Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1032/2025 04.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, müqavilədən imtina, iradə ifadəsinin üsulları) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx/xx/2023-cü il tarixli KBMK0218322B241 saylı Kredit müqaviləsinə əsasən 1986,93 AZN əsas; 483,59 AZN faiz;cəmi 2470,52 AZN borcun, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx/xx/2022-ci il tarixli KBMK8230691A241 saylı müqaviləsinə əsasən 9955,73 AZN əsas; 2639,26 AZN faiz;cəmi 12594,99 AZN və ödənilmiş 135,2 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında elektron qaydada bağlanmış xx/xx/2023-cü il tarixli KBMK0218322B241 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 10 000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh4 ilə Bank arasında xx/xx/2023-cü il tarixli ZKBMK0218322B241 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında xx/xx/2023-cü il tarixli ZKBMK0218322B241 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ASC ilə Cavabdeh2 arasında elektron qaydada bağlanmış xx/xx/2022-ci il tarixli KBMK8230691A241 saylı Kredit müqaviləsinə əsasən ona 22 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 20 000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh4 ilə Bank arasında xx/xx/2022-ci il tarixli ZKBMK8230691A241 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx/xx/2022-ci il tarixli ZKBMK8230691A241 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx/xx/2023-cü il tarixli KBMK0218322B241 saylı kredit müqaviləsinə əsasən 1986,93 AZN əsas; 483,59 AZN faiz; cəmi 2470,52 AZN borcu, xx/xx/2022-ci il tarixli KBMK8230691A241 saylı müqaviləsinə əsasən 9955,73 AZN əsas; 2639,26 AZN faiz; cəmi 12594,99 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.
II. Tərəflərin mövqeyi
3. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən məbləğdə borcu olduğunu etiraf edir və məbləğlərlə bağlı narazılığı yoxdur.
III. Sübutların tədqiqi
7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********18102021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilədən görünür ki, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bank tərəfindən müştəri(lərə)yə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin, bunun nəticəsində bank və müştəri arasında yaranan münasibətləri tənzimləyir. Müqavilədə istifadə olunan əsas anlayışlar Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan İ saylı Qoşmada əks olunmuşdur.
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********18102021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə xx.xx.2022-ci il tarixli, KBMK8230691A241 saylı əlavənin şərtlərindən görünür ki, bank məbləği 20000.00 (iyirmi min) manat olan krediti illik faiz dərəcəsi 22 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kreditin veriləcəyi bank hesab: 410400C**********114.
9. İddiaçı ASC ilə Cavabdeh2 arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli KBMK8230691A241 saylı Kredit müqaviləsinə əsasən ona 22 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 20 000 AZN məbləğində kredit (kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə) verilmişdir.
10. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 ilə arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli ZM-KBMK8230691A241 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti zaminlərin hər biri borcalanın Bank qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, hər bir Zamin Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır (1.1). Zaminliklə təmin edilən öhdəlik: xx.xx.2021-ci il tarixli **********18102021 №-li Bank Xidmətlərinin göstərilməsi barədə Ümumi Müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx-xx-2022 tarixli KBMK8230691A241 saylı Əlavəsi (bundan sonra Kredit Müqaviləsi) üzrə kreditin (bundan sonra kredit) qaytarılması və digər borcların ödənilməsi (1.2). Kreditin məbləği/valyutası: 20000AZN (1.4). Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi: 22% (1.5). Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: gecikdirilən əsas borc məbləğində gündəlik 0.5% (1.6). Kreditin müddəti: 36 ay (1.7).
11. xx.xx.2022-ci il tarixli, KBMK8230691A241 saylı kredit müqaviləsinə əlavənin ödəniş qrafikindən görünür ki, ilk ödəniş 19 dekabr 2022-ci il, son ödəniş tarixi isə 17 noyabr 2025-ci il olmaqla 20000 manat kredit məbləği və 7506,96 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
12. xx.xx.2022-ci il tarixli kassa məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür.
13. 02.12.2022-ci il tarixli kassa məxaric qəbzindən görünür ki, 4801 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür.
14. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********18102021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı əlavənin şərtlərindən görünür ki, bank məbləği 10000.00 (on min) manat olan krediti illik faiz dərəcəsi 22 % olmaqla 24 ay müddətinə kredit alana verir. Kreditin veriləcəyi bank hesab: 410400C**********114.
15. İddiaçı ASC ilə Cavabdeh2 arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı Kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 10 000 AZN məbləğində kredit (kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə) verilmişdir.
16. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli ZM-KBMK0218322B241 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti zaminlərin hər biri borcalanın Bank qarşısındayaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, hər bir Zamin Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır (1.1). Zaminliklə təmin edilən öhdəlik: xx.xx.2021-ci il tarixli **********18102021 №-li Bank Xidmətlərinin göstərilməsi barədə Ümumi Müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı Əlavəsi (bundan sonra Kredit Müqaviləsi) üzrə kreditin (bundan sonra kredit) qaytarılması və digər borcların ödənilməsi (1.2). Kreditin məbləği/valyutası: 10000AZN (1.4). Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi: 22% (1.5). Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: gecikdirilən əsas borc məbləğində gündəlik 0.5% (1.6). Kreditin müddəti: 24 ay (1.7).
17. xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı kredit müqaviləsinə əlavənin ödəniş qrafikindən görünür ki, ilk ödəniş 17 aprel 2023-cü il, son ödəniş tarixi isə 17 mart 2025-ci il olmaqla 10000 manat kredit məbləği və 2456,12 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
18. xx.xx.2023-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, 9850 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür.
19. 29 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı kredit müqaviləsinə əsasən 1986,93 manat əsas borcu, 483,59 manat məbləğində faiz bоrcu, cəmi 2470,52 manat, xx.xx.2022-ci il tarixli, KBMK8230691A241 saylı kredit müqaviləsinə əsasən 9955,73 manat əsas borcu, 2639,26 manat məbləğində faiz bоrcu, cəmi 12594,99 manat məbləğində borcu var.
20. 07 mart 2025-ci il tarixli bildirişlə müəyyən olunur ki, cavabdehlərə gecikdirilmiş ödəniş məbləğinin (xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı kredit müqaviləsinə əsasən 1986,93 manat əsas borcu, 483,59 manat məbləğində faiz bоrcu, cəmi 2470,52 manat, xx.xx.2022-ci il tarixli, KBMK8230691A241 saylı kredit müqaviləsinə əsasən 9955,73 manat əsas borcu, 2639,26 manat məbləğində faiz bоrcu, cəmi 12594,99 manat məbləğində borcun) banka qaytarılması, əks təqdirdə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
IV. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 408. Oferta 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Maddə 409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur
V. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
24. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
25. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
26. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
27. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh2 07 mart 2025-ci il tarixdə göndərilmişdir.
28. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 07 mart 2025-ci il tarixdə Cavabdeh2 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubda qeyd olunan xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 07 mart 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
29. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
30. 29 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı kredit müqaviləsinə əsasən 1986,93 manat əsas borcu, 483,59 manat məbləğində faiz bоrcu, cəmi 2470,52 manat, xx.xx.2022-ci il tarixli, KBMK8230691A241 saylı kredit müqaviləsinə əsasən 9955,73 manat əsas borcu, 2639,26 manat məbləğində faiz bоrcu, cəmi 12594,99 manat məbləğində borcu var.
31. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit müqaviləsi üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, edilən ödənişlər müqavilənin şərtlərinə və ödəniş qrafikində razılaşdırılmış qaydaya uyğun silinmişdir.
32. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini 07 mart 2025-ci il tarixli bildirişdə ifadə etmiş və xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcun 1986,93 manat, faiz borcunun isə 483,59 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcun 9955,73 manat, faiz borcunun isə 2639,26 manat,təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə xx.xx.2025-ci il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış əsas və faiz borclarını tələb edə bilər.
33. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzrə tutulmalı əsas borc 1986,93 manat, faiz borcu isə 483,59 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzrə tutulmalı əsas borc 9955,73 manat, faiz borcu isə 2639,26 manat müəyyən edilməlidir.
34. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
35. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, KBMK8230691A241 saylı kredit müqaviləsi üzrə 9955,73 manat əsas borc, 2639,26 manat faiz borcu olmaqla, cəmi 12594,99 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı kredit müqaviləsi üzrə 1986,93 manat əsas borc, 483,59 manat faiz borcu olmaqla, cəmi 2470,52 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
36. İddiaçı eləcə də 135,20 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 135,20 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,20 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KBMK8230691A241 saylı kredit müqaviləsi üzrə 9955,73 manat əsas borc, 2639,26 manat faiz borcu olmaqla, cəmi 12594,99 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı kredit müqaviləsi üzrə 1986,93 manat əsas borc, 483,59 manat faiz borcu olmaqla, cəmi 2470,52 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməlidir.
42. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KBMK8230691A241 saylı kredit müqaviləsi üzrə 9955,73 manat əsas borc, 2639,26 manat faiz borcu olmaqla, cəmi 12594,99 (on iki min beş yüz doxsan dörd manat doxsan doqquz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, xx.xx.2023-cü il tarixli, KBMK0218322B241 saylı kredit müqaviləsi üzrə 1986,93 manat əsas borc, 483,59 manat faiz borcu olmaqla, cəmi 2470,52 (iki min dörd yüz yetmiş manat əlli iki qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,20 (bir yüz otuz beş manat iyirmi qəpik) manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli