iddiaçı həmin əmlakı istəmir. Cavabdeh həmin əmlakı satsın, gətirib borcunu versin. Bank güzəştlər etdiyinə, faizləri azaltdığına görə cavabdeh bundan sui-istifadə edir. Banka dəyən ziyanın faizi çox yüksəkdir və banka dəyən ziyan da nəzərə alınmalıdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh4 nümayəndəsi, Cavabdeh2 MMC-nin vəkili Vəkil1 iddiaya etiraz edərək izahatında göstərdi ki, məhkəmə iddia tələbindən asılı olmayaraq müqavilənin etibarsızlığını yoxlamalıdır. Məhkəmə qərarını müvafiq sənədlərə əsasən verməlidir. Pulun verilməsini sübut edən sənəd və sərəncam iş materiallarında mövcud olmalıdır. Ali Məhkəmənin Plenumunun formalaşmış təcrübəsi mövcuddur. Hüquqi mövqeyə görə təkcə müqavilə yox, pulun verilməsini təsdiq edən sənədlər mövcud olmalıdır. Cavabdeh pulu götürməmişdir. Bank özü qəbzi təqdim etməlidir ki, pulu cavabdehə veribdir. Qiymətləndirmə ilə bağlı bildirir ki, aprel ayında olan qiymətləndirmədə istilik sobası olan şəkillər qoyulmuşdur. Həmin qiymətləndirməni iddiaçı özü təqdim etmişdir, cavabdeh tərəf təqdim etməmişdir. Ucuz qiymətlər qeyd ediblər. Əlbəttə ki, həmin qiymətlər absurd qiymətlərdir. Həmçinin həmin şəkillər həmin obyektlərdə deyil, başqa yerdə çəkilmişdir. Hansısa çayçının, ya başqa bir yerin şəkillərini çəkib həmin obyekt kimi təqdim ediblər. Halbuki, əmlak kompleksi işlək bir yerdir və avadanlıqların qiyməti elə müəyyən qədərdir. Ümumiyyətlə müqavilə etibarsızdır, cavabdeh o pulu almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 MMC-yə məlumat verilmiş, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 MMC-nin nümayəndəsinin və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 MMC adından hərəkət edən Cavabdeh4 ilə “X2 Azərbaycan” QSC arasında bağlanan 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini, bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürmüşdür. Kreditin məbləğinin ******* USD (bir milyon doqquz yüz əlli bir min ABŞ dolları) təşkil etdiyi, kreditin borcalana xx.xx.2021-ci il tarixinədək verilməsi, istifadəsinə görə illik 1% dərəcəsi ödəmək şərti ilə verilməsi nəzərdə tutulmuşdur. Qeyd: 13 fevral 2014-cü il tarixli 20449/08 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ borcundan 125000 USD (bir yüz iyirmi beş min ABŞ dolları) məbləğindəki vəsait Cavabdeh1 MMC tərəfindən “X2 Azərbaycan” QSC-yə 29 aprel 2019-cu il tarixinədək ödəmək/mədaxil edilmək şərti ilə restrukturizasiya ediləcəkdir. Həmin müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə alınmış kredit borcalan tərəfindən tərəflər arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 20449/08 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair aşağıdakı sazişlər üzrə kredit borclarının bağlanması/ödənilməsi (restrukturizasiyası) üçün istifadə ediləcəkdir. 16 mart 2018-ci il tarixli 34 saylı kredit sazişi üzrə 256500 USD (iki yüz əlli altı min beş yüz ABŞ dolları) məbləğində əsas məbləğ borcunun 16 mart 2018-ci il tarixli 35 saylı kredit sazişi üzrə 257500 USD (iki yüz əlli yeddi min beş yüz ABŞ dolları) məbləğində əsas məbləğ borcunun 16 mart 2018-ci il tarixli 36 saylı kredit sazişi üzrə 258000 USD (iki yüz əlli səkkiz min ABŞ dolları) məbləğində əsas məbləğ borcunun 16 mart 2018-ci il tarixli 37 saylı kredit sazişi üzrə 260500 USD (iki yüz altmış min beş yüz ABŞ dolları) məbləğində əsas məbləğ borcunun 16 mart 2018-ci il tarixli 38 saylı kredit sazişi üzrə 259500 USD (iki yüz əlli doqquz min beş yüz ABŞ dolları) məbləğində əsas məbləğ borcunun 16 mart 2018-ci il tarixli 39 saylı kredit sazişi üzrə 260000 USD (iki yüz altmış min ABŞ dolları) məbləğində əsas məbləğ borcunun 16 mart 2018-ci il tarixli 40 saylı kredit sazişi üzrə 261000 USD (iki yüz altmış bir min ABŞ dolları) məbləğində əsas məbləğ borcunun 16 mart 2018-ci il tarixli 41 saylı kredit sazişi üzrə 263000 USD (iki yüz altmış üç min ABŞ dolları) məbləğində əsas məbləğ borcunun. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə müqavilənin qüvvədə olduğu müddəti ərzində və ən azı kreditin məbləği miqdarında (kredit məbləğinin miqdarından az olmamaq şərti ilə) bütün risklərdən. o cümlədən həyatının və əmək qabiliyyətinin itirilməsinin və/və ya onun təklif etdiyi təminatın (təminatın mövcud olan bazar qiyməti əsas götürülərək tam dəyəri məbləğində) sığortalanması üçün müqavilə və/və ya qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri öz vəsaiti hesabına həyata keçirəcək (sığorta pulu və xərclərini ödəyəcək və s.) Həmin müqavilənin 5.1-ci bəndinə əsasən borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərii pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 4% miqdarında cərimə ödəyir. İş materiallarında olan Cavabdeh1 MMC ilə “X2 Azərbaycan” QSC arasında bağlanan (zaminlərin də razılaşdığı) 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, borcalan 31 may 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək hissə-hissə olmaqla ******* USD məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən “X2 Azərbaycan” QSC-yə ünvanlanmış 22 aprel 2019-cu il tarixli ərizələrdən (təlimatlardan) görünür ki, Cavabdeh1 MMC 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin bankda olan AZ56KABA******************** nömrəli hesabına köçürülməsini xahiş etmiş, kredit məbləğinin həmin hesaba köçdüyünü təsdiq və bəyan etmiş, hesaba mədaxil edilmiş ******* USD məblğində kredit vəsaitinin aralarında bağlanmış 13 fevral 2014-cü il tarixli 20449/08 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair sazişlər üzrə kredit borclarının bağlanması/ödənilməsi üçün silinməsini xahiş etmişdir. İş materiallarında olan 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı, 20449/2019/2 saylı 20449/2019/3 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 MMC ilə “X2 Azərbaycan” QSC arasında bağlanan 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 aprel 2019-cu il tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, Cavabdeh1 MMC ilə “X2 Azərbaycan” QSC arasında bağlanan 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 MMC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksi və Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinin ilkin dəyəri 2460062, mənzilin ilkin dəyəri ******* təşkil etməsi qeyd edilmişdir. İş materiallarında olan əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, Cavabdeh3 mülkiyyətində ünvan 4 ünvanında olan mənzil yanğından və digər əlavə risklərdən "xxxx" ASC-də sığorta edilmişdir. İş materiallarında olan AİS Azintellektservis Konsultinq və qiymətləndirmə şirkətinin ekspert rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində ünvan 3 ünvanında olan mənzilin likvid dəyəri ******* manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında olan mənzil Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda yeləşən əmlak kömpleksi Cavabdeh2 MMC-nin mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 3 ünvanında olan mənzil və Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda yeləşən əmlak kompleksi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 08 dekabr 2020-ci il atrixli ödəniş tapşırığından görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən "xxxx" ASC-yə 4549 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən 400 manat mediasiya ödənişi edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 9/6671 nömrəli rəyindən görünür ki, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 1999392,57 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixə (sonuncu maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 2012724,40 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə ******* ABŞ dolları, faiz borcu üzrə 48392,57 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas borc üzrə ******* ABŞ dolları, faiz borcu üzrə 61724,40 ABŞ dolları müəyyən edilmişdir. Xidmətin qiyməti 200 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində ünvan 6 ünvanında yerləşən 17 saylı mənzilin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat, Cavabdeh2 MMC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinin bazar dəyəri ******* manat, likvid qiyməti ******* manat olması müəyyən edilmişdir. Xidmətin qiyməti 750 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2023-cü il tarixli 10/621-9/576 nömrəli rəyindən görünür ki, “Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda Polad” MMC-nin mülkiyyətində olan əmkak kompleksinin təyinatının istehsalat fəaliyyətli olduğunu, yerləşdiyi ərazinin infrastrukturunu, eləcə də faktiki olaraq fəaliyyət göstərdiyini nəzərə alaraq, həmin əmlka kompleksinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən ******* manat, hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən ******* manat məbləğində müəyyən edilmişdir. Xidmətin qiyməti 100 manat müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC ilə “X2 Azərbaycan” QSC arasında 22 aprel 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ********* ABŞ dolları kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini illik 1% dərəcəsi ödəmək şərti ilə xx.xx.2021-ci il tarixinədək borcverənə qaytarmasını öhdəsinə götürmüşdür. Həmçinin müqaviləyə əsasən 13 fevral 2014-cü il tarixli 20449/08 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ borcundan 125000 USD məbləğindəki vəsait Cavabdeh1 MMC tərəfindən “X2 Azərbaycan” QSC-yə 29 aprel 2019-cu il tarixinədək ödəmək/mədaxil edilmək şərti ilə restrukturizasiya edilməsi, alınmış ********* ABŞ dolları kreditin borcalan tərəfindən tərəflər arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 20449/08 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair kredit sazişləri üzrə kredit borclarının bağlanması/ödənilməsi (restrukturizasiyası) üçün istifadə ediləcəyi barədə tərəflər razılaşmışlar. Həmçinin Cavabdeh1 MMC “X2 Azərbaycan” QSC-yə 22 aprel 2019-cu il tarixdə ərizələrlə (təlimatlarla) müraciət etmiş, Cavabdeh1 MMC 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin bankda olan AZ56KABA******************** nömrəli hesabına köçürülməsini xahiş etmiş, kredit məbləğinin həmin hesaba köçdüyünü təsdiq və bəyan etdiyini bildirmiş, hesaba mədaxil edilmiş ******* USD məblğində kredit vəsaitinin aralarında bağlanmış 13 fevral 2014-cü il tarixli 20449/08 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair sazişlər üzrə kredit borclarının bağlanması/ödənilməsi üçün silinməsini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında 22 aprel 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin mahiyyəti ondan ibarət olmuşdur ki, müqavilə üzrə ayrımış kreditin məbləği cavabdehin bankda olan hesabına köçürüləcək və həmin məbləğ cavabdehin banka olan borclarına silinəcək. Ona görə də məhkəmə cavabdeh tərəfin kredit müqaviləsi üzrə pulun borcalana verilməməsi, pulun verilməsini təsdiq edən sənədin və sərəncamın olmaması, müqavilənin etibarsız olması ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Bundan başqa məhkəmə bildirir ki, iş üzrə bağlanmış ipoteka müqavilələrinin də etibarsızlığı üçün işdə heç bir əsas yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə hesab edir ki, borcverən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, borcalan isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, iddiaçı verdiyi kredit məbləğini tələb etməkdə haqlıdır, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə faiz borcunun tutulması ilə bağlı bildirir ki, iddiaçı iddia tələbində 62128,71 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun tutulmasını xahiş etmişdir. Ekspert rəyi ilə borcalanın banka müqavilənin bitdiyi tarixə, xx.xx.2021-ci il tarixə faiz borcunun 48392,57 ABŞ dolları olmasını müəyyən etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilməş müqavilə müddətinə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı 79514,50 ABŞ dolları cərimə borcunu tutulmasını tələb etmişdir ki, həmin məbləğ əsas məbləğin 5%-dən yüksək deyildir. Həmin məbləğdə cərimə borcunun tutulmasını məhkəmə qanuni və əsaslı hesab edir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 MMC-nin, Cavabdeh4 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 MMC, Cavabdeh4 və Cavabdeh3 iddiaçı qarşısında onunla birlikdə məsuliyyət daşıyır. Beləliklə, kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas kredit borcu, müqavilə müddətinə hesablanmış 48392 ABŞ dolları 57 sent faiz borcu, 79514 ABŞ dolları 50 sent cərimə bоrcu olmaqla, ümumilikdə ******* ABŞ dolları 07 sent (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlak kompleksinə və mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma cavabdehlər Cavabdeh2 MMCnin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinə və Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməli, həmin əmlak kompleksi və mənzil açıq hərracdan satılmalı, Cavabdeh2 MMC-nin mülkiyyətində olan əmlak kompleksinin ilkin satış qiyməti ******* manat, Cavabdeh3 mülkiyyətində olan mənzilin ilkin satış qiyməti ******* manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehlərdən oğlundan müştərək (birgə) qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh3 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 400 manat mediasiya haqqı və 2558,20 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 400 manat mediasiya haqqı və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 2557,07 manat dövlət rüsumu da müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlərdən müştərək qaydada qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 750 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin iddiaçı mediasiyaya dair xidmət haqqını ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmişdir, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada 11,68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 aprel 2019-cu il tarixli 20449/2019 saylı kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas kredit borcu, müqavilə müddətinə hesablanmış 48392 ABŞ dolları 57 sent faiz borcu, 79514 ABŞ dolları 50 sent cərimə bоrcu olmaqla, ümumilikdə ******* (iki milyon yetmiş səkkiz min doqquz yüz yeddi) ABŞ dolları 07 (yeddi) sent (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) borc, 2118 (iki min yüz on səkkiz) manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 400 (dörd yüz) manat mediasiya haqqı və 2557 (iki min beş yüz əlli yeddi) manat 07 (yeddi) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2ndən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ödənilsin. Tələb üzrə tutma cavabdehlər Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinə və Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilsin. Həmin əmlak kompleksi və mənzil açıq hərracdan satılsın. Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinin ilkin satış qiyməti ******* (altı milyon altmış min) manat həddində müəyyən edilsin. Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilin ilkin satış qiyməti ******* (iki milyon iki yüz iyirmi min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2ndən, Cavabdeh4 və Cavabdeh3 müştərək (birgə) qaydada tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh2nə və Cavabdeh3 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 750 (yeddi yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2ndən, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ013501**********2944, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2ndən, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2ndən, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 11 (on bir) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar