Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-112/2020 26.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, X3, onun nümayəndəsi X10, iddiaçının vəkili X11, Cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, X3 cavabdeh X4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 cavabdeh X4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən ona vurulmuş 19940 manat məbləğində zərərin, məhrum olduğu 12498 manat 75 qəpik həcmində əldə edəcəyi gəlirin (əldən çıxmış faydanın), ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ümumilikdə 32468 manat 75 qəpik məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X6 və cavabdeh X5 məhkəməyə barışıq sazişini təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:
1. İş üzrə iddiaçı irəli sürdüyü iddiadan tam imtina etməyi və gələcəkdə də bununla bağlı hər hansı bir iddia tələbi olmayacağını, cavabdeh isə bunun müqabilində iddiaçıya ümumilikdə 6000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh iddiaçıya bu saziş bağlandığı gün (xx.xx.2020-ci il) ilkin olaraq 3000 manat, qalan 3000 manat isə xx.xx.2021-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürür. Məhkəmə tərəfləri dinləyib, onlara barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X3 cavabdeh X4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə tərəflər - X6 və cavabdeh X5 arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. X6 irəli sürdüyü iddiadan tam imtina etməyi və gələcəkdə də bununla bağlı hər hansı bir iddia tələbi olmayacağını, cavabdeh X5 isə bunun müqabilində iddiaçıya ümumilikdə 6000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh X1 Elçin Mahir oğluna bu saziş bağlandığı xx.xx.2020-ci il tarixdə ilkin olaraq 3000 manat, qalan 3000 manat isə xx.xx.2021-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürür. İş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardadtərəfərəsmiqaydadaverildikdənsonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rəşad Məmmədov