Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-106/2021 01.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən (ləğv prosesində) 2.076.328 manat məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” ASC (ləğv prosesindədir) arasında imzalanmış xx xxxxxx 2010-cı il tarixli və xx xxxx 2020-ci il tarixli borc müqavilələri ilə 2.041.686 manat birbaşa ödəniş qaydasında, habelə “xxxx” ASC-nin 184.537 manat kommunal (elektrik, qaz pulu) olmaqla İddiaçı MMC tərəfindən “xxxx” ASCyə 2.226.328 manat borc verilmişdir. Bu məbləğdən 149.895 manatı “xxxx” ASC tərəfindən geri ödənilmiş, lakin 2.076.328 manat borc ödənilməmiş qalmışdır. “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmişdir və cavabdeh hüquqi şəxs ləğvetmə prosesindədir. Bundan sonra İddiaçı MMC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində məktubla “xxxx” ASC-dən 2.076.328 manat borcun qaytarılması tələb edilmişdir lakin, cavabdeh tərəfindən borc ödənilməmişdir.xx xxxxxxx 2020-ci il tarixində xxxx”ASCnin ləğvetmə komissiyası İddiaçı MMC-yə 08 saylı məktubla müraciət etmiş və “xxxx”ASC xx xxxxxxxx 2020-ci il tarixinə İddiaçı MMC-yə borcunun olub-olmaması ilə bağlı dəqiqləşdirmə işlərinin aparılması məqsədi ilə borc tələblərini üzləşmə aktı tərtib etməklə və yaranmasını təsdiq edə sənədləri akta əlavə etməklə təqdim edilməsi xahiş edilmişdir. İddiaçı MMC SM/245 saylı, xx xxxxxxx 2020-ci il tarixli məktubla üzləşmə aktını və borcun yaranmasını təsdiq edən sənədləri cavabdehə təqdim etmişdir. Bundan əlavə olaraq, xx xxxxxxx 2020-ci il tarixində pretenziya ilə “xxxx” ASC-dən 2.076.328 manat borcun qaytarılması bir daha tələb edilmişdir. Bütün göstərilənlərə baxmayaraq ləğv prosesində olan cavabdeh tərəfindən 2.076.328 manat borcun qaytarılması təmin edilməmişdir. Halbuki, ləğv prosesinin başa çatması iddiaçı tərəfindən borcun geri alınmasını mümkün etməyəcəkdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Borcların qarşılıqlı üzləşdirilməsi aktına əsasən ******* manat məbləğində borc cavabdeh tərəfindən etiraf edilmişdir. Bundan başqa, cavabdehin “xxxx” ASC-yə və “Azəriqaz” İB-yə olan borcundan iddiaçı tərəfindən şifahi tapşırığa əsasən kömək məqsədilə müəssisənin fəaliyyətinin bərpa edilməsi üçün ödənilmişdir. Borcdan 149895 manat geri qaytarılmış, qalan məbləğ qaytarılmamışdır. Bununla bağlı cavabdehə məktub göndərilmişdir. Cavabdeh “xxxx” ASCyə və “Azəriqaz” İB-yə ödənilmiş 184517 manat borcu qəbul etmir. 184517 manat məbləğində borcun alınması ilə bağlı rəsmi sənəd yoxdur, ancaq ödəniş tapşırıqları vardır. Məbləği ödəməkdə məqsədləri müəssisənin fəaliyyətinin bərpa edilməsi olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə borc müqaviləsi bağlanılmışdır. Borcların qarşılıqlı üzləşdirilməsi aktına əsasən iddiaçıya ******* manat məbləğində bocları vardır. Ona görə də, iddianı qismən qəbul edirlər. Lakin, iddianın 184517 manat hissəsini qəbul etmirlər. Belə ki, bununla bağlı heç bir sübut yoxdur. Məhkəmədən iddianın qismən, yəni ******* manat hissədə təmin edilməsinə etiraz etmirlər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh “xxxx” ASC-nə hissə-hissə ******* manata qədər məbləğində borc verilmiş, cavabdeh borcu qəbul edərək, iddiaçının ilk tələbi ilə borc müqaviləsindən irəli gələn öhdəliyə uyğun olaraq 1 ay müddətinə iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh “xxxx” ASC-nə hissə-hissə ******* manata qədər məbləğində borc verilmiş, cavabdeh borcu qəbul edərək, iddiaçının ilk tələbi ilə borc müqaviləsindən irəli gələn öhdəliyə uyğun olaraq 1 ay müddətinə iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş borcların qarşılıqlı üzləşdirilməsi aktının surətindən görünür ki, tərəflər arasında üzləşmə aparılmış və borclu “xxxx” ASC-nin İddiaçı MMC-yə ******* manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci madddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh “xxxx” ASC İddiaçı MMC-dən borc almış, ayrılmış borc məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, ******* manat məbləğində öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı MMC cavabdehə borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ******* manat məbləğində borc cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin “xxxx” ASC-yə və “Azəriqaz” İB-yə olan kommunal ödənişlərə görə 184517 manat borcunun olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1891791 manat məbləğində borc cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-106/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-106/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver