Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1270/2023 21.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1643.57 manat əsas, 801.63 manat faiz, 2945.37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 241.96 manat faiz borcu olmaqla, cəmi 5632,53 manat borcun və 100 manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh vəkili Vəkil məhkəməyə etiraz göndərərək, işin sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 1358/18 manat nömrəli (Hesab nömrəsi: ********) xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. X4 üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4317.87 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilməli idi. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 5632.53 manat təşkil edir. Bundan 1643.57 manat əsas, 801.63 manat faiz, 2945.37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 241.96 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil Müşafiq oğlu xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmçinin onun tərəfindən heç bir əlavə saziş imza edilməmişdir. Hazırkı məhkəmə iclasınının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı ASC borcalan Cavabdeh 4000 manat məbləğində illik 33 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan-Cavabdeh isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. Kreditor Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişin 1.1-ci bəndində aşağdakılar qeyd edilmişdir : Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4317.87 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1976,18 manat əsas borc, 1555,5 manat faiz borcu və 786,19 manat cərimə təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 ay ərzində gecimə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Həmin Sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilir. Həmin Sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğində gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcu 1643.57 manat əsas, 801.63 manat faiz, 2945.37 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 241.96 manat faiz borcu olmaqla, cəmi 5632.53 manat təşkil edir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəf iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. İşin hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 24 ay müəyyən edilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən öhdəliyin icra müddəti xx.xx.2020-ci il tarixdək uzadılmışdır. İddiaçı 28 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. “Mediasiya haqqında “ Azərbaycan Respublikasının Qanunun: 21.1. Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Qanunun 29.1-ci maddəsinə əsasən mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyibistəmədiklərinə dair qərar verməlidirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə təklif göndərir. Həmin təklif digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi mediasiya təşkilatı tərəfindən aparılır. Qanunvericilik iddia müddətinin dayanma anını mediasiya prosesinin tətbiqi anından müəyyən etmişdir. Qanunvericilikdə müəyyən edilmiş qaydalardan göründüyü kimi mediasiya prosesinin tətbiqi tərəflər arasında bağlanan müqavilə və mediatora edilmiş müraciətdən sonra mediatorun vasitəsilə mümkün olur. Məhkəmə qeyd edir ki, istər tərəflər arasında müqavilənin bağlanması, istərsə də Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək, tərəflərdən birinin mediasiya prosesinin tətbiqi barədə digər tərəfə yazılı formada təklif göndərdikdən sonra baş tuta bilər. “Mediasiya haqqında “ Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsində göstərilir ki, mediasiya – mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.5-ci maddəsində göstərilir ki, mediasiya iştirakçıları mediator və tərəflərdir. Göstərilən maddələrin məzmunundan göründüyü kimi, mediator mediasiya prosesinin iştiakçısıdır. Deməli, mediasiyanın tətbiqi mediatorun iştirakı ilə mümkün olur. Aydın məsələdir ki, mediatorun da iştirakının mümkün olması üçün tərəflərdən hər hansı biri mediasiya təkilatına müraciət etməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC 01 avqust 2023-cü il tarixli ərizə ilə mediasiya təkilatına müraciət etmişdir. Odur ki, mediasiya prosessinin tətbiqi ondan əvvəlki tarixə təsadüf edə bilməzdi. İddiaçının iddia müddətinin son günü olan xx.xx.2023-cü il tarixədək mediasiya prosesinin tətbiqi barədə cavabdeh tərəfə yazılı formada təklif göndərməsi mediatorun iştirakına qədər mərhələyə aid olan hərəkətdir. İddiaçı üç illik iddia müddəti bitdikdən sonra mediasiya təşkilatına müraciət etmişdir. Halbuki, iddia müddətinin dayanmasına səbəb ola biləcək hal, bu müddətin sonuncu gününə qədər baş vermiş olmalıdır. Əks halda iddia müddəti ötürülmüş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1270/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1270/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver