Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1115/2024 27.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə. İddiaçı “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh tərəfindən hеsаblаnmış 1924 mаnаt bоrcun silinməsinə dаir qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təsis еtdiyi Hаcı-Tаğı Kəndli Fеrmеr Təsərrüfаtına xx.xx.2023-cü il tаriхli məktub göndərilərək bildirilmişdir ki, guyа Hаcı-tаğı Kəndli Fеrmеr Təsərrüfаtının tоrpаq sаhələrinin icаrəsi vərəqi üzrə xx.xx.2023-cü il tаriхə 1924 mаnаt bоrcu yığılmış, bu bаrədə iddiаçı оlаrаq təsərrüfаtа bildiriş göndərilmişdir. İcаrə bоrcu üzrə ona vеrilmiş tоrpаq sаhəsindən аrtıq 2019-cu ilin fеvrаl аyındаn istifаdə еdə bilmir. Qеyd оlunаn müqаvilənin məcburi icrаsı ilə bаğlı təsisçi оlаrаq tərəfindən Dаşkəsən Rаyоn Məhkəməsinə mürаciət еdilsə də məhkəmə qətnаməsi hələ də icrа еdilməmişdir. Bu bахımdаn onun tоrpаq sаhəsindən istifаdə еdə bilmədiyi hаldа ona hеsаblаnmış hər ili 481,68 mаnаt olmaqla ümumilikdə 1924 manat bоrcun silinməsi bаrədə və bоrcunun оlub-оlmаmаsı bаrədə mürаciət еtsə də cаvаbdеh tərəfindən onun 1924 mаnаt bоrcunun оlmаsı bildirilmişdir. Bu bахımdаn həmin bоrcun silinməsi bаrədə məhkəməyə mürаciət еtmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, icаrə bоrcu üzrə ona vеrilmiş tоrpаq sаhəsindən аrtıq 2019-cu ilin fеvrаl аyındаn istifаdə еdə bilmir. Qеyd оlunаn müqаvilənin məcburi icrаsı ilə bаğlı təsisçi оlаrаq tərəfindən Dаşkəsən Rаyоn Məhkəməsinə mürаciət еdilsə də məhkəmə qətnаməsi hələdə icrа еdilməmişdir. Bu bахımdаn onun tоrpаq sаhəsindən istifаdə еdə bilmədiyi hаldа ona hеsаblаnmış hər ili 481,68 mаnаt olmaqla ümumilikdə, 1924 manat bоrcun silinməsi bаrədə və bоrcunun оlub-оlmаmаsı bаrədə mürаciət еtsə də cаvаbdеh tərəfindən onun 1924 mаnаt bоrcunun оlmаsı və borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməyi ona bildirilmişdir. Cаvаbdеh Cavabdeh tərəfindən hеsаblаnmış 1924 mаnаt bоrcun ləğv еdilməsinə dаir qətnamə qəbul еdilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı həqiqətən də Cavabdeh tərəfindən ona icarəyə verilmiş torpaq sahəsindən 2019-cu ildən 2022-ci ilə qədər istifadə edə bilməmişdir. İddiaçı ilə aralarında olan müqavilə əsasında onun ödəməli olduğu pul məbləği 250 manat olduğundan 4 il üçün bu müddət 1000 manat təşkil etməlidir. İddiaçının istifadəsində başqa torpaq sahələri olduğundan vergi orqanı tərəfindən ona təqdim edilmiş borc ümumi borcdur. Ona görə də onu müəyyənləşdirmək mümkün deyildir. Hazır ki vəziyyətdə onların iddiaçı ilə aralarında olan münasibətə əsasən ödənilməli olan borcu 1000 manat təşkil etməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X10 məhkəmə iclasında izahatında bildirmişdir ki, Cavabdeh onlara göndərdiyi məktub natamam xarakter daşıyır. Cavabdeh vergi orqanına hər hansı bir şəxsin vergi borcundan azad olunması ilə bağlı göstəriş vermək səlahiyyəti yoxdur. Vergi qurumu icra hakimiyyətindən gələn məktublar əsasında icarə haqqı borcunu hesablayır. Əgər vergi idarəsinə icarə haqqı borcunun silinməsi ilə bağlı məktub gələrsə, həmin borcun silinməsi ilə bağlı məsələyə baxılacaqdır. Burada vergi qurumunun hər hansı marağı yoxdur. Əgər həmin torpaqdan istifadə edə bilmirsə, bu iddiaçı və cavabdehin arasında olan mübahisə ilə bağlıdır və icra hakimiyyəti bu məlumatı vergi qurumuna təqdim etmədiyi halda vergi orqanı bu məsələdən məlumatsız olur. İcarə haqqı borcuna görə hər hansı faiz məbləği hesablanmır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, sərəncamlar, məktublar, şəxsi hesab vərəqəsi, məhkəmə qətnaməsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə əsasən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifəsidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 122 nömrəli Sərəncamına əsasən xx.xx.2014-cü il tarixli Sərəncamla “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş 23 və 24 nömrəli Dövlət fondu yay otlaq sahəsindən ayrılmış 270 ha torpaq sahəsi Daşkəsən rayonuna məxsus 24 saylı Dövlət fondu yay otlaq sahəsindən 125 ha torpaq sahəsi ilə əvəzləşdirilsin və 10 il müddətinə “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı”na icarəyə verilsin. İş materiallarına əlavə edilmiş “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 04 sentyabr 2014-cü il tarixli, 32 nömrəli icarə müqaviləsinə əsasən 24 nömrəli yay otlaq sahəsindən 125 ha torpaq sahəsi 10 il müddətinə “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinın icarəsinə verilmişdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən illik icarə haqqı 250 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 01 nömrəli Sərəncamına əsasən Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 122 nömrəli Sərəncamına dəyişiklik edilərək 71 nömrəli dövlət fondu yay otlaq sahəsindən 125 ha ayrılıb “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı”nın icarəsinə verilsin. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli ödənişlər barədə məlumatdan görünür ki, uçot məlumat bazasına əsasən “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq icarəsi üzrə 2586,60 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Başçısı tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış 5-42/2-539/2023 nömrəli 10 iyul 2023-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh Başçısın xx.xx.2014-cü il tarixli 122 saylı sərəncamına əsasən 24 nömrəli Dövlət fondu yay otlaq sahəsindən 125 ha torpaq sahəsi ayrılıb xırda buynuzlu davarların saxlanması üçün Hacı Tağı kəndli fermer təsərrüfatının istifadəsinə verilmişdir. Hacı Tağı kəndli fermer təsərrüfatının istifadəsində olan xırda buynuzlu davarların saxlanması üçün, 2019-cu ildən 2022-ci ilə qədər həmin 24 sayı Dövlət fondu yay otlaq sahəsinə apara bilmir. Belə ki, həmin ərazi qanunsuz olaraq ayrıayrı Xoşbulaq kənd sakinləri tərəfindən zəbt olunaraq istifadə olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Hacı Tağı kəndli fermer təsərrüfatının həmin ərazidən 2019- 2022-ci illər üzrə istifadə edə bilmədiyini nəzərə alaraq torpaq vergisindən azad edilməsi 12 saylı Ərazi Vergilər Baş İdarəsindən xahiş olunmuşdur. İş materiallarında olan “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, müəssisənin xx.xx.2024-cü il tarixə 1951,11 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 16 iyul 2024-cü il tarixli məlumatdan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-09/2021 saylı xx.xx.2021ci il tarixli icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və məlumat üçün tərəflərə göndərilmişdir. Tərəflərindən xx.xx.2021-ci il tarixə icra işi təyin edilmişdir və həmin tarixdə əraziyə baxış keçirilmişdir və icra sənədində qeyd edilmiş borcluların həmin ərazidə olmadığını və hər hansı maneənin olmadığı tərəflərindən müəyyən edilmişdir. İş üzrə tələbkar İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək bildirmişdir ki icra sənədində qeyd edilmiş borclular tərəfindən onun istifadəsində olan torpaq sahəsinə hər hansı maneə yoxdur və borclularla razılığa gəlmişdir. Daşkəsən Rayon məhkəməsinin 2(030)-09/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsini geri məhkəməyə qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin geri məhkəməyə qaytarılmasına dair qərar qəbul olunaraq icra sənədi Daşkəsən Rayon Məhkəməsinə qaytarılmışdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 122 nömrəli Sərəncamına əsasən xx.xx.2014-cü il tarixli Sərəncamla “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş 23 və 24 nömrəli Dövlət fondu yay otlaq sahəsindən ayrılmış 270 ha torpaq sahəsi Daşkəsən rayonuna məxsus 24 saylı Dövlət fondu yay otlaq sahəsindən 125 ha torpaq sahəsi ilə əvəzləşdirilmiş və 10 il müddətinə “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı”na icarəyə verilmişdir. “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 04 sentyabr 2014-cü il tarixli, 32 nömrəli icarə müqaviləsinə əsasən 24 nömrəli yay otlaq sahəsindən 125 ha torpaq sahəsi 10 il müddətinə “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinın icarəsinə verilmişdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən illik icarə haqqı 250 manat təşkil etmişdir. Müqavilə bağlandığı vaxtdan iddiaçı hər il icarə haqqını vaxtı-vaxtında ödəmiş və müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə icra etmiş, eyni zamanda müqvilədə müəyyən olunmuş torpaq sahəsində özünəməxsus xırda və iribuynuzlu heyvanları saxlamaqla torpaqdan səmərəli istifadəni təmin etmişdir. Lakin 2019-cu ildən iddiaçının icarəyə götürdüyü 125 ha torpaq sahəsindən istifadəsinə müəyyən şəxslər tərəfindən maneələr yaradılmış və iddiaçı özünəməxsus iri və xırdabuynuzlu heyvanları həmin torpaq sahəsinə apara bilməmişdir. Bununla bağlı iddiaçı Daşkəsən Rayon Məhkəməsinə müraciət etmiş və Daşkəsən Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(030)-09/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 122 nömrəli Sərəncamına və Cavabdeh ilə “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” arasında bağlanılmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 32 nömrəli müqaviləyə əsasən icarə hüququ ilə “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı”nın rəhbəri İddiaçı istifadəsində olan Daşkəəsn rayonu Xoşbulaq kəndində yerləşən 24 nömrəli yay otlaq sahəsinin 125 ha örüş-otlaq sahəsindən iddiaçı “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı”nın rəhbəri İddiaçı istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər X3, X6, X11, X7 və X2 tərəfindən törədilən maneçiliklərə qadağa qoyulmuşdur. Sözügedən qətnamə icraya yönəldilmiş və Daşkəsən rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və məlumat üçün tərəflərə göndərilmişdir. İş üzrə tələbkar İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək bildirmişdir ki, icra sənədində qeyd edilmiş borclular tərəfindən onun istifadəsində olan torpaq sahəsinə hər hansı maneə yoxdur və borclularla razılığa gəlmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-09/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsini geri məhkəməyə qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin geri məhkəməyə qaytarılmasına dair qərar qəbul olunaraq icra sənədi Daşkəsən Rayon Məhkəməsinə qaytarılmışdır. Lakin bundan sonra da cavabdehlər tərəfindən iddiaçının icarəsinə verilmiş həmin torpaq sahəsindən istifadəsinə maneələr davam etmişdir. Nəticədə Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 01 nömrəli Sərəncamına əsasən Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 122 nömrəli Sərəncamına dəyişiklik edilərək 71 nömrəli dövlət fondu yay otlaq sahəsindən 125 ha ayrılıb “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı”nın icarəsinə verilmişdir. Göründüyü kimi 125 ha torpaq sahəsinin icarəyə götürülməsi barədə Cavabdeh ilə xx.xx.2014-cü il tarixli, 32 nömrəli torpaq icarəsi müqaviləsi bağlasa da, həmin torpaq sahəsi başqaları tərəfindən zəbt olunmuş və iddiaçı 2019-2022-ci illər ərzində həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. Qeyd olunan hal Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 fevral 2021-ci il tarixli, 2(030)-09/2021 nömrəli qətnaməsi ilə, eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Cavabdeh müqavilə ilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və xx.xx.2014-cü il tarixli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən onun istifadəsini təmin edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 2019-2022-ci illər ərzində sözügedən torpaq sahəsindən öz iradəsindən asılı olmadan istifadə edə bilmədiyindən həmin illər üzrə icarə haqqını ödəməli deyildir. Tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli torpaq icarəsi müqaviləsinə əsasən illik icarə haqqı 250 manat müəyyən olunmuşdur. İddiaçı 4 il ərzində həmin torpaq sahəsindən istifadə edə bilmədiyindən 1000 manat icarə haqqını ödəməli deyildir. Həmin 1000 manat icarə haqqı borcu Cavabdeh tərəfindən silinməlidir. Məhkəmə iddia tələbinin 924 manat icarə haqqı borcunun silinməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan müqaviləyə əsasən illik icarə haqqı 250 manat təşkil etmişdir. İddiaçının torpaq sahəsindən istifadə edə bilmədiyi 4 illik müddət üçün icarə haqqı məbləği 1000 manat təşkil etdiyindən və iddia tələbi həmin hissədə təmin edildiyindən iddia tələbi qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 1000 mаnаt icarə haqqı bоrcu cаvаbdеh Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Hacı Tağı” adına Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 1000 mаnаt icarə haqqı bоrcu cаvаbdеh Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1115/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1115/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver