Məhkəmə qərarları › İş №e-2-2(115)-1285/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1285/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1285/2025 25.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2018-ci il tarixli 01/18 nömrəli kredit müqaviləsi üzrə 8940,20 manat əsas, 15599,76 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 1935,80 manat cəmi 26475,76 manat, 06 fevral 2018-ci il tarixli 02/18 nömrəli kredit müqaviləsi üzrə 9429,70 manat əsas, 15925,87 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2015,60 manat cəmi 27371,17 manat borcun və iş üzrə ödənilmiş 251,54 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 16 yanvar 2018-ci il tarixli 01/18 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 16 yanvar 2019-cu il tarixinədək illik 24 faiz dərəcəsi ilə 10000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2 saylı əlavəsinə əsasən 16 yanvar 2018ci il tarixli 01/18 nömrəli kredit müqaviləsinin istifadə müddəti uzadılaraq son odəmə müddəti xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 fevral 2018-ci il tarixli 02/18 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 06 fevral 2019-cu il tarixinədək illik 24 faiz dərəcəsi ilə 10000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2 saylı əlavəsinə əsasən 06 fevral 2018-ci il tarixli 02/18 nömrəli kredit müqaviləsinin istifadə müddəti uzadılaraq son odəmə müddəti xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borcalana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borcverən borcalanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borcalanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-7570/2025 və 12-5/2-7571/2025 saylı 20 may 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı iddia tələbini azaldılması ilə bağlı ərizə verərək 16 yanvar 2018-ci il tarixli 01/18 nömrəli kredit müqaviləsi üzrə 8940,20 manat əsas, 2642,86 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2010,30 manat cəmi 13593,36 manat, 06 fevral 2018-ci il tarixli 02/18 nömrəli kredit müqaviləsi üzrə 9429,70 manat əsas, 2510,53 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 2094,18 manat cəmi 14034,41 manat borcun və iş üzrə ödənilmiş 251,54 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli 01/18 saylı kredit xətti müqaviləsindən görünür ki, ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla xx.xx.2019-cu il tarixədək 10000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əlavə 2-dən görünür ki, xx.xx.2018-ci il tarixli 01/18 saylı kredit xətti müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, həmin tarixə əsas borcun 8940,20 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli 02/18 saylı kredit xətti müqaviləsindən görünür ki, ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla xx.xx.2019-cu il tarixədək 10000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əlavə 2-dən görünür ki, xx.xx.2018-ci il tarixli 02/18 saylı kredit xətti müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, həmin tarixə əsas borcun 9429,70 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli 01/18 saylı kredit xətti müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 8940,20 manat əsas, 2642,86 manat müqavilə müddətinə faiz, 2010,30 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 13593,36 manat, xx.xx.2018-ci il tarixli 02/18 saylı kredit xətti müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 9429,70 manat əsas, 2510,53 müqavilə müddətinə faiz, 2094,18 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 14034,41 manat bоrcunun olması göstərilmişdir. İş materiallarında olan xəbardarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla xx.xx.2019-cu il tarixədək 10000 manat məbləğində, xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 24% оlmaqla xx.xx.2019-cu il tarixədək 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli kredit xətti müqavilələrinə 2 nömrəli əlavələrlə müqavilələrin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğlərini cavabdehə vermiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 8940,20 manat əsas, 2642,86 manat müqavilə müddətinə faiz, 2010,30 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 13593,36 manat, xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 9429,70 manat əsas, 2510,53 müqavilə müddətinə faiz, 2094,18 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz, cəmi 14034,41 manat bоrcu vardır. İddiaçı borc məbləğlərini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 251,54 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 172,88 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2018-ci il tarixli 01/18 nömrəli kredit müqaviləsi üzrə 8940 manat 20 qəpik əsas, müqavilə müddətinə hesablanmış 2642 manat 86 qəpik faiz borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirmiş vaxt üçün hesablanmış 2010 manat 30 qəpik faiz borcu olmaqla cəmi 13593 manat 36 qəpik borc, 06 fevral 2018-ci il tarixli 02/18 nömrəli kredit müqaviləsi üzrə 9429 manat 70 qəpik əsas, müqavilə müddətinə hesablanmış 2510 manat 53 qəpik faiz borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirmiş vaxt üçün hesablanmış 2094 manat 18 qəpik faiz borcu olmaqla cəmi 14034 manat 41 qəpik borc, iki müqavilə üzrə ümumilikdə 27627 (iyirmi yeddi min altı yüz iyirmi yeddi) manat 77 (yetmiş yeddi) qəpik borc və ödənilmiş 172 (bir yüz yetmiş iki) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar