Məhkəmə qərarları › İş №e-2-2(115)-1127/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1127/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1127/2024 27.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqının və kommunal xidmətlərdən istifadəyə görə pulun ödənilməsi tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddiası üzrə işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Binəqədi rayonu, R.Rəcəbli küçəsi, 3103-cü məhəllə ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə 639 kv.m. hissəsindən çıxarılması, 7500 (yeddi min beş yüz) manat ödənilməmiş icarə haqqının və kommunal xidmətlərdən istifadəyə görə 4200 (dörd min iki yüz) manat ödənişin, ödənilmiş 126 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (İcarəyə verən) ilə Cavabdeh (İcarəçi) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə görə İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 639 kv.m. hissəsini Cavabdeh icarəyə vermişdir. Müqavilənin 4-cü bəndinə görə Cavabdeh tərəfindən İddiaçı aylıq 2500 (iki min beş yüz) manat icarə haqqı ödənilməlidir. Müqavilənin 11-ci maddəsinə görə kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları İcarəçi, yəni Cavabdeh tərəfindən ödənilməlidir. Lakin cavabdeh tərəfindən 2023-cü ilin mart, aprel, may və iyun ayları üçün icarə haqqı ödənilməmiş, eləcə də qeyriyaşayış sahəsinin onun tərəfindən istifadə edildiyi müddət üçün elektrik enerjisindən istifadəyə görə 2400 manat, sudan istifadəyə görə isə 1800 (min səkkiz yüz) manat borc yaranmış və bu borc iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə 639 kv.m. hissəsindən çıxılması, ödənilməmiş icarə haqqının ödənilməsi tələbi ilə cavabdehə müraciət ünvanlansa da, bu tələb yerinə yetirilməmiş, Cavabdeh adı çəkilən qeyri-yaşayış binasında qalmağa və ondan istifadə etməyə davam etmişdir. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m. olan binasının paylı mülkiyyət üzrə 639 kv.m. hissəsindən çıxarılması, ödənilməmiş icarə haqqının və kommunal xidmətlərdən istifadəyə görə ödənişin ödənilməsi və binanın boşaldılaraq mülkiyyət üzərində iddiaçının istifadə hüquqlarının bərpa edilməsinə zərurət yaranmışdır. Bundan başqa, Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, ona məxsus yuxarıda qeyd etdiyi əşya və avadanlıqları qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılması, naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin ödənilməsi, qarşılıqlı iddia üzrə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsinin əsaslı təmirinə xərclədiyi 70000 (yetmiş min) manat məbləğində pul vəsaitini, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 70300 (yetmiş min üç yüz) manat pulun, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqının və kommunal xidmətlərdən istifadəyə görə pulun ödənilməsi tələbinə dair” 2-2(115)-1127/2024 saylı mülki iş vardır. Müqavilə bağlanandan sonrakı dövrdə, ilkin iddia üzrə İddiaçı qohumları tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m. olan qeyri-yaşayış sahəsinin giriş qapısı sındırılaraq, kilidi dəyişdirilib və nəticədə onun, eləcə də işçilərinin içəri daxil olmasına maneə yaradılıb. Onlar bu hərəkətləri qeyd olunan qeyri-yaşayış sahəsinin mətbəxini və digər yerlərini əsaslı təmir (70000 manat pul vəsaiti xərclənib) etdiyindən 5-6 ay sonra etmişdilər. Həmin vaxt İddiaçı nümayəndələri ilə aralarında hətta münaqişə də baş vermiş, ona xəsarətlər yetirilmişdir. Bu barədə Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna məlumat verilmişdir və hazırda araşdırma gedir. Deməli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinin tələblərini o yox, məhz İddiaçı pozmuşdur. Onun istifadəsində olmayan, gəlir əldə etmədiyi bir sahəyə üçün nəyə görə kommunal xərcləri və icarə haqqı ödəməlidir? Bununla yanaşı, sözü gedən binada ona məxsus avdanlıqlar və əşyalar qalmışdır. Dəfələrlə İddiaçı həmin əşyaların qaytarılmasını tələb etsə də, heç bir nəticə əldə olunmamışdır. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsində qalan və hazıradək qarşı tərəfin istifadəsində olan əşyaların siyahısı və dəyəri: Masa (böyük, 15 əd.) - 2250 manat, Masa (balaca, 35 əd) - 3500 manat, Oturacaq (75 əd.) - 5250 manat, Divan (balaca, qırmızı rəngli 40 əd) - 12000 manat, Divan (böyük, qırmızı-boz xətli 15 əd) - 13500 manat, Divan (süd rəgli 20 əd.) - 4000 manat, Divan (1 əd) - 2500 manat, Bokal (120 əd) - 300 manat, Çəngəl (120 əd) - 144 manat, Bıçaq (120 əd) - 180 manat, Duz və istiot qabı dəsti (50 əd) - 750 manat, Salfet qabı (50 əd) - 600 manat, Kül qabı (60 əd) - 300 manat, Kondisioner (böyük, 3 əd) - 9000 manat, Kondisioner (balaca, 4 əd) - 4000 manat, Kreslo (14 əd) - 1400 manat, Çılçıraq (30 əd) - 900 manat, Səhnə avadanlığı - 5000 manat, Dekor (tavana vurulan suni yaşıllıq və dəmir konstruksiya) - 12000 manat, Buz aparatı (1 əd) - 4000 manat, Soyuducu (böyük, şüşəli, 2 əd) - 4000 manat, Soyuducu (balaca, şüşəli, 5 əd) - 3500 manat, Qəlyan aparatı (10 əd) - 1500 manat, Pərdə (10 əd) - 1500 manat, Mətbəx masası (5 əd) - 2500 manat, Soyuducu (1 əd) - 1000 manat, Ət çəkın maşın (1 əd) - 700 manat, Manqal üçün şişlər (100 əd) - 500 manat, “Mafiya” oyunu üçün dəst: masa (1 əd) - 1000 manat, kreslo (14 əd) - 2100 manat, Bar stoykası və işkilər üçün rəflər - 5000 manat, Kofe aparatı (1 əd) - 500 manat, Çaydanlar (30 əd) - 30 manat, Boşqab (120 əd) - 720 manat, Samovar (1 əd) - 300 manat. Onu da nəzərə çatdırır ki, əsaslı təmir üçün yuxarıda qeyd etdiyi 70000 (yetmiş min) manat pul məbləğini qohumu X4 borc kimi almışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə bağlanandan sonrakı dövrdə yalan vədlər və məlumatlar verərək, qəsdən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir və nəticədə, o, icarə müqaviləsinin şərtlərinə uyğun olaraq həmin əmlakdan istifadə edə bilməmişdir, ondan gəlir əldə etmək hüququndan məhrum olmaqla, müəyyən gəlirini itirmişdir. Hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğu üçün, məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməsi vacibdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə qarşılıqlı iddiaya dair etriaz ərizəsi təqdim edərək bildirmişdir ki, Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. Qarşılıqlı iddia ərizəsində istinad edilən hallar və əsas gətirilən dəlillər əsassız və qeyriqanunidir. Bildirir ki, İddiaçı Cavabdeh Binəqədi rayonu, R.Rəcəbli küçəsi, 3103-cü məhəllə ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə 639 kv.m hissəsindən çıxarılması, ödənilməmiş 7500 (yeddi min beş yüz) manat icarə haqqının və 4200 (dörd min iki yüz) manat kommunal xidmətlərdən istifadəyə görə tərəflərindən ödənilmiş pul vəsaitinin və ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməklə, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus yuxarıda qeyd etdiyi əşya və avadanlıqları qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılması, naturada qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi, qarşılıqlı iddia üzrə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsinin əsaslı təmirinə xərclədiyi 70000 (yetmiş min) manat məbləğində pul vəsaitini, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu, ümumilikdə 70300 (yetmiş min üç yüz) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, ilkin iddia üzrə İddiaçı qohumları tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsinin mətbəxini və digər yerlərini əsaslı təmir (70000 manat pul vəsaiti xərclənilib) etdiyindən 5-6 ay sonra etmişdilər. Həmin vaxt İddiaçı nümayəndələri ilə arasında hətta münaqişə də baş vermiş və ona xəsarətlər yetirilməsini iddia etmişdir. Bununla bağlı qeyd etmişdir ki, Cavabdeh heç bir xəsarət yetirilməmişdir. Cavabdeh xəsarət alması iddiası Binəqədi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmamışdır. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi guya ona məxsus avadanlıqların və avadanlıqların qalması ilə bağlı isə qeyd edə bilər ki, Cavabdeh məxsus heç bir avadanlıq olmamış və onlar qeyri-yaşayış sahəsini icarəyə verən zaman bütün avadanlıqlar onlara məxsus olmuşdur. Bu halı əvvəlki icarəyə götürən X8 ilə 15 aprel 2022-ci il tarixli təhviltəslim aktı əsasında onlara məxsus olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia etdiyi avadanlıqlar X8 tərəfindən onlara təhvil verilmişdir. Xüsusilə bu halı qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış sahəsində 2024-cü ilin mart ayının 3-də qeyri-yaşayış sahəsində yanğın baş vermiş və sonradan tərəflərindən nə qədər bildirilməsinə baxmayaraq yanğın təhlükəli nəticələrinin yenidən baş verməməsi üçün dəfələrlə bildirilməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir lazımi tədbirlər görülməmişdir. 17 mart 2024-cü il tarixdə yenidən qeyri-yaşayış sahəsində qısa qapanma nəticəsində binaya yüksək cərəyanlı transfarmatorla gələn ana xətt partlamışdır. Partlayışa səbəb Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsində aşkarlanmışdır. Bundan sonra insan ölümünə səbəb olacaq faciənin aradan qaldırılması üçün fəaliyyətini dayandırması və orada təmir aparılmasını zəruri olduğunu bildirsələr də heç bir nəticə hasil olmamış, əksinə icarəçi Cavabdeh öz fəaliyyətini davam etdirmişdir. Bundan sonra tərəflərindən binana giriş açarlarını dəyişdirilmiş və təhlükənin araddan qaldırılmayanadək riskləri nəzərə alaraq fəaliyyətinə qadağan qoymuşlar. Bundan 2 gün sonra 19 mart 2024-cü il tarixdə Cavabdeh özbaşına qeyri-yaşayış sahəsinin qıfılını qıraraq açarları dəyişdirmiş və onlar həmin qeyri-yaşayış sahəsinə (Cavabdeh aid olmayan, yəni icarə verilməyən onların ofisinə) giriş-çıxışı məhdudlaşmışdır. Bununla bağlı həmin günü tərəflərindən DİN-nin 102 qaynar xəttinə bununla bağlı müraciət edilmişdir. Buna baxmayaraq Cavabdeh orada fəaliyyətini davam etdirmiş və onların ora daxil olması qeyri-mümkün olmuşdur. Cavabdeh oradan çıxarılması və qovulması onun uydurduğu iftira və yalandan başqa bir şey deyil. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ilk iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh kvadratı 4 manata olan yer götürmüş və bura qeyri-yaşayış sahəsi olmuşdur. Cavabdehin həmin sahədə təmir işləri aparmaq üçün heç bir səlahiyyəti olmamışdır. Obyekt daim fəaliyyət göstərib. Orada işıq xətləri bərbad vəziyyətdə olub və iddiaçı tərəfin təkidlərinə baxmayaraq bu hallara laqeyd yanaşılmışdır. Dəfələrlə bu barədə 102 qaynar xəttinə müraciət edilmişdir. Nəticədə qısaqapanma oldu və bütün problemlər də bundan sonra başlamışdır. Cavabdehin qohumları ona heç bir əşya həvalə edə bilməzdi, bütün əşyalar cavabdehdən əvvəl olan Nuru adlı icarəçi ilə təhvil-təslim aktı ilə aktlaşdırılıb. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, ilk iddia qanunsuz və əsassızdır. Belə ki, müqavilə bağlanandan sonrakı dövrdə, ilkin iddia üzrə İddiaçı qohumları tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyriyaşayış sahəsinin giriş qapısı sındırılaraq, kilidi dəyişdirilib və nəticədə onun, eləcə də işçilərinin içəri daxil olmasına maneə yaradılıb. Onlar, bu hərəkətləri tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin mətbəxini və digər yerlərini əsaslı təmir (70000 manat pul vəsaiti xərclənib) etdiyindən 5-6 ay sonra etmişdilər. Həmin vaxt İddiaçı nümayəndələri ilə aralarında hətta münaqişə də baş vermiş, ona xəsarətlər yetirilmişdir. Deməli, xx.xx.2022ci il tarixli icarə müqaviləsinin şərtlərinin tələblərini o, yox, məhz İddiaçı pozmuşdur. Onu da nəzərə çatdırır ki, əsaslı təmir üçün yuxarıda qeyd etdiyi 70000 (yetmiş min) manat pul məbləğini qohumu X4 borc kimi almışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə bağlanandan sonrakı dövrdə yalan vədlər və məlumatlar verərək, qəsdən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir və nəticədə, o icarə müqaviləsinin şərtlərinə uyğun olaraq həmin əmlakdan istifadə edə bilməmişdir, ondan gəlir əldə etmək hüququndan məhrum olmaqla, müəyyən gəlirini itirmişdir. Hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğu üçün, məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməsi vacibdir. Obyekti 2019-cu ilə qədər xalası oğlu işlədib. Lakin, o, 2019-cu ildə həbs edildikdən sonra obyekti 2022-ci ilə qədər işçisi Nuru işlədib. 2022-c ildə xalası oğlu obyekti içindəki əşyalarla birlikdə ona təhvil verib. O icarə müqaviləsini bağladıqdan az müddət sonra X1 yoxlanış keçirib mətbəxin təmir edilməsini vacibliyini bildirmişlər. Agentliyin şərtlərinə uyğun obyektin təmir edilməsi üçün 70000 manat vəsait xərcləmişdir. Daha sonra onun iddiaçı ilə çətinlikləri başlamışdır. İddiaçı Polis əməkdaşlarını çağırırdı, qapını bağlayırdı və sair problemlər yaradırdı. Nuru adlı şəxs qohumunun işçisi olub, sonra isə xalasının oğlu həbsdə olan zaman küllü miqdarda onlara ziyan vurub. O icarə müqaviləsi bağlayana qədər xalası oğlu Fizulinin yanında işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, təmir etdiyi otağın eni 5 metr, uzunluğu isə 30 metr ölçüdədir. Onlar orada mətbəx yaratmışlar. Ancaq təmir işləri görmüşlər və bu xidmətin qarşılığında 15 000 manat xidmət haqqı almışdır. Onlar qeyd etdiklərindən başqa xidmət göstərməmişlər, lakin orada kafel aldıqlarını görmüşlər. Təmiri 2022-ci ilin iyun ayında aparmışlar. Arakəsmələr, təmir işləri görmüşlər. Təmir etdikləri köhnə üslubda mətbəx idi. 6 nəfər usta olublar və 1 aya təmir işlərini bitirmişlər. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, təhvil-təslim aktı, yoxlamaların aparılması haqqında qərarlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanılmış 15 aprel 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 639 kv.m hissəsini Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən Cavabdeh tərəfindən İddiaçı aylıq 2500 (iki min beş yüz) manat icarə haqqı ödənilməlidir. Həmin müqavilənin 8-ci bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işlərini apara bilməzlər. Həmin müqavilənin 11-ci maddəsinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. İşin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 15 aprel 2022-ci il tarixli icarə müqaviləsi bağlanılmış və müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041,7 kv/m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus olan 639 kv/m. hissəsini Cavabdeh icarəyə vermişdir. İcarənin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən olunmuş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilmişdir. Müqavilə üzrə aylıq icarə haqqı 2500 manat müəyyən olunmuşdur. İcarəyəverən müqavilə ilə öz öhdəliyini yerinə yetirərək müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə vermişdir. xx.xx.2024-cü il tarixdə müqavilənin 7-ci bəndinə əsasən icarəyəverən tərəfindən icarəçiyə müqavilənin ləğvi barədə pretenziya göndərilmiş və icarəçidən icarə obyektindən çıxmağı, ödənilməmiş icarə haqqının ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi iddiaçı aralarında bağlanılmış icarə müqaviləsinin ləğvi ilə bağlı müqavilə şərtini yerinə yetirərək cavabdehə 1 ay qabaqcadan müqavilənin ləğvi barədə bildiriş göndərmişdir. Cavabdeh öz izahatında 2024-cü ilin mart ayının 19-da iddiaçının qohumları tərəfindən döyüldüyünü və həmin tarixdən etibarən sözügedən icarə obyektindən istifadə edə bilməməsini qeyd etmişdir. Bununla bağlı cavabdeh tərəfindən Binəqədi rayon prokurorluğuna və Binəqədi rayon Polis İdarəsinə müraciət olunmuşdur. Binəqədi Rayon Prokurluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, aparılmış araşdırma zamanı Cavabdeh X6 və X5 tərəfindən döyülməsi faktı öz təsdiqini tapmamışdır. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin baş təhqiqatçısı Əli Əliyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla Cavabdeh eyni məzmunlu müraciəti əsasında araşdırma aparılaraq toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual-Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X3 barəsində cinayət işinin başlanılması rədd edilmiş və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi polis bölməsinin əməkdaşına həvalə edilmişdir. Göründüyü kimi cavabdehin iddia etdiyi onun qohumları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmamışdır. Cavabdeh mart ayından həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilməməsini sübut edə bilməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçının nümayəndəsi iyun ayının əvvəllərində qeyriyaşayış sahəsinin cavabdehin istifadəsindən geri alındığını bildirmişdir. Ona görə ödənilməmiş 3 ay icarə haqqı borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 3 aylıq icarə haqqı borcunu cavabdehdən tələb etməkdə haqlıdır. İşin araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh mart ayından etibarən icarə haqqı borcunu ödəməmiş və iyun ayının əvvəllərində həmin qeyriyaşayış sahəsindən çıxmışdır. Cavabdeh mart ayının 19-dan etibarən həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilməməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, icarə obyekti iyun ayının əvvəllərinədək cavabdehin istifadəsində olmuş və ona görə də iddiaçının 3 aylıq icarə haqqı borcunu tələb etməsi əsaslıdır. Məhkəmə ilk iddianın Cavabdeh Binəqədi rayonu, R.Rəcəbli küçəsi, 3103-cü məhəllə ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə 639 kv.m. hissəsindən çıxarılması hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçının nümayəndəsi öz izahatında sözügedən icarə obyektinin iyun ayının əvvəllərindən cavabdehin istifadəsindən alındığını bildirmişdir. Göründüyü kimi cavabdeh həmin icarə obyektindən iyun ayından etibarən istifadə etmədiyindən və faktiki olaraq icarə obyektindən çıxdığından tələb bu hissədə təmin edilə bilməz. Həmçinin iddiaçı tələbində cavabdehdən kommunal xidmətlərdən istifadəyə görə 4200 manat ödənişin tutulmasını tələb etsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı ona məxsus qeyd etdiyi əşya və avadanlıqları qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılmasını, naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin ödənilməsini tələb etsə də, həmin əmlakların ona məxsus olmasını və qeyri-yaşayış obyektinin təmirinə çəkilən xərclər barədə faktı sübuta yetirə bilməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu halları təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən İddiaçı ilə əvvəlki icarəçi X8 arasında bağlanılmış 15 aprel 2022-ci il tarixli təhvil təslim aktından görünür ki, 27 adda əşya icarəçi tərəfindən obyektə məxsus olduğundan icarə verənə təhvil verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə həmin əmlakların ona məxsus olduğunu bildirsə də, qeyd olunan əmlakların ona məxsus olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia tələbinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2041.7 kv.m. olan qeyri-yaşayış sahəsinin əsaslı təmirinə xərclədiyi 70000 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 17 oktyabr 2024-cü il tarixli 3-44-1/2-1-14692/24 nömrəli məlumatında bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”nin xx.xx.2022-ci il tarixli KY221738021 nömrəli Çıxarışına və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin xx.xx.2022-ci il tarixli YPK/0153- 22 nömrəli yoxlamanın aparılması haqqında qərarına əsasən ünvan 4 ünvanında yerləşən Fiziki şəxs Cavabdeh məxsus “Baku Music Halİ” (VÖEN: **********) ictimai iaşə obyektində 13-17 may (3 iş günü) 2022-ci il tarixlərində plandankənar yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkar olunmuş, aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair xx.xx.2022-cü il tarixli YPK/0153-22 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar qəbul olunmuşdur. Sahibkarın fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın icra vəziyyətinin yoxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixli, YPK/0229-22 nömrəli Yoxlamanın aparılması haqqında Qərara əsasən müəssisədə yenidən yoxlama həyata keçirilmiş xx.xx.2022-cü il tarixli YPK/0153-22 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarda qeyd olunan nöqsanların aradan qaldırıldığı müəyyən edilmişdir. Göründüyü kimi cavadehə məxsus qeyri-yaşayış sahəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən yoxlama aparılmış və yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkar olunmuş, aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair xx.xx.2022-cü il tarixli YPK/0153-22 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar qəbul olunmuşdur. Bundan sonra cavabdeh qeyd olunan nöqsanları aradan qaldıraraq qeyri-yaşaşyış sahəsində müəyyən təmir-tikinti işləri aparmışdır. Agentliyin Bakı regional bölməsi tərəfindən Sahibkarın fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın icra vəziyyətinin yoxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixli, YPK/0229-22 nömrəli Yoxlamanın aparılması haqqında Qərara əsasən müəssisədə yenidən yoxlama həyata keçirilmiş xx.xx.2022-cü il tarixli YPK/0153-22 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarda qeyd olunan nöqsanların aradan qaldırıldığı müəyyən edilmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, təmir etdiyi otağın eni 5 metr, uzunluğu isə 30 metr ölçüdədir. Onlar orada mətbəx yaratmışlar. Ancaq təmir işləri görmüşlər və bu xidmətin qarşılığında 15000 manat xidmət haqqı almışdır. Onlar qeyd etdiklərindən başqa xidmət göstərməmişlər, lakin orada kafel aldıqlarını görmüşlər. Təmiri 2022-ci ilin iyun ayında aparmışlar. Arakəsmələr, təmir işləri görmüşlər. Təmir etdikləri köhnə üslubda mətbəx idi. 6 nəfər usta olublar və 1 aya təmir işlərini bitirmişlər. Cavabdeh qeyd olunan nöqsanları aradan qaldıraraq xx.xx.2022-ci il tarixdən həmin qeyri-yaşayış sahəsini istifadə edərək gəlir əldə etmişdir. İddiaçıya isə təmir-tikinti işləri barədə hər hansı məlumat verilməmiş və iddiaçının razılığı olmadan icarə obyektində təmir-tikinti işləri aparılmışdır. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsində müqavilə tələblərini pozaraq təmir-tikinti işləri apardığından həmin apardığı təmir-tikinti işlərinin əvəzini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 95 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 32 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 7500 manat icarə haqqı və 95 manat dövlət rüsumu tutularaq İddiaçıa ödənilməli, ödənilmiş 32 manat dövlət rüsumu ilk iddiaçıya aid edilməli, ilk iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 7500 manat icarə haqqı və 95 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 32 manat dövlət rüsumu ilk iddiaçıya aid edilsin. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların qaytarılması və pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar