Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1181/2024 07.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15110,58 manat məbləğində əsas borc 2266,50 manat məbləğində faiz, 142,13 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə tərəflərin Bakı 6 saylı Mediasiya təşkilatında bağladıqları barışıq sazişini təqdim edərək, barışıq sazişinin bağlanmasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanan barışıq sazişindən görünür ki, İddiaçı (etibarnamə üzrə Nümayəndə) və Cavabdeh arasında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır.
1. Tərəflər İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında olan alqı-satqı sövdələşməsinə əsasən, 15110 (on beş min yüz on) manat (ƏDV daxil) məbləğində borcun olduğunu təsdiq və bəyan edir, razılaşırlar.
2. İkinci tərəf kimi çıxış edən Cavabdeh bu sazişin imzalandığı tarixdə, yəni xx.xx.2024-cü il tarixində ilkin olaraq 500 (beş yüz) manat məbləğində borcu birinci tərəf kimi çıxış edən İddiaçı MMCnin bank hesabına ödəməyi öhdəsinə götürür.
3. Qalıq borcun hər növbəti ayın 10-a kimi olmaqla, xx.xx.2027-ci il tarixinə kimi hər ay 500 (beş yüz) manat məbləğində, sonuncu ayın -xx.xx.2027-ci il tarixinə kimi isə 110 (bir yüz on) manat məbləğində borcu birinci tərəf kimi çıxış edən İddiaçı MMC-nin bank hesabına ödəməyi və borcu tam şəkildə bağlamağı öhdəsinə götürür.
4. İkinci tərəf kimi çıxış edən Cavabdeh hazırkı dövrdə davam edən məhkəmə prosesi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(105)- 84/2024 nömrəli qətnməsi ilə müəyyən edilmiş, ona çatacaq 13700 (on üç min yeddi yüz) manat məbləğində vəsaitin həmin dövrə qalan borcun tam şəkildə ödənilməsinə yönəldəcəyini öhdəsinə götürür.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sözügedən qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti edilərsə, bu hal bu sazişin 4-cü bəndinə hər hansı bir təsir etmir və həmin bənd öz hüquqi qüvvəsini saxlayır.
6. Bu saziş tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-birilərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanan barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Bir tərəfdən İddiaçı (etibarnamə üzrə Nümayəndə), digər tərəfdən Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya təşkilatında bağladıqları barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında olan alqı-satqı sövdələşməsinə əsasən, 15110 (on beş min yüz on) manat (ƏDV daxil) məbləğində borcun olduğunu təsdiq və bəyan edir, razılaşırlar.
2. İkinci tərəf kimi çıxış edən Cavabdeh bu sazişin imzalandığı tarixdə, yəni xx.xx.2024-cü il tarixində ilkin olaraq 500 (beş yüz) manat məbləğində borcu birinci tərəf kimi çıxış edən İddiaçı MMCnin bank hesabına ödəməyi öhdəsinə götürür.
3. Qalıq borcun hər növbəti ayın 10-a kimi olmaqla, xx.xx.2027-ci il tarixinə kimi hər ay 500 (beş yüz) manat məbləğində, sonuncu ayın -xx.xx.2027-ci il tarixinə kimi isə 110 (bir yüz on) manat məbləğində borcu birinci tərəf kimi çıxış edən İddiaçı MMC-nin bank hesabına ödəməyi və borcu tam şəkildə bağlamağı öhdəsinə götürür.
4. İkinci tərəf kimi çıxış edən Cavabdeh hazırkı dövrdə davam edən məhkəmə prosesi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(105)- 84/2024 nömrəli qətnməsi ilə müəyyən edilmiş, ona çatacaq 13700 (on üç min yeddi yüz) manat məbləğində vəsaitin həmin dövrə qalan borcun tam şəkildə ödənilməsinə yönəldəcəyini öhdəsinə götürür.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sözügedən qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti edilərsə, bu hal bu sazişin 4-cü bəndinə hər hansı bir təsir etmir və həmin bənd öz hüquqi qüvvəsini saxlayır.
6. Bu saziş tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-birilərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva