Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-101/2020 09.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli akt əsasında hesablanmış 2592 manat borcun abuna hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ildən Şəmkir rayonu, Yeniabad kəndində yerləşən “Ocaq” kafesini sahibkar kimi işlətmişdir. Əvvələr, kafedə balon qazından istifadə edilmişdir. 2017-ci ildə həmin obyekt qazla təchiz edilmişdir. Sahib olaraq hər zaman dövlət tərəfindən müəyyən edilmiş vergi və ödənişləri vaxt vaxtında ödəmişdir. Bura təbii qazdan istifadəyə görə dövlət tərəfindən müəyyən edilmiş ödənişlər də aiddir. Obyektində istehlak edilən təbii qazın ölçülməsi üçün sayğac quraşdırılmışdır. Sayğacın göstəricilərinə əsasən hər ay tam formada təbii qazdan istifadəyə görə yaranmış borcları tam şəkildə ödəmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən kafesinə baxış keçirilmişdir. Baxış zamanı qaz cihazları siyahıya alınmış və sayğaca baxış keçirilmişdir. Sayğaca baxış zamanı hər hansı müdaxilə edilməsi aşkar edilməmişdir. Bundan sonra cavabdeh orqanın əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, qaz cihazlarının saatlıq qaz sərfi sərfiyyatdan artıqdır. Həmin artıq sərfıyyat 12960 kubmetrdir. Bu məbləği 20 qəpiyə vurduqda 2592 manat eləmişdir. Cavabdeh orqanın təbirincə onun 2592 manat debitor borcu vardır. Bu borc məbləği tam əsassız hesablanmışdır. Belə ki, obyektində olan bütün qaz avadanlıqlarına təbii qaz sayğac vasitəsilə gəlir və ödənişi sayğacın göstəricilərinə görə ödəmişdir. Sayğac isə hər hansı müdaxilə edilmədən tam şəkildə işləmişdir. Ona görə də, cavabdeh orqan tərəfindən əsassız hesablanmış borc məbləği onun debitor hesabından silinməlidir. Cavabdeh İddiaçı qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon sakini İddiaçı Şəmkir RQİİ-nə borclu olduğu ümumilikdə 3058 manat 80 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Şəmkir rayon sakini İddiaçı Cavabdeh Şəmkir Regional X3rşı ona yazılmış qüsur aktının və akta görə hesablanmış 2592 manat borcun ləğv edilməsi tələbilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Qeyd edilmişdir ki, həmin borc ona qanunsuz hesablandığı üçün silinməlidir. Bununla əlaqədar bildirirlər ki, Şəmkir rayonunda yerləşən İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan obyektdə - yeməkxanada quraşdırılmış G-6 markalı 28260800 nömrəli qaz sayğacı vasitəsilə əlavə qaz işlədici avadanlıqlarla təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Bu fakt barədə Cavabdeh İB-nin mütəxəssisləri və cavabdehin nümayəndəsinin iştirakı ilə (akta imza olunmaqla) xx.xx.2019-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi üçün 12960 m3 təbii qaz sərfi, yəni 2592 manat dəymiş ziyan hesablanmışdır. Eyni zamanda, xx.xx.2020-ci il tarixədək həmin ünvanda istehlak edilən təbii qaza görə yaranmış 466 manat 80 qəpik borc da dəymiş ziyana əlavə edilməklə cavabdehin ümumilikdə Şəmkir RQİİ-nə 3 058 manat 80 qəpik borcu yaranmışdır. Bu barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə 01 XN-13HŞ-109 saylı xx.xx.2020-ci il tarixli rəsmi xəbərnaməli pretenziya məktubu göndərilməsinə baxmayaraq hal hazıra qədər həmin məbləğ ödənilməmişdir. Əksinə təbii qazdan istifadə edilib ödəniş aparılmamaqla borc məbləği artırılmışdır. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh İB-nin əməkdaşları yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişlər. Qazdan istifadəyə görə onun 466 manat 80 qəpik məbləğində debitor borcu vardır. Ona görə də, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehə məxsus qaz cihazlarının saatlıq qaz sərfi sərfiyyatdan artıq olduğu aşkar edilmişdir. Orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qaz sərfinə uyğun hesabat aparılmış və müəyyən edilmişdir ki, İddiaçı vurduğu ziyanın məbləği 12960 m3 yəni, 2592 manat təşkil edir. İlkin iddia tələbinin 466 manat 80 qəpik hissəsi isə abonentin sayğac üzrə debitor borcudur. Həmin məbləğ bu günə kimi ödənilməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi barədə qanunvericiliyin tələblərinin Cavabdeh İB-nin əməkdaşları tərəfindən pozulmasına gəldikdə hesab edir ki, yoxlayıcılar bu sahədə qanunvericiliyin tələblərini pozmamışlar. Belə ki, Cavabdeh İB müqavilə tərəfi olaraq istehlakçının qaz cihazlarını və sayğacı yoxlamışdır. Belə olan halda, abonent sahibkar olsa da, yoxlamının qeydə alınması tələb olunmur. Bu səbəbdən, yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul olunmamışdır. Ona görə də, qarşılıqlı iddianın təmin ediməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus Şəmkir rayonunda yerləşən yeməkxananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin Şəmkir XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2019cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus yeməkxanada olan qaz cihazları yoxlanılmış və qaz cihazlarının saatlıq qaz sərfi sərfiyyatdan artıq olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Vüqar Səmədov tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Şəmkir rayonu Yeniabad kəndində yerləşən fiziki şəxs İddiaçı (abonent kodu **********00075) məxsus yeməkxanaya aid G-6 markalı 28260800 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 16 m3/saat olduğu aşkar edilmişdir. Orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qaz sərfinə uyğun hesablanmış və nəticədə 12960 m3 yəni, 2592 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli abonentin saldosunda görünür ki, İddiaçı 2020-ci ilin yanvar ayında 3058 manat 80 qəpik məbləğində borc hesablanmış, həmin borcun 2592 manat hissəsi 2019-cu ilin fevral ayında akt əsasında hesablanmış məbləğ, 466 manat 80 qəpik isə istehlak edilmiş təbii qaza görə sayğacın göstəricisinə əsasən hesablanmış məbləğ təşkil edir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə sahibkarlıq fəailiyyəti ilə məşğul olan abonent İddiaçı məxsus yeməkxanada olan qaz cihazlarına və sayğaca baxış keçirilərək yoxlama aparılmış, həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına 2592 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlama qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə sahibkarlıq fəailiyyəti ilə məşğul olan abonent İddiaçı məxsus yeməkxanada olan qaz cihazlarına və sayğaca baxış keçirilərək yoxlama aparılarkən həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, yoxlama nəticəsində hesablanmış borc məbləği silinməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı hesablamış 2592 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, qarşılıqlı iddia qismən təmin edilməli, istehlak edilmiş təbii qaza görə sayğacın göstəricisinə əsasən hesablanmış 466 manat 80 qəpik məbləğində borc cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmalı, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00075) hesablamış 2592 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 466 manat 80 qəpik məbləğində borc cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-101/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-101/2020
09.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver