Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-136/2023 29.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndələri X2 və Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında onun hesabına yazılmış 14804 manat 90 qəpik borcun əsassız hesab olunması, təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 14804 manat 90 qəpik məbləğdən ödənilməmiş 4336 manat 90 qəpik məbləğinin onun abonent hesabından silinməsi və təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında əsassız hesablanmış 14804 manat 90 qəpik borcdan ödənilmiş 10468 manat məbləğində pulun Cavabdehndən tutularaq onun abonent hesabına köçürlüməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Şəmkir rayonu ərazisində istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin sentyabr ayında qaz sayğacında yoxlamalar aparılmışdır. Yoxlamalar aparıldıqdan bir müddət sonra cavabdeh idarənin əməkdaşları onu Şəmkir RQİİ-nə çağıraraq bildirmişdirlər ki, guya sayğacda nasazlıq olduğu üçün sayğac göstəricisi sərf olunan qazı qeydə almamışdır. Buna görədə yaranmış fərqin onun tərəfimdən ödənilməsini tələb etmişdirlər. O isə onların qeyd etdikləri ilə razılaşmamışdır. Bildirmişdir ki, o Cavabdeh İBnin əməkdaşı tərəfindən sayğac üzrə sərf edilmiş və həmin sərfiyyat əsasında ona verilmiş bildiriş üzrə hər ay borcunu ödəmişdir və Cavabdeh ASC-yə heç bir borcu yoxdur. Lakin cavabdeh idarə tərəfindən onun hesabına 14804 manat 90 qəpik məbləğində borc yazılmışdır. Ona həmin borcu qısa müddətə ödəməyimi əks halda təbii qazın verilməyəcəyini bildirmişdirlər. O nə qədər cavabdehi idarənin əməkdaşları ilə razılığa gəlməyə çalışsada lakin cavabdeh idarə ona qanunusuz yazılmış pulu ödəməyini tələb etmişdir. 2022-ci il oktyabr ayında o, istixanaya məhsul əkmişdir. Həmin vaxt məhsulun yetişidirlməsi üçün istilik tələb olunurdu. Qazın açılması üçün cavabdeh idarəyə müraciət etdikdə ona əsassız yazılmış 14804 manat 90 qəpik borcunu ödədikdən sonra təbii qazın istifadəsinə razılıq verəcəklərini bildirmişdirlər. Cavabdeh idarənin əməkdaşlarından məhkəməyə müraciət edilməsi üçün vaxt istənilsədə lakin cavabdehin əməkdaşları tərəfindən heç bir vaxt verilməmişdir. Buna görə də o, məcbur qalıb cavabdeh idarə ilə arasında qazın açılması üçün razılşama protokolu imzalamışdır. Əks halda məhsulu soyuqdan xarab olub ona küllü miqdara ziyan dəyəcəkdi. Həmin razılaşmaya əsasən o, qısa müddətdə 14804 manat 90 qəpik borcu ödəməli idi. 2022-ci ilin oktyabr ayında həmin məbləğdən ilkin olaraq 2000 manatını ödəmişdir. Sonra borcun silinməsi üçün cavabdehə müraciət etmişdir və sonra mediasiya müraciət etmişdir. Lakin cavabdeh idarə mediasiya prosesində iştirak etmədi. Cavabdeh idarə bundan sonra oktyabr və noyabr ayında ona üç dəfə olmaqla ümumilikdə 10468 manat borcu məcburi olaraq ödətdirdi. Hazırda cavabdeh idarənin əsassız yazıdğı borcdan 4336 manat 90 qəpik qalmaqdadır. Ancaq cavabdeh idarə həmin borcuda tələb etməkdədir. Onun istifadə etdiyi təbii qazın sayğacı onun sahibkarlıq fəaliyyət göstərdiyi ərazidə deyil cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir və həmin stansiya cavabdeh idarənin əməkdaşları tərəfindən təyin edilmiş mühafizəçi tərəfindən gecə-gündüz nəzarət olunur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olun təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Hesab edir ki, onun heç bir qanunazid hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir daha qeyd etmək istəyir ki, təbii qaz verilməsi dayandırıldığı halda istixanaya küllü miqdarda ziyan dəyəcəyi üçün cavadehin əməkdaşları tərəfindən qanunsuz yazılmış borc ödənilmişdir. Mediasiya zamanı qanunun tələbinə uyğun olaraq 200 manat mediyasiya xərci ödənilmişdir. Hazırda cavabdeh idarədən tələb etdiyim məbləğ 10468 manat və silinməsi tələb olunan məbləğ 4336 manat 90 qəpikdir. Ümumilikdə tələb olunan məbləğ 10468 manat və silinməsi tələb olunan borc 4336 manat 90 qəpik məbləğ üçün ödəniləcək dövlət rüsumu 134 manat 42 qəpikdir. Həmin məbləğinin 200 manat mediasiya prosesində ödənilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 14804 manat 90 qəpik məbləğdən borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)- 136/2023 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi verərək Şəmkir RQİİ-nə borclu olduğu ümumilikdə 14 804 manat 90 qəpik borcun əsassız olduğu üçün silinməsini qeyd etmişdir. Bununla əlaqədar ilk növbədə bildirirlər ki, istehlakçı- İddiaçı hal-hazırda Şəmkir RQİİ-nə 15567 manat 60 qəpik borcu mövcuddur. Həmin məbləğ də 2022-ci mövsüm ili ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət verilmişdir. İddiaçı borc məbləğinin 15567 manat 60 qəpik isə 2702 manat 70 qəpik hissəsi istixanada sayğac vasitəsilə istehlak olunmuş qaz sərfinin dəyərinə görə ödənilməmiş qalan məbləğ, 12 804 manat 90 qəpik hissəsi isə 2022-ci il ərzində sayğac vasitəsilə uçotu dəqiq aparılmayan, eləcə də uçota alınmayan istehlak olunmuş təbii qazın müəyyənləşdirilmiş həcminə görə qalan məbləğdir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı, istismarda olduğu dövr ucun abonentin nümayəndəsinin iştirakı və imzası ilə 14 804 manat 90 qəpiklik hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Tərəflərindən edilmiş xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən hissəli ödəniş üçün müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə onunla idarə arasında Razılaşma Protokolu bağlanmışdır. X6 Əsasən hesabatda qeydə alınmamış qaz sərfi dəyəri olan 14 804 manat 90 qəpikdən ilkin olaraq 2000 manatın ödənildiyi qalan məbləğin isə 3 (üç) ay ərzində ödəniləcəyi barədə öhdəlik götürülmüşdür. Rəsmi qaydada tərtib və təsdiq edilmiş bu razılaşmaya görə hesabat ilinin yekununa abonent tərəfindən həmin məbləğ tam ödəniləcəyindən əlavə hüquqi tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilməmişdir. Hal-hazırda isə tərəfin könüllü qaydada razılaşaraq bir qismini ödədiyi, eləcədə ödəməyə öhdəlik götürdüyü istehlak edilmiş uçota alınmayan qaz sərfinin dəyərinin abonent hesabından silinməsini istəməsi nə qanunçuluğa, nə də reallığa uyğun deyil. Hesab edirlər ki, bu hal onlara münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mübahisənin məhkəməyədək həll olunması kimi qəbul olunmalı və qanunvericiliyin icrası kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.3-cü bəndinə əsasən “İstehlakçı” nın əsas vəzifələrindən biri qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməkdir. Həmin “Qaydalar”ın 5-ci bəndinin tələblərinə görə (5.3) istifadə olunan qazın dəyəri yalnız bank və poçt şöbələri vasitəsilə ödənilir. (5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə,(24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd etdiklərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh kimi etirazlarını nəzərə alaraq e-2-2(115)-136/2023 saylı iş üzrə mübahisələndirilən 14 804 manat 90 qəpik məbləğin, göstərdiyi faktlar və əsaslarla iddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o, iddiaçının həyat yoldaşı və etibarnamə üzrə nümayəndəsidir. Onlar fermer təsərrüfatı ilə məşğul olurlar. 24 avqustda sayğaclarını götürüblər və 1 ay müddətində qaytaracaqlarını bildiriblər. 1 ay sonra sayğac gəlmədiyinə görə o, Bakıya getmişdir və ona bildirmişdilər ki, onların iştirakı olmadan sayğaca baxış keçirilə bilməz, ancaq ona bu barədə məlumat verilməmişdir. Yanında sayğacı açıblar və deyiblər ki, korpusun vəziyyəti yaxşıdır, silindr isə korlanıb. Bundan əlavə başqa problemin olmadığını və yalnız batereyanın dəyişəcəyini bildirmişlər. Buna görə də 284 manat ödəniş etməklərini istəmişlər. Növbəti həftə sayğacın göndəriləcəyini desələr də, sayğac qaytarılmamışdır. Əvəzində ona akt vermişlər. Aktda qeyd olunmuşdur ki, ona 14804 manat cərimə yazılıb. Ona minimal sərfiyyatdan bəhs ediblər və bildiriblər ki, 2000 manat ödəniş etsin, qalan 12000 manatı isə 3 ay ərzində ödəsin. Sayğacı gətiriblər və deyiblər ki, 4000 manat ödənişi etməlidir. Bildirmişdirlər ki, ödənişi etməsə qaz dayandırılacaq. Ona sayğacın tezliklə gələcəyini demişdirlər, ancaq gəlməmişdir. Məhsulu əkdiyi və soyuqlar da yaxınlaşdığı üçün sayğac ona lazım idi. O da buna görə ödənişi etmişdir və razılaşma protokolunu imzalamağa məcbur olmuşdur. Bu da o demək idi ki, 3 ay ərzində hər ay 4000 manat borca ödəniş etməlidir. Onların sayğacı qaz paylayıcı stansiyada yerləşir və mühafizə olunur, buna görə də ona heç bir kənar təsir ola bilməz. Sayğaca borcun hesablanmasında və sayğacın sərfiyyatı qeydə almamasında onun heç biri təqsiri olmadığından iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, razılaşma protokoluna əsasən 2000 manat ödəniş edildikdən sonra mediasiya prosesi dövründə onlara 8000 manat ödəniş etdirdilər. Daha sonra iddiaçıya qalan borcun da ödənilməsini təkid etmişdirlər. Onlar hesablanmış ziyanı qəbul etmirlər. Hansı ki sözügedən ziyanı ödəmişdirlər və onlara geri qaytarılmasını tələb edirlər. Sayğac da qüsurun olmasına onlara məsuliyyət daşımırlar, yazılan borc qanunsuz olduğundan iddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, yazılan borc uçotu aparılmayan qaza aid olduğundan burada tələbnamə nəzərdə tutulmur. Batereyanın normal istismar müddətində olan yarasızlığı o deməkdir ki, batereyanın müddəti davam edir, ancaq batereya normal işləmir. Minimal sərfiyyatda sayğacın hesabat aparmaması isə sayğacın keçən qaz sərfiyyatını düzgün qeydə almamasıdır. Sayğac növbəti yoxlama üçün xətdən çıxarılıb. Hansı ki növbədən kənar yoxlanılma mümkündür. Laborotoriya istehlakçının iştirakı ilə açılır. Ona görə ki, bunun üçün istehlakçı tərəfindən əlavə ödəniş edilməli olur. İddiaçının sayğacda yaranmış nöqsana qarşı hər hansı bir təqsirli hərəkəti yoxdur, çünki sayğaca müdaxilə olunmayıb. Lakin təqsiri odur ki, sayğacı vaxtında təmizləməli idi. Tərəflər arasında qabaqcadan razılaşdırılma protokolu olduğundan və yazılan borc ödənildiyindən təzədən həmin borcun silinməsi tələb edilə bilməz. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X1 rəyində bildirdi ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)- 136/2023 nömrəli iş üzrə bildirirlər ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən, Cavabdeh Şəmkir X13 İdarəsində **********00020 abonent kodu ilə qeydiyyatda olan fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-160 markalı 75095182 zavod nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında növbəti dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticələrinə əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, SS № 29/1640-02077-7 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması” aktında sayğacda qüsur aşkar edilmədiyi, sayğacın çirkləndiyi göstərilmiş, buna baxmayaraq sayğacın işlək vəziyyətdə olduğu qeyd olunmuşdur. Göstərilən Aktda sayğacın çirklənmə səbəbi göstərilməmişdir. Bildiririk ki, sayğacın çirklənməsi ondan keçən təbii qazın komponent tərkibində qətran və mexaniki qarışıqların kütlə qalığının dövlət standartı ilə normalaşdırılan tələblərə uyğun olmadığı hallarda baş verir. Qazpaylayıcı şəbəkə vasitəsi ilə istehlakçılara ötürülən təbii qazın keyfiyyət göstəricələri ölkəmizdə qüvvədə olan “QОSТ” 5542-2022 “Sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar" dövlət standartının tələblərinə cavab verməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı abzasına əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti- təzyiq və təchizatın etibarlılığı, qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”na 3 nömrəli əlavə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.1-ci yarımbəndinə görə istehlakçını lazım olan təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri -tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. Həmçinin, Aktda batareyanın istismar müddətinin sonuna 23 ay qalması qeyd olunmuşdur. Buna baxmayaraq, aktda sayağacın dövlət yoxlamasının nəticəsi olaraq yeni batareyanın tələb olunduğu göstərilmişdir, bu amilin sayğacın minimal sərfiyyatda hesabat aparmamasına aidiyyəti yoxdur. Sayğacın minimal sərfiyyatda hesabat aparmaması sayğacın içərisinin çirkli olması ilə əlaqədar ola bilər. Bu da o deməkdir ki, verilmiş qaz çirkli olubdur. Sayğacın içi təmiz olsaydı, mexanizma normal şəkildə işləyərdi. Tərəfə hesablanmış borc düzgün deyil, belə ki, borcun hesablanma qaydasını göstərməyiblər. Abonentə borc sayğacın göstəricilərinə əsasən hesablanmalıdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və mütəxəssisin rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 03 noyabr 2020-ci il tarixli AMX-4381/20 nömrəli tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, SS 29/1640-02077-7 nömrəli aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, impuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Göstəricilər arasında fərq var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2022- xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.22 bar, korreksiya olunmuş maksimal qaz həcmi 170 m3, korreksiya olunmamış qaz həcmi 116 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 0.99-2.16 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 23 ay qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 2290 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P baza=1.01325 bar, T =20 C müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq minimal sərfiyyatda sayğac hesabat aparmır. Batareya tələb olunur. İş materiallarına əlavə olunmuş Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS üzrə rəis müavini Qismət Əskərov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G-160 markalı 75095182 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, 67295 m3 “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcədə uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablannması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş tərəflər arasında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında görünür ki, İddiaçı hesabat ilinin 01 yanvar 2022-ci il tarixindən 30 sentyabr 2022-ci ilədək qalıq borcu 14802 manat 56 qəpik məbləğində olduğu göstərilmişdir. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, Cavabdeh İB-nin Şəmkir RQİİ-nin rəisi Qənbərov Elman və İddiaçı nümayəndəsi X4 14802 manat 56 qəpik məbləğində borcun ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2022-ci ilə qalıq və aktlar üzrə borcu 14804 manat 90 qəpik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində sahibkarlıq fəailiyyəti ilə məşğul olan abonent İddiaçı məxsus istixanaya aid olan qaz sayğacına baxış keçirilərək yoxlamalar aparılmış, həmin yoxlamalar zamanı minimal sərfiyyatda sayğacının hesabat aparmaması aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına 14804 manat 90 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın minimal sərfiyyatda sayğacının hesabat aparmaması və batareya tələb olunması əsası ilə hesablama öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Cavabdeh tərəfindən 14804 manat 90 qəpik məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə mütəxəssis tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylə bir daha təsdiq olunur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00020) hesablamış 14804 manat 90 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinməli, ödənilməli olan 134 manat 41 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 25 noyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 134 manat 41 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00020) hesablamış 14804 manat 90 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinsin. Ödənilməli olan 134 manat 41 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-136/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-136/2023
29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver