Məhkəmə qərarları › İş №e-2-2(115)-102/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-102/2021

15.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-102/2021 15.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 30 680,70 manat borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsinin ərazisində ona məxsus torpaq sahəsində istixana quraşdırılmış, Cavabdeh İB ilə arasında bağlanmış müqaviləyə əsasən qazadan istifadəyə görə ödənişlər etmiş, lakin sonra qonşuluqda olan istixanalara quraşdırılmış sayğacın eyni qaz sərfiyyatı olmasına baxmayaraq daha az yazdığını görmüş, cavabdeh orqana müraciət etmiş, ancaq nəticəsi olmamışdır. Daha sonra 30 680,70 manat borc hesablanmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğunu bildirmiş və ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə olunmuş: Qarşılıqlı hesablaşmalar haqqənda üzləşdirmə aktının surətindən görünür ki abonent İddiaçı 30 680,70 manat borcun olması barədə bağlı akta imza etmişdir. xx xxxxxxx 2018-ci il tarixli, GA-5063 nömrəli müqaviləsinin “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı İddiaçı Diruddun oğlu isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.Beləliklə, qeyd edilən iş materiallarından göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsi normativ tələblərə uyğun qazlaşdırılmış, obyektə olan sayğaca baxış keçirilərkən onun nöqsanı müəyyən olunmamışdır. Belə olan halda qaz sərfiyyatının normadan artıq hesablanması və yaxud səhvən hesablanması halları istisna edilir. Abonetin saldosundan görünür ki, abonent İddiaçı 43 261,70 manat borcu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf hesablanan borcun əsassız olması halları barədə faktiki halları və sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən hesablanmış 30380,70 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar