Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-138/2023 16.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı borc ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı borc ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASCnin "xxxx" filialı ilə Carçıoğlu Group MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İK № 053-SKMF/17 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASCnin "xxxx" filialı ilə Carçıoğlu Group MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İK № 053-SKMF/17 saylı kredit müqaviləsi üzrə banka olan 355 385.54 AZN (üç yüz əlli beş min üç yüz səksən beş manat 54 qəp.) əsas, 6 356.54 AZN (altı min üç yüz əlli altı manat 54 qəp.) faiz, 179 452.21 AZN (bir yüz yetmiş doqquz min dördyüz əlli iki manat 21 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 541 194.29 AZN (beş yüz qırx bir min bir yüz doxsan dörd manat 29 qəp.) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 90 AZN (doxsan manat)məbləğində rüsumun, 431.20 AZN (dörd yüz otuz bir manat 20 qəp.) məbləğində dövlət rüsumunun və 400 AZN (dörd yüz manat) məbləğində mediasiya rüsumunun, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş,Cavabdeh2 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 190.4 kv.m olan xüsusi əmlaka yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 2 ünvanında 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 139.3 kv.m, yaşayış sahəsi 85.2 kv.m, yardımçı sahəsi 54.1 kv.m olan 4 otaqlı xüsusi əmlaka yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi xx.xx.2017-ci il tarixli, İK № 053-SKMF/17 saylıkredit müqaviləsinin təminatı olan ipoteka əmlaklarının hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən (borcalan – "xxxx" MMC) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, cavabdehlərlə bank arasında məhkəmədən kənar razılıq əldə olunduğunu nəzərə alaraq, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işin baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 431 manat 20 qəpik məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-138/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-138/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver