Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1002/2024 22.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhyəddin qızının iştirakları ilə İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhyəddin qızına qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan“ X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhyəddin qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada **********2004 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3920 manat 94 qəpik əsas, faiz borcu üzrə 3 manat 83 qəpik olmaqla cəmi 3924 manat 77 qəpik, həmçinin **********1997 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1937 manat 96 qəpik əsas, faiz borcu üzrə 2 manat 27 qəpik olmaqla cəmi 1940 manat 23 qəpik və ödənilmiş 78 manat 65 qəpik məbləğində dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” ММ QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********4366 Saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri üçün illik 23.81% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 AZN məbləğində kredit verilmişdir. İddiaçı "FİNCA Azerbaijan" ММ QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********31701 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri üçün illik 23.81% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 USD məbləğində kredit verilmişdir. İddiaçı "FİNCA Azerbaijan" ММ QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2004 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4770 manat 88 qəpik; Həmçinin eyni tarixli, **********1997 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 2829 manat 47 qəpik, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir, **********2004 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3 manat 98 qəpik, dörd il müddətində isə hər ay 101.46 AZN olmaqla və **********1997 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 2 manat 44 qəpik, dörd il müddətində isə hər ay 60.18 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2004 - ******* saylı və **********1997 - ******* saylı zaminlik müqavilələri ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 **********2004 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3920 manat 94 qəpik əsas, faiz borcu üzrə 3 manat 83 qəpik olmaqla cəmi 3924 manat 77 qəpiktəşkil edir. Həmçinin, **********1997 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1937 manat 96 qəpik əsas, faiz borcu üzrə 2 manat 27 qəpik olmaqla cəmi 1940 manat 23 qəpik təşkil edir. Gəncə Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli e-2(125)-2814/2024 saylı qərardadı ilə İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhyəddin qızına qarşı borcun ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********2004 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3872 manat 96 qəpik əsas, faiz borcu üzrə 1 manat 81 qəpik, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 3874 manat 77 qəpik, həmçinin, **********1997 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1889 manat 15 qəpik əsas, faiz borcu üzrə 1 manat 08 qəpik, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1890 manat 23 qəpik və ödənilmiş 78 manat 65 qəpik məbləğində dövlət rüsumunun İddiaçı МММ QBKT-mn xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, borcunu qəbul edir və borcdan yayınmır, sadəcə borcunu imkanı çatdığı qədər hissə-hissə ödəyir. Hər ay ödənişi edir. Ancaq tam qrafik üzrə edə bilmir. Bu ilin mart ayının 14-dən sonra da ödəniş etmişdir. Borcunu hissə-hissə ödəmək istəyir. Borcu ilə bağlı əlaqə saxlayanda ona müqavilənin vaxtı bitdiyi üçün məhkəməyə müraciət etdiklərini demişlər. Hər ay hər iki məbləğə ödəniş edəcək. Cavabdeh1 Məhyəddin qızı məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahtında bildirdi ki, vaxtilə Cavabdeh2 zamin durmuş, zaminlik müqavilələrini bağlamışdır. Deməyə başqa bir sözü yoxdur. İkinci zaminlik müqaviləsində nəyə imza atdığını bilməmişdir. Əsas borclu ona onu zaminlikdən çıxardacağını bildirmişdir. Buna görə o, müqaviləyə oxumadan qol çəkmişdir. Müqavilədəki imza ona məxsusdur. Cavabdeh2 borcu ödəyəcəyini bildirdiyinə görə başqa sözü yoxdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli **********4366 saylı kredit müqaviləsindən görünür ki, “Finca Azerbaijan “ X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh2 biznes məqsədləri üçün 24 ay müddətinə, illik faiz dərəcəsi 23.81% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 AZN məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli **********31701 saylı kredit müqaviləsindən görünür ki, “Finca Azerbaijan “ X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh2 biznes məqsədləri üçün 24 ay müddətinə, illik faiz dərəcəsi 23.81% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 USD məbləğində krеdit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********2004 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4770 manat 88 qəpik borcu, qalıq məbləği isə illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********1997 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2829 manat 47 qəpik borcu, qalıq məbləği isə illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********1997 saylı krеdit müqaviləsi üzrə banka 1889 manat 15 qəpik əsas borcu, müqavilə müddətinin sonuna 1 manat 8 qəpik faiz borcu, cəmi 1890 manat 23 qəpik borcu, həmçinin xx.xx.2019-cu il tarixli, **********2004 saylı krеdit müqaviləsi üzrə banka 3872 manat 96 qəpik əsas, müqavilə müddətinin sonuna 1 manat 81 qəpik olmaqla, cəmi 3874 manat 77 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********2004 – ******* saylı və həmin tarixli **********1997 - ******* nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit (restrukturizasiya) müqavilələri üzrə Cavabdeh2 “Finca Azerbaijan“ X1-Bank Kredit Təşkilatı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli **********2004 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 3872 manat 96 qəpik əsas borc, 1 manat 81 qəpik faiz borcu, cəmi 3874 manat 77 qəpik məbləğində borc, həmçinin xx.xx.2019-cu il tarixli **********1997 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1889 manat 15 qəpik əsas borc, 1 manat 8 qəpik faiz borcu, cəmi 1890 manat 23 qəpik məbləğində borc olmaqla, ümumilikdə 5765 manat məbləğində borc və ödənilmiş 78 manat 65 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhyəddin qızından tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli **********2004 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 3872 manat 96 qəpik əsas borc, 1 manat 81 qəpik faiz borcu, cəmi 3874 manat 77 qəpik məbləğində borc, həmçinin xx.xx.2019-cu il tarixli **********1997 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1889 manat 15 qəpik əsas borc, 1 manat 8 qəpik faiz borcu, cəmi 1890 manat 23 qəpik məbləğində borc olmaqla, ümumilikdə 5765 manat məbləğində borc və ödənilmiş 78 manat 65 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhyəddin qızından tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1002/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1002/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver