Məhkəmə qərarları › İş №e-2-2(115)-1231/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1231/2022

26.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1231/2022 26.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 1700 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixli ərizə ilə Şəmkir rayon İcra Hakimiyyətinə müraciət edərək DƏDRX-nin xx.xx.2011-ci il tarixli ********* Qeydiyyat nömrəli çıxarışın aəsasən ona məxsus olan 0,06 ha həyatyanı torpaq sahəsində sahibkarlıq məqsədi ilə tikinti aparılmasına icazə verilməsinə xahiş etmiş və Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının 12 noyabr 2011-ci il tarixli sərancamı ilə ona məxsus olan və Bakı-Qazax avtomobil yolunun sol tərəfində yerləşən 0.06 ha həyatyanı torpaq sahəsində yolun mərkəzi oxundan 35 metr aralıda olmaq şərtilə sahibkarlıq məqsədi ilə qeyri-yaşyış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmçinin Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 10 dekabr 2012-ci il tarixli sərancamından çıxarışa əsasən qərara alınmışdır ki, ünvan 1 ünvanda ona məxsus 2012-ci ildə tikilmiş ümumi sahəsi 1090 kv.m əsas sahəsi 547.70 kv.m. zirzəmi hissəsi 542.30 kv.m olan qeyriyaşayış binası 585.60 kv.m tikinti altı torpaq sahəsi ilə birlikdə yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış fonduna daxil edilsin və hüquqi qeydiyatına icazə verilsin. Sərancamın icrası Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə həvalə edilmişdir. Mülkiyyətində olan obyektlə bağlı kommunal ödənişlərdə və ya avadanlıqlarda heç bir problem olmamışdır. Lakin heç bir əsas olmadan ARDN-nin Cavabdehndən daxil olmuş MS-29/1640-01891-86 saylı akta əsasən 27255379 nömrəli sayğacın plasmas qapağının daxili qulaqlarında əzik cızıq izləri müəyyən edilmiş və mülkiyyətində olan qeyri-yaşayış binasına 1700 manat cərimə yazılmışdır. Hesab edir ki, həmin akt qanunsuzdur. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış binasında olan qaz sayğacına baxış keçirilərkən iştirakı təmin edilməmiş, sayğaca onun tərəfimdən müdaxilə edilməsi subut olunmamış, nəticədə istehlakçının nümayəndəsi kimi Ülfət Süleymanovun adı qeyd edilməklə qanunsuz və əsassız akt tərtib edilmişdir və aktın əsasında mülkiyyəti olan qeyri yaşayış binasına cərimə hesablanmışdır. Cavabdehİstehsalat Birliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Həmçinin Cavabdeh tərəfindən aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda hesab edir ki, Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(115)-1231/2022 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi verərək abonent qeydiyyatı üzrə hesablanmış 1700 manat borcun əsassız olduğu üçün silinməsini qeyd etmişdir. Bununla əlaqədar istehlakçı- İddiaçı adına qeydiyyatda olan obyektəmağazaya quraşdırılmış qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi loboratoriyasında baxış keçirilərkən müəyyən edilmişdir ki, sağacın plastmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. Nəticədə müdaxiləli sayğac vasitəsilə təbii qazdan istifadə edildiyi üçün Şəmkir RQİl-nin mütəxəssisləri və cavabdehin nümayəndəsinin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş qaz sərfinə görə ümumilikdə 6480m3 qaz sərfi müəyyənləşdirilmiş, 1620,00 manat dəymiş ziyan hesablanmışdır. Xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən heç bir tədbir görülməmiş, ödəniş təmin edilməmişdir. “Qaz təchizatı haqqında” qanunun 3-cü madəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən- istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.3-cü bəndinə əsasən “istehlakçı” nın əsas vəzifələrindən biri qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməkdir. Həmin “Qaydalar”ın 5-ci bəndinin tələblərinə görə (5.3) istifadə olunan qazın dəyəri yalnız bank və poçt şöbələri vasitəsilə ödənilir. (5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə,(24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə hesablanmış cərimə borcu tamamilə əsassızdır. Qaz sayğacının qapağında cızığın olması hesablamanın səhv aparılmasına əsas vermir. Sayğacda olan nöqsanın məhz iddiaçının hər hansı bir hərəkəti nəticəsində yaranması sübut olunmur. Bütün bunları nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğacın saz vəziyyətdə saxlanılmasına fiziki şəxs cavabdehlik daşımasa da o sayğacda yaranmış mövcud problem barədə istehsalçıya məlumat verməli idi. İddiaçıya yazılan cərimə aparılan yoxlamanın nəticəsində aşkar olunan qaz sərfiyyatı ilə bağlı olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutları hərtərəfli tam və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 18 sentyabr 2019-cu il tarixli AMX-5269/19 nömrəli tərəflər arasında bağlanmış qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2021-ci il tarixli, MS-29/1640-01891-86 nömrəli aktdan görünür ki, 22 sentyabr 2021ci il tarixində Şəmkir RQİİ-dən dövlət yoxlmasına aparılmış G6 markalı mexanika tipli qaz sayğacına 12 oktyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş plastmas qapağın daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ARDNŞ-nin Cavabdeh İB-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, MS-29/1640-01891-86 nömrəli akta əsasən 28255389 nömrəli qaz sayğacın plastmas qapağın daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması müəyyən olunmuşdur. İtirilmiş qazın bərpası üçün hesabat aparılmalı və dəymiş ziyan ödənilməlidir. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair 27 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, G-6 markalı qaz sayğacının nominal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x12x90=6480 m3). İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2022-ci ilin avqust ayına aktlar üzrə 1620 manat, qalıq və aktlar üzrə isə birlikdə borcu 1631 manat 03 qəpik təşkil edir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28 mart 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçıya borc kimi hesablanmış 1620 manat qaz sayğacında aşkar edilmiş plasmas qapağının daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması qüsurunun nəticəsi olaraq cavabdeh tərəfindən hesablanmış dəymiş ziyan məbləğidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qanunvericiliyinin tələbinə uyğun olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdeh olmadığı, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi istehsalçı təşkilatın daşıdığı, eyni zamanda sayğacda yaranmış bu qüsurun istehlakçının hansısa bir qanunsuzluğu nəticəsində meydana gəlməsi barədə Cavabdeh tərəfindən hansısa bir sübut təqdim edilmədiyindən hesablanmış cərimə qanuni sayıla bilməz. Məhkəmə tədqiq edilən sənədlərdə sayğacda yaranmış qüsurun istehsalçı İddiaçı hər hansı bir mülki hüquq pozuntusu törətməsini göstərmədən ona ziyan hesablanmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********00395) hesablamış 1620 manat məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlərdən Cavabdeh tərəfindən dəymiş ziyanın əvəzi olaraq İddiaçı hesablanmış borcun məbləği 1620 manat müəyyən edildiyindən, iddia tələbinin qalan hissəsi təmin edilə bilməz. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 mediasiya sessiyasında iştirak edən zaman 60 manat məbləğində mediasiya xərcini ödədiyi üçün iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq dövlət büdcəsinə ödənilməli olan 36 manat 20 qəpik məbləğində dövlət rüsumu cavadeh Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00395) hesablamış 1620 manat məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilməli olan 36 manat 20 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar