Məhkəmə qərarları › İş №e-2-2(115)-128/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-128/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-128/2025 13.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlakın boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 65424,84 manat maddi ziyanın ödənilməsi və ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, cavabdehlə təmsil etdiyi qurum arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cəmiyyət mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (ümumi sahəsi: 736,00 kvadratmetr) onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 6594,60 manat (5152 manat (15500,55 manat icarə haqqı, 927,4 manat ƏDV, 515,2 manat xidmət haqqı (kommunal) ödənişi) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlanılıb. Belə ki, onun müqaviləyə görə, 65424,84 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin (icarə obyekti) təxirə salınmadan qaytarılması və borc məbləğinin ödənilməsi barədə cavabdehə elektron sistem üzərindən bildiriş ünvanlanmışdır. Obyekt hazırda mebel satışı dükanı kimi fəaliyyət göstərir. Ona ödənişin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də bu günə kimi müraciətlərə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir. İddiaçı MMC sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində cəmiyyətə dəymiş 76425,81 manat məbləğində vəsaitin (icarə haqqı və maddi ziayn) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ünvan 2 ünvanında yerləşən, sahəsi 736,00 kvadratmetr olan qeyri-yaşayış sahəsi boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 736,00 kvadratmetr olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarından olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsi 1 il müddətinə icarəçiyə icarəyə verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçinin ödəyəcəyi məbləğ, icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 6594,60 manat (icarə haqqı 5152 və ƏDV 927,40) manat və xidmət haqqı 515,20 (ƏDV daxil) manat təşkil edir. İş materiallarından olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsi 3 ay müddətinə icarəçiyə icarəyə verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçinin ödəyəcəyi məbləğ, icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 6594,56 manat (icarə haqqı 5152 və ƏDV 927,36) manat və xidmət haqqı 515,20 (ƏDV daxil) manat təşkil edir. İş materiallarından olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsi 3 ay müddətinə icarəçiyə icarəyə verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçinin ödəyəcəyi məbləğ, icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 6594,60 manat (icarə haqqı 5152 və ƏDV 927,40) manat və xidmət haqqı 515,20 (ƏDV daxil) manat təşkil edir. İş materiallarından olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsi 3 ay müddətinə icarəçiyə icarəyə verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçinin ödəyəcəyi məbləğ, icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 6594,60 manat (icarə haqqı 5152 və ƏDV 927,40) manat və xidmət haqqı 515,20 (ƏDV daxil) manat təşkil edir. İş materiallarından olan 28 iyul 2022-ci il tarixli icarə obyektinin təhvil-təslimi barədə aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsi icarəyəverən tərəfindən icarəçiyə təhvil verilmişdir. İş materiallarından olan borc məbləği barədə arayışdan görünür ki, Cavabdeh 10 fevral 2025-ci il tarixinə İddiaçı MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən 11210,95 manat, xx.xx.2023-cü il tarixli icraə müqaviləsinə əsasən 23244,82 manat, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən 19783,68 manat, müqavilə başa çatdıqdan sonrakı dövr üzrə 28781,36 manat, cəmi 83020,81 manat borcu vardır. Həmin məbləğin 77050,22 manatı icarə haqqı üzrə, 5970,59 manatı kommunal xidmət haqqı hesablanmışdır. Müqaviləyə əsasən 28.08-xx.xx.2023-cü il tarixdə ödədiyi 6595 manat depozit qədər borcunu azaltdıqlarına görə xx.xx.2025-ci il tarixə yekun qalıq borcu 76425,81 manat təşkil edir. İş materiallarından olan hesabdan çıxarışdan görünür k, Cavabdeh İddiaçı MMC-nə 76425,81 manat borcu var. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1 il müddətinə, xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə, xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə və xx.xx.2024-cü il tarixdə 3 ay müddətinə icarə müqaviləsi bağlanmış, icarə müqavilələrinə əsasən icarəyəverən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsini icarəyə vermişdir. İcarəyəverən icarə müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etmiş, qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə icarəçiyə təhvil vermiş, lakin icarəçi müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməmişdir. Belə ki, icarə obyekti olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək icarəçinin fasiləsiz istifadəsində və sahibliyində olmuşdur. Buna baxmayaraq icarə müqavilələri müddətində icra haqqlarını və müqavilələrin müddəti bitdikdən sonra qalan müddət üçün dəymiş ziyanı tam olaraq ödəməmiş, nəticədə onun icarəyəverənə 76425,81 manat məbləğdə borcu qalmışdır. Buna görə iddiaçı icarə haqqı və dəymiş ziyan olaraq 76425,81 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı tələbində haqlıdır. Odur ki, iddia təmin edilməli tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən yaranmış və dəymiş ziyan olaraq hesablanmış 76425,81 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdeh ünvan 2 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir, ona görə də 319,28 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqavilələrinə əsasən yaranmış və dəymiş ziyan olaraq hesablanmış 76425 (yetmiş altı min dörd yüz iyirmi beş) manat 81 (səksən bir) qəpik borc Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən, sahəsi 736 kvadratmetr olan qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi boşaldılsın. Cavabdeh 319 (bir yüz əlli altı) manat 28 (qırx doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar