Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-108/2021 31.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış 23716,56 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Cavabdeh “X3 X5 İdarəsinin Gəncə Xidmət sahəsi İddiaçı MMC-nin 10 sentyabr 2020-ci il tarixə qazın istehlakına görə 23.716,56 manat borc yaranması barədə “X1 Üzləşdirmə” Aktı tərtib etmişdir. Belə ki, İddiaçı MMCnin istifadəsində olan qaz sayğacının elektron göstəriciləri ilə mexaniki göstəricisi arasında fərq yaranmışdır. Bu fərq 2015-ci ildən bəri olan abonentin saldosunda da öz əksini tapır. Cavabdeh İB-nin Gəncə RQİİ tərəfindən hər dəfə sayğacın üzərində daha çox sərfıyyat göstəricisi olaraq elektron göstəricinin rəqəmləri əsas götürülməklə qaz sərfıyatınm miqdarı hesablanmışdır. Bu səbəbdən də müəssisəyə qaz sərfıyyatına görə hər ay artıq pul hesablanmışdır. Nəhayət ki, sayğacın üzərində olan elektron göstərici işləmədiyi üçün ******* saylı aktla 22 sentyabr 2020-ci il tarixdə müəssisənin istifadəsində olan sayğac labaratoriyada yoxlanmaq üçün çıxarılmış və ******* saylı aktla Cavabdeh İB-nin Gəncə RQİİ-si tərəfindən yeni sayğac quraşdırılmışdır. Abonentin saldosundan görünür ki, 22 sentyabr 2020-ci il tarixdə Cavabdeh İB tərəfindən quraşdırılmış sayğacın üzərində olan mexaniki və elektron sayğacın göstəriciləri eynidir və bu heç bir mübahisənin yaranmasına səbəb olmur. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 30.09.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin istifadəsində olmuş sayğac labaratoriyada müayinə olunduqdan sonra sayğacın elektron göstəricisinin işləməməsinə səbəb batareyanın istismar müddətinin bitməsi olması müəyyən edilmişdir. Sayğaca müdaxilə aşkar edilməmişdir. Cavabdeh “Cavabdeh “İstehsalat Birliyi tərəfindən İddiaçı MMC-yə qazın istehlakına görə hesablanmış ,30.09.2020-ci il tarixədək olan 23716,56 manat məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əsassız hrsablanmış borcun ləğv edilməsini xahiş etdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: 30 sentyabr 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, 1-ci mikrorayonda yerləşən İddiaçı MMC –yə baxış zamanı nöqsan kimi, korrektorun sönməsi mexaniki hissədən keçən 196743 m3 qaz həcmi elektron hissədə qeydə alınmaması qeyd olunub. 30 sentyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 196743 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Cəmi 77495 m3 sərfiyyatın əvəzi olaraq 23716,56 manat istehlakçı tərəfindən vurulmuş zərər kimi ondan tələb edilmişdir. “Cavabdeh “X3 X5 İdarəsinin Gəncə Xidmət sahəsi tərəfindən tərtib edilən “X1 Üzləşdirmə” Aktında İddiaçı MMC-nin 10 sentyabr 2020-ci il tarixə qazın istehlakına görə 23716,56 manat borcunun yaranması qeyd edilmişdir.Lakin akt İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanmamışdır. Məhkəmə qeyd edir ki, qazdan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Vurulmuş zərərə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki baş vermiş nasazlığın əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisə üzrə borc məbləğininn hesablanmasının əsasında qaz sayğaçının korrektorunun sönməsi nəticəsində sərfiyyatın düzgün aparılmaması dayanır. Lakin korrektorun sönməsində istehlakçının hər hansı bir hərəkət və ya hərəkətsizliyinin dayanması aşkar olunmur. Korrektorun sönməsi ilə isrehlakçının hərəkəti və ya hərəkətsizliyi arasında hər hansı bir səbəbli əlaqə görünmür. Buna baxmayaraq itirilmiş sərfiyyat qismində zərər istehlakçıdan tələb olunur. İş üzrə sənədlərdən göründüyü kimi 30 sentyabr 2020-ci il tarixli akta əsasən 15499 (qırx üç min beş yüz otuz iki manat 60 qəpik) manat vəsait vurulmuş zərərərin dəyəri olaraq istehlakçının hesabına yazılmışdır. Abonentin saldosundan görünür ki, 2020-ci ilin mart ayından etibarən sayğacın elektron göstəricisinin rəqəmləri ******* olaraq dəyişilməz qalmışdır. Nəzərə alsaq ki, Cavabdeh İB-nin əməkdaşı sayğacın sərfiyyatını yoxlamaq üçün ən azından hər ayda bir dəfə obyektə gələrək borcu müəyyən edib bu barədə bildiriş təqdim edir. Belə olan halda Cavabdeh İB-nin əməkdaşları korrektorun sönməsini və bu səbəbdən sayğacın elektron hissəsinin vaxtında bilməli və bunun səbəblərini araşdırmalı idi. Buradan belə nəticəyə gəlmək mümkündür ki, zərərin yaranmasına Cavabdeh İB-nin əməkdaşları şərait yaratmışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən,zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 30 sentyabr 2020-ci il tarixli akta əsasən hesablanmış 15499 (qırx üç min beş yüz otuz iki manat 60 qəpik) manat borc istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “İstehsalat Birliyi tərəfindən hesablanmış 15499 (on beş min dörd yüz doxsan doqquz) manat borc İddiaçı MMC-nin abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-108/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-108/2021
31.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver