Məhkəmə qərarları › İş №e-2-2(115)-135/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-135/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-135/2024 19.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 9349 manat borc və 110 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 211.22.59.009 saylı “X2 Üzrə Xidmət Və Alqı-Satqı Müqaviləsi”nə əsasən Tərtər rayonunun Kiçik Qarabəy kəndi ərazisində yerləşən 20.11 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bildiririk ki, xx.xx.2021-ci tarixli, 211.22.59.009 saylı əkin Müqaviləsi əsas götürələrək, xx.xx.2022-ci il tarixdə Cavabdehlə "xxxx" ASC-nin Gəncə filialı arasında kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəkər çuğundurunun əkilməsi, becərilməsi və aqrotexniki işlərin görülməsi məqsədilə illik 14.75 faiz dərəcəsi olmaqla 8 aylıq 11000 (on bir) manat kredit ayrılmışdır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh 8 ay müddətində kredit məbləği və hesablanmış faizlərin qeyd-şərtsiz geri ödənilməsini öhdəsinə götürmüşdür. Kredit məbləğinin qaytarılması müqavilənin 7-ci bəndinə əsasən "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı MMC arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, ZM-139387 saylı Zaminlik müqaviləsi ilə təmin olunur. Məlum edirlər ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kredit məbləğini vaxtında geri ödəməmişdir. Nəticədə yaranmış 9349 manat borc Zaminlik müqaviləsinin 2.3.1-ci bəndinə əsasən İddiaçı MMC-dən tələb edilmişdir. Zaminlik müqaviləsinə əsasən yaranmış 9349 manat borc İddiaçı MMC tərəfindən banka tam ödənilmişdir. Daha sonra iddiaçı onun təeəfindən zaminlik müqaviləsi üzrə ödənilmiş 9349 manat pulun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş tapşırığı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, KM- 139387 nömrəli "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh Əli oğlu arasında bağlanılmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəkər çuğundurunun əkilməsi, becərilməsi və aqrotexniki işlərin görülməsi məqsədilə illik 14,75 faiz dərəcəsi olmaqla 8 aylıq 11000 manat kredit ayrılmışdır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh 8 ay müddətində kredit məbləği və hesablanmış faizlərin qeyd-şərtsiz geri ödənilməsini öhdəsinə götürmüşdür. Kredit məbləğinin qaytarılması müqavilənin 7-ci bəndinə əsasən "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı MMC arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, ZM-139387 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. xx.xx.2022-ci il tarixli, ZM-139387-02 nömrəli "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2022-ci il tarixli, KM- 139387 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, borcalanla birlikdə birgə məsuliyyət daşımağı və həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Gəncə filialının İddiaçı MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 11 nömrəli pretenziya məktubundan görünür ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli, KM-139387 nömrəli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən bank həmin kredit müqaviləsi üzrə zamin İddiaçı MMC-yə borcalanın banka olan 9349 manat borcunun ödənilməsi ilə bağlı müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli, ASİ00000485 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, KM-139387 saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş 11000 manat kreditin xx.xx.2022-ci il tarixli, ZM- 139387-02 nömrəli zaminlik müqaviləsindən irəli gələn öhdəliyinin həyata keçirilməsi üçün 9349 manat "xxxx" ASC-yə köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi borcalan Cavabdeh kreditoru "xxxx" ASC qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı İddiaçı tərəfindən yerinə yetirilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı banka ödədiyi 9349 manat məbləğində borcu borclu Cavabdeh tələb etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 9349 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 110 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini və 4 manat dövlət rüsumu ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 109,49 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9349 manat məbləğində pul və 110 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməli, Cavabdeh 109,49 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9349 manat məbləğində pul və 110 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 109,49 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar