Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-109/2022 03.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğvi, pulun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğvi, pulun ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh2 arasında 23.05.2019-cu il tarixdə bağlanmış 03/0050/DLİZ nömrəli X4 müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC-yə məxsus “SHACMAN SX3255DR354” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019cu il tarixdə 03/0050/DLİZ nömrəli X4 müqaviləsinə əsasən yaranmış 18786 manat 20 qəpik əsas borc, 7513 manat 44 qəpik mükafat borcu, gecikdirilmiş 355 manat 46 qəpik cərimə məbləği cəmi 26655 manat 10 qəpik lizinqi borcu məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cu il tarixdə 03/0050/DLİZ nömrəli X4 müqaviləsinə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2011-ci il buraxlışı olan, “SHACMAN SX3255DR354” markalı, ban LZGCLR2R41BX065979 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh2 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 23.05.2019-cu il tarixdə 03/0050/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 27300 manat təşkil edir. Bu ümumi məbləğdən 10744 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 23.06.2019-cu il tarixdən etibarən hər ay 1056 manat 78 qəpik olmaqla ödəniş etməli olduğu təqdirdə ödənişlər gecikdirilməsi səbəbindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı MMC məxsus “SHACMAN SX3255DR354” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi və iddianın həcminin artırılması barədə məhkəməyə ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında 23.05.2019-cu il tarixdə bağlanmış 03/0050/DLİZ nömrəli X4 müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC-yə məxsus “SHACMAN SX3255DR354” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019cu il tarixdə 03/0050/DLİZ nömrəli X4 Müqaviləsinə əsasən yaranmış 18786 manat 20 qəpik əsas borc, 9169 manat 75 qəpik mükafat borcu, gecikdirilmiş 355 manat 46 qəpik cərimə məbləği cəmi 28311 manat 41 qəpik lizinqi borcu məbləğinin və ödənilmiş 341 manat dövlət rüsumunun və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddia məhkəməyə verildikdən sonra cavabdehlər tərəfindən heç bir ödəniş olunmamışdır. Cavabdehlərlə danışıqlar aparılsa da aramızda razılıq əldə olunmamışdır. Tərəflər arasında olan müqavilənin 11.4-cü bəndinə əsasən lizinq alan ardıcıl olaraq 2 ay ödənişləri etməzsə lizinq verən müqavilənin ləğvini və lizinq obyektinin geri qaytarılmasınıtələb edə bilər. Odur ki, iddia tələbənin tam təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçı təşkilat ondan həm avtomobili, həm də ödənilməyən pul məbləğini tələb edir. Avtomobil qəzaya düşərək yararsız vəziyyətə düşmüşdür. Hesab edir ki, ona vurulan zərər üçün sığorta şirkəti öhdəlik daşıyır və o, ya maşını qaytarmalı ya da ki pulu ödəməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cu il tarixli, 03/0050/DLİZ nömrəli X4 müqaviləsindən görünür ki, lizinq verən 1 ədəd, 2011-ci il buraxlışı olan, “SHACMAN SX3255DR354” markalı, LZGCLR2R41BX065979 ban nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cu il tarixli, 03/0050/DLİZ nömrəli X4 müqaviləsinin 9.4-cü bəndindən görünür ki, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 27300 manat təşkil edir. Bu məbləğdən 10744 manat lizinq verənin mükafatını təşkil edir. İş materillarına əlavə edilmiş 23.05.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən İddiaçı MMC-yə məxsus «Shacman SX3255DR354» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh2 təhvil verilmişdir. İş materillarına əlavə edilmiş 23.05.2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh2 03/0050/DLİZ saylı müqavilədə göstərilən öhdəlik bitənə qədər, sığorta hadisəsi baş verdikdə yaranan çətinliklərin (sığorta şirkəti və ya servis ilə bağlı narazılıq) bank qarşısında olan öhdəliyinə heç bir təsir göstərməcəyi barədə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. 30.11.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 23.05.2019-cu il tarixli, 03/0050/DLİZ nömrəli X4 müqaviləsi üzrə 30.11.2021-ci il tarixə 18786 manat 20 qəpik əsas borc, 9169 manat 75 qəpik mükafat borcu, 355 manat 46 qəpik cərimə borcu olmaqla, cəmi 28311 manat 41 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cu il tarixli, 03/0050/DLİZ nömrəli X4 müqaviləsinin 11.3-cü bəndindən görünür ki, lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5 faizi məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23.05.2019-cu il tarixli, 03/0050/DLİZ nömrəli zaminlik müqaviləsindən görünür ki, lizinq verən və lizinq alan arasında bağlanılmış 23.05.2019-cu il tarixli, 03/0050/DLİZ nömrəli X4 müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş “SHACMAN SX3255DR354 YÜK” markalı avtomobildən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizinq verənə 27300 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. 28 sentyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 203 manat mediasiya xərcini ödəmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 341 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cu il tarixli 03/0050/DLİZ nömrəli daxili lizinq müqaviləsi ləğv edilməli, «Shacman SX3255DR354» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh2 alınaraq İddiaçınə qaytarılmalı, 18786 manat 20 qəpik əsas borc, 9169 manat 75 qəpik mükafat borcu, 355 manat 46 qəpik cərimə borcu olmaqla, cəmi 28311 manat 41 qəpik məbləğində borc, ödənilmiş 341 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cu il tarixli 03/0050/DLİZ nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. «Shacman SX3255DR354» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh2 alınaraq İddiaçınə qaytarılsın. 18786 manat 20 qəpik əsas borc, 9169 manat 75 qəpik mükafat borcu, 355 manat 46 qəpik cərimə borcu olmaqla, cəmi 28311 manat 41 qəpik məbləğində borc, ödənilmiş 341 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-109/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-109/2022
03.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver