Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1357/2024 31.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh istehsalçı "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 054440 nömrəli aktı və onun əsasında təyin olunmuş 1742 manat borcun ləğv edilməsi və ödənilmiş 400 manat pulun gələcək sərfiyyat üçün istifadə olunması va xəttin kəsilməsi nəticəsində ona vurulmuş 1700 manat həcmində maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, istehlakçı olaraq onunlaistehsalçı cavabdeh "xxxx" ASC arasında bağlanmış **********0 saylı müqavilə ilə mülkiyyətində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən qeyri-yaşayış binasını işıqla təmiri edilməsini öhdəsinə götürmüşdür. Binanın 2-ci mərtəbəsində yerləşən şirniyyat sexində işıq xəttinin çəkilişi zamanı buraxılmış səhv nəticəsində bir aylıq sərfıyyatın haqqı ödənilməmişdir. Sərfıyyatın ödənilməsi qəsdlə yox, xəttin çəkilişini icra edən elektrikin səhvindən baş vermişdir. Əgər bir aylıq sərfıyyatın hər hansı səbəbdən ödənilməsi belə olduğu Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsina əsasən normada göstərilən məbləğdə inzibati cərimə tətbiq olunmalıdır. Cavabdeh işə qanunsuz və heç bir əsası olmadan yerində protokol və ya hər hansı faktı təsdiqedici sənəd tərtib etmədən 1742 manat pul borcu göstərmişdir və xətti də kəsmişdir. Soyuducuda olan tez xarab olan məhsulların olmasında sui-istifada edərək elektrik enerjisinin verilməsini dayandırmışdır. Cavabdehin təhdidlərindən sonra işığın verilməsini tezləşdirmək üçün 400 manat pul keçirmişdir, amma işığın verilməsini qəsdlə gecikdirirlər və bu səbəbdən şiriniyyat məhsulları xarab oldu, ona 1700 manat dəyərində maddi ziyan vuruldu. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 izahat verərək bildirdi ki, obyekti ikinci mərtəbəsində yerləşən fitnes zalı üçün elektrik xətti çəkilməli idi. Buna görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətindən elektrik cağırmışdır və gəlib elektrik xəttini çəkmişdir. Hər ay da ödənişləri etmişdir. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sayğaca baxış keçirməyə gəlmişdirlər və bildirmişdirlər ki, sayğacdankənar xətdən istifadə olunur. Onlara heç bir xəbərdarlıq olmadan elektrik xəttini kəsmişdirlər və nəticədə onlara ziyan dəymişdir. Eyni zamanda əsassız olaraq 1400 manat cərimə yazılmışdır. Ayda təxmini 150-200 manat arası sərfiyyatları olub və ödənişləri də vaxtı-vaxtında ödəmişdir. Elektrik verilişinin dayandırılması nəticəsində soyuducuda olan məhsullar xarab olmuş, sifarişlər ləğv edilmiş və nəticədə ona ziyan dəymişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 izahat verərək bildirdi ki, Sevinc xanımın işlətdiyi obyektində olan aralıq sayğaca müdaxilə olunub. Obyektə aralıq sayğac quraşdırılıb və bu barədə 26 fevral 2024-cü il tarixli 054440 №-li aktda qeyd olunub. Bundan başqa özləri də sayğaca müdaxilə olunduğunu etiraf ediblər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qərb RETSİ cəriməni 674,52 manata yaxın qeyd etsələr də, Bakıdakı nəzarət şöbəsində 1742 manat qeyd ediblər. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: akt, icra vərəqəsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli № 054440 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus obyektdə elektrik enerjisinin uçotu və “X4 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, abonent zajim vasitəsilə kənar xətt götürərək aralıq sayğaca (ikinci mərtəbədə fəaliyyət göstərən fitnes kluba) birbaşa xətt vermişdir. Kənar xətdən axan yük ampermaşa ilə ölçüldü. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus obyektdə aşkar edilmiş pozuntu nəticəsində 6132 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 674,52 manat məbləğində cərimə hesablanmışdır. Qeyri-əhali qrupuna aid abunə haqqında vərəqindən görünür ki, RQ054440 nömrəli akt əsasında 1742,40 manat məbləğində pul vəsaiti akt əsasında borc kimi abunə haqqında sənədə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, X12 prospekti yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində “X4 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X4 Qaydaları”nın və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Ona görə də 1742 manat əsassız hesablanmış borc məbləği cavabdeh tərəfindən silinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qeyri-yaşayış sahəsinə aralıq sayğac cavabdehin əməkdaşları tərəfindən quraşdırılmış və sayğac quraşdırıldıqdan 2 həftə sonra cavabdehin əməkdaşları tərəfindən yoxlama aparılmış və nəticədə 26 fevral 2024-cü il tarixli akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, abonent zajim vasitəsilə kənar xətt götürərək aralıq sayğaca (ikinci mərtəbədə fəaliyyət göstərən fitnes kluba) birbaşa xətt vermişdir. Kənar xətt ləğv edilərək dəymiş ziyan ödənilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşlarının səhvi nəticəsində aralıq sayğacın düzgün qaydada quraşdırılmaması nəticəsində dəymiş ziyanın abonentdən tələb olunmasının heç bir hüquqi əsası yoxdur. Çünki həmin ziyanın yaranmasında abonentin təqsiri olmamışdır. Ona görə də "xxxx" ASC-nin əməkdaşları tərəfindən 26 fevral 2024-cü il tarixli akt əsasında yazılmış borc əsassız olmuşdur. Həmçinin 26 fevral 2024-cü il tarixli akt əsasında yazılmış borc məhkəmə tərəfindən qanunsuz hesab olunduğundan, ödənilmiş 400 manat məbləğində pul iddiaçının gələcək enerji sərfiyyatı zamanı borcundan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbinin xəttin kəsilməsi nəticəsində vurulmuş 1700 manat həcmində ziyan ödənilməsi ilə bağlı hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı 1700 manat məbləğində maddi ziyan dəyməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin aktın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, mübahisə predmeti olan aktla məsuliyyət müəyyən edilmədiyindən, həmin akt məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın ləğvinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixli 054440 nömrəli akt üzrə hesablanmış 1742 manat məbləğində borc, həmçinin akt üzrə ödənilmiş 400 manat məbləğində pul iddiaçının gələcək enerji sərfiyyatı zamanı borcundan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli 054440 nömrəli akt üzrə hesablanmış 1742 manat məbləğində borc, həmçinin akt üzrə ödənilmiş 400 manat məbləğində pul iddiaçının gələcək enerji sərfiyyatı zamanı borcundan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1357/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1357/2024
31.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver