Məhkəmə qərarları › İş №e-2-2(115)-1074/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1074/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1074/2023 18.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC BOKT-a (üçüncü şəxs "xxxx" MMC) qarşı borcun əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə 456494 manat əsas borc, 123868,20 manat faiz borcu olmaqla, cəmi 580362,20 manat borc məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 470,36 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un Bakı filialı Cavabdeh MMC ilə 30 sentyabr 2020-ci il tarixdə kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə bağlamışdır. Həmin kredit müqaviləsi üzrə qalan 456494 manat borc məbləği müqavilə imzalandığı tarixdən 2 ay güzəşt müddəti tətbiq edilməklə illik 10% olmaqla 3 ay müddətinədək restrukturizasiya edilmişdir. Cavabdeh restrukturizasiya müqaviləsinə əsasən əsas borcu və ona hesablanmış faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq vaxtında ödəməmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamış və borc ödənilməmiş qalmışdır. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı QSC BOKT-a təqdim etdiyi 25 aprel 2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqavilənin icrasının təmin edilməsi, 562356,5 manat məbləğinin İddiaçı QSC BOKT ilə Cavabdeh MMC arasında bağlanmış 05 mart 2019-cu il tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsinə və borcun təhvil-təslim edilməsinə dair akta əsasən ”X8 Kompleksi” MMC "xxxx" MMC-nə ******* manat məbləğində borc vermişdir. Həmin borc hesabına "xxxx" MMC-nə məxsus qeyri-yaşayış sahələri təmir edilərək satış vəziyyətinə çatdırılmalı və satışdan əldə edilən vəsait hesabına ”X8 Kompleksi” MMC-nin borcu qaytarılmalı idi. 2017-ci ildə "xxxx" MMC-nin "xxxx" ASC qarşısında 76885794,54 manat borc öhdəliyi yaranmış və həmin borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nə məxsus problemli aktivlər (borclar) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. İddiaçı QSC BOKT iddia ərizəsilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80188331,94 manat olan 82 adda daşınmaz əmlakı İddiaçı QSC BOKT-un balansına keçirilmişdir. Faktiki olaraq "xxxx" MMC 3007733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın "xxxx" MMC qarşısında öhdəliyi mövcuddur. Bu öhdəlik əslində "xxxx" MMC-nin ”X8 Kompleksi” MMC qarşısında 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə mövcud olan ******* manat borcunun ödənilməsinə yönəlməli idi. 2019-cu ildə ”X8 Kompleksi” MMC-nin maliyyə çətinliyi olduğundan İddiaçı QSC BOKT-dan 456494 manat kredit rəsmiləşdirmiş və faktiki olaraq "xxxx" MMC-nin İddiaçı QSC BOKT-a artıq ödəməsi olan 3007733,33 manat həmin kredit müqaviləsi üzrə 456494 manatın sığortası (girovu) kimi çıxış etmişdir. Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqaviləyə əsasən "xxxx" MMC-nin 3007733,33 manat dəyərində İddiaçı QSC BOKT-a olan artıq ödəməsindən 562356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində Cavabdeh MMC-nə keçirilməsi qərarlaşdırılmış və bu barədə İddiaçı QSC BOKT-a rəsmi məktublar göndərilmişdir. Məktuba cavab olaraq göstərilmişdir ki, sözügedən 3007733,33 manatdan bir hissəsi guya "xxxx" MMC-nin güzəşt müqaviləsinə əsasən digər şirkətlərə keçirilmiş və "xxxx" MMC-nə artıq ödəmə qalmamışdır. "xxxx" MMCnin faktiki olaraq Cavabdeh MMC-nə olan borcunu təsdiq etmiş və tələb hüququnun ötürülməsi barədə müqavilə müvafiq qaydada İddiaçı QSC BOKT-a təqdim edilsə də, məlum olmayan səbəblərdən tələb hüququnun ötürülməsi barədə müqavilə icra edilməmişdir. Beləliklə, tələb hüququnun ötürülməsi barədə müqavilə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunan "xxxx" MMC-nin 3007733,33 manat artıq ödəməsindən 562356,5 manat tələb hüququnun İddiaçı QSC BOKT-dan tutularaq Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə İddiaçı QSC BOKT qarşılıqlı iddia ərizəsinə etiraz verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT tərəfindən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 015 saylı məktubuna 02 may 2023-cü tarixli məktubla cavab verilmiş, "xxxx" MMC-nin İddiaçı QSC-nə ünvanladığı xx.xx.2020-ci il tarixli PR-x/20 saylı məktubunda "xxxx" MMC-nin 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsi üzrə “X9 Müəssisəsi” MMC-nin həmin borcu əvəzində İddiaçı QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçisi "xxxx" ASC-nə qaytarılmasını xahiş etmiş və bununla bağlı yaranacaq fərqdən imtina etmişdir. İddiaçı QSC həmin məktubda "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 05-01/025 saylı və “X9 Müəssisəsi” MMC-nin xx.xx.2020-ci il tarixli 01-01/025 saylı müraciətləri də nəzərə alınaraq "xxxx" MMC-nin İddiaçı QSC-nə olan 1418470,70 ABŞ dolları borcunun uçotdan çıxarıldığını, həmin borcun əvəzində İddiaçı QSC-nə təqdim edilmiş sözügedən torpaq sahəsinin "xxxx" ASC-nə qaytarıldığı, qeyd olunanların nəzərə alınaraq 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsində qeyd olunan borc üzrə "xxxx" MMC-nin İddiaçı QSC-nə hər hansı artıq ödəməsinin qalmadığı bildirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi tələb hüququ "xxxx" MMC-dən Cavabdeh MMC-nə güzəşt olunana qədər "xxxx" MMC-nin İddiaçı QSC-nə ünvanladığı xx.xx.2020-ci il tarixli PR-x/20 saylı məktubunda "xxxx" MMC-nin borcu üzrə yaranmış 2496522,24 manat məbləğində artıq ödəmənin məhkəmə qətnaməsi ilə “X9 Müəssisəsi” MMC-nin İddiaçı QSCnə "xxxx" ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1418470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilərkən yaranacaq fərqdən imtina etmiş və bunu öz rəsmi məktubu ilə təsdiq etmişdir. Bu səbəbdən də tələb hüququnun ötürülməsi barədə müqavilənin bağlanması İddiaçı QSC ilə əldə edilmiş razılaşmaya tam ziddir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı QSC BOKT-un Bakı filialı ilə Cavabdeh MMC arasında kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə qalan 456494 manat borc məbləği müqavilə imzalandığı tarixdən 3 ay müddətinədək restrukturizasiya edilmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Odur ki, Cavabdeh MMC-dən restrukturizasiya müqaviləsi üzrə 456494,00 manat əsas borc, 123868,20 manat faiz borcu olmaqla, cəmi 580362,20 manat borc məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 470,36 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddia ərizəsi iş materillarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. İş materillarında olan məktubdan da görürür ki, "xxxx" MMC-nin tələbi əsasında pulu başqa borca görə silinmişdir. Odur ki, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X4 qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" MMC-nin Beynəxlq Bank qarşısında yaranmış öhdəliyi ilə əlaqədar olaraq ona olan borcunun yığılması İddiaçı QSC-nin üzərinə qoyulmuşdu. İddiaçı QSC "xxxx" MMC-yə məxsus 82 adda əmlakı öz adlarına keçirmiş və bunun nəticəsində onların "xxxx" MMC-yə ******* manat civarında borcu yaranmışdır. "xxxx" MMC-nin həmçinin onların şirkətinə borcu var idi. O cümlədən onlar İddiaçı QSC-dən 500000 manat kredit götürmüşlər, lakin heç bir ödəniş etməmişlər. Bunundan sonra da "xxxx" MMC İddiaçı QSC-nin ona olan borcunun 500000 manatını onlara güzəşt etmişdir. İddiaçı QSC-dən aldıqları kredit məbləğini onların olan borcu ilə əvəzləşdirmək istəyirlər. Onlar İddiaçı QSC BOKT-dan 500000 manat kredit götürərkən hər hansı girov və ya ipoteka predmeti tələb edilməmişdir. Aydındır ki, bu qədər pulu kredit şirkəti bir hüquqi şəxsə hər hansı təminat olmadan verməzdi. Kredit təşkilatının "xxxx" MMC-yə borcu olduğu üçün onlara həmin məbləğdə kredit vermişdir. Onların şirkəti Ağstafa şəhərində, kredit təşkilatı isə Bakı şəhərində olmuşdur və necə ola bilər ki, kredit təşkilatı tanımadığı bir hüquqi şəxsə 500000 manat kredit versin. Kredit 2019-cu ildə verilmişdir, lakin 2023-cü ilədək onlarla kredit şirkəti arasında hər hansı mübahisə olmamışdır. Burdan aydın olur ki, tərəflər arasında razılaşma mövcud olmuş, qarşı tərəf "xxxx" MMC-yə olan borcuna görə onlara bu məbləğdə kredit verilmişdir. Qaldıki pulun əvəzləşdirilməsi məsləsinə, məktubla bu qədər məbləğdə puldan silinməsi mümkünsüzdür. Məhkəmənin hazırlıq iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, onların şirkəti təmir-tikinti işlərin həyata keçirilməsi fəaliyyəti ilə məşğul olur. Şirkətin İddiaçı QSC BOKT-a ******* manat borcu olmuş, borc məbləğinə görə 80000000 manatlıq əmlakları kredit təşkilatının nəzdinə keçmişdir. Bundan sonra kredit təşkilatının onlara ******* manat borcu yarandı. Lakin həmin pul bugünədək onlara qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs "xxxx" MMC-nə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 05 mart 2019-cu il tarixli 000497 saylı kredit müqaviləsindən görünür ki, ona avadanlıq alınması məqsədilə illik faiz məzənnəsi 10 faiz, güzəşt müddəti 2 ay, kreditin müddəti isə 3 ay olmaqla, 460000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli kredit borcunun restruktrizasiya edilməsinə dair müqaviləsindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 05 mart 2019-cu il tarixli 000497 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu restruktrizasiya olunmuş və həmin kreditdən müqavilə bağlanan tarixə 456494 manat əsas borc ödənilməmiş qalmışdır. Həmin borcun müqavilə bağlanıb imzalandığı tarixdən 3 ay güzəşt müddəti olmaqla 31 dekabr 2020-ci il tarixdək kredit təşkilatına ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsindən görünür ki, borc verən "xxxx" MMC borc alan "xxxx" MMC-nə ******* manat məbləğində borc vermişdir. İş materiallarında olan 15 noyabr 2016-cı il tarixli təhvil təslim aktından görünür ki, tərəflər arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə 100 manatlıq əskinazla 240 paçka, hər biri on min manat olmaqla, iki milyon dörd yüz min manat, 50 manatlıq əskinazla 30 paçka, hər biri beş min manat olmaqla, bir yüz əlli min manat olmaqla, ümumilikdə ******* manat dəyərində pul əskinazlarının sayılaraq borc alana təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli “Tələb hüququnun ötürülməsi barədə” 001 saylı müqavilədən görünür ki, tərəflər "xxxx" QSC qarşısında mövcud olan öhdəlik barədə razılığa gəlmişdirlər ki, “Property”-nin 3007733,33 manat dəyərində "xxxx" QSC-nə olan artıq ödəməsindən 562356,50 manat tələb hüququ müvafiq qanunvericilik çərçivəsində “AASK”-ya keçirilsin, “Property”-nin "xxxx" QSC-nə olan artıq ödəməsi 2445376,83 manat müəyyən edilsin. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı QSC BOKT-un cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 76885794,54 manat (əsas borc 40000000 manat, faiz borcu 36885794,54 manat), 168806,15 ABŞ dolları faiz borcu və 427,73 avro faiz borcu məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-un xeyrinə tutulması, borc tələbinin cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan 86 adda daşınmaz əmlaka yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, İddiaçı QSC BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, sadalanan əmlaklar borc tələbinin ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdeh "xxxx" MMC-nə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, İddiaçı QSC BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC-nin 40000000 manat əsas borc, 36885794,54 manat faiz norcu olmaqla, cəmi 76885794,54 manat, 168806,15 ABŞ dolları və 427,73 avro məbləğində kredit borcu, və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, borc tələbi "xxxx" MMC-nin mülkiyyətində olan 82 adda qeyri-yaşayış sahəsinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və İddiaçı QSC BOKT-un yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı QSC-nə ünvanlanmış 14 iyul 2020-ci il tarixli PR-x/20 saylı məktubdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin cəmi 76885794,54 manat, 168806,15 ABŞ dolları və 427,73 avro məbləğində kredit borcunun həmin qətnamədə göstərilən daşınmaz əmlaklara (82 adda) yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilən əmlaklardan biri olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227,3 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) dəyəri 566381,20 manat əvəzinə səhvən 1154,939,23 manat kimi göstərilmişdir. Hesab edilir ki, bu texniki səhvdir, həmin əmlakın dəyəri 566381,20 manat kimi götürülməklə və həmin texniki səhv nəzərə alınmaqla qətnamədə göstərilən bütün əmlakların dəyəri 80181331,94 manat kimi qəbul edilməlidir. Həmin qətnamə icra olunduqdan sonra "xxxx" MMC-nin qətnamə üzrə əmlakların verilməsi nəticəsində İddiaçı QSC-nə müəyyən məbləğdə artıq ödəməsi yaranmışdır. Qətnamə icra olunduqdan sonra X5 həmin qətnamədən 569869,69 manat dəyərində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanında yerləşən 228,7 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı hissədə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(10)-788/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi həmin əmlakla bağlı hissədə ləğv edilmiş və İddiaçı QSC-nin iddiası həmin hissədə təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-72/2020 saylı qətnaməsi ilə X2 iddiası təmin edilərək, Daşınmaz Əmlakların Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanda yerləşən 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı QSC-nin mülkiyyət hüququna aid qeydiyyatda və həmin qeydiyyat əsasında verilmiş çıxarışda dəyişiklik edilərək İddiaçı QSC-nin əvəzinə X2 qeyd edilməsi qət edilmişdir. Həmin qətnamələr əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanda yerləşən 228,7 kv.m qeyri-yaşayış sahəsinin X3 verilməli olduğu nəzərə alınaraq, hazırki günə "xxxx" MMC-nin borcu üzrə artıq ödəmənin məbləğinin (xarici valyutanın xx.xx.2020-ci il tarixinə Azərbaycan manatına nisbəti nəzərə alınaraq) 2496522,24 manat olduğu hesab edilir. Bundan əlavə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-178/2018 saylı qətnaməsi ilə İddiaçı QSC-nin “X9 Müəssisəsi” MMC-nə qarşı iddiası qismən təmin edilərək “X9 Müəssisəsi” MMC-nin cəmi 1418470,70 ABŞ dolları məbləğində kredit borcunun cəmiyyətin təsisçisi olan "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilməsi, "xxxx" ASC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, İddiaçı QSC-nin yuxarıda qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qət edilmiş, həmin qətnamə icra olunaraq Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsi müvafiq çıxarışa əsasən İddiaçı QSC-nin mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(10)-788/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında "xxxx" MMC-nin borcu üzrə yaranmış 2496522,24 manat məbləğində artıq ödəmənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi ilə “X9 Müəssisəsi” MMC-nin İddiaçı QSC-nə "xxxx" ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1418470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləçdirilməsini, X9 Müəssisəsi” MMC-nin borcunun qarşılığında İddiaçı QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin "xxxx" ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1418470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilərkən yaranacaq fərqdən də imtina edirlər. İş materiallarında olan “X9 Müəssisəsi” MMC tərəfindən İddiaçı QSC-nə ünvanlanmış 14 iyul 2020-ci il tarixli 01-01/025 saylı məktubdan görünür ki, həmin artıq ödəmənin 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş "X9 Müəssisəsi" MMC-nin 1418470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilməsinə, həmin borcun əvəzində "xxxx" QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə qaytarılmasına etiraz etməmişlər. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh MMC-nə ünvanladığı 12 aprel 2023cü tarixli 011 saylı məktubdan görünür ki, 07 aprel 2023-cü il tarixli sizin tələbinizə əsasən Ağstafa rayonunda 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsinə əsasən alınmış borcun bağlanması ilə bağlı tərəflərindən bir sıra təkliflər bildirilmişdir. Onlardan əldə edilmiş borc vəsaiti hesabına müəssisənin əmlakları təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Daha sonra müəssisənin borclu olduğu digər kreditorlardan olan İddiaçı BOKT QSC tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək, müəssisədən 76885794,54 manat, 168806,15 ABŞ dolları, 427,73 avro məbləğində, ümumilikdə 77173598,61 manat kredit borcunun ödənilməsi ilə bağlı borcun müəssisənin əmlaklarına yönəldilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qərarı üzrə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80188331,94 manat olan 82 adda daşınmaz əmlakları İddiaçı BOKT QSC-nin balansına keçirilmişdir. Faktiki olaraq müəssisə 3007733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın "xxxx" MMC qarşısında öhdəliyi mövcuddur. Sözügedən vəsaitin ******* manat hissəsinin İddiaçı BOKT QSC-dən tələb hüququnun müvafiq qanunvericiliyə əsasən sizə keçirilməsini və bununla da öhdəliyin tam bağlanmasını təklif etmişlər. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 02 may 2023-cü il tarixli 13-7/2-3-13/924/2023 saylı məktubdan görünür ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsində qeyd edilən borc üzrə "xxxx" MMC-nin İddiaçı QSC-nə hər hansı artıq ödəməsi qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə ilkin iddia ilə bağlı qeyd edir ki, İddiaçı SKT ilə Cavabdeh MMC arasında bağlanmış 05 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən avadanlıq alınması məqsədilə illik faiz məzənnəsi 10 faiz, güzəşt müddəti 2 ay, kreditin müddəti isə 3 ay olmaqla 460000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli kredit borcunun restrukturizasiya edilməsinə dair müqaviləyə əsasən borcun məbləği 456494 manat müəyyən olunmuş, borcun müqavilə bağlanıb imzalandığı tarixdən 3 ay güzəşt müddəti olmaqla 31 dekabr 2020-ci il tarixdək kredit təşkilatına ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini ilkin iddia üzrə cavabdehə vermiş, ilkin iddia üzrə cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İlkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya 456494 manat əsas borc və 123868 manat 20 qəpik faiz borcu yaranmışdır. Odur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 456494 manat əsas borc və 123868 manat 20 qəpik faiz borcu ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı bildirir ki, qarşılıqlı iddiaçı tərəflərindən "xxxx" MMC-yə müqavilə əsasında borc verildiyini, İddiaçı QSC BOKT-un da "xxxx" MMC-yə ödəməli vəsait olduğunu, sonuncu ona ödəniləcək məbləğin 562356,50 manat hissəsinin tələb hüququnu Cavabdeh MMC-yə güzəşt etdiyini, bu səbəbdən borcların əvəzləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, istər iş materiallarından, istər qarşılıqlı iddia üzrə iddiaçının və cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən İddiaçı QSC BOKT-un "xxxx" MMC-yə hər hansı artıq ödəməsinin qalması təsdiq olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Qazax 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Həmçinin iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin məhkəmədə baxılması üçün 470,36 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 470,36 manat dövlət rüsumu da ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 400 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2020ci il tarixli kredit borcunun restruktrizasiya edilməsinə dair müqavilə üzrə 456494 manat əsas borc və 123868 manat 20 qəpik faiz borcu olmaqla, cəmi 580362 (beş yüz səksən min üç yüzaltmış iki) manat 20 (iyirmi) qəpik kredit borcu və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci, 470 (dörd yüz yetmiş) manat 36 (otuz altı) qəpik dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Cavabdehndən 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar