Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1319/2021 03.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin X1, Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Cavabdeh4nə qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Cavabdeh4nə qarşı iddia ərizəsi ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh3 MMC-dən, Cavabdeh4 MMC-dən, Cavabdeh1 va Cavabdeh2 müştərək qaydada 1951.000.00 doları əsas kredit borcunun, 40.871.35 dollar əsas mabləğə hesablanmış faiz borcunun, 28.385.42 -55 dolar hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 2020.256.76 dollar məblagində kredit borcunun və 2118 manat məblağində əmlakın sigortalanmasına görə bank tərəfindən çəkilmiş sıgorta haqqı va dövlət büdcəsinə ödanilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə, habelə banka olan borcun cavadehdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ila Cavabdeh4 MMC-ya maxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gancə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin canubunda, 131425 ha torpaq sahasində yerləşən, ümumi sahəsi 2685,1 kv.metr, tikintialtı sahəsi 2713 kv.m, 8 ədəd qeyri- yaşayış binalandan ibarət olan əmlak kompleksinə va mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Baki şəhəri, ünvan 1 ünvaninda olan ümumi sahəsi 234.09 kv.m yaşayiş sahəsi 161.32 kv.m, yardımçı sahəsi 72.77 kv.m, 8-ci mərtəbədə yerlaşən 4 otaqlı manzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsasən tərəflar arasında razilaşdirilmiş X2 aid əmlak 1187.500 manat olmaqla açıq harracdan satilmasi hesabına ödənilməsi, ipoteka ila yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc mabləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirda məbləğin qalan hissasini cavabdehlardən tutulmasının təmin edilməsi, harracda onun alindiqda 10 gün müddətində boşaldılaraq tahvil verilmasi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin əsassız olduğunu bildrimişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəf məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Cavabdeh4nə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1319/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1319/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver