Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1137/2024 04.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (Vöen: **********) 5256,13 manat məbləğində pulun, hüquqi xidmət üçün ödənilmiş 500 manat pulun və ödənilmiş 78 manat dövlət rüsumu olmaqla, cəmi 5834,13 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 xahişi əsasında Cavabdehnə 2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda cəmi 5256,13 manat məbləğində borcuna qida məsulları verilmişdir. Həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh hal-hazıradək borcunu ödəməmişdir. Bu barədə X3 bildirilsə də müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdırlar. Aşağıda qeyd olunan tarixlərdə Cavabdehnə ödəniş etməsi üçün elektron qaimələr göndərilmişdir: EBBU 338982 nömrəli xx.xx.2022-ci il tarixdə 660.90 manat ödənilməsinə dair, EBBU 864448 nömrəli xx.xx.2022-ci il tarixdə 52.92 manat ödənilməsinə dair, EBBU 212575 nömrəli xx.xx.2022-ci il tarixdə 64.00 manat ödənilməsinə dair, EBBU 211540 nömrəli xx.xx.2022-ci il tarixdə 106.34 manat ödənilməsinə dair, EBBU 216176 nömrəli xx.xx.2022-ci il tarixdə 233.18 manat ödənilməsinə dair, EBBU 212515 nömrəli xx.xx.2022-ci il tarixdə 85.86 manat ödənilməsinə dair, EBBU 211621 nömrəli xx.xx.2022- ci il tarixdə 675.95 manat ödənilməsinə dair, EBBU 212092 nömrəli xx.xx.2022-ci il tarixdə 107.95 manat ödənilməsinə dair, EBBU 211922 nömrəli xx.xx.2022-ci il tarixdə 152.90 manat ödənilməsinə dair, EBBU 349630 nömrəli xx.xx.2022-ci il tarixdə 53.67 manat ödənilməsinə dair, EBBU 350368 nömrəli xx.xx.2022-ci il tarixdə 739.86 manat ödənilməsinə dair, EBBU 350360 nömrəli xx.xx.2022-ci il tarixdə 229.31 manat ödənilməsinə dair, EBBU 349780 nömrəli xx.xx.2022-ci il tarixdə 273.93 manat ödənilməsinə dair, EBBU 349763 nömrəli xx.xx.2022-ci il tarixdə 197.94 manat ödənilməsinə dair, EBBU 349716 nömrəli xx.xx.2022-ci il tarixdə 190.37 manat ödənilməsinə dair, EBBU 349681 nömrəli xx.xx.2022-ci il tarixdə 63.58 manat ödənilməsinə dair, EBBU 348959 nömrəli xx.xx.2022-ci il tarixdə 472.00 manat ödənilməsinə dair, EBBU 346196 nömrəli xx.xx.2022-ci il tarixdə 726.73 manat ödənilməsinə dair, EBBU 350481 nömrəli xx.xx.2022-ci il tarixdə 168.74 manat ödənilməmiş qalmışdır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: elektron qaimələr, borcun hissə-hissə ödənilməsi öhdəliyinin götürülməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən 2022-ci il tarixdə ayrı-ayrı vaxtlarda cəmi 5256,13 manat məbləğində mal təhvil verilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 5256,13 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli borcun hissə-hissə ödənilməsi öhdəliyinin götürülməsi barədə qəbzdən görünür ki, Cavabdeh ona göndərilmiş EBBU 338982 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 864448 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 212575 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBU 211540 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 216176 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 212515 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 211621 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 212092 nömrəli, xx.xx.2022 ci il tarixli, EBBU 211922 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 349630 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 350368 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 350360 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 349780 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 349763 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 349716 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 349681 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 348959 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 346196 nömrəli xx.xx.2022 ci il tarixli, EBBU 350481 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələrdə göstərilən borcu hər ay hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər cavabdeh tərəfindən verilmiş borcun hissə-hissə ödənilməsi öhdəliyinin götürülməsi barədə qəbzlə və elektron qaimələrlə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 5256,13 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan cavabdeh tərəfindən verilmiş borcun hissə-hissə ödənilməsi öhdəliyinin götürülməsi barədə qəbzlə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üzrə 500 manat ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 500 manat vəkil xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən 78 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehndan 13529,27 manat məbləğində borc, 210 manat məbləğində mediasiya xərci və 131 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 5256,13 manat məbləğində pul, 500 manat vəkil xərci və 78 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5834,13 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1137/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1137/2024
04.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver