Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1150/2024 24.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh 01 iyun 2021-ci il tarixli 33/21 sif saylı kredit müqaviləsinə əsasən 7000 manat əsas borc, 726,52 manat faiz borcu olmaqla, cəmi 7726,52 manat borc və 01 aprel 2022-ci il tarixli 26/22 saylı kredit müqaviləsinə əsasən 10000 manat əsas borc, 3261,26 manat faiz borcu olmaqla, cəmi 13261,26 manat borc, hər iki müqavilə üzrə cəmi 20987,78 manat məbləğin iddiaçının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən 96,7 m2 ümumi, 67,8 m2 yaşayış, 28,9 m2 köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına borcun və 152,96 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC BOKT-un Bərdə filialı arasında bağlanmış 01 iyun 2021-ci il tarixli 33/21 sif saylı və 01 aprel 2022-ci il tarixli 26/22 saylı kredit müqaviləri bağlanmışdır. İddiaçı QSC-nin Bərdə filialı ilə Cavabdeh arsında bağlanmış 01 iyun 2021-ci il tarixli 33/21 sif saylı kredit müqaviləsinə əsasən ətlik maldarlığın inkişafı məqsədi ilə illik 5%-lə 36 ay müddətinə 8000 manat məbləğində və 01 aprel 2022-ci il tarixli 26/22 saylı kredit müqaviləsinə əsasən ətlik maldarlığın inkişafı məqsədi ilə illik 20%-lə 30 ay müddətinə 10000 manat məbləğində Cavabdeh kredit verilmişdir. 01 iyun 2021-ci il tarixli 33/21 sif saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən 96,7 m2 ümumi, 67,8 m2 yaşayış, 28,9 m2 köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC-nin Bərdə filialı ilə ipoteka qoyan Cavabdeh arasında 01 iyun 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 01 aprel 2022-ci il tarixli 26/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə yuxarıda qeyd edilən əmlak təkrar ipoteka qoyulmuş bununla bağlı İddiaçı QSC-nin Bərdə filialı ilə ipoteka qoyan Cavabdeh arasında 02 aprel 2022-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh qrafikə uyğun olaraq hər iki müqavilə üzrə əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilələrin şərtlərinə əməl etməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq 1-ci dəfə 8000 manat, 2-ci dəfə 10000 manat kredit götürmüş, maddi imkanı olmadığına görə kredit borcunu bağlaya bilməmişdir. Kredit borcunun az hissəsini ödəyə bilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı Səhmdar Kredit Təşkilatı arasında bağlanan 01 iyun 2021-ci il tarixli 33/21-sif saylı kredit müqaviləsindən görünür ki, ona heyvandarlıq məqsədi ilə illik faiz dərəcəsi 5% olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən 96,7 m2 ümumi, 67,8 m2 yaşayış, 28,9 m2 köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri 16000 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı Səhmdar Kredit Təşkilatı arasında bağlanan 01 aprel 2022-ci il tarixli 26/22-ky saylı kredit müqaviləsindən görünür ki, ona heyvandarlıq məqsədi ilə illik faiz dərəcəsi 20% olmaqla 30 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən 96,7 m2 ümumi, 67,8 m2 yaşayış, 28,9 m2 köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri 36000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən 96,7 m2 ümumi, 67,8 m2 yaşayış, 28,9 m2 köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 29 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən 96,7 m2 ümumi, 67,8 m2 yaşayış, 28,9 m2 köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 50000 manat, likvid dəyəri 40000 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 250 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı Səhmdar Kredit Təşkilatı arasında 01 iyun 2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona heyvandarlıq məqsədi ilə illik faiz dərəcəsi 5% olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Daha sonra Cavabdeh ilə İddiaçı Səhmdar Kredit Təşkilatı arasında 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona heyvandarlıq məqsədi ilə illik faiz dərəcəsi 20% olmaqla 30 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin 01 iyun 2021-ci il tarixli 33/21-sif saylı kredit müqaviləsinə əsasən 7000 manat əsas borc, 726 manat 52 qəpik faiz borcu olmaqla, cəmi 7726 manat 52 qəpik borcu, 01 aprel 2022-ci il tarixli 26/22-ky saylı kredit müqaviləsinə əsasən isə 10000 manat əsas borc, 3261 manat 26 qəpik faiz borcu olmaqla, cəmi 13261 manat 26 qəpik borcu vardır. İddiaçı verdiyi kredit məbləğini və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Beləliklə, tərəflər arasında bağlanmış 01 iyun 2021-ci il tarixli 33/21-sif saylı kredit müqaviləsinə əsasən 7000 manat əsas borc, 726 manat 52 qəpik faiz borcu olmaqla, cəmi 7726 manat 52 qəpik borc, 01 aprel 2022-ci il tarixli 26/22-ky saylı kredit müqaviləsinə əsasən isə 10000 manat əsas borc, 3261 manat 26 qəpik faiz borcu olmaqla, cəmi 13261 manat 26 qəpik borc, hər iki müqavilə üzrə cəmi 20987 manat 78 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən 96,7 m2 ümumi, 67,8 m2 yaşayış, 28,9 m2 köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı və fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 152,96 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 152,96 manat dövlət rüsumu, da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2021-ci il tarixli 33/21-sif saylı kredit müqaviləsinə əsasən 7000 manat əsas borc, 726 manat 52 qəpik faiz borcu olmaqla, cəmi 7726 manat 52 qəpik borc, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2022-ci il tarixli 26/22-ky saylı kredit müqaviləsinə əsasən 10000 manat əsas borc, 3261 manat 26 qəpik faiz borcu olmaqla, cəmi 13261 manat 26 qəpik borc, hər iki müqavilə üzrə cəmi 20987 (iyirmi min doqquz yüz səksən yeddi) manat 78 (yetmiş səkkiz) qəpik pul və 152 (bir yüz əlli iki) manat 96 (doxsan altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,24 ha torpaq sahəsində yerləşən 96,7 m2 ümumi, 67,8 m2 yaşayış, 28,9 m2 köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 (qırx min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1150/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1150/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver