Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-121/2023 29.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 17 iyul 2019-cu il tarixli, RB/FS- 3972 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 29 863,57 manat, faiz borcuna görə 4 319,93 manat, cərimə borcuna görə 5500,52 manat olmaqla, cəmi 39 684,02 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat və 18,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus məxsus 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 782 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 038775 olan, MTZ 892 markalı Traktor, 2018-ci il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ********* olan, SPA 145 markalı Kotan, 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 781 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 165512 olan, MTZ 1221.2 markalı traktor, 2018-ci il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ********* olan, SPA 145. markalı Kotan, 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 780 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 165672 olan, MTZ 1221.2 markalı traktor, 2019-cu il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ******* olan, PGD B-24(ağır diskli) markalı mala - nəqliyyat vasitələrinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 17 İyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsi üzrə cəmi 39 684,02 manat və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat və 18,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddia tələbinə dəyişiklklər edilmiş, son olaraq iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 18 963,57 manat, faiz borcuna görə 4 892,4 manat, cərimə borcuna görə 7 033,74 manat olmaqla, cəmi 30 889,71 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat və 18,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun, "xxxx" MMC-yə əmlakların qiymətləndirilməsinə dair ödənilmiş 1000 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus məxsus 2019cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 782 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 038775 olan, MTZ 892 markalı traktor, 2018-ci il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ********* olan, SPA 145 markalı kotan, 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 781 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 165512 olan, MTZ 1221.2 markalı traktor, 2018-ci il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ********* olan, SPA 145 markalı kotan, 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 780 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 165672 olan, MTZ 1221.2 markalı traktor, 2019-cu il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ******* olan, PGD B-24(ağır diskli) markalı mala- nəqliyyat vasitələrinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsi üzrə cəmi 30 889,71 manat və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat və 18,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun, "xxxx" MMC-yə əmlakların qiymətləndirilməsinə dair ödənilmiş 1000 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsinə əsasən illik 7 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 72 430 manat məbləğində cavabdehə kredit verilmişdir. 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh17 iyul 2019-cu il tarixli, RB/FS-3972saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 36 113,57 manat, faiz borcuna görə 3351,46 manat, cərimə borcuna görə 3 257,79 manat, borcun cəmi məbləği 42 722,82 manat təşkil edir. 17 iyul 2019cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus 2019cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 782 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 038775 olan, MTZ 892 markalı traktor, 2018-ci il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ********* olan, SPA 145 markalı Kotan, 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 781 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 165512 olan, MTZ 1221.2 markalı traktor, 2018-ci il buraxılışlı, qırmızı rəngli,zavod nömrəsi ********* olan, SPA 145 markalı kotan, 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 780 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 165672 olan, MTZ 1221.2 markalı traktor, 2019-cu il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ******* olan, PGD B-24(ağır diskli) markalı mala xx.xx.2019-cu il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. İddiaçının nümayənəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbininin əsaslı olduğunu bildirdi və təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehə cərimə əsassız olaraq hesablanmışdır. Eyni zamanda ipteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş cavabdehə göndərilməmişdir. Odur ki, ipotekaya aid hissədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsindən görünür ki, borcverən- "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan- Cavabdeh 72430 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ipoteka müqavilələrindən görünür ki, 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 782 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 038775 olan, MTZ 892 markalı traktor, 2018-ci il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ********* olan, SPA 145 markalı kotan, 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 781 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 165512 olan, MTZ 1221.2 markalı traktor, 2018-ci il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ********* olan, SPA 145 markalı kotan, 2019-cu il buraxılışlı, ban ******* olan, göy rəngli, 02T 780 qeydiyyat nişanlı, mühərrikin nömrəsi 165672 olan, MTZ 1221.2 markalı traktor, 2019-cu il buraxılışlı, qırmızı rəngli, zavod nömrəsi ******* olan, PGD B-24(ağır diskli) markalı mala ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli RB-02/3056 nömrəli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ünvan 1 ünvanına göndərilmişdir. «İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən» xx.xx.2019-cu il tarixli 001214 nömrəli çıxarışa əsasən SPA 145 markalı kotan, xx.xx.2020-ci il tarixli 001215 nömrəli çıxarışa əsasən MTZ 1221.2 markalı traktor, xx.xx.2020ci il tarixli 001210 nömrəli çıxarışa əsasən MTZ 892 markalı traktor, xx.xx.2020-ci il tarixli 001212 nömrəli çıxarışa əsasən SPA 145 markalı kotan, xx.xx.2020-ci il tarixli 001216 nömrəli çıxarışa əsasən PGD B-24(ağır diskli) markalı mala, xx.xx.2020-ci il tarixli 001213 nömrəli çıxarışa əsasən MTZ 1221.2 markalı traktor ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli RB-02/3121 nömrəli məktubdan görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X3 Mərkəzinə müraciət olunmuşdur. Bərdə X3 Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/1.2.23-2-2022-126 nömrəli məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə olan öhdəlikləri vaxtında və lazımı qaydada icra etmədiyi üçün «İpoteka» haqqında Azərbaycan Respublikasının Qanunun 36.3cü maddəsinin tələblərini rəhbər tutaraq ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli MŞB/9-00501 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh daimi yaşayış yeri və qeydiyyat ünvanı Ağdam rayonu, Zəngişalı kəndidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi,60, M5, m1 ünvanında mənzil vardır. İş materiallarında olan «Atlas Ekspress» Sürətli Poçt Xidmətinin 237827 nömrəli qaiməsindən görünür ki, İddiaçı ASC tərəfindən göndərilən məktubu alan şəxs Əhməd olaraq qeyd edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, 02-79/23 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən MTZ 892 markalı traktorun bazar dəyəri 35000 manat, likvid dəyəri 31500 manat, SPA 145 markalı kotanın bazar dəyəri 3600 manat, likvid dəyəri 3420 manat, PGD B-24(ağır diskli) markalı mala bazar dəyəri 10000 manat, likvid dəyəri 9500 manat, MTZ 1221.2 markalı traktorun bazar dəyəri 50 000 manat, likvid dəyəri 45 000 manat, SPA 145 markalı kotanın bazar dəyəri 3600 manat, likvid dəyəri 3420 manat, MTZ 1221.2 markalı traktorun bazar dəyəri 50 000 manat, likvid dəyəri isə 45 000 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli RB-02/PK-855 nömrəli maliyyə arayışından görünür ki, 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu 18963,57 manat əsas borc, 4892,4 manat faiz borcu, 7033,74 manat cərimə olmaqla, cəmi 30889,71 manat təşkil edir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, RB/FS-3972 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 72430 manat kredit verilmişdir. Borcun təminatı olaraq xx.xx.2019-cu il tarixli ipoteka müqavilələri bağlanmışdır.Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 500 manat manat məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsi ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Qeyd ounan maddələrin tələbindən göründüyü kimi, tutmanın yönəldilməsi haqqında bildiriş öncə Qanunun 36.2-ci maddəsi ilə müəyyən edilmiş məzmuna malik olmalı və həmin məzmunda bildiriş ipoteka qoyanın ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməlidir. Qanunun 36.1-ci maddəsinin məzmunundan görünür ki, qanunvericilik bildirişin göndərilmə qaydasını onu göndərənin seçimindən asılı etməmişdir və onun sair qaydada təqdim edilməsini nəzərdə tutmamışdır. Bildiriş hər iki vasitə ilə, həm poçt vasitəsilə , həm də elektron üsulla göndərilməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə hara göndərilməsindən asılı olmayaraq göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Lakin ipoteka saxlayan bu müddətləri gözləməyə borclu deyildir. Əgər, tutmanın yönəldilməsi haqqında bildiriş Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edilmişdirsə, o, bundan sonra 3 iş günü ərzində ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməyə haqlıdır. Həmin Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz Maddənin tələbindən göründüyü kimi burada söhbət Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka qoyanın təqdim edilmiş bildirişdən gedir. Qanunvericilik tələb edir ki, bildiriş əvvəlcə ipoteka qoyanın ünvanına göndərilməklə ona təqdim edilməli, bu təqdim etmədən sonra isə 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməlidir. İşin hallarından məlum olduğu kimi ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ipoteka qoyanın ünvanına göndərməmişdir, buna baxmayaraq bildirişi qeydə alınması üçün dövlət qeydiyyatı orqanına təqdim etməklə onu müvafiüq orqanda qeydə aldırmışdır. Göründüyü kimi, tutmanın yönəldilməsi proseduru davam etdirilməsi qanunla yolverilməz hesab edilən şəraitdə aparılmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli RB-02/3056 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka qoyan Cavabdeh təqdim edilməli olan bildirişdə onun ünvanı kimi ünvan 4ları ilə müəyyən olunur ki, Cavabdeh daimi yaşayış yeri və qeydiyyat ünvanı Ağdam rayonu, Zəngişalı kəndidir ki, həmin ərazidə poçt xidməti fəaliyyət göstərir. Bundan başqa onun ünvan 6 ünvanında mənzili vardır ki, bu mənzil də onun yaşayış yeri sayılır. Həmçinin Beyləqan rayonu Mayak kəndində isə təsərrüfata sahibdir. Bura da onun iş yeri kimi ünvanı ola bilər. Lakin bildirişdə yazılan ünvan 8 ünvanın cavabdehə aid olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərdən başqa, iş materiallarında olan «Atlas Ekspress» Sürətli Poçt Xidmətinin 237827 nömrəli qaiməsindən görünür ki, İddiaçı ASC tərəfindən göndərilən məktubu xx.xx.2022-ci ildə Əhməd adlı şəxs almışdır. Natamam şəkildə tərtib edilmiş bu sənəd, tutmanın yönəldilməsinə dair bildirişin Cavabdeh ünvanına göndərimiş olmasını müəyyən etmir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyanın ünvanına göndərilmədiyindən onun məhkəməyə müraciət etmək imkanı yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunla müəyən edilmiş prosedur qaydaları pozmaqla və şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin etməməklə aparılmış fəaliyyət hüquqi nəticə yaratmır. Odur ki, iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində qanununi sayılmır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18963,57 manat əsas borc, 4892,40 manat faiz borcu, 500 manat cərimə olmaqla cəmi 24355,97 manat borc və 200 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi əmlakın qiymətləndirilməsi barədə vəsatət iddiaçı tərəfindən ərizədə göstərilmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizədə isə 1000 manat ekspertiza xərcinin bank tərəfindən ödənildiyi qeyd olunmuşdur. Odur ki, “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-yə “ödənilməli olan əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza xərcləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18963,57 manat əsas borc, 4892,40 manat faiz borcu, 500 manat cərimə olmaqla cəmi 24355,97 manat borc və 200 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 163,07(bir yüz altmış üç manat yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. "xxxx" MMC-nin hesabına ödənilmiş ekspertiza xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-121/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-121/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver