Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1273/2025 13.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" X1rşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi, borcun etirafı) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" X3 (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Gülman MMC”-dən borc üzrə 20550 (iyirmi min beş yüz əlli manat) və 151 manat 65 qəpik (yüz əlli bir manat altmış beş manat) dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru X2 rayonu, Ağköynək kənd sakini Nümayəndə2 2024-cü ilin mart ayından tanıyır. O, Əli ilə 2024-cü ilin mart ayının 26-dan biznes əməkdaşlığına başlamışdır. Belə ki, onun Xaçmaz rayonu, Xanlıq-oba kəndi ərazisində fermer təsərrüfatı vardır. Həmin fermer təsərrüfatı "xxxx" MMC adı ilə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş həmin hüquqi şəxsin direktorudur. Hüquqi şəxs bir mərtəbəli binalardan ibarətdir, lakin 5 ədəd tikili bina vardır. Binanın biri inzibati otaqdır, biri işçilərin istirahət etməsi üçündir, binanın biri yeni doğulmuş buzovların saxlanılması üçün, digər isə iribuynuzlu heyvanların saxlanılması üçündür. Binanın digəri isə iribuynuzlu heyvanların saxlanıldığı yerə yaxın olmaqla süd sağım məntəqəsidir. Həmin yerdə onun işçiləri vardır ki, işçilərlə direktoru olduğu MMC arasında əmək müqaviləsi bağlanmışdır. Həmin işçilərdən X9, X4 və X7 demək olar ki, fermadan süd satışına bir başa cavabdehdirlər, yəni fermadan xam süd məhsullarının avtomobillərə yüklənməsinə və fermadan çıxışına birbaşa nəzarət edirlər. Fermada olan süd məhsullarını satmaq üçün o, dolayısı ilə Nümayəndə2 ilə tanış olmuşdur. Belə ki, ondan əvvəllər süd məhsulları alan Mehman adlı şəxs vasitəsi ilə Bakı şəhərində Əli ilə tanış olub sonuncu ilə danışarkən belə razılığa gəlmişlər ki, Əli ondan 1 litr südu 75 qəpikdən alacaq və hər 10 gündən bir ödənişi həyata keçirəcəkdir. O, Əli ilə razılığa gələndən sonra Əliyə bir gündən bir 2100-2200 litr süd satmışdır və Əli həmin südün pulunu ona ödəmişdir. Onun rəhbəri olduğu ferma ilə Əli arasında xam süd məhsullarının alışı və satışı demək olar ki, 2024-cü ilin aprel ayına kimi normal olmuşdur. Yəni 2024-cü ilin mart ayından həmin ilin aprel ayına kimi Əli bir gündən bir fermaya Ford markalı yük maşını göndərib fermadan 2100-2200 litr süd aldırmış, on gündən də bir ödənişini etmişdir. Onu da qeyd etmişdir ki, Əli elə ilk gündən ödənişləri normal etmiş və onda özünə qarşı etibar qazanmağa çalışmışdır. Ödənişləri normal etmiş dedikdə bir aydan digər aya az miqdarda borc qalığı ilə keçmişdir. O da həqiqətən Əlini etibarlı bir alıcı kimi tanımağa başlamışdır. Əlinin göndərdiyi maşınlar Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən fermer təsərrüfatında süd məhsullarını gəlib götürmüş və südü Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən və Əliyə məxsus olan süd emalı sexinə aparmışlar. Burada isə o bildiyinə görə, Əli həmin süd məhsullarını emal edib müxtəlif dövlət qurumlarına və digər təşkilatlara paylamışdır. 2024-cü ilin mart və aprel ayının ödənişlərini Əli normal həyata keçirmişdir. Lakin 2024-cü ilin may və iyun aylarından başlayaraq Əli aldığı süd məhsullarının ödənişini həyata keçirməkdə çətinlik çəkməyə başlamış, yəni ona problem yaratmağa başlamışdır. Belə ki, Əli ilə alver etdiyi dövr ərzində sonuncu bir aydan digər aya müxtəlif borclarla keçidiyinə görə 2024-cü ilin iyun ayının sonunda həmin borcun ümumi məbləği yığılaraq 20550 manat olmuşdur. O, Əlidən bu pulunu istəyəndə Əli demişdir ki, pulu verə bilmir. Belə ki, Əli ona bəhanə gətirmişdir ki, onun südünü kəsmiş, ona süd məhsulları satmamış, ona görə də məcbur olub zavodu bağlamışdır, Əli onun pulumu vermədiyinə görə o, heyvanlarını saxlaya bilməmişdir. Nəticədə təsərrüfatında dörd baş iribuynuzlu qarnı balalı heyvanı tələf olmuşdur. Əli onun pulunu ödəmədiyinə görə o da Əlinin südünü kəsmişdir. Belə ki, onlar şifahi razılığa gəlmişlər ki, Əli ödənişi etmədiyinə görə o, 7 gün qabaqdan Əlini xəbərdar etməli imiş ki, südün satışını dayandıracaqdır. O, südün satışını da dayandıranda Əliyə bu barədə 7 gün qabaqdan xəbərdarlıq etmişdir. Rəhbəri olduğu "xxxx" MMC-nin 2024-cü ilin mayayında Nümayəndə2 xam süd məhsulları satması və buna görə yaranmış 20550 manat borcu ödəməməsi ilə bağlı onun Əli ilə "Whatsapp" ani mesajlaşma tətbiqində olan danışıqları vardır, həmin danışıqlarda Əli ona borcu olmasını bir daha təsdiq etmişdir. Həmçinin Əlinin ondan süd alıb pulunu verməməsini digər şahidlər də ifadələrində təsdiq etmişdir. Onlar müqavilə əsasında bir müddət işləmişlər, daha sonra isə müqavilədən kənar işləmişlər, yəni Əli avtomobili göndərib südü almış, daha sonra da pulunu nağd şəkildə ödəmişdir. Ancaq müqavilə əsasında işlədikləri vaxtlarda elektron qaimə göndərmiş, Əli də həmin qaimə əsasında ona ödəniş etmişdir. O, Nümayəndə2la 2024-cü ilin mart ayının 26-dan başlayaraq həmin ilin iyun ayının sonuna qədər işləmiş və ona yaranmış olan 20550 manat borcda hər ayın payı vardır. Yəni Əlinin ona mart,aprel, may və iyun ayından borcları qalmış və ümumilikdə bu borclar 20550 manat təşkil etmişdir. İş üzrə X4, X7 və X9 da şahid qismində ifadə verərək qeyd edilən halları təsdiqləyə bilərlər. Yuxarıda sadalanmış fakt üzrə Xaçmaz RPŞ-a Anar Yunusov tərəfindən müraciət edilərək dələduzluq cinayəti üzrə cinayət işinin başlanması xahiş edilmişdir. Lakin ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmiş və bununla bağlı olaraq 07 fevral 2025-ci il tarixində Xaçmaz RPŞ-in İB-nin müstəntiqi Mətləb İsmayılov tərəfindən müvafiq qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, göstərilən faktlara əsasən, əməldə cinayət tərkibi yoxdur. X5 Nümayəndə2 pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
II. Tərəflərin mövqeyi
3. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq vəkili və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyindən məhkəmə mübahisəyə baxılmasını mümkün hesab etmişdir.
4. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı Cavabdeh MMC-nə 20550 manat borcunun olduğunu qəbul edir. Bu barədə etiraf ərizəsini məhkəməyə təqdim etmişdir. Buna görə də ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi.
II. Sübutların tədqiqi
5. Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Mətləb İsmayılovun 07 fevral 2025-ci il tarixli cinayət işinə xitam verilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh MMC-nin direktoru Nümayəndə2 ifadəsində İddiaçı MMC-dən süd məhsulları aldığını və ümumilikdə 20550 manat borcu qaldığını bildirmişdir.
6. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və iddiaçıya 20550 manat borcunun olduğunu bildirmişdir.
III. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
IV. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış bağlanmış şifahi alğı-satqı müqaviləsinə əsasən satıcı süd məhsullarını alıcıya satmağı, alıcı isə malları alıb və dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək süd məhsullarını cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 20550 manat borcu qalmışdır.
12. Hazırda iddiaçı alğı-satqı müqaviləsi üzrə 20550 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki Məcəllənin alğı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
15. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
16. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
17. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
18. Məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
19. Beləliklə, iddiaçının irəli sürdüyü cavabdehdən 20550 manat pulun tutulması tələbi üzrə iddia cavabdehin nümayəndəsi tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalı və iddia təmin edilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
20. İddiaçı eləcə də 151,65 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
21. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 151,65 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151,65 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 20550 manat pul tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
26. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 20550 (iyrimi min beş yüz əlli) manat borc tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 151,65 (bir yüz əlli bir manat altmış beş qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əbülfəz Məmmədli