Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1322/2024 22.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 10900 manat məbləğində borcun X4 adına olan **********3 nörməli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Slavyanka kəndində Narzan bulağının yaxınlığında xüsusi mülkiyyətində 3.94 ha torpaq sahəsində əmlak kompleksi var. Həmin əmlak kompleksi “X8” mərkəzi kimi fəaliyyət köstərməkdədir. 2023cü ilin avqust ayında cavabdeh idarənin əməkdaşları tərəfindən istrahət mərkəzinə gələn elektrik sayğacına baxış keçirilmişdir. Həmin vaxt bizə sayğacda nasazlıq olduğunu və həmin nasazlıq aradan qalıdırldığını bildirildi. Bir müddət sonra məlumat əldə etdi ki cavabdeh idarə tərəfindən hesabına 10900 manat borc yazılmışdır. Cavabdeh idarəyə borcun yazılma səbəbi barədə məlumat əldə etmək istəsəkdə lakin cavabdeh idarə ona heç bir məlumat veməmiş, həmin borcun nə səbəbə hansı əsasa yazıldığı bildirilməmişdir. Dəfələrlə cavabdeh idarəyə qanunsuz yazılmış borcun silinməsi barədə müraciət etmişlər, lakin heç bir nəticəsi olmamışdır. Bir daha qeyd etmək istəyir ki, onların elektrik sayğacına heç bir müdaxiləsi və heç bir qanuna zidd hərəkətləri olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hörmətli məhkəmə qeyd etmək istəyir ki, dövlət tərəfindən sahibkarların hüququnun qorunduğu, onlara qayğı göstərildiyi bir vaxtda, "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq belə bir borcun hesablarına yazılması ədalətsizdir və qəbul edilməzdir. Yuxarda qeyd olunanlara görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edir. Hazırda cavabdeh idarəyə qeyd olunan borcun nə əsas və hansı akta əsasən yazılması barədə müraciət edilmişdir. Həmin sənədləri məhkəmə hazırlıq iclasında təqdim olunacaqdır. Qeyd olunanlar görə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 10900 manat məbləğində borc hesabdan silinməlidir. Qeyd edir ki istifadə etdiyimiz elektrik sayğacı kompleksin əvvəlki mülkiyyətçisi X4 adınadır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, qeyd olunanlara əsasən cavabdeh "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli R 054120 nömrəli akt əsasında qanunsuz hesablanmış 9669,22 manat məbləğində borcun X4 (Gədəbəy rayonu Slavyanka kəndində yerləşən obyektdə - yeməkxanada) adına olan **********91001 nömrəli abonet hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC əməkdaşları tərəfindən qanunsuz hesablanmış 10900 (on min doqquz yüz) manat məbləğində borcun X4 adına olan borcun silinməsinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC əməkdaşları tərəfindən qanunsuz hesablanmış 10900 (on min doqquz yüz) manat məbləğində borcun X4 adına olan **********3 nömrəli abonent hesabından silinməsi" tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Gədəbəy rayonu, Slavyanka kəndində Narzan bulağının yaxınlığında xüsusi mülkiyyətində 3,94 ha torpaq sahəsində əmlak kompleksi var. Həmin əmlak kompleksi “Narzan İstirahət” mərkəzi kimi fəaliyyət göstərməkdədir. 2023-cü ilin avqust ayında cavabdeh idarənin əməkdaşları tərəfindən istirahət mərkəzinə gələn elektrik sayğacına baxış keçirilmişdir. Həmin vaxt ona sayğacda nasazlıq olduğunu və həmin nasazlıq aradan qaldırıldığı bildirildi. Bir müddət sonra məlumat əldə etmişdir ki, cavabdeh idarə tərəfindən abonent hesabına 10900 manat borc yazılmışdır. Cavabdeh idarəyə borcun yazılma barədə məlumat əldə etmək istəsə də lakin cavabdeh idarə ona heç bir məlumat verməmiş, həmin borcun nə səbəbə hansı əsasla yazıldığı bildirilməmişdir. Dəfələrlə cavabdeh idarəyə qanunsuz yazılmış borcun silinməsi barədə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin X11 Təchizatı və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X5 rəhbərliyinin Qərb RETSİ-nin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1106 nömrəli xidməti məlumatdan görünür ki, İddiaçı adlı şəxs "xxxx" ASC-nin ORACLE məlumat satış bazasında istehlakçı kimi qeydiyyatda yoxdur və həmin şəxslə enerjinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Tərəflər arasında enerjinin alqı-satqısına dair müqavilə bağlanmadığından tərəflər arasında öhdəlik hüquqi yaranmamışdır. Ümumiyyətlə İddiaçı borcun silinməsi barədə iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qanunsuz olaraq hesablanmış borc iddiaçının hesabından silinməlidir. Həmin borc qanunvericiliyin tələbləri pozulmaqla yazılmışdır. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında məhkəməyə təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: akt, icra vərəqəsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli R № 054120 saylı aktdan görünür ki, istehlakçı Hüseynov Rafiqə məxsus obyektdə elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, sayğacın A fazasında quraşdırılmış cərəyan transformatorunda 2-ci tərəfi L1L2 cərəyan naqilləri sayğacın A faza cərəyan sıxaclarına çarpaz qoşulmuşdur. Sayğac 66,3 faiz xətayla işləməsinə səbəb olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, iddiaçı Hüseynov Rafiqə məxsus olan obyektdə aşkar edilmiş pozuntu nəticəsində 87902 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 9669,22 manat məbləğində cərimə hesablanmışdır. Qeyri-əhali qrupuna aid abunə haqqında vərəqindən görünür ki, 13091,96 manat məbləğində pul vəsaiti akt əsasında borc kimi abunə haqqında sənədə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində 1241 m2 ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X2 Qaydaları”nın və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Ona görə də 9669,22 manat əsassız hesablanmış borc məbləği cavabdeh tərəfindən silinməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı fəaliyyət göstərdiyi obyektdə mövcud olan sayğac obyektin keçmiş sahibi olan Hüseynov Rafiqin adına olsa da, "xxxx" ASC tərəfindən yoxlama sahibkarlıq subyektinə mənsub olan obyektdə aparılmışdır. Hüseynov Rafiqin abunə haqqında vərəqindən görünür ki, abonentə məxsus sayğac qeyri-əhali qrupuna aid sayğacıdır. Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, yoxlama nəticəsində hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən qeyri-yaşayış obyektinə quraşdırılmış sayğac üzrə (abonent kodu: **********3) hesablanmış 9669,22 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən qeyri-yaşayış obyektinə quraşdırılmış sayğac üzrə (abonent kodu: **********3) hesablanmış 9669,22 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1322/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1322/2024
22.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver