Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-10/2021 24.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh X1rşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh X1rşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə 202160 manat 73 qəpik əsas borc, 4908 manat 42 qəpik faiz borcu, 23337 manat 70 qəpik cərimə borcu, 18559 manat 48 qəpik kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, 04.11.2014-cü il tarixli digər kredit müqaviləsi üzrə ******* manat əsas borc, 283530 manat 67 qəpik faiz borcu olmaqla, cəmi ******* manat borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat məbləğində rüsumun cavabdehlərdən tutularaq Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh X4 məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.742 ha torpaq sahəsi ilə birlikdə əmlak komleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh X3 Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh X5 arasında bağlanmış 22.08.2012-ci il tarixli 135 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh X4 60 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə 500000 manat məbləğində və 04.11.2014-cü il tarixli 35 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh X4 84 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə ******* manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin təminatı üsulu kimi “Dekabank" KB ASC ilə Cavabdeh X5 arasında 20.08.2012-ci il tarixdə ipoteka müqaviləsi, 04.11.2014-cü il tarixdə isə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh X4 məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən əmlak kompleksi kimi müəssisə 0.742 ha torpaq sahəsilə birlikdə bank qarşısında ipoteka qoyulmuşdur. Kredit müqavilələri üzrə borc alan Cavabdeh X5 hər ay banka ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, bu öhdəliklər lazımınca yerinə yetirilməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə bir neçə dəfə şifahi müraciət edilməsinə və yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq cavadeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə götürdüyü öhdəliklərini icra etməmişdir. Hazırda 14.06.2019-cu il tarixə Cavabdeh X3 22.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş 202160 manat 73 qəpik əsas borcu, 4908 manat 42 qəpik faiz borcu, 23337 manat 70 qəpik cərimə borcu, 18559 manat 48 qəpik kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 04.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 283530 manat 67 qəpik faiz borcu olmaqla, cəmi ******* manat borcu vardır. İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertin rəyi ilə razı deyil. Belə ki, ipoteka müqaviləsində əmlakın qiyməti ******* manat qeyd olunduğu halda, ekspert öz rəyində likvid qiymətin ******* manat olduğunu düzgün hesablanmamışdır. Odur ki, cavabdehin hər iki müqavilə üzrə borcunun ödənilməsinin təmin olunmasını və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsini və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X3 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, sonuncu ekspertiza rəyləri ilə razıdır. Belə ki, 22.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə onların banka 176972 manat 07 qəpik əsas, 2790 manat 61 qəpik faiz borcları vardır. İddiaçının tələb etdiyi dəbbə və əldən çıxmış faiz borcunu isə qəbul etmirlər. Belə ki, bank çoxdan ləğv prosesində olduğundan, onsuzda həmin məbləğdən yenidən istifadə edə bilməyəcəkdi. 04.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ekspertin göstərdiyi kimi, onların ******* manat 30 qəpik əsas və 129193 manat 42 qəpik faiz borcları vardır. İpotekaya qoyulmuş əmlakın qiymətləndirilməsinə gəldikdə, son dövrlərdə tikinti materiallarının qiyməti qalxdığından dolayı əmlakın qiyməti qalxmışdır. Ona görə də, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 22.08.2012-ci il tarixli 135 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh X4 60 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə 500000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, 22.08.2012-ci il tarixli 135 saylı kredit müqaviləsinin müddəti 22.08.2017-ci ildə bitmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh X3 202160 manat 73 qəpik əsas borc, 4908 manat 42 qəpik müqavilə müddəti üçün hesablanmış faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyi üçün 23337 manat 70 qəpik cərimə, gecikdirilmiş vaxt üçün 18559 manat 48 qəpik faiz borcu, 248966 manat 33 qəpik ümumi borcun olması göstərilmişdir. 04.11.2014-cü il tarixli 35 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh X4 84 ay müddətinə illik 6 faiz olmaqla ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, 04.11.2014-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə Cavabdeh X3 ******* manat əsas borc, 283530 manat 67 qəpik faiz borcu, gecikdirilmiş vaxt üçün 0 manat, ümumilikdə ******* manat 67 qəpik borc müəyyən edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(083)-423/2019 saylı, 16.10.2019-cu il tarixli qəradadı ilə təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 28.02.2020-ci il tarixli, 30182 №-li rəyindən görünür ki, 22.08.2012-ci il tarixli 135 saylı kredit müqaviləsi üzrə Cavabdeh X3 14.06.2019-cu il tarixə 208529 manat 86 qəpik əsas borc, 6519 manat 12 qəpik faiz borcu və 04.11.2014-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə 27.08.2019-cu il tarixə ******* manat 23 qəpik əsas borc təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2-2(115)-17/2020 nömrəli qərardadı ilə təyin edilərək alınmış təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 17.03.2021-ci il tarixli 9/3465 nömrəli rəyindən görünür ki, 22.08.2012-ci il tarixli 135 saylı kredit müqaviləsi üzrə Cavabdeh X3 199085 manat 94 qəpik əsas borc, 5013 manat 67 qəpik faiz borcu, 04.11.2014-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə ******* manat 23 qəpik əsas borc müəyyən edilmişdir. Həmin 750000 manat pul vəsaiti 05 noyabr 2014-cü il tarixdə Cavabdeh X5 tərəfindən götürülmüş kredit üzrə ödəniş kimi qəbul edildiyi halda, borc alan Cavabdeh X5 tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə 27.08.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) banka ödənilməli olan borcu ümumilikdə ******* manat 72 qəpik məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə ******* manat 30 qəpik faiz borcu üzrə 129193 manat 42 qəpik müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-2(115)-10/2021 saylı qərardadı ilə təyin edilərək alınmış təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 17.07.2021-ci il tarixli 9/4117 nömrəli rəyindən görünür ki, 22.08.2012-ci il tarixli 135 saylı kredit müqaviləsi üzrə Cavabdeh X3 14.06.2019-cu il tarixə banks ödəməli əsas borcu 176972 manat 07 qəpik, faiz borcu isə 2790 manat 61 qəpik təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-2(115)-10/2021 saylı qərardadı ilə təyin edilərək alınmış "xxxx" MMC-nin 24 avqust 2020-ci il G-08/21-440 №-li ekspert rəyindən görünür ki, Cavabdeh X3 mülkiyyətində olan Bərdə rayonu Qaradağlı kəndində yerləşən əmlak kompleksinin 24 avqust 2021-ci il tarixinə olan likvid dəyəri ******* manat müəyyən edilmişdir. Tədqiqatının dəyəri 500 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh kredit müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. İş materiallarında olan 04.11.2014-cü il tarixli 35 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus Bərdə rayonu, Qaradağlı kəndində 0,742 ha torpaq sahəsində yerləşən əmlak kompleksi təkrar yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində 0,742 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehə kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh X5 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan "xxxx" ASC ipoteka ilə yüklü edilmiş əmlak kompleksini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə Cavabdeh X5 arasında bağlanmış 22.08.2012-ci il tarixli 135 nömrəli kredit müqaviləsi üzrə 176972 manat 07 qəpik əsas borc, 2790 manat 61 qəpik faiz borcu, 2000 manat cərimə borcu, cəmi 181762 manat 68 qəpik məbləğində borc və 04.11.2014-cü il tarixli 35 nömrəli kredit müqaviləsi üzrə ******* manat 30 qəpik əsas borc, 129193 manat 42 qəpik faiz borcu, cəmi ******* manat 72 qəpik məbləğində olmaqla, ümumilikdə ******* manat 40 qəpik məbləğində borc, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh X2 iddiaçı Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh X3 mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.742 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksinə yönəldilməli, həmin əmlak kompleksi açıq hərracdan satılmalı, əmlak kompleksinin ilkin satış qiyməti ******* manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh X1ytarılmalı, əmlak kompleksinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh X2 tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən bir ay sonra əmlak kompleksi boşaldılmalı, 435 manat məbləğində ekspertiza xərci və 500 manat məbləğində qiymətləndirmə haqqı Cavabdeh X2 tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına ödənilməlidir, İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə mötəbərliyi şübhə doğurmayan ekspertiza rəylərində göstərilən borc məbləğləri ilə razılaşaraq, cavabdehin 22.08.2012-ci il tarixli 135 nömrəli kredit müqaviləsi üzrə 176972 manat 07 qəpik əsas, 2790 manat 61 qəpik faiz borcu, həmçinin 04.11.2014-cü il tarixli 35 nömrəli kredit müqaviləsi üzrə ******* manat 30 qəpik əsas və 129193 manat 42 qəpik məbləğində faiz borcu olduğu qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 2000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, 176972 manat 07 qəpik əsas borc və 2790 manat 61 qəpik faizin tutulması ilə yanaşı, 2000 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinadən irəli sürülmüş kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 18559 manat 48 qəpik məbləğində faiz borcu hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış 22.08.2012-ci il tarixli 135 saylı kredit müqaviləsinin 22.08.2017-ci il tarixədək bağlandığı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə "xxxx" ASC-nin məcburi ləğv edildiyi işin mübahisəsiz hallarına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, 2016-cı ildən ləğv prosesində olan kreditorun müqavilə müddəti bitdiyi 22.08.2017-ci il tarixdən sonra borcludan zərərin ödənilməsini tələb etmək iddiası təmin edilə bilməz. Digər tərəfdən, kredit müqaviləsi üzrə 22.08.2017-ci il tarixdən 27.06.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 18559 manat 48 qəpik məbləğində faizin tutulmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə Cavabdeh X5 arasında bağlanmış 22.08.2012-ci il tarixli 135 nömrəli kredit müqaviləsi üzrə 176972 manat 07 qəpik əsas borc, 2790 manat 61 qəpik faiz borcu, 2000 manat cərimə borcu, cəmi 181762 manat 68 qəpik məbləğində borc və 04.11.2014-cü il tarixli 35 nömrəli kredit müqaviləsi üzrə ******* manat 30 qəpik əsas borc, 129193 manat 42 qəpik faiz borcu, cəmi ******* manat 72 qəpik məbləğində olmaqla, ümumilikdə ******* manat 40 qəpik məbləğində borc, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh X2 iddiaçı Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh X3 mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.742 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksinə yönəldilsin. Həmin əmlak kompleksi açıq hərracdan satılsın. Əmlak kompleksinin ilkin satış qiyməti ******* manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh X1ytarılsın. Əmlak kompleksinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh X2 tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən bir ay sonra əmlak kompleksi boşaldılsın. 435 manat məbləğində ekspertiza xərci və 500 manat məbləğində qiymətləndirmə haqqı Cavabdeh X2 tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-10/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-10/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver