Məhkəmə qərarları › İş №e-2-2(115)-1313/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1313/2024

31.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1313/2024 31.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 38523,83 (otuz səkkiz min beş yüz iyirmi üç manat səksən üç qəpik) manat borcun və 210 manat dövlət rüsumunun, ümumilikdə 38733,83 (otuz səkkiz min yeddi yüz otuz üç manat səksən üç qəpik) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3124/2024 saylı qərardadı ilə X1 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus vəsait hesabına aldığı, hazırda mülkiyyətində olan Frontal Yükləyici “Foton FL-958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı nəqliyyat vasitələrim vardır. Hüquqi şəxs olan Cavabdeh MMC-nin direktoru Niyazi Palaslı oğlu ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli QSZX 52/0522 saylı Xidmət müqaviləsinə əsasən hər ay üçün ümumilikdə 16.000 manat xidmət haqqı ödənilmək şərti ilə mülkiyyətində olan Frontal Yükləyici “FOTON FL-958G” markalı, 05-T- 565 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə sifarişçi Cavabdeh MMC-nə xidmət göstərmişdir. Xidmət müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən mülkiyyətində olan 2007-ci il buraxılışlı, sarı rəngli, Frontal Yükləyici “FOTON FL-958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı texnikanın iş saatı 12 saat olmuş və sifarişçi tərəfindən ona hər ay üçün 8000 manat, 2013-cü il buraxılışlı, sarı rəngli, Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı texnikanın isə iş saatı 12 saat olmuş və sifarişçi tərəfindən ona həmin texnikaya görə hər ay üçün 8000 manat xidmət haqqı ödənilmişdir. Xidmət müqaviləsinin şərtlərinə əsasən Cavabdeh MMC müqavilədə göstərilən müddətdə və qaydada göstərdiyim xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş və ödənişlər 2023-cü ilədək ödənilmiş, lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilən xidmət haqqı tam olaraq mənə ödənilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli QSZX 52/0522 saylı Xidmət müqaviləsinə və Cavabdeh MMC-dən alınmış üzləşmə haqqında akta əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində göstərdiyi xidmətlərə görə ona ümumilikdə 38523,83 manat borcu yaranmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, xidmət müqaviləsinə əlavə, üzləşmə aktı, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin direktoru Niyazi Palaslı oğlu ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli QSZX 52/0522 saylı Xidmət müqaviləsinə əsasən hər ay üçün ümumilikdə 16000 manat xidmət haqqı ödənilmək şərti ilə mülkiyyətində olan Frontal Yükləyici “FOTON FL-958G” markalı, 05-T- 565 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə sifarişçi Cavabdeh MMC-nə xidmət göstərmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmət göstərilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 38523,83 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, elekron qaimələr ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 38523,83 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan üzləşdirmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 110 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbi tam təmin edildiyindən ona mütənasib olaraq ödənilməli olan 95,57 manat ödənilmiş dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 38523,83 manat borc və 110 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, Cavabdeh MMC-dən 95,57 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 38523,83 manat borc və 110 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 95,57 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar