Məhkəmə qərarları › İş №e-2-2(115)-1125/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1125/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1125/2025 11.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh X1 xx.xx.2024-cü il tarixli 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə 95815,15 manat əsas, 4040,09 manat faiz və gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faizləri 132,35 manat olmaqla, cəmi 99987,59 manat məbləğində borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumunun və 36,40 manat xidmət haqqının və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 390,04 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün tutulan 3,12 manat komissiya məbləğinin iddiaçının xeyrinə tutulmasına, tutmanın X3 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT68CX049615: 2012; 1112D005901), SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGCR2R66CX007061: 2012; 1111K012026) və SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT63CX036190: 2012; 1112D006370) yük nəqliyyat vasitələrinə və Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin açıq hərracdan satılmasına və əldə olunan vəsaitin borcunun ödənilməsinə yödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, borcun qalıq hissəsinin X1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006 nömrəli baş kredit müqaviləsinə əsasən borcalana 500000 manat məbləğində, illik faiz dərəcəsi 30%-dən çox olmamaq, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanması şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Öhdəliklərin təminatı qismində, xx.xx.2024-cü il tarixli 004REAL24000013 nömrəli ipoteka müqaviləsi əsasında Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir. Həmçinin yaranmış öhdəliklərin təminatı qismində, xx.xx.2024-ci il tarixli, 004AUTO24000014 nömrəli ipoteka müqaviləsi əsasında X3 məxsus SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT68CX049615: 2012; 1112D005901, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGCR2R66CX007061: 2012; 1111K012026, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT63CX036190: 2012; 1112D006370 nəqliyyat vasitələri bankın xeyrinə yüklü edilmişdir. Baş kredit müqaviləsi daxilində xx.xx.2024-cü il tarixində bağlanmış, 040CRLN24000006-1 nömrəli əlavə razılaşmaya əsasən borcalana 24 ay müddətinə, illik 14 faiz olmaqla 120000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixində borcalan bankda müraciət edərək, əlavə razılaşmaya aylıq ödənişlərinin hər ayın 15-i tarixinə dəyişdirilməsini xahiş etmişdir. Bu səbəbdən də, bank ilə borcalan arasında yeni ödəniş cədvəli bağlanmış və kredit üzrə aylıq ödəniş tarixi xx.xx.2024-cü il tarixdən dəyişdirilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixində borcalanın müraciəti əsasında, xx.xx.2024-cü il tarixində əlavə razılaşmaya əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən, kreditin müddəti, illik 16 faiz olmaq şərtilə və 2 ay güzəşt müddəti tətbiq edilməklə xx.xx.2026-ci il tarixinədək uzadılmışdır. Borcalan baş kredit müqaviləsi və əlavə razılamalar üzrə öhdəliklərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Borcalanın xx.xx.2025-ci il tarixinə banka olan borcu əlavə razılaşma üzrə 95815,15 manat əsas, 4040,09 manat faiz və gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faizləri 132.35 manat olmaqla, cəmi 99987,59 manat təşkil edir. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borclarını ödəməkdən boyun qaçırmışdır. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə mürаciət edərək, cavabdeh X1 xx.xx.2024-cü il tarixli, 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə 95815,15 manat əsas, 4040,09 manat faiz və gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə faizləri 132,35 manat olmaqla, cəmi 99987,59 manat məbləğindən borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumunun və 36,40 manat xidmət haqqının, iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləğində əmlakların qiymətləndirilməsi ekspertizası xərcinin və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 391,04 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün tutulan 3,52 manat komissiya məbləğinin iddiaçının xeyrinə tutulması, tutmanın X3 məxsus SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT68CX049615: 2012; 1112D005901, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGCR2R66CX007061: 2012; 1111K012026, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT63CX036190: 2012; 1112D006370 nəqliyyat vasitələrinə və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin açıq hərracdan satılmasına və əldə olunan borcunun ödənilməsinə yönəldilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, borcun qalıq hissəsinin X1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçın nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006 nömrəli baş kredit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 30%-dən çox olmamaq, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanması şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 040CRLN24000006-1 nömrəli əlavə razılaşmaya əsasən borcalana 24 ay müddətinə, illik 14 faiz olmaqla 120000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əlavə razılaşmaya əlavədən görünür ki, kreditin müddəti illik 16 faiz olmaq şərtilə və 2 ay güzəşt müddəti tətbiq edilməklə xx.xx.2026-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 004REAL24000013 nömrəli ipoteka müqaviləsindən görünür ki, X4 baş kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmiş əmlakın bazar dəyəri “X5” tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən 180000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, qeyd edilən dəyər ipoteka predmetinin ilkin satış qiyməti deyildir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli, 004AUTO24000014 nömrəli ipoteka müqaviləsindən görünür ki, X4 baş kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT68CX049615: 2012; 1112D005901, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGCR2R66CX007061: 2012; 1111K012026, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT63CX036190: 2012; 1112D006370 nəqliyyat vasitələri bankın xeyrinə yüklü edilmiş daşınar əmlakların bazar dəyəri "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən daşınar əmlaklar 128000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, qeyd edilən dəyər ipoteka predmetinin ilkin satış qiyməti deyildir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixinə banka 95815,15 manat əsas, 4040,09 manat faiz, gecikdirilmiş əsas məbləğə hesablanmış gecikdirilmə 132,35 manat faiz borcu olmaqla, cəmi 99987,59 manat borcu var. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEBm280-1025 nömrəli rəyindən görünür ki, Shacman markalı F2000 **-BX-*** yük avtomobilinin bazar dəyəri 26000 manat, likvid dəyəri 22100 manat; Shacman markalı F2000 **-BX-*** yük avtomobilinin bazar dəyəri 26000 manat, likvid dəyəri 22100 manat; Shacman markalı F2000 **-BX-*** yük avtomobilinin bazar dəyəri 26000 manat, likvid dəyəri 22100 manat; ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 157200 manat, likvid dəyəri isə 141500 manat təşkil edir. Tədqiqatın dəyəri ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 01 oktyabr 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış baş kredit müqaviləsinə əsasən, ona faiz dərəcəsi 30%-dən çox olmamaqla, 120 ay müddətinə 500000 manat məbləğində kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Daha sonra İddiaçı ASC ilə X4 arasında baş kredit müqaviləsi daxilində xx.xx.2024-cü il tarixində bağlanmış 040CRLN24000006-1 nömrəli əlavə razılaşmaya əsasən borcalana 24 ay müddətinə, illik 14 faiz olmaqla 120000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixində əlavə razılaşmaya əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən, kreditin müddəti, illik 16 faiz olmaq şərtilə və 2 ay güzəşt müddəti tətbiq edilməklə xx.xx.2026-ci il tarixinədək uzadılmışdır. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya əlavə razılaşma üzrə 95815,15 manat əsas borc, 4040,09 manat faiz borcu və gecikdirilmiş əsas məbləğə hesablanmış 132,35 manat gecikdirmə faiz borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borc, faiz borcu və gecikdirilmiş əsas məbləğə hesablanmış faiz borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Ona görədə tərəflər arasında bağlanmış kredit razılaşması üzrə 95815,15 manat əsas borc, 4040,09 manat faiz borcu və 132,35 manat gecikdirilmiş əsas məbləğə hesablanmış faiz borcu cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit razılaşması üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetləri olan fərdi yaşayış evinə və daşınar əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma cavabdeh X3 məxsus SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT68CX049615: 2012; 1112D005901, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGCR2R66CX007061: 2012; 1111K012026, SHACMAN YÜK: özüboşaldan: ** BX ***: LZGJRDT63CX036190: 2012; 1112D006370 nəqliyyat vasitələrinə və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi və nəqliyyat vasitələri açıq hərracdan satılmalı, X3 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT68CX049615: 2012; 1112D005901) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 manat, SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGCR2R66CX007061: 2012; 1111K012026) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 manat, SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT63CX036190: 2012; 1112D006370) yük nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 manat həddində, Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 141500 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və həmin əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15,68 manat dövlət rüsumu və 36,40 manat xidmət haqqı və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 390,04 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün tutulan 3,12 manat komissiya məbləği ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 15,68 manat dövlət rüsumu və 36,40 manat xidmət haqqı və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 390,04 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün tutulan 3,12 manat komissiya məbləği cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 1000 manat ekspertiza xərci cavabdeh X1 tutularaq idiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 040CRLN24000006-1 nömrəli əlavə razılaşma üzrə 95815 manat 15 qəpik əsas, 4040 manat 09 qəpik faiz və 132 manat 35 qəpik gecikdirilmiş əsas məbləğə hesablanmış faiz olmaqla, cəmi 99987 (doxsan doqquz min doqquz yüz səksən yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu və 36 (otuz altı) manat 40 (qırx) qəpik xidmət haqqı və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 390 (üç yüz doxsan) manat 04 (qəpik) dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün tutulan 3 (üç) manat 12 (on iki) qəpik komissiya məbləği, əmlakın qiymətləndirilməsi üçün çəkilmiş 1000 (bir min) manat ekspertiza xərci X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma cavabdeh X3 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT68CX049615: 2012; 1112D005901), SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGCR2R66CX007061: 2012; 1111K012026) və SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT63CX036190: 2012; 1112D006370) yük nəqliyyat vasitələrinə və Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi və nəqliyyat vasitələri açıq hərracdan satılsın. X3 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT68CX049615: 2012; 1112D005901) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 (iyirmi iki min yüz) manat həddində müəyyən edilsin. X3 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGCR2R66CX007061: 2012; 1111K012026) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 (iyirmi iki min yüz) manat həddində müəyyən edilsin. X3 məxsus SHACMAN markalı, ** BX *** dövlət nömrə nişanlı (özüboşaldan: LZGJRDT63CX036190: 2012; 1112D006370) yük nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22100 (iyirmi iki min yüz) manat həddində müəyyən edilsin. Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 141500 (bir yüz qırx bir min beş yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçıAçıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğlər müvafiq olaraq cavabdehlər X3 və Cavabdeh1 oğluna qaytarılsın. İpoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh X1 tutularaq İddiaçıAçıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar