Məhkəmə qərarları › İş №e-2-2(115)-135/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-135/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-135/2025 16.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, KM-1**-FS-***0157 №-li kredit müqaviləsinə əsasən 204.082,06 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 23.588,00 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 2.155,23 manat, cəmi 229.825,29 manat kredit borcunun və 520 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə; ipoteka qoyan Cavabdeh məxsus xx.xx.2023-cü il tarixli, 1**-FS-***01**-İP-*** saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 229.825,29 manat kredit borcunun və 520 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə, “Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM-1**-FS-***0157 №-li kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 230.000 (iki yüz otuz min) AZN məbləğində 48 ay müddətinə kredit ayrılmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsi məbləğində dəbbə pulu hesablanır. Həmin kredit müqaviləsinin 3.1.6-cü bəndinə əsasən: • Borcalan davam edən 60(altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini Tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə; • Borcalan tərəfindən annuitet ödənişlər 12( on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; Öhdəliyin təminatı olaraq Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evi olan daşınmaz əmlak xx.xx.2023-cü il tarixli, 1**-FS- ***01**-İP-*** saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 5.5-ci bəndinə əsasən İpoteka saxlıyanın İpoteka predmetnə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: Əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Bu Müqavilə ilə nəzərdə tutlmuş öhtəliklərin İpoteka qoyanın yerinə yetirməməsi Bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə onun xx.xx.2024-cü il tarixə: xx.xx.2023-cü il tarixli, KM-1**-FS-***0157 №-likredit müqaviləsinə əsasən Banka xx.xx.2024-cü il tarixə banka əsas borcu 204.082,06 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 23.588,00 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 2.155,23 manat, cəmi 229.825,29 manat məbləğində borcu yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, KM-112- FS-5280157 №-li kredit müqaviləsinə əsasən 204.082,06 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 23.588,00 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 2.155,23 manat, cəmi 229.825,29 manat kredit borcunun və 520 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması 17 aprel 2023cü il tarixli 001/GM/112/5280157 №-li Girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən İstehsal avadanlıqlarıolan Qablaşdırma avadanlığı (iri həcmli) 1 ədəd, Qablaşdırma avadanlığı 2 ədəd, Bişirmə sobası 2 ədəd, Mikser 3 ədəd, Kompressor 1 ədəd və tərəzi 2 ədəd daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması və İpoteka qoyan Cavabdeh məxsus xx.xx.2023-cü il tarixli, 1**-FS- ***01**-İP-*** saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması, daşınar və daşınmaz əmlakların satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 229.825,29 manat kredit borcunun və 520 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddianı yaşayış evinin məcburi boşaldılması hissəsində müdafiə etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, maliyyə arayışı, ipoteka müqaviləsi, girov müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM-1**-FS-***0157 №-li kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 230.000 manat məbləğində 48 ay müddətinə kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 204082,06 manat məbləğində kredit borcu, 23588 manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2025-ci il tarixli 9/10548 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh xx.xx.2024-ci il tarixə əsas borcu 203881,11 manat, faiz borcu 25915,55 manat təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunan cavabdehin əsas borcu iddia ərizəsində tələb olunan əsas borc məbləğindən az, faiz borcu isə iddia ərizəsində tələb olunan faiz borcundan artıqdır. Lakin iddiaçı faiz borca münasibətdə iddia tələbinin artırılması ilə bağlı ərizə verməmiş və öz tələbini dəyişməmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspert rəyi ilə müəyyən olunan cavabdehin faiz borcu iddia tələbində göstərilən borcdan artıq olsa da, məhkəmə iddiaçının iddia tələbindən kənara çıxmaqda haqlı deyil və verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Ona görə də 23588 manat faiz borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mötəbərliyi şübhə doğurmayan 02 aprel 2025-ci il il tarixli 9/10548 nömrəli ekspert rəyinə əsasən əsas borc 203881,11 manat müəyyən olunduğundan, iddia tələbinin əsas borcuna dair qalan hissəsi təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh 203881,11 manat əsas borc, 23588 manat faiz borcunun olduğu təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin 2155,23 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, həmin məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m. fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. xx.xx.2023-cü il tarixli, 1**-FS-***01**-İP-*** saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evinin bazar dəyəri 241500 manat, likvid dəyəri isə 217400 manat olaraq müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 400 manat təşkil etmişdir. Bundan başqa Mərkəzi Ekspertiza Bürosunun 29 iyul 2025-ci il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m fərdi yaşayış evinin bazar dəyəri 207000 manat, likvid dəyəri isə 186400 manat olaraq müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 500 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2025-ci il tarixli rəyi mötəbər hesab olunmalı, tələb üzrə tutma Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldillməli, mənzilin ilkin satış (likvid) qiyməti 217400 manat həddində müəyyən edilməlidir. Bundan başqa kreditin təminatı olaraq Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən İstehsal avadanlıqları (Qablaşdırma avadanlığı (iri həcmli) 1 ədəd, Qablaşdırma avadanlığı 2 ədəd, Bişirmə sobası 2 ədəd, Mikser 3 ədəd, Kompressor 1 ədəd və tərəzi 2 ədəd) 17 aprel 2023-cü il tarixli 001/GM/112/5280157 №-li Girov müqaviləsinə əsasən Girov qoyulmuşdur. İddiaçı öz tələbində həmin girov predmetlərinə tutma yönəldilməsini xahiş etdiyindən, tələb üzrə tutma 17 aprel 2023-cü il tarixli 001/GM/112/5280157 №-li girov müqaviləsinə əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən İstehsal avadanlıqları olan 1 ədəd Qablaşdırma avadanlığına (iri həcmli) , 2 ədəd Qablaşdırma avadanlığına, 2 ədəd Bişirmə sobasına, 3 ədəd Mikserə, 1 ədəd Kompressora və 2 ədəd tərəziyə yönəldilməlidir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli 001/GM/112/5280157 №-li girov müqaviləsindən görünür ki, həmin müqavilənin 2.3-cü bəndinə əsasən girov predmetinin bazar dəyəri 60480 manat olaraq müəyyən olunmuşdur. Belə ki, sadə riyazi hesab aparılmaqla (60480-10%=54432) müəyyən olunur ki, girov predmetlərinin ilkin satış (likvid) qiyməti 54432 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 519,62 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 0,38 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh 400 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 500 manat ekspertiza xərci Mərkəzi Ekspertiza Bürosuna ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, KM-112- FS-5280157 №-li kredit müqaviləsinə əsasən 203881,11 manat əsas borc, 23588 manat faiz borcu, 2155,23 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 229624,34 manat kredit borcu və 519,62 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma 17 aprel 2023-cü il tarixli 001/GM/112/5280157 №-li girov müqaviləsinə əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən İstehsal avadanlıqları olan 1 ədəd Qablaşdırma avadanlığına (iri həcmli) , 2 ədəd Qablaşdırma avadanlığına, 2 ədəd Bişirmə sobasına, 3 ədəd Mikserə, 1 ədəd Kompressora və 2 ədəd tərəziyə, həmçinin Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0535 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 299.4 kv/m. fərdi yaşayış evinə yönəldilsin. Girov predmetlərinin ilkin satış (likvid) qiyməti 54432 manat həddində müəyyən edilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 217400 manat həddində müəyyən edilsin. İpoteka predmeti və girov predmetləri açıq hərraclar vasitəsilə satılsın. İpoteka predmeti və girov predmetləri satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmetinin və girov predmetlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 400 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 0,38 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar