Məhkəmə qərarları › İş №e-2-2(115)-1025/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1025/2020

14.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1025/2020 14.12.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Hüseynovun xx xxxx 2020-ci il tarixli qərarından borclu “xxxx” MMC-nin nümayəndəsi N.Əliyev tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Borclu “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Hüseynovun xx xxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını, avans müqavilələri üzrə pulların alınıb dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi icra sənədi üzrə qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, “xxxx” MMC Tovuz rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarından şikayət ərizəsi verilməli olduğu halda, həmin qərarın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, lakin ərizəyə iddia icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Hüseynovun xx xxxx 2020-ci il tarixli qərarından “xxxx” MMC tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Hüseynovun xx xxxx 2020-ci il tarixli qərarından “xxxx” MMC tərəfindən verilmiş iddia ərizəsinin qəbulundan imtina olunsun. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar