Məhkəmə qərarları › İş №e-2-2(115)-1215/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1215/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1215/2025 09.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X11 qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı ”Accеssbank” QSC-nin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 41828 manat 53 qəpik krеdit bоrcu, 3265 manat 27 qəpik faiz bоrcu və 1592 manat 81 qəpik cərimə borcu olmaqla, cəmi 46686 manat 61 qəpik, 005R********** saylı krеdit razılaşması üzrə 44255 manat 47 qəpik krеdit bоrcu, 4612 manat 75 qəpik faiz bоrcu və 1944 manat 85 qəpik cərimə borcu olmaqla, cəmi 50813 manat 07 qəpik kredit razılaşması üzrə ümumilikdə cəmi 97499 manat 68 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 382 manat 40 qəpik, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus və İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsində 0.0494 ha torpaq sahəsi və üzərində yerləşən 71.4 m ümumisahədən ibarət “Neftçilər b/ynin 196 saylı bağ evinə, Cavabdeh3 məxsus və İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş “Mercedes Benz” yük markalı, “**-BA-***” dövlətqeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına 97499 manat 68 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 382 manat 40 qəpik, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının tələblərini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 28171 manat 47 qəpik ödəmiş, onun 41828 manat 53 qəpik məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 218 gün üçün hesablanmış faiz borcu 3265 manat 27 qəpik təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 218 gün üçün hеsablanmış cərimə 1592 manat 81 qəpik təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4583% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 47500 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının tələblərini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 3244 manat 53 qəpik ödəmiş, onun 44255 manat 47 qəpik məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 219 gün üçün hesablanmış faiz borcu 4612 manat 75 qəpik təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 219 gün üçün hеsablanmış cərimə 1944 manat 85 qəpik təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmçinin İddiaçı QSC ilə zamin X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005S**********02 saylı qoşulma barədə sazişə əsasən zamin borclunun uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bank qarşısında kredit öhdəliklərinin icrasının təminatı üçün məsuliyyəti üzərinə götürmüş və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Bundan başqa uzunmüddətli krеdit və təminat müqaviləsi üzrə Cavabdeh3öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh - ipoteka verən X4 ilə Bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində 0.0494 ha torpaq sahəsi və üzərində yerləşən 71.4 m ümumi sahədən ibarət “Neftçilər” b/y-nin 196 saylı bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli elektron çıxarışa əsasən X2 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsində 0.0494 ha torpaq sahəsi və üzərində yerləşən 71.4 m ümumi sahədən ibarət “Neftçilər” b/ynin 196 saylı bağ evinin İddiaçı QSC qarşısındakı kredit öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verənX3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2025-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Bundan başqa uzunmüddətli krеdit və təminat müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh3 Bank ilə bağladığı xx.xx.2022-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi əsasında mülkiyyətində olan Mercedes Benz yük markalı, buraxılış ili 2000 olan **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrindən AA №144036 saylı çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Mercedes Benz yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı QSC qarşısındakı kredit öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verənCavabdeh3İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Baş Dövlət Yol Polisi İdarəsinə təqdim olunmuş və xx.xx.2025-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İpoteka qoyanın həyat yoldaşı X5 notariat ofisinə ərizə təqdim edərək nəqliyyat vasitəsinin bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə göndərərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 31828 manat 53 qəpik kredit borcu, 3265 manat 27 qəpik faiz borcu və 1592 manat 81 qəpik cərimə borcu olmaqla, cəmi 36686 manat 61 qəpik, 005R********** saylı kredit razılaşması üzrə 44255 manat 47 qəpik kredit borcu, 4612 manat 75 qəpik faiz borcu və 1944 manat 85 qəpik cərimə borcu olmaqla, cəmi 50813 manat 07 qəpik, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 87499 manat 68 qəpik məbləğində borcun, borcun, dövlət rüsumu olaraq ödənilmiş 382 manat 40 qəpik, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, tutmanın X3 məxsus və İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsində 0.0494 ha torpaq sahəsi və üzərində yerləşən 71.4 m2 ümumi sahədən ibarət “Neftçilər b/y-niıı 196 saylı bağ evinə, Cavabdeh3 məxsus və İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş Mercedes Benz yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına 87499 manat 68 qəpik məbləğində borcun, borcun, dövlət rüsumu olaraq ödənilmiş 382 manat 40 qəpik, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, kommersiya işinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəmə iclasında borcu qəbul edərək izahatında bildirdi ki, hər iki müqavilə üzrə əsas borcu və faiz borcunu qəbul edir. Məcburi köçkün və şəhid ailəsi olduğu üçün cərimə borcunun azaldılmasına köməklik göstərilməsini xahiş edir. Krediti sahibkarlıq məqsədi ilə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və X4 zamin durmuşlar. Cavabdeh1 qardaşı, Şahverənova Mirvari isə bacısıdır. Məhkəmə icraatı dövründə borcdan 10 000 manat ödəniş etmişdir. 18 sentyabr tarixdə 4 000 manat, 03 oktyabr tarixində isə 6 000 manat məbləğində ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etmiş digər Cavabdeh1 borcu qəbul edərək izahatında bildirmişdir ki, krediti qardaşı Cavabdeh3 götürmüş və pulu ona vermişdir. Kredit sahibkarlıq məqsədi ilə götürülmüşdür. Borcdan 10 000 manat ödəniş ediblər. Cərimənin azaldılmasına köməklik göstərilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və X3 hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə 300000 manat məbləğində krеdit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4583% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 47500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tarixli OUT-2025/03/12-132 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 41828 manat 53 qəpik əsas borc, 3265 manat 27 qəpik faiz borcu, 1592 manat 81 qəpik cərimə olmaqla, cəmi 46686 manat 61 qəpik məbləğində borcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli OUT-2025/11/24-131 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 31828 manat 53 qəpik əsas borc, 3265 manat 27 qəpik faiz borcu, 1592 manat 81 qəpik cərimə olmaqla, cəmi 36686 manat 61 qəpik məbləğində borcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli OUT-2025/03/12-145 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 44255 manat 47 qəpik əsas borc, 4612 manat 75 qəpik faiz borcu, 1944 manat 85 qəpik cərimə olmaqla, cəmi 50813 manat 07 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 İddiaçı QSC-dən kredit almış, ayrılmış kredit məbləğini ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən və xx.xx.2023-cü il tarixli 005S**********02 saylı qoşulma barədə sazişdən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və X4 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz” markalı, buraxılış ili 2000 olan **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 005M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli 005L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində 0.0494 ha torpaq sahəsi və üzərində yerləşən 71.4 m ümumisahədən ibarət “Neftçilər” b/ynin 196 saylı bağ evi banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində 0.0494 ha torpaq sahəsinin və üzərində yerləşən 71.4 m ümumi sahədən ibarət “Neftçilər” b/y-nin 196 saylı bağ evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AA144036 nömrəli daşınar əmlakın müvafiq rəsmi reyestrində çıxarışdan görünür ki, Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz” markalı, buraxılış ili 2000 olan **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi daşınar əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Gəncə Kommersiya Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1215/2025 saylı qərardadına əsasən təyin edilərək alınmış “Mərkəzi Ekspertiza Bürosu” nun xx.xx.2025-ci il tarixli MEB-m206-0925 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, “Mercedes Benz” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 24800 manat, likvid dəyəri 22300 manat, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Neftçilər” b/y-nin 196 saylı bağ evinin bazar dəyəri 72900 manat, likvid dəyəri 65600 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı QSC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara- ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı QSC ipoteka ilə yüklü edilmiş torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin və avtomobilin açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli ödəniş məlumatlarından görünür ki, 51 manat rüsum İddiaçı QSC tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 382 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2023-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 31828 manat 53 qəpik əsas borc, 3265 manat 27 qəpik faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 36093 manat 80 qəpik məbləğində borc və 30 aprel 2024-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 44255 manat 47 qəpik əsas borc, 4612 manat 75 qəpik faiz borcu, 1500 manat cərimə borcu, cəmi 50813 manat 07 qəpik məbləğində borc olmaqla, ümumilikdə 86462 manat 02 qəpik məbləğində borc, ödənilmiş 382 manat 40 qəpik dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 51 manat müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 tutularaq İddiaçı QSC-yə ödənilməli, Tələb üzrə tutma cavabdeh X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən, 0.0494 ha torpaq sahəsi ilə birlikdə 71.4 kvadrat metr ümumi sahədən ibarət Neftçilər b/y-nin 196 saylı bağ evinə, həmçinin Cavabdeh3 məxsus “Mercedes Benz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yönəldilməli, Həmin bağ evi və avtomobil açıq hərracdan satılmalı, bağ evinin ilkin satış qiyməti 65600 manat, yük avtomobilinin ilkin satış qiyməti 22300 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSCyə ödənilməli, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər X3 və Cavabdeh3 qaytarılmalı, bağ evinin və yük avtomobilinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 29 avqust 2023-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 1000 manat, 30 aprel 2024-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə isə 1500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2023-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 31828 manat 53 qəpik əsas borc, 3265 manat 27 qəpik faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 36093 manat 80 qəpik məbləğində borc və 30 aprel 2024-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 44255 manat 47 qəpik əsas borc, 4612 manat 75 qəpik faiz borcu, 1500 manat cərimə borcu, cəmi 50813 manat 07 qəpik məbləğində borc olmaqla, ümumilikdə 86462 manat 02 qəpik məbləğində borc, ödənilmiş 382 manat 40 qəpik dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 51 manat müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb üzrə tutma cavabdeh X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən, 0.0494 ha torpaq sahəsi ilə birlikdə 71.4 kvadrat metr ümumi sahədən ibarət Neftçilər b/y-nin 196 saylı bağ evinə, həmçinin Cavabdeh3 məxsus “Mercedes Benz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yönəldilsin. Həmin bağ evi və avtomobil açıq hərracdan satılsın. Bağ evinin ilkin satış qiyməti 65600 manat, yük avtomobilinin ilkin satış qiyməti 22300 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlər X3 və Cavabdeh3 qaytarılsın. Bağ evinin və yük avtomobilinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 tutularaq İddiaçı QSC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar