Məhkəmə qərarları › İş №e-2-2(115)-13/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-13/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-13/2022 17.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh, həmçinin digər cavabdeh “Natiq-99” X3 nümayəndəsi X1, onun və digər Cavabdeh2 nümayəndəsi və vəkili X7 iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Natiq-99” X4, X2 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”Natiq-99” KFT-dan 90000.00 manat məbləğində əsas borc, 21557 manat məbləğlndə faiz borcu, 0 manat cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 46888 manat, ümumilikdə isə 158445 manat vəsaitin, 31 manat döviət rüsumunun, 31 manat DƏDRX rüsumunun ləğv prosesində olan “Gəncəbank" ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti oları Şəmkir rayonu, Qaracəmirli kəndində 2 mərtəbəli, 2 otaqlı, 55 kv.m yaşayış, 115 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.25 ha birgə torpaq sahəsinə və Şəmkir rayonu, Qaracəmirli kəndində 2 mərtəbəli, 6 otaqlı, 137.52 kv.m yaşayış, 42.53 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.2 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılmasını, ipoteka ilə yüklü edilmiş Şəmkir rayonu, Qaracəmirli kəndində 2 mərtəbəli, 2 otaqlı,55 kv.m yaşayış, 115 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.25 ha birgə torpaq sahəsi və Şəmkir rayonu, Qaracəmirli kəndində 2 mərtəbəli, 6 otaqlı, 137.52 kv.m yaşayış, 42.53 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.2 ha birgə torpaq sahəsi satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2- 2(83)-736/2016 saylı qətnaməsi ilə “Gəncəbank" ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. Bildirlər ki, 06 aprel 2011-ci il tarixdə ”Natiq-99” KFT-nin rəhbəri X5 (bundan sonra-Borclu) ilə “Gəncəbank" ASC (bundan sonra-Bank) arasında 04 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 90000 manat məbləğində, 3 aylıq güzəştlə, 60 ay müddətinə, illik 18 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X5 ilə bank arasında 06 aprel 2011-ci il tarixdə 04 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Şəmkir rayonu, Qaracəmirii kəndində 2 mərtəbəli, 2 otaqlı, 55 kv.m yaşayış, 115 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.25 ha birgə torpaq sahəsi və Cavabdeh2 ilə bank arasında 06 aprel 2011-ci il tarixdə 04 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Şəmkir rayonu, Qaracəmirii kəndində 2 mərtəbəli, 6 otaqlı, 137.52 kv.m yaşayış, 42.53 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.2 ha birgə torpaq sahəsi ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqavilələri bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 sayı Ərazi idarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekaların dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 12.04.2011-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə ******* №-li və ********** №-li çıxarış verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və onun nəticəsində cavabdehin 05.08.2020-ci il tarixinə banka 90000.00 manat 30 qəpik məbləğində əsas borc, 21557 manat məbləğində faiz borcu, 0 manat cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 46888 manat, ümumilikdə isə 158445 manat məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün "Gəncəbank” ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********253, **********254 nömrəli, 14 mart 2019-cu il tarixli bildirişləri ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır.Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 29.03.2019-cu il tarixdə ********** və ********** nömrə ilə qeydiyyata alınmışdır.Eyni zamanda, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İddiaçının vəsatətinə əsasən X5 cavabdeh qismində işə cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ”Natiq-99” KFT-dan 90000.00 manat 00 qəpik məbləğində əsas borc, 21557 manat məbləğlndə faiz borcu, 0 manat cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 46888 manat, ümumilikdə isə 158445 manat vəsaitin, 31 manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun ləğv prosesində olan “Gəncəbank" ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti oları Şəmkir rayonu, Qaracəmirli kəndində 2 mərtəbəli, 2 otaqlı, 55 kv.m yaşayış, 115 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.25 ha birgə torpaq sahəsinə və Şəmkir rayonu, Qaracəmirli kəndində 2 mərtəbəli, 6 otaqlı, 137.52 kv.m yaşayış, 42.53 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.2 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılmasını, ipoteka ilə yüklü edilmiş Şəmkir rayonu, Qaracəmirli kəndində 2 mərtəbəli, 2 otaqlı, 55 kv.m yaşayış, 115 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.25 ha birgə torpaq sahəsi və Şəmkir rayonu, Qaracəmirli kəndində 2 mərtəbəli, 6 otaqlı, 137.52 kv.m yaşayış, 42.53 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini və 0.2 ha birgə torpaq sahəsi satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, bank tərəfindən iddia müddəti daxilində, yəni 04.04.2019-cu il tarixdə cavabdehlər “Natiq-99” X4, X2 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 05.04.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməyərək geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən təmin edilməmişdir. Bundan sonra, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə 04.06.2019-cu il tarixdə rayon məhkəməsinə müraciət olunmuşdur. Şəmkir Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yalnız 2020-ci ilin avqust ayında banka qaytarılmışdır. Sənədləri əldə etdikdən sonra həmin ilin sentyabr ayında iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Hesab edir ki, iddia müddəti ötürülməmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh, həmçinin digər cavabdeh ”Natiq-99” X3 nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ”Natiq-99” KFT-nin rəhbəri kimi kredit müqaviləsini və ipoteka müqaviləsini imzalamışdır. Kassa məxaric orderindəki imza ona məxsusdur. İpoteka müqaviləsini imzalayarkən qardaşı Cavabdeh2 onun yanında olmamışdır. 90000 manat pulun götürülməsi ilə bağlı müqaviləni o imzalamışdır, lakin pulu götürməmişdir. Bankın rəhbəri Pərvanə xanım demişdir ki, o bu pulu götürüb ona versin sonra aşağı faizlə ona kredit verəcəkdir. Ona görə də, kredit müqaviləsi üzrə onlar tərəfindən heç bir ödəniş aparılmamışdır. Bütün bunlar barədə ibtidai istintaq orqanına məlumat vermişdir. Hazırda iddia müddətinin tətbiqi barədə məhkəməyə verilmiş ərizəni müdafiə edir, vəkilin dedikləri ilə razıdır və başqa əlavəsi yoxdur. Cavabdeh2 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, 2006-cı ildə bir dəfə arvadı ilə notariusa getmişdir. 2011-ci ildə müqaviləyə imza atmamışdır. İpoteka müqaviləsinə atılan imzalar ona məxsus deyildir. İmza və yazı nümunələrini məhkəməyə təqdim edərək, ekspertizanın təyin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və X1 nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, bankla ”Natiq-99” KFT arasında 06.04.2011ci il tarixdə kredit müqaviləsi bağlansa da, faktiki olaraq X4 kredit verilməmişdir. Ona görə də, təsərrüfat tərəfindən müqavilə üzrə heç bir ödəniş aparılmamışdır. Müqavilənin müddəti 06.04.2016-cı il tarixdə başa çatmış, iddia müddəti isə 06.04.2019-cu il tarixdə bitmişdir. İş üzrə iddia ərizəsi iddia müddəti keçdikdən sonra 16.09.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Bank tərəfindən iddia müddətinin keçməsinə 2 gün qalmış iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət olunsa da, iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmamışdır. Belə olan halda, iddia müddətinin keçməsi aşkardır. Ona görə də, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı SKB-nın Şəmkir filialı ilə “Natiq-99” X3 rəhbəri X5 arasında bağlanmış 06.04.2011-ci il tarixli 04 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı SKB tərəfindən cavabdeh “Natiq-99” X4 3 ay güzəştlə 60 ay müddətinə, 06.04.2016-cı il tarixədək, illik 18 faiz ödəmək şərtilə 90000 manat məbləğində kredit verilmişdir. 06.04.2011-ci il tarixli 04 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, “Natiq-99” X3 06.04.2011-ci il tarixli 04 saylı kredit müqaviləsi kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evi və cavabdeh X2 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış məhkəmə xətşünaslıq ekspertizasının 11.06.2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 06.04.2011-ci il tarixli 04 saylı sonrakı ipoteka müqaviləsində “Cavabdeh2” sözlərinin qarşısındakı imzalar Cavabdeh2 tərəfindən icra edilmişdir. Tədqiqatın dəyəri 127 manat təşkil etmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin 16.12.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat və cavabdeh X2 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 55000 manat, likvid dəyəri 50000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 600 manat təşkil etmişdir. Şəmkir Rayon Məhkəməsinin 05.04.2019-cu il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Natiq-99” X4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin 26.04.2019-cu il tarixli qərardadı ilə təmin edilməyərək, iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 23.05.2019-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin 05.04.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti 06.04.2019-cu il tarixdə başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 16.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırki tələblə 04.04.2019-cu il tarixdə Şəmkir Rayon Məhkəməsinə iddia irəli sürsə də, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədiyindən, iddia müddətinin axımı kəsilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Natiq-99” X4, X2 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməli, ləğv prosesində olan İddiaçı ASC-dən 127 manat məbləğində ekspertiza xərci və 600 manat məbləğində qiymətləndirmə haqqı tutularaq müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Natiq-99” X4, X2 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ləğv prosesində olan İddiaçı ASC-dən 127 manat məbləğində ekspertiza xərci və 600 manat məbləğində qiymətləndirmə haqqı tutularaq müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablarına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar