Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-119/2021 22.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat qarşı məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 933,32 manat borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində çörəkbişirmə fəaliyyəti ilə məşğuldur.”Cavabdeh” İB ilə qazın alğı-satqısına dair xx.xx.2020-ci il tarixli, AMX 3772/20 nömrəli müqavilə bağlamışlar. Müqavilə əsasında sexdə sayğac quraşdırılıb və iki ədəd təndir, bir ədəd kürə, bir ədəd isə qaz pilitəsi nəzərdə tutulub. İş təzə başlanıldığı üçün qaz piltəsinə gedən boru ucluğu cavabdeh tərəfindən möhürlənmiş vəziyyətdədir.Qaz verildikdən bir həftə sonra qazın təzyiqi aşağı düşmüş, sayğaca baxış keçirilərkən qoruyucu süzgəc olmadan bağlanmış sayğacın içərisi boruda olan qırıntılara görə təzyiqin aşağı düşməsi müəyyən olunmuş, belə halda sayğac işləmədiyi üçün sayğacdan istifadə etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən sayğacın bərpa olunacağı, obyektə isə qazın verilişinin dayanmayacağı bildirilmiş, ancaq sayğac müraciət edilsə də yenidən quraşdırılmamış, ayın sonuna 988,32 manat borc yazmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, obyekt yeni fəaliyyətə başlamışdır. İlk həftə ərzində aşkar olundu ki, sayğac sərfiyyatı qeyd etmir. Bu hal qaz istismar idarəsi tərəfindən təsdiqləndi. iddia tələbini müdafiə etdiyini, razılaşma protokolunu özü imzalamadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğundan qəbul etmədiklərini bildirmişdir. Həmçinin qeyd edtmişdir ki, əməkdaşlar obyektə gedən zaman İddiaçı həmin yerdə olmamışdır. Onun əvəzinə səlahiyyəti olan başqa şəxs razılaşma protokoluna imza etmişdir. Borc düzgün hesablanmışdır və abonent tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli edilməlidir. İş materiallarında olan: xx xxxxxxxx 2020-ci il tarixli Razılaşma protokolu ilə ünvan 1 ünvanda yerləşən çörək sexinin qaz sərfiyyatının hesablanması cəmi 194,4 kub metr=38,88 manat kimi qeyd edilmiş, ancaq protokol abonentin özü tərəfindən imzalanmamışdır. xx xxxx 2020-ci il tarixli, AMX-3772/20 nömrəli qaz paylayıcısı ilə sənaye qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqavilənin 1-ci bəndinə əsasən paylayıcı Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşin məhkəmə araşdırması nəticəsində məlum olur ki, abonentə məxsus obyektə qaz sayğacı quraşdırılmış, ancaq bir həftə sonra sayğacın qoruyucu süzgəc olmadan bağlanmış sayğacın içərisi boruda olan qırıntılara görə qaz təzyiqin aşağı düşməsi ilə nasaz olması müəyyən olunmuşdur. Sayğac sökülmüş və yenisi ilə vəz olunacağı bildirilmiş, habelə qazın verilməsi dayandırılmamışdır. xx.xx.2020-ci il tarixdə razılaşma protokolu tərtib edilərək sentyabr ayının 7-si də daxil edilməklə, hər gün üçün 38.88 manat olmaqla son 24 gün ərzində abonetə 933,32 manat borc yazılmışdır. Abonentin saldosunun “Qalıq və aktlar” bölməsində 2020-ci ilin sentyabr ayı üzrə 933.38 manat borcun olması göstərilmişdir. Məhkəmə araşdırması zamanı mübahisəsiz hal kimi müəyyən olunmuşdur ki, razılaşma protokolu abonent tərəfindən imzalanmamışdır. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqaviləsi İddiaçı arasında bağlandığından, digər razılaşmalar da həmin şəzlər arasında baş tuta bilər. İstehlakçı adından hər hansı razılaşma şəxsən və ya etibarnamə əsasında səlahiyyət verilmiş şəxlər tərəfindən təsdiq edilə bilər. İstehlakçı və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmadığından xx.xx.2020-ci il tarixli razılaşma protokolu etibarsız hesab edilir və onun nəticələri əhəmiyyətsiz sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 988,32 (doqquz yüz səksən səkkiz manat otuz iki qəpik) manat borc istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 933,32 (doqquz yüz otuz üç manat otuz iki qəpik) manat borc İddiaçı abonenet hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev əsli ilə düzdür
Məhkəmə qərarları › İş №e-2-2(115)-119/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-119/2021
22.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver